94
təsdiq edilmişdir.
Son illər ərzində internat məktəblərində və uşaq evlərində olan uşaqların
sayında xeyli azalma qeydə alınmışdır. Belə ki, uşaq muəssisələrində olan
uşaqların sayı 2003-cü ildə 23,5 mindən 2007-ci ilin əvvəlinə 16,9 min nəfərədək
azalmışdır. Həmin dövr ərzində korpə və uşaq evlərində olan uşaqların sayı 922-
dən 790-a, valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat
məktəblərində uşaqların sayı 516-dan 450-ə, ümumi tipli internat məktəblərində
isə18,9 mindən 12,6 minədək azalmışdır. Eyni zamanda, sağlamlıq imkanları
məhdud olan uşaqlar üçün xüsusi internat məktəblərində uşaqların sayı həmin dövr
ə
rzində 2860-dan 2751-ə,əqli cəhətdən geri qalan uşaqlar üçün internat
məktəblərində isə 359-dan 300-dək azalmışdır.
Ölkədə vətəndaşların həyat fəaliyyətlərinin təmin edilməsində əmək haqqı
sistemi, onun təyin olunması mexanizmi xüsusi əhəmiyyətə malikdir. Belə ki,
ə
mək haqqının sosial-iqtisadi həyatda rolu insanların həyat səviyyəsinə bu və ya
digər dərəcədə öz təsirini göstərir. Əmək haqqının ən aşağı həddi MƏH istər
işləyən, istərsə də işləməyən şəxslər üçün sosial norma olmaqla baza rolunda çıxış
etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində qeyd edilir ki,
minimum əmək haqqı (MƏH) ixtisassız əməyə və xidmətə görə aylıq əmək
haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir və dövlətin
müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi
qadağan edilmişdir. Bir sözlə, MƏH minimal tələbatı Ödəməyə imkan verən sosial
normanı özündə ehtiva etməlidir. BƏT-in Azərbaycan Respublikası tərəfindən
ratifikasiya edilmiş 131 saylı maddəsində “Minimum əmək haqqının səviyyəsıni
müəyyən edərkən nəzərdə tutuian milli təcriibəyə və şəraitə müvafıq olan və
məqbul sayılan amillərə:
a)
Ölkədə əmək haqqının ümumi səviyyəsini, yaşayış dəyərini, sosial
müavinətləri və başqa sosial qruplann müqayisəli həyat səviyyəsini nəzərə almaqla
ə
məkçilərin və onlann ailələrinin tələbatını;
b)
qtisadi inkişafm tələbləri daxil edilməklə iqtisadi mülahizələr, məhsuldarhq
95
səviyyəsinə məşğulluğun arzu olunan yüksək səviyyəyə çatdınlması və
saxlamlması daxil edilir»
Bu baxımdan vətəndaşların sosial müdafiəsinin təşkilində MƏH-in baza
rolunda çıxış etməsi məqsədə müvafıqdır. MƏH-in, yoxsulluq həddinin, yaşayış
minimumunun, ehtiyac meyarmın son məqsədləri əhalinin minimal tələbatlannın
ödənilməsinə istiqamətlənsə də, hazırda respublikamızda onların dəyərləri arasında
fərqlər mövcuddur.
Hazırda ölkəmizdə istər MƏH-in, istərsə də əmək haqqınm öz funksiyalannı
yerinə yetirmək gücündə olmaması son nəticədə Ölkə əhalisinin həyat səviyyəsinə
mənfı təsirini göstərməkdədir. Belə ki, əmək haqqı fakt ki olaraq öz funksiyalarım
(təkrar istehsal, stimullaşdırma, tənzimləmə və sosial) yerinə yetirə bilmir. Bundan
başqa, respublikada mövcud MƏH minimal yaşayış səviyyəsinin təminatçısı deyil,
yalnız texniki normativ rolunu oynayır. Minimum əmək haqqı və yaşayış
minimumunun dəyəri arasında ciddi fərqlərin olması onun öz funksiyasmı yerinə
yetirə b lməməsini sübut edir. Məsələn, Avropada minimum əmək haqqı yaşayış
minimumunu üstələmişdir. Fransada MƏH yaşayış minimumundan 58,2 %, Böyük
Britaniyada 53,1% yüksək olmuşdur. Hollandiyada isə MƏH yaşayış minimumunu
2 dəfə üstələmişdır. 1938-ci ildə ABŞ-da qəbul edilmiş «Ədalətli əmək şəraiti
haqqında» Qanunda minimum əmək haqqı tədricən orta aylıq əmək haqqının 50%-
i həcmində müəyyən edilmişdir.Məlumat üçün bildirək ki, BƏT-in ölkələr üzrə
tərtib etdiyi hesabat materiallannın təhlili göstərir ki, minimum əmək haqqı orta
aylıq əmək haqqının 40-60%-nə bərabər olmuş və artım surəti fızioloji yaşayış
mınimumunun artım sürətini üstələmişdir.
Avropa Sosial Xartiyası “Ədalətli əmək haqqı hüququ” maddəsinin birinci
bəndində qeyd edilir ki, “hər bir işçi özünün və ailəsinin layiqli həyat səviyyəsində
yaşamasım təmin edən əmək haqqı almaq hüququna malikdir”. Xartiyamn bu
maddəsində minimum əmək haqqının tədricən yaşayış minimumuna
yaxmlaşdınlması tövsiyə edilir. Məlumat üçün bildirək ki, minimal əmək haqqını
isə Avropa Birliyində 9-10%-dən artıq işçilər almır.
96
Qeyd etmək lazımdır ki, ölkəmiz əhalinin bilavasitə həyat səviyyəsinin
yüksəldilməsinə təsir göstərən Avropa Sosial Xartiyasımn 31 maddəsindən 18-ni
2004-cü ilin yanvarında ratifikasiya etmişdir. Bu sənəd Azərbaycan Respublikası
Konstitusiyasında əhalinin rifah halının artınlmasını nəzərdə tutan bir çox
maddələri özündə təsbit etmişdir. Lakin ədalətli əmək haqqı hüququ; sosial təminat
hüququ; sosial və tibbi yardım hüququ; sosial xidmət hüququ; ailənin sosial,
hüquqi və iqtisadi müdafıəsi hüququ; sosial ostrakizm və yoxsulluqdan müdafıə
hüququ; yaşamaq hüququ və s. maddələr ratifikasiya edilməmişdir. Fikrimizcə,
ə
halinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən bu maddələrin
ölkəmiz tərəfindən ratifikasiya olunması məqsədəmüvafiqdir.
Ölkədə əmək haqqı sistemində digər bir çatışmazlıq əməyin ödənilməsində
istıfadə olunan VTC-nin qeyri-mükəmməl olmasıdır. Belə ki, əməyin ödənilməsi
üzrə ölkədə VTC-nin öz məzmununu dəyişərək vahidliyini itirməsi əhalinin həyat
səviyyəsində ciddi fərqlər yaratmışdır. Nazirlər Kabinetinin 26 may 1996-cı il
tarixli “Azərbaycan Respublikasında əməyin ödənilməsi haqqında” Qərarına
ə
sasən VTC vahidliyini itirmiş, dərəcə əmsalları arasında nisbətlər pozulmuş,
müxtəlif iş yerlərində eyni əmək funksiyasını yerinə yetirən eyni peşə sahiblərinin
ə
mək haqqı arasında ayrı-seçkilik yaranmışdır. Dövlət Büdcəsindən
maliyyələşdirilən təşkilatlarda fəaliyyət göstərən eyni qulluq mövqeyinə malik
olan bu peşə sahiblərinin vəzifə maaşlarında nəzərdə tutulan fərqlər vətəndaşlann
konstitusiya hüquqlarının pozulması deməkdir. Bu fərqlər Əmək Məcəlləsinin 158
saylı maddəsinin 3-cü bəndində göstərilən « şçinin əmək haqqının miqdarı onun
ə
mək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsi ilə
müəyyən edilir və hər hansı hədlə məhdudlaşdırıla bilməz» müddəası ilə təzad
təşkil edir.
Qeyd etmək lazımdır ki, YAD DP-də əmək haqqının ödənilməsinin bazar
iqtisadiyyatı şəraitində yalnız əmək bazanndakı tələb və təklifə görə müəyyən
edilməsi fıkri öz əksini tapmışdır. Lakin unutmaq olmaz ki, respublikada əmək
bazan üçün xarakterik olan subyektlərin tam fəaliyyət göstərməməsi bu ideyanm
Dostları ilə paylaş: |