Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   ...   28   29   30   31   32   33   34   35   36

100 
 
azaldılmasında mühüm rol oynayır. 
Sözügedən  Dövlət  Proqramları  çərçivəsində  həyata  keçirilən  məqsədyönlü 
tədbirlər nəticəsində ölkədə yoxsulluq səviyyəsi 2001-ci ildəki 49 faizdən 2011-ci 
ilin yekunlarına əsasən 7,6 faizə enmişdir. 
Eyni zamanda əhalinin rifah halının yaxşılaşdırılması, ölkədə davamlı iqtisadi 
artımın  və  makroiqtisadi  sabitliyin  təmin  olunması,  yoxsulluğun  səviyyəsinin 
azaldılması istiqamətində nəzərdə tutulmuş tədbirlərin icrasının davam etdirilməsi 
məqsədilə  Azərbaycan  Respublikası  Prezidentinin  28  iyun  2011-ci  il  tarixli  1578 
nömrəli  Sərəncamı  ilə  "2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında 
yoxsulluğun  azaldılması  və  davamlı  inkişaf  Dövlət  Proqramı"nın  həyata 
keçirilməsi üzrə 2011-2015-ci illəri əhatə edən yeni Tədbirlər Planı təsdiq edilmiş 
və artıq icrasına başlanılmışdır.[23] 
Ölkə  vətəndaşlarının  sosial  müdafiəsinin  gücləndirilməsi  və  yoxsulluğun 
azaldılması istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsi bundan sonra da 
davam etdiriləcəkdir.  
 
     3.3.Regionların inkişafında Azərbaycanda muasir sosial siyasətin  
                                        əsas aspektləri 
Azərbaycan  Respublikasının  müstəqilliyinin  ilk  dövrlərində  üzləşdiyi  bir  sıra 
ağır  siyasi  və  sosial  problemlər  əhalinin  həyat  səviyyəsini  xarakterizə  edən 
göstəricilərin  də  kəskin  şəkildə  pisləşməsinə  səbəb  olmuşdur.  Belə  bir  şəraitdə 
məqsədyönlü sosial siyasətin hazırlanması və sosialyönümlü bazar iqtisadiyyatının 
yaradılmasına  üstünlük  verilməsi  ölkədə  aparılan  sosial-iqtisadi  siyasətin  aktual 
vəzifəsinə  çevrilmişdir.  Həmin  dövrdə  ölkədə  həyata  keçirilən  sosial-iqtisadi 
siyasətin, həmçinin iqtisadi islahatların əsas məqsədi mövcud imkanların obyektiv 
qiymətləndirilməsi əsasında ağır sosial sarsıntılara səbəb olan problemlərin aradan 
qaldırılmasını,  o  cümlədən  inflyasiyanın  alovlanmasını  təmin  etməkdən  ibarət 
olmuşdur.  ölkədə  bəyata  keçirilən  məqsədyönlü  tədbirlər  qısa  bir  müddətdə  öz 


101 
 
müsbət  nəticəsini  göstərdi.  Artıq  1996-cı  ildən  etibarən  ölkədə  makroiqtisadi 
sabitlik bərqərar edilmiş və sonrakı illərdə dinamik inkişafa nail olunmuşdur. 
Azərbaycanda bərqərar  olmuş  iqtisadi  və siyasi  stabillik xarici  investisiyaların 
ölkə iqtisadiyyatına cəlb olunmasına, özəl sektorun dinamik inkişafına və eləcə də 
ölkəmizin  iqtisadi  potensialının  tam  şəkildə  hərəkətə  gətirilməsinə  əlverişli  şərait 
yaratmışdır.  Məhz,  ölkədə  həyata  keçirilən  uğurlu  iqtisadi  siyasətin  nəticəsində 
ÜDM-nin artım tempi ildən ilə artmaqdadır və bu isə onu göstərir ki, Azərbaycan 
Respublikası  sosial-iqtisadi  inkişafda  keyfiyyətcə  yeni  mərhələyə  qədəm 
qoymuşdur. Yeni mərhələdə sosial-iqtisadi inkişaf siyasətinin, o cümlədən iqtisadi 
islahatların əsas məqsədi ölkədə mövcud olan bütün resurslardan, həmçinin əmək 
resurslarından səmərəli  istifadə etməklə, iqtisadi  cəhətdən  güclü və  yüksək  sosial 
standartlara malik cəmiyyətin qurulmasına nail olmaqdan ibarətdir. 
Ölkədə  makroiqtisadi  sabitliyin  təmin  olunması,  sosial  yönümlü  tədbirlərin 
həyata  keçirilməsi  imkanları,  xüsusilə  də  müasir  dövrün  tələblərinə  cavab  verən 
çevik  və  işlək  mexanizmlərin  yaradılmasını,  məşğulluğun  təmin  olunmasını  və 
ə
halinin gəlirlərinin artırılmasını,  cəmiyyətin bütün üzvləri üçün sosial sığortanın 
təmin  edilməsini  təmin  edən  tam  ədalətli  hüquqi,  iqtisadi  və  sosial  təminat 
sisteminin  yaradılması  imkanlarını  xeyli  genişləndirmişdir.  Məhz  bu  dövrdən 
başlayaraq əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması və 
məşğulluğun artırılması üçün əlverişli şərait yaranmışdır. 
Nəzərə  almaq  lazımdır  ki,  Azərbaycanda  əhalinin  sayı  sabit  artımla  davam 
etməkdədir.  Bütün  bunlar  isə  onu  göstərir  ki,  gələcəkdə  də  ölkə  əhalisinin  artım 
dinamikasına  uyğun  olaraq,  həm  ayrı-ayrı  sosial-demoqrafik  qruplar  və  iqtisadi 
rayonlar,  həm  də  bütövlükdə  ölkə  üzrə  əhalinin  məşğulluğunun  təmin  edilməsi 
qarşıda duran ən aktual problemlərdən biri olacaqdır. 
Ölkədə  əhalinin  işsizlik  səviyyəsinin  yüksək  olması  bu  istiqamətdə  təxirəsa- 
lınmaz  tədbirlərin  həyata  keçirilməsini  labüd  edir.  Bu  baxımdan,  Azərbaycan 
hökuməti  tərəfindən  2006-2015-ci  illəri  əhatə  edən  “Azərbaycan  Respublikasının 
Məşğulluq  Strategiyasının  hazırlanması  və  qəbul  edilməsi  təqdirəlayiq  hal  kimi 


102 
 
qiymətləndirilir.  Məşğulluq  Strategiyasının  əsas  məqsədi  ölkənin  əmək 
ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunu təmin 
etməkdən  ibarətdir.  Bu  məqsədə  nail  olmaq  üçün  aşağıdakı  vəzifələrin  həyata 
keçirilməsi nəzərdə tutulur: 
-Sahibkarlığın,  xüsusilə  də  kiçik  və  orta  sahibkarlığun,  əhalinin 
özünüməşğulluğun inkişafı üçün zəruri şərait yaratmaq; 
-Məşğulluğun səmərəli inkişafını təmin edən investisiya fəallığını dəstəkləmək; 
- şaxtaran və işsiz vətandaşların sosial müdafiəsini gücləndirmək, qeyri-formal 
ə
mək  münasibətlərinin  leqallaşdırılması  istiqamətində  zəruri  tədbirlər  həyata 
teçirmək; 
-Əmək  bazarmda  tələb  və  təküf  arasında  dinamik  uyğunluğun  gücləndirilmə- 
sinə yönəldilmiş institusional infrastrukturu təkmilləşdirmək; 
     -  Kadr  hazırlığı  sisteminin,  o  cümlədən  peşə  hazırlığı  və  ixtisasartırma 
şə
bəkəsinin  fəaliyyətini  dinamik  inkişaf  etdirən  əmək  bazarının  tələblərinə 
uyğunlaşdırmaq. 
Qeyd etmək lazımdır ki, ölkəmizdə həyata keçirilən məşğulluq strategiyası bir- 
birini  tamamlayan  iki  mərhələni  əhatə  edəcəkdir.  2006-2010-cu  illəri  əhatə  edən 
birinci mərhələdə əsas hədəf olaraq hazırda mövcud olan işsizliyin nəzərə çarpacaq 
dərəcədə  azaldılması,  işsizlərin,  sosial  cəhətdən  həssas  olan  əhali  təbəqələrinin 
sosial  müdafiəsinin  gücləndirilməsi,  əmək  bazarının  təkmilləşdirilməsinə 
yönəldilmiş  addımların  atılması  nəzərdə  tutulur.  Bununla  yanaşı,  əmək 
ehtiyatlarının keyfiyyətcə yaxşılaşmanı, onun rəqabət gücünün artırılması, iqtisadi 
fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması daim diqqət mərkəzində 
olacaqdır. 
  2011-2015-ci  illəri  əhatə  edən  ikinci  mərhələdə  fəaliyyət  istiqaməti,  əsasən, 
işçi  qüvvəsinə  təlabatın  stimuilaşdırılmasını  təmin  edən,  yüksək  beynəlxalq 
standartlara  uyğun  işgüzarlıq  muhitinin  formalaşmasına,  struktur  islahatlarının 
dərinləşdirilməsinə,  investisiya  fəallığının  daha  da  artırılmasına  və  insan 
kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsinə yönəldiləcəkdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə