97
yenidən korrektə edilməsini tələb edir. Digər bir tərəfdən isə hökumətin dövrü
surətdə ayrı-ayrı kateqoriyalardan olan məşğul əhalinin əmək haqlarını artırması bu
tezisin həqiqətə uyğun olmamasını bir daha isbatlayır.
Ə
mək haqqı sistemində islahatların aparılması bazar münasibətləri şəraitində
vacibdir. 24 noyabr 2003-cü il tarixli «Azərbaycan Respublikası sosial-iqtisadi
inkişafının sürətləndirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası
Prezidentinin Fərmanında əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə
ə
mək haqqı və təqaüd sisteminin təkmilləşdirilməsi istiqamətində müvafıq işlərin
apanlması nəzərdə tutulmuşdur Fikrimizcə, əmək haqqı sahəsində islahatlann üç
istiqamət üzrə aparılması daha məqsədəuyğundur: birinci-əmək haqqının təkrar
istehsal, stimullaşdırıcı, tənzimləyici funksiyalarımn bərpa olunması; ikincisi -
büdcə təşkilatlannda işçilərin sayınm tənzimlənməsi; üçüncüsü isə - yüksək
ixtisaslı və məhsuldar işçilərin həvəsləndirilməsidir. Hesab edirik ki, hökumət
beynəlxalq konvens yalara uyğun olaraq minimum əmək haqqının ölkədəki
yaşayış minimumunun dəyərinə uyğunlaşdırmalıdır. Nəticədə yoxsulluğun real
səviyyəsini düzgün müəyyənləşdirmək olar ki, bu da qeyd olunan sahədə
ə
həmiyyətli tədbirlərin həyata keçirilməsi imkanlarını artırar. Əks halda ölkədəki
yoxsulluğun səviyyəsinin müəyyənləşdirilməsində ciddi problemlər meydana çıxır.
Ölkəmizin iqtisadi və sosial həyatında müşahidə olunan müsbət meyllərin, o
cümlədən əhalinin rifah halının yaxşılaşdırılması və yoxsulluğun səviyyəsinin
azaldılması sahəsində tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə "2008-
2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı
inkişaf Dövlət Proqramı" təsdiq olunmuşdur. Dövlət Proqramı özündə əsas 9
strateji məqsədi əks etdirir. Belə ki, makroiqtisadi sabitliyi saxlamaq və qeyri-neft
sektorunu tarazlı inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi,
ə
halinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yaşlı əhalinin, aztəminatlı
ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması,
qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin
98
davam etdirilməsi, təhsil və səhiyyə sahəsində xidmətlərin keyfiyyətinin
yüksəldilməsi, sosial infrastrukturun inkişaf etdirilməsi Dövlət Proqramının əsas
strateji istiqamətlərindəndir. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər
nəticəsində 2008-2015-ci illərdə ölkədə işsizlik səviyyəsinin 3-4 % həddinədək,
yoxsulluğun səviyyəsinin isə 2 dəfə azaldılması nəzərdə tutulur.
2011-ci ildə əhalinin rifah halının yaxşılaşdırılması, ölkədə davamlı iqtisadi
artımın və makroiqtisadi sabitliyin təmin olunması, yoxsulluğun səviyyəsinin
azaldılması istiqamətində Dövlət Proqramı çərçivəsində bir sıra tədbirlər həyata
keçirilmişdir. Bu müddət ərzində ümumi daxili məhsulun həcmi 50,1 milyard
manat olaraq 2010-cu illə müqayisədə 0,1 faiz artmışdır. Onun adambaşına düşən
həcmi isə 5530,6 manat (7003,4 ABŞ dolları) təşkil etmişdir.
Ümumi daxili məhsulun 53,9 faizi sənaye sahələrində, 5,5 faizi kənd
təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 8,3 faizi tikinti kompleksində, 7,7 faizi
ticarət və pullu xidmət sahələrində, 4,9 faizi nəqliyyatda, 1,7 faizi rabitədə, 12,0
faizi digər xidmətlər və sosial sahələrdə yaradılmış, 6,0 faizi məhsula və idxala
xalis vergilərin payına düşmüşdür.
Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 9,4 faiz artmış, neft
sektorunda isə 9,3 faiz azalmışdır.
Ölkədə iqtisadi artımın təmin edilməsi, qeyri-neft sektorunun inkişafı
nəticəsində 2011-ci ildə əhalinin həyat səviyyəsinin yüksəlişi də davam etmişdir.
Belə ki, 2011-ci ildə əhalinin gəlirləri 2010-cu illə müqayisədə 19,6 faiz artaraq
30,6 milyard manata çatmış və onun adambaşına həcmi 3383,8 manat təşkil edərək
2010-cu ilə nisbətən 18,1 faiz çox olmuşdur.
Eyni zamanda 2011-ci ildə əhalinin real gəlirləri 20,5 faiz artaraq 28,2 milyard
manat olmuşdur. Əhalinin sərəncamında qalan gəlirlər adambaşına 3115,0 manat
təşkil etmiş və 2010-cu ilə nisbətən 18,9 faiz artmışdır. Əhalinin pul gəlirləri
inflyasiyanı üstələmişdir. Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq
ə
mək haqqı 2011-ci ilin yanvar-noyabr aylarında 8,3 faiz artaraq 357 manata
çatmışdır.
99
Yoxsulluğu yaradan əsas amillərdən birinin işsizlik olduğunu nəzərə alaraq,
yoxsulluqla mübarizədə ölkədə əməkqabiliyyətli əhalinin məşğulluğunun təmin
olunması sahəsində tədbirlərin həyata keçirilməsinə önəmli yer verilir. Belə ki,
ölkənin əməkqabiliyyətli əhalisinin məşğulluğunu təmin etmək məqsədilə
Azərbaycan Respublikası Prezidentinin 15 may 2007-ci il tarixli 2167 nömrəli
Sərəncamı ilə "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata
keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)" təsdiq edilmişdir. Proqram
çərçivəsində əmək bazarının təkmilləşdirilməsi, onun institusional inkişafı,
məşğulluq sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi tədbirləri həyata
keçirilmişdir. Sözügedən Proqramın davamı olaraq Azərbaycan Respublikası
Prezidentinin 15 noyabr 2011-ci il tarixli 1836 nömrəli Sərəncamı ilə "Azərbaycan
Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci
illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir. Proqram çərçivəsində əmək
bazarının tənzimlənməsinin təkmilləşdirilməsi, işçi qüvvəsinə olan tələbatın
stimullaşdırılması və insan kapitalının inkişaf etdirilməsi, sosial cəhətdən həssas
ə
hali qruplarının məşğulluğunun inkişafı, işaxtaran və işsiz şəxslərin sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur. Artıq Proqramda nəzərdə tutulan tədbirlərin icrasına başlanılmışdır.
Son illərdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2011-ci ildə ölkədə
işsizlik səviyyəsi 5,4 faizədək enmişdir.
Eyni zamanda 2009-cu ildən Azərbaycan Respublikasının Prezidentinin 14
aprel 2009-cu il tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın icrasına başlanılmışdır. Həyata keçirilmiş məqsədyönlü tədbirlər
nəticəsində 2011-ci ildə ölkədə 73 mini daimi olmaqla 94 min yeni iş yeri
açılmışdır.
“2008-2015”-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması
və davamlı inkişaf Dövlət Proqramı"nda təhsil, səhiyyə, ətraf mühitin mühafizəsi
və digər sahələrdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkədə yoxsulluğun
Dostları ilə paylaş: |