Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə44/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   40   41   42   43   44   45   46   47   ...   60

_____________Milli Kitabxana________________ 
219 
 
 
 
M ü ş t ə r i  q a d ı n. Mənə xala deyirsiniz! Heç eybi yoxdur... 
Ərimin qeyrəti olsa, gəlib öz arvadının fiqurasını müdafiə elər.  (Hirslə 
gedir) 
Telefon zəng vurur, Qorxmazov telefon dəstəyini götürür. 
 
Q o r x m a z o v. Allo, guya biz fiqura-zad görməmişik. (Telefona) 
Necə? Bağışlayın,  əşi... səninlə deyiləm? Necə, necə, mən yatmışam? 
Dünən Nadirlə Gülaranın nişanı olub? Sən də ordaydın. Adə mən onların 
direktor müdiri ola-ola mənim bu dəm-dəsgahdan xbərim olmasın? Bəli, 
bəli, burda olacağam. Sənə nə növbə axı... Əla parçadır. Arvad-uşağa da? 
O da bu gözlərim üstə... Dediyim o orden əhvalatını bir yoxla görək, sağ 
ol! (Dəstəyi asır.) 
 
Nadir əlində eskizlər gəlir. 
 
N a d i r. Salam, yoldaş Qorxmazov! 
Q o r x m a z o v. Yoldaş, rəssam yenə padpolnı  işləyirsiniz ha... 
Rəssam olanda nə olar ki, adam öz rəhbərini saymaz? 
N a d i r. Nə deyim, elə birdən oldu. Yanınızda xəcalətliyəm. 
Q o r x m a z o v. Heç bılirsən sənin üstündə başıma nələr gəldi? 
Deyirlər ki, ştatda belə bir vəzifə yoxdur. Dilavərə poladdan keçən bir 
əmr verib keçirtdim səni öz ştatıma.  İndi sən də  gərək elə paltar 
nümunələri düzəldəsən ki, görənlərin gözləri dəvə gözü kimi açılsın. 
N a d i r. Buyurun, çəkmişəm, (Eskizləri göstərir.) 
Q o r x m a z o v (diqqətlə baxır). Bax bu yaxşı, bu yaramaz. Bu 
yaramaz. Bu da yaramaz. Məni qana salma... Əl çək bu köhnə əks inqilabi 
modalardan, canım... Deyirsən ki, butulka balaq şalvarı Nikolay vaxtı 
burjuylar da geysin, inqilabdan sonra bu gün bizim adamlar da?.. Yox, 
yox, yenilik lazımdır, yenilik! Qoy bizim şalvarların balağı ürəyimiz kimi 
şiroki olsun. Qoy başqa atelye modalar da bizdən ibrat götürsünlər. Çalış 
cavan oğlan, özünü göstər! 
N a d i r. Çalışarıq. 
Q o r x m a z o v. İndi keçək məsələnin əsasına. Onu bilirsənki, ayın 
13-də parkda atelye modaların böyük sərgisi olacaq? 
N a d i r. Bilirəm. 
Q o r x m a z o v. Onu da bilirsən ki, ya orda mənim də çıxışım var. 
Dalı da karnaval, dəm-dəsgahı! 
N a d i r. Bilirəm. 
 


_____________Milli Kitabxana________________ 
220 
 
  
    Q o r x m a z o v. Tikdiyimiz kostyumların, paltarların göz 
çıxaracağına min faiz əminəm.  Əsil mətləb orasındadır ki, sənə 
tapşırdığım bəzək şəkillərini vaxtında qurtarasan. 
N a d i r. Çoxdan qurtarmışam. 
Q o r x m a z o v. Afərin, bəs o biri işimiz necə olsun? Onu yarımçıq 
qoydun axı... 
N a d i r. Şəklinizmi? 
Q o r x m a z o v. Əlbəttə. 
N a d i r. Ancaq, indi bir vacib işim var. 
Q o r x m a z o v. Adə, bundan da vacib iş olar. Bu gün-sabah anadan 
olan günümdür axı.  (Qorxmazov ayna qabağında özünü düzəldib, sonra 
oturur, Barmağını gicgahına qoyub ciddi vəziyyət alır.) 
N a d i r (üzü divara söykənmiş şəkli çevirir. Fırçanı rəngə batırıb işə 
başlayır.) Yoldaş  Qorxmazov,  sizi  təkrar bir məsələdən xəbərdar 
etməliyəm ki, mən janr etibarilə karikaturistəm. 
Q o r x m a z o v. Necə-necə, qarğaturist?..  İstəyir lap çalağanturist 
ol... ancaq... 
N a d i r. Nə qarğaturist, nə də çalağanturist. Karikaturist. 
Q o r x m a z o v. O nə deyən sözdür? 
N a d i r. Peşəmin janrı, xüsusiyyəti belədir, gülməlidir. 
Q o r x m a z o v. Lap mənim adamımsan... Balam, ağlamalı kimə 
gərəkdir. Bir də canım... bu naz-mazını burax... Mənim üçün o xudojnik 
Əzimov deyilsən ki, tələbə babasan. Çək şəklimi, al maaşını. 
N a d i r. Dinməyin, çəkirəm. 
Q o r x m a z o v. Yoldaş Nadir, bir mənə de görüm... Belə otursam... 
(Barmağın çənəsinə qoyur.) İnsan bəşəriyyətinin xoşuna gələr, yoxsa bu 
sayaq?! (Barmağını gicgahına qoyur.) 
N a d i r. Hər ikisi mənalıdır. 
Q o r x m a z o v. Heç xəbərin var ki, ya bu şəkli çəkməklə sən özünü 
tarixə salırsan? 
N a d i r. Xeyr. 
Q o r x m a z o v. Sən hələ  məni yaxşı tanımırsan. Eh, hardan 
tanıyasan ki, sən hələ detski malçiksən. 
N a d i r. Nəyəm? 
Q o r x m a z o v. Detski malçik, yəni uşaq-muşaq. (Döşünə döyür.) 
Gözümün qanlısıdır özündən danışan adam. Əclafdır döşünə döyən. İnsan 
gərək həmişə partirot olsun. 
  
 
 


_____________Milli Kitabxana________________ 
221 
 
 
N a d i r. Portret? 
Q o r x m a z o v. Xeyr, partirot, yəni vətənbaz! Mən bir vətənbaz 
kimi deyirəmki... 
N a d i r. Sakit... çəkirəm... 
Q o r x m a z o v. Onda bir dəqiqə... Icazənizlə bir başımı düzəldim. 
(Cibindən bir yekə, iri diş daraq çıxarıb tüksüz başını darayır.) 
N a d i r (zarafatla). Yoldaş Qorxmazov, bərk basmayın, dişləri sinar. 
Q o r x m a z o v. Gülmə, evlənərsən sonra sənində saçlarına baxarıq. 
N a d i r. Bir dəqiqə mənalı baxın ki, gözlərinizi çəkirəm. 
Q o r x m a z o v. Adə bu süpürgəni nə tez-tez soxursan gözlərimə, 
yoxsa qəsdin məni kor eləməkdir?! 
N a d i r. Qəsdim ağlınızı gözlərinizdə əks etdirməkdir. 
Q o r x m a z o v. Balam, bu qədər ağlı (alnına vurur) bu fındıq boyda 
gözlərə necə yerləşdirəcəksən? 
N a d i r. Bu, sənətin sirridir. 
Q o r x m a z o v. Mözücədir, möcüzə! (Qorxmazovun burnuna milçək 
qonur. Burnunun hərəkətilə milçəyi qovmağa çalışır.) 
N a d i r. Tamam hərəkətsiz! 
 
Qorxmazov zəngi basır. Dəmirov gəlir. 
 
D ə m i r o v (Qorxmazovun əlini tutur). Salam. 
N a d i r. Tərpənməyin. 
Q o r x m a z o v (dili topuq çala-çala). Adə, Dəmirov, sənin ala 
gözünə  aşiq olmamışam ki, havayı maaş aldın bəsdir, tez burnumdakı 
milçəyi qov getsin. 
D  ə m i r o v (əlilə milçəyi qovur).  Rədd ol! (Milçək yenidən onun 
burnuna qonur, yenə hərəkətlə göstərir.) 
Q o r x m a z o v. Adə, bu şoğəribi kabinetimdən qovsana getsin! 
N a d i r. Səssiz, hərəkətsiz! 
D ə m i r o v. Bu dəqiqə. (Kepkasilə Qorxmazovun burnuna çəkir və 
otaqdan guya milçəyi qovub, pəncərədən dışarı  çıxarır.)  Qırğom... 
(Qorğmazova) Atası yandı.  
Q o r x m a z o v. Onun yox, mənim atam yandı... Axmaq... 
D ə m i r o v. O adam... sizin şey, gəlib deyirki... 
Q o r x m a z o v. Get, məşğulam. Mən iş vaxtı, vəzifə başında atamı 
da tanımıram. Hər kimsə rədd elə ge t sin. 
 
  
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə