Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə42/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   38   39   40   41   42   43   44   45   ...   60

_____________Milli Kitabxana________________ 
213 
 
 
ağlımı artıran elə bu fizik kulturasıdır. Evimdəki fizik kulturası  dəm-
dəsgahını görmüsən? Tez mənim adamlarımı bura çağır. 
 
Dəmirov gedir. 
 
Yox, yox, mən özüm öz işçilərimi nizam-intızama çagırmasam, iş 
getməz. 
 
Bayramalı, Dilavər, Gülara, Dəmirov, Nadir,  
dərzilər əllərində paltar, şlyapa içəri girirlər. 
 
Q o r x m a z o v.  Sıraya düzül! (Hamı sıraya düzülür. Gülaradan, 
Nadirdən başqa) Gülara, Nadir, bunun sizə dəxli yoxdur?  
G ü l a r a. Bu oyuncaq kimə gərəkdir axı... 
 
Gedirlər, pəncərədən baxıb gülürlər. 
 
Q o r x m a z o v. Yaxşı, yaxşı, mənim adamlarım, sıraya düzül! 
(Düzülürlər.) Dalımca arş... (Otaqda addımlayırlar.) Sola dön! (Biri sağa, 
digəri sola dönür.) Sağa dön! (Yenə qarışıq dönürlər.) Afərin! Geriyə 
dön! Yeni sağlam qüvvə ilə işə başla... Arş marş... (Hamı gedir.) Varam 
belə kadrlara. (Qorxmazov gəlib yerində oturur və birdən ayağa qalxır, 
zəngi basır.) Adə, Dəmirov... 
D ə m i r o v (gəlir). Salaməleyküm! (ƏI uzadır.) 
Q o r x m a z o v. Çəkil... Belə  də  şəriət olar? Yox, yox, mən belə 
şəriətdə sizə  rəhbərlik eləyə bilmərəm. Oturanda dev kimi adam dönür 
cırtdana. Siz allah, bir görün sizdən nə qədər alçağam. Halbuki gərək siz 
məndən çox-çox alçaq olasınız. 
D  ə m i r o v. Elədir ki, var, yoldaş  şey, dülgər gəmişdi... lap 
yadımdan çıxıb... bu dəqiqə... (Şkafdan dörd taxta parçası çıxarır.) Dülgər 
dedi ki, bunları vurarsınız Qorxmazovun ayaqlarına... 
Q o r x m a z o v. Necə? Bir nallanmağım əskikdi! "Beqramotnik"lər. 
D  ə m i r o v. Sizin yox ki, stolun ayaqlarına...  (Taxta parçalarını 
stulun ayaqlarına keçirir, stul hündür olur.) 
Q o r x m a z o v. Bu başqa məsələ... Buna deyərəm  şəriət, ancaq 
telefonum qoşalaşsaydı daha heç dərdim-zadım olmazdı. Ölmərik bəlkə 
onu da gördük. Dəmirov, get, Bayramalını çağır... (Dəmirov gedir.) 
 
  
 


_____________Milli Kitabxana________________ 
214 
 
 
Yaman yoruldum, heç canımın qədrini bilmirəm ki. Bu qədər də 
işləmək olar? Görək radio nə çalır. Vaxtıdır: (qurur.) 
R a d i o. İndi də musiqini dinləyin. 
Q o r x m a z o v. Ver gəlsin. 
 
Radio oxuyur. 
 
Səni qəlbimdə gəzdirib hər an,  
Eşqimiz görməsin dedim hicran.  
Ala gözlüm mənimkisən bildim,  
Sənin eşqinlə ağladım, güldüm.  
Gülə bilməz bahar sənsiz,  
Ürəyim od tutub yanar sənsiz.  
Dönmərəm heç sözümdən ey canan!  
Getmə bir an gözümdən ey canan!  
Səndən ilham alır mənim könlüm,  
Bizi cürət edib ayırmaz ölüm. 
 
Bu zaman Rəhilə qucağında körpə içəri girir. 
 
Q o r x m a z o v (Rəhiləyə). Ay qız, niyə  gəlmisən?  İşçilərim səni 
görmədilər ki? 
R ə h i l ə. Mənim gözlərim körpəmdən başqa heç nə görmür. Artıq 
mən dözə bilmirəm. Öz körpənə sahib ol. 
Q o r x m a z o v. Deyirsən ki, atelye modamın yanında zorba bir 
detski yasli da açım?! 
R ə h i lə. Başıma bu oynu açdığin bəs deyil, bir danışırsan da. Yoxsa 
bunu danmaq istəyirsən.  (Körpəni göstərir.) "Arvadım yoxdur... Ancaq 
səni sevirəm, subayam... səni alacağam..." 
Q o r x m a z o v. Mən səni alacaqdmı. Sonra dərindən fikirləşib 
gördüm ki, yox, əgər mənim kimi namuslu adam ailə pozğunluğu ilə 
məşğul olsa, onun atasını dalına sarıyarlar. Səhvimi lap vaxtında 
düzəltdim. Səni alsaydım, onda gərək bax bu stolumdan əl çəkəydim. 
Bunsuz isə mənə gün-güzəran yoxdur, yox... Başa düşdün? 
R ə h i l ə. Bəli, mən aldandığımı çoxdan başa düşmüşəm. Anam deyir 
ki, bu uşaq kimindirsə get onun evinə. Deyirəm atası orduya gedib, 
qayıdar... İnanırlarmı? 
 
 
 


_____________Milli Kitabxana________________ 
215 
 
 
Q o r x m a z o v. Ay qız, anana de ki, uşağın atası Allah rəhmətinə 
gedib. 
R ə h i l ə. Allah ağzından eşitsin. 
Q o r x m a z o v. Rəhilə, gəlsənə ustanı çağırım sənin əndamına layiq 
təzə modni bir paltar tiksin, hə... 
R ə h i l ə. İstəməz. 
Q o r x m a z o v. Ay qız...bir ağıla gəl, qoy sənə biraz xərclik verim. 
(Pul uzadır.) 
R ə h i l ə (pulu qaytarır). İstəməz! Mən dilənçi deyiləm.  (Cibindən 
konvertləri çıxarıb Qorxmazovun üzünə  çırpır.)  Al, bu da sənin mənə 
yazdığın məhəbbət məktubları. Adını dəyişib başqalarına göndərərsən. 
Q o r x m a z o v. Mən sədaqətçin. 
R ə h i l ə. Xeyr...Xeyr, sən məhəbbətçin, sədaqətçin yox, fırıldaqçın, 
avantüra üçün yaranmısan, binamus... (Körpəni stol üstünə qoyur və 
telefon dəstəyini götürür.) Mən bu saat lazımi yerə zəng vuraram. 
Q o r x m a z o v. Vurma, vurma, qoy yerə... Bu səninçin küçə 
telefonu-zadı deyil... (dəstəyi əlindən alır). 
R ə h i 1 ə. Mən telefonsuz da sözümü lazımi yerinə çatdıra bilərəm. 
Q o r x m a z o v. Xux, qorxdum elə, çatdır görüm necə çatdırırsan. 
R ə h i l ə - Bu dəqiqə... (Yüyürə-yüyürə gedir.) 
Q o r x m a z o v. Ay qız, hara? Dayan! (Bərkdən qışqırır və sonra 
qorxub səsini yavaşıdır. Pəncərədən) Ay qız, Rəhilə... Napras yerə  işə 
düşmədik. Siz anada namusa, vicdana baxın. Əşi, azı üç-dörd dəfə rəsmi 
arvad alıb-boşamışam, ancaq belə  kələyə düşməmişdim, düşdüm.  (Gözü 
uşağa sataşır, diksinir.) Bismillah-ərrəhman-ərrəhim!.. Yoxsa bu dilsiz 
körpənin də gözü mənim stolumdadır!.. Yaxşı, indi gəlib bunu burda 
görsələr neylərəm.  (Uşağı qucağına alır.)  Mən ölüm, məni ifşa eləmə. 
Özüm ölüm Dünya xanım olmasaydı, səni aparardım evə...  (Səs gəlir.) 
Deyəsən gələn var... (Fikirləşir.) Aha, tapdım, tapdım... hələlik səni yan 
otağa qoysam necədir?! (Uşağı yan otağa qoyur.) 
D ə m i r o v (gəlir). Salam əleyküm... 
Q o r x m a z o v. Zəhrimar salam əleyküm, hər içəri girəndə adam 
salam verər! Bayramalı nə oldu? 
D  ə m i r o v. İndicə  gələr...  (Diqqətlə Qorxmazovu süzür) Yoldaş 
Qorxmazov, rənginiz niyə əhəng kimi ağarıb? 
Q o r x m a z o v. Heç, malareyam var. (Uşaq ağlaması) 
D ə m i r o v. Bu nə səsdir, yoldaş Qorxmazov? 
 
 
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə