Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə37/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   33   34   35   36   37   38   39   40   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
97 
 
müzakirəyə  çıxarılır.  Dildə  baş  verən  dəyişikliklər  dil 
səviyyələri  üzrə  kəmiyyət  və  tezlik  baxımından  fərqli  olduğu 
kimi (leksik səviyyə dəyişmələrə qarşı  daha həssas, qrammatik 
səviyyə  daha  sabitdir),  dövrdən,  sosial-mədəni  durumdan  asılı 
olaraq da proses müxtəlif şəkildə təzahür edə bilər: daha stabil və 
durğun  mühitdə,  “qapalı”  şəraitdə    dil  dəyişmələri  də  o  qədər 
diqqəti  cəlb  etmir.  Müasir  qloballaşma  dövrünün  özünəməxsus 
əlamətlərindən  biri  də  iqtisadi  sahə  ilə  yanaşı,    mədəni 
“inteqrasiya”nın  gündəmə  gəlməsidir.  Qloballaşma  bir  tərəfdən 
ümumi bəşəri dəyərlərin yaranması şəklində təzahür edirsə, digər 
tərəfdən  milli  mədəniyyətlərin,  eləcə  də  dillərin  sıxışdırıl-
masına  gətirib  çıxarır.  Bu  baxımdan  qloballaşma  dilə  və  dil 
siyasətinə  təsir  göstərən  iki  əks  amili  aktuallaşdırır:  ünsiyyət 
ehtiyacı,  tələbi  (bunun  üçün  ortaq  modellər)  və  dil 
müstəqilliyi,  milliliyi  qorumaq  meyli.  Hər  bir  dilin  kökündə 
xalqın  böyük  mədəniyyəti  dayanır.  Dillərin    qloballaşmanın 
mənfi  təsirindən  qorunması  dünyada    mədəni  rəngarəngliyin 
təmin olunması deməkdir. . Hazırda dünyada 6700 “canlı” dilin  
qeydə alındığını  ---- YUNESKO-nun dünyanın dil mənzərəsi ilə 
bağlı təqdim etdiyi statistik məlumatlara görə,  hər 14 gündən bir 
dünyada  mövcud  dillərdən  biri  “ölür”.  Mütəxəssislərin 
proqnozlarına görə, 2050-ci ilə qədər mövcud dillərin təxminən 
yarısı  tarixə  çevriləcək.  Belə  təsəvvür  yarana  bilər  ki, 
qloballaşmanın  zərərli  təsirindən  yalnız  “kiçik”  dillər  əziyyət 
çəkir.  Lakin  təcrübə  göstərir  ki,  proses  olaraq  bu  meyillər  ən 
geniş  yayılmış  dillərdən  belə  yan  keçmir.  Dünyada  ingilis 
mədəniyyətinin yayılması missiyasını həyata keçirənlərdən biri – 
dilçi  Devid  Qreddol  Britaniya  Şurasına  məruzəsində  hazırda 
dünyada  ingilis  dilində  doğma  və  ya  ikinci  dil  olaraq 
danışanların sayının milyarda çatdığını, bunun ibtidai sinifdən 
öyrədilməsinə  nail  olunacağı  təqdirdə  “Ümumdünya  ingilis 
dili  layihəsi”  çərçivəsində  yaxın  10  il  ərzində  dünyada  2 
milyard  ingilisdilli  insanın  olacağını  proqnozlaşdırır.  Jan-Pol 
Nerrer  1500  sözə  əsaslanan  bu  dili    “Qlobiş”  adlandırıb  


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
98 
 
(qlobal ingilis dili) və deyib ki,  qlobiş dil deyil, süni ünsiyyət 
vasitəsidir,  bu  dildə  bədii  ədəbiyyat  olmayacaq,  sadəcə 
gündəlik  ünsiyyət  vasitəsi  kimi  işlənəcək...  D.  Qreddol  etiraf 
edir ki, bu dil normal, düzgün ingilis dili deyil və yeni yaranan 
variant əsl dili sıxışdıra bilər...  Müasir rus dilində gedən bəzi 
proseslər, xüsusilə gənc nəslin nitqində müşahidə olunan güclü 
reduksiya (yalnız qapalı yox, həm də açıq saitlərlə bağlı...) və 
bu kimi hallardan ciddi narahatlığın nəticəsidir ki, hətta ictimai 
nəqliyyat vasitələrində (xüsusilə  metroda) ölkənin ən nüfuzlu 
dilçilərindən  birinin  –  dil  norması  üzrə  mütəxəssisin  şəkli  və  
“Gəlin  rus  dilində  düzgün  danışaq!”  şüarının  əks  olunduğu 
plakata rast gəlmək mümkündür... 
Dildə  sistem  şəklində  dəyişmələrin  meydana  gəlməsinə 
bir  sıra  amillər  təsir  göstərir:  funksional  üslublarda  struktur 
dəyişikliklər  –  yüksək  üslubun  aradan  qalxması;  yersiz 
alınmaların  dilə  gətirilməsi;  (təfəkkürdə  rabitənin  qırılmasına 
gətirib çıxarır ki, nəticədə dildə olan sözlərin itməsinə və milli 
təfəkkürün  sıradan  çıxmasına  səbəb  olur);  vulqar  və  kobud 
leksikadan  istifadə;  (təfəkkürlə  bağlı  məsələdir  –  dilə  olan 
hörmət,  ona  münasibət  dəyişir;  qəzet  ştamplarından  həddən 
artıq istifadə; müasir dövrün nəbzini tutmaq baxımından (sürət 
əsrinin  tələbinə  uyğun  olaraq)  «tələsik»  nitq  formasının 
yaranması;  Sosial  proseslər  və  “elektron  ünsiyyət”dən  irəli 
gələn  proses  kimi  dil  normalarına  bir  çox  hallarda  əməl 
olunmaması...  Göründüyü  kimi,  qeyd  olunan  məsələlər 
qloballaşma dövründə, demək olar ki, bütün dünyada təsadüf 
olunan  prosesin  əsas  istiqamətlərindəndir.  Bu  gün  ədəbi  dil 
normasının müəyyənləşməsində aparıcı rola malik olan kütləvi 
informasiya vasitələrində və deməli, bu yükü çiynində daşıyan 
publisistik üslubda müşahidə olunan və  dil situasiyasına təsir 
göstərən    bu  prosesləri  dil  üzrə  mütəxəssis  olmadan  belə, 
izləmək    mümkündür.  Təsadüfi  deyil  ki,  son  illər  ərzində 
müxtəlif  dillərin  tətbiqi  və  inkişaf  istiqamətinin  düzgün 
dəyərləndirilməsi  məqsədilə  “Dövlət  Proqramı”  qəbul  olun-


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
99 
 
muşdur (məs., bu  layihələrin icra müddəti Qazaxıstanda 2011-
2020-ci  illəri,  Rusiyada  2016-2020-ci  illəri  əhatə  edir). 
“Azərbaycan  dilinin  qloballaşma  şəraitində  zamanın  tələblərinə 
uyğun  istifadəsinə  və  ölkədə  dilçiliyin  inkişafına  dair  Dövlət 
Proqramı”nın  təsdiq  edilməsi  haqqında  sərəncam  da  (layihə 
2013-2020-ci illəri əhatə edir) bu zərurətdən irəli gəlmiş,  Azər-
baycan dilinin və dilçilik elminin inkişafına hesablanmışdır. 
2018-ci  ildə  “Orfoqrafiya  lüğəti”nin  yeni  nəşri  nəzərdə 
tutulmuş,  qaydalara  yenidən  baxılmış,    müzakirələr  nəticəsində 
bəzi  qaydaların  mövcud  dil  mənzərəsini  əks  etdirməməsi 
aşkarlandığından    müəyyən  dəyişikliklər  təklif  olunmuş,  geniş 
ictimaiyyətin müzakirəsinə təqdim olunmuşdur. F. de Sössürün 
qeyd etdiyi kimi,  “Nitq həmişə dili qabaqlayır... dil eyni zaman-
da  nitqin  həm  aləti,  həm  də  məhsuludur”  (1,  s.57).  Məhz  bu 
baxımdan meydana gələn  dəyişikliklərin qaydalarla tənzimlən-
məsi təbii qarşılanmalıdır. 
Müzakirəyə təqdim olunan layihədə mübahisə doğuran iki 
bəndə münasibət bildirmək istərdik.  
22.  Aşağıdakı  sözlərin  mənbə  dildəki  yazılışı  əsas 
götürülərək,  k  hərfi  ilə  yazılması  məqsədəuyğun  sayılır: 
əskər, əskinas, İskəndər, işkəncə və s. 
Qeyd:  Bu  sözlər  dilimizdə  məhz  tələffüzlərinə  əsasən 
indiyədək  g  hərfi  ilə  yazılmışdır.  Belə  ki,  mənbə  dildə 
yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə 
cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçmişdir. 
  Ümumiyyətlə,  orfoqrafiyanın  məlum  prinsiplərindən 
əlavə  (Azərbaycan  dili  üçün  fonetik,  morfoloji  və  tarixi-
ənənəvi), dil norması hər bir dilin tipoloji quruluşundan, tarixi 
inkişaf  xüsusiyyətlərindən  qaynaqlanan  qanunauyğunluqlarla 
tənzimlənir,  universal  prinsiplərdən  olan  qənaət  prinsipi  də 
nəzərə alınmaqla “cilalanan” variantlar dildə mövcud qəliblərə 
uyğun olaraq analıgiya prinsipi ilə qruplaşdırılır. Qeyd olunan 
məsələdə - əskər, əskinas, İskəndər, işkəncə kimi sözlərin yazı 
qaydasının  tənzimlənməsində  bu  tipli  sözlərin  iki    qrupa 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə