Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə20/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   16   17   18   19   20   21   22   23   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
52 
 
fonetik  əvəzlənməsini  xarakterik  xüsusiyyət  hesab  etmək  bir  qədər 
çətindir.  Dastanda  da  bu  tipli  fonetik  əvəzlənməyə  aid  heç  bir  nümunə 
yoxdur. 2. Sözün yazılışında diqqətsizliyə yol verilmiş, katib ﮏﯿﮐوا kimi 
yazmalı olduğu sözün tərkibindəki iki ک [kəf] hərfindən birini yazmağı 
unutmuşdur.  Sonuncu  ehtimal  bizə  daha  inandırıcı  görünür.  “Tarama 
Sözlüğü”ndə  ﮏﯿﮐوا qrafik kompleksi ögeyik şəklində oxunmuş və XVI 
əsrə  aid  iki  lüğətə  istinadən  onun  farsca  faxtə  “çöl  göyərçini”  sözünün 
türkcə qarşılığı olduğu nümunələrlə təsbit edilmişdir (19, V, s. 3057). K 
samiti  ilə  bitən  sözə  yönlük  hal  şəkilçisi  artırıldıqda  iki  sait  arasında 
cingiltiləşmə  baş  verdiyini  nəzərə  alaraq  abidədəki  ﮫﮑﯿﮐوا  formasını 
ügəyigə  kimi  oxumaq  lazım  gəlir.  ﺎﯿﻗ  qrafik  kompleksini  qıya,  ﺐﯾد 
yazılışını isə deyüb şəklində transliterasiya edərək sonuncu sözü ügəyigə 
sözündən  əvvələ  keçirdikdə  misra  məntiqi  və  qrammatik  cəhətlərdən 
anlaşıqlı  şəklə  düşür:  Qıya  deyüb  ü[g]əyigə  yürürken  tartub  üzen 
“Qıyya  çəkib  çöl  göyərçininə  hücum  edərkən  dartıb  üzən”.  Qıya  söz ü 
Azərbaycan dilində qıy vurmaq, qıy qoparmaq, qıy çəkmək, qıyyaçəkmək 
birləşmələrinin  tərkibində  “qışqırmaq,  bağırmaq,  uca  səslə  səslənmək” 
mənası  ifadə  edir.  Qıy  vurmaq  ifadəsi  daha  çox  qartalla  bağlı  olaraq 
işlədilir. Mətndəki qıya demək ifadəsi qıy vurmaq ifadəsinin sinonimidir. 
Qıy  və  qıyasözləri  səs  təqlidi  mənşəlidir.  Bizim  bərpa  etdiyimiz    Qıya 
deyüb  ü[g]əyigə  yürürkən  tartub  üzən  misrasında  qartalın  qıyya  çəkib 
çöl göyərçininə hücum edərkən nəyi dartıb üzdüyü məlum olmur. Buna 
görə  də  tartub  üzən  ifadəsindən  əvvəl  mətnə  boğazın  sözünü  də  əlavə 
etmək lazım gəlir: Qıya deyüb ü[g]əyigə yürürkən[boğazın] tartub üzən. 
     6. Qarıncuğı ac olsa qalqub uçan 
    7. Cümlə quşlar sultanı çal - qara quş 
    8.  Qanadıyla  saqsağana  kəndüzin  şaqıdurmı?  Bu  misra 
soylamanın  ən  çox  mübahisələrə  səbəb  olan  hissələrindən  biridir. 
Misradakı    ﮫﻠﯾ  د  ﺎﻨﻗ  yazılışını  əksər  naşirlər  kanadı-y-ile  /  kanadıyıla  / 
qanadıyla/ qanadilə “qanadıyla”şəkillərində transliterasiya etmiş və onu 
qanad söz kökündən, ı mənsubiyyət şəkilçisi və ilə qoşmasından ibarət 
forma  kimi  izah  etmişlər.  Həmin  sətri  V.  V.  Bartold  “Разве  даст  он 
ударить  себе  крылом  сороке?”  şəklində  çevirmiş  (4,  s.  69), 
müasirləşdirdikləri mətnlərdə  M. Ergin “Kanadıyla saksağana kendisini 
bağırtır mı?” (10, s. 134), O. Ş. Gökyay “Kanadıyla saksağana kendisini 
şakıdır mı?” (13, s. 114), F. Zeynalov- S. Əlizadə “Özünü heç sağsağana 
vurdurarmı?”(30, s. 188) kimi vermişlər. Ş. Cəmşidov bir qədər əlahiddə 
mövqe  tutaraq  adi  qrafik  -  fonetik  yazı  prinsiplərinə  məhəl  qoymadan 
sözü  qanadı  ala  şəklində  oxumuşdur    (6,  s.  371).  Bu  oxunuş  variantı 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
53 
 
qətiyyən  mümkün  deyil,  çünki  ala  sözü  əlif’lə  yazılır,  mətndə  isə  lam 
hərfindən əvvəl yə hərfi vardır. Sözün qanadıyla şəklində oxunuşunu isə 
məntiqi  cəhətdən  izah  etmək  çətindir:  Bu  halda  cümlə  ya  qartalın  öz 
qanadıyla və ya saqsağanın qanadıyla özünü şaqıtması şəklində anlaşıla 
bilər ki, bunların heç birisini normal məntiqə  sığdırmaq mümkün deyil. 
S.  Tezcan  bütövlükdə  bu  cümlə  haqqında  yazır:  “Drs.  96a.  12’de 
kanadıyıla ya da kanadıla okunacak biçimde yazılmış olan sözcüğü Ergin 
ve Gökyay “kanadı ile ” anlamına kabul etmişlerdir. Anlam veremediğim 
için bu yorumu şüpheli sayıyorum. Burada bir kuş adı olması gerekirdi; 
anlaşılmamış bu yüzden değiştirilmiş olabilir: “ka... (kuşu) ile saksağanın 
saldırısına uğratır mı kendisini?” (26,s. 262). S. Özçelik isə M. Ergin və 
O.  Ş.  Gökyayın  oxunuş  variantlarını  doğru  hesab  edərək  bu  fikrə  qarşı 
çıxır:  “S.  Tezcan’ın  belirttiği  yerde  (kanadıyla  yerine)  bir  kuş  adının 
bulunması gerekmez” ( 20, s. 224). Fikrimizcə, S. Tezcan haqlıdır. Bunu 
da  xatırladaq  ki,  S.  Tezcandan  bir  neçə  il  əvvəl  (1999  cu  ildə)  çap 
etdirdiyimiz  bir  məqalədə  qanadıyla  şəkilində  oxunmuş  sözü  biz 
qanadilə  /  qonadilə  (qanadil  /  qonadil  “qutan  quşu”+yönlük  hal 
şəkilçisi)  kimi  oxumuş  və  müvafiq  abidələrdən  gətirdiyimiz    faktlarla 
etimologiyasını müəyyənləşdirməyə çalışmışdıq  (29, s. 279 – 281). Bu 
gün də biz vaxtilə qonadilin quş adı olması haqqında söylədiyimiz fikrin 
doğru  olduğu  qənaətindəyik.  Misrada  qonadil  sözünü    quş  adı  və 
saqsağana  sözüylə  eyni  sintaktik  vəzifədə  işlənən  həmcins  tamamlıq 
kimi  qiymətləndirmək  daha  məntiqli  görünür.    Konadil  quş  adı  M. 
Osmanovun 1883-cü ildə Sankt-Peterburqda nəşr etdirdiyi “Ногайские и 
кумыкские  тексты”  (“Noqay  və  kumık  mətnləri”)  adlı  əsərində  keçir.  
Edige dastanının noqay variantında işlənmiş bu sözün qarşısında müəllif  
“hansısa  bir  quş”  izahını  vermişdir  [Каракаев  Ю.  И.  Языковые 
особенности  героического  эпоса  “Предание  о  Тохтамыш  хане”  (на 
материале  М.  Османова,  www.turkolog.narod.ru].  Fikrimizcə,  bu  söz 
etimoloji  və  semantik  cəhətlərdən    “Qutadgu  bilig”də  işlənmiş  konday  
sözü ilə bağlıdır: Kuğu konday ersə ya turna yuğak / Ya toy tut ya yügdik 
ya todlıc ya kak / Kalıkta uçuğlı kara kuş yorı / Seningdin keçümez aya 
kök böri “Qu, konday, durna, yuğak/ Yaxud  toy quşu, yügdik, dodlıc və 
qaz / Havada uçan qaraquş yürüyərkən / Səndən yan keçə bilməz, ey boz 
qurd”  (QB,  5377-5378).  Maraqlıdır  ki,  konday  sözünə  yalnız  Herat 
nüsxəsində təsadüf edilir. Abidənin Namanqan nüsxəsində həmin sözün 
yerində  korday  forması  durur.    Bu  söz  M.  Kaşğarlı  divanında  da 
işlənmişdir. B. Atalay nəşrində söz “kuğu kuşu; kuğu kuşu cinsinden bir 
kuş”  şəklində,  “Qədim  türk  lüğəti”ndə  isə  “qutan  quşu”  kimi  izah 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə