Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə64/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   60   61   62   63   64   65   66   67   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
175 
 
üçün  əhəmiyyətli  hadisələrin  xronoloji  ardıcıllıqla  verilməsi  təsəvvürü 
bağışlayır.  Lakin  «görkəmli  adamların  həyatı»  seriyasına  aid  əsərlərdə 
konkret  tanınmış  şəxsin  həyatı  təsvir  olunur.  Burada  bioqrafik  zaman 
amili  aparıcıdır.  Belə  əsərlərdə  bioqrafik  zaman  real  zamanla  uzlaşır. 
Bədii  əsərlərdə  də  müəllif  bir  obrazı  və  ya  qəhrəmanı  seçmək,  onun 
həyatını təsvir etmək imkanına malikdir. Belə əsərdə də bioqrafik zaman 
aparıcı  ola  bilər.  Lakin  qəhrəman  müəllif  yaradıcılığının  məhsuludursa, 
onda  bioqrafik  zaman  və  real  zaman  bir-birindən  fərqlənmiş  olacaqdır. 
Bədii zaman çoxcəhətlidir. Bu, bədii mətnin təsəvvür olunan reallığının 
qurulması ilə əlaqədardır. Konkret bədii əsərdəki zamanın real zamanın 
hansı dövrünə  aidliyi  barədə təsəvvür yaradıla da  bilər, yaradılmaya  da 
bilər.  Qan  Turalının  yuxarıda  nümunələr  verilmiş  hekayəsinin  konkret 
zamanı yoxdur. Lakin əsər bu zamanı müəyyən dövr çərçivəsinə salmağa 
imkan  verir.  Bu  imkan  fon  biliklərindən  irəli  gəlir.  Deyək  ki,  əsərdə 
İncəsənət Universitetini bitirməkdən söhbət getdiyindən oxucu onu belə 
bir  Univernsitetin  fəaliyyət  göstərdiyi  dövrə  aid  etmək  imkanı  qazanır. 
Əsərin qəhrəmanlarından birinin Rusiyaya iş dalınca getməsi, Rusiyada 
işləməsi  dövrün  hüdudlarını  zaman  oxunun  hər  iki  tərəfindən  sıxmağa 
zəmin  yaradır.  Bu  dövr  Azərbaycanın  müstəqilliyini  bərpa  etməsindən 
sonrakı    dövrdür  və  fon  bilikllərinə  görə  XX  əsrin  90-cı  illərinin 
ortalarından  başlanır.  Hekayə  qəhrəmanlarından  bəzilərinin  yaşının 
verilməsi  zaman  oxunu  yuxarıdan  sıxmağa  əsas  verir.  Elə  burada  da 
başqa bir cəhət üzə çıxır. Hekayənin yazılma dövrünü bilməyən və onu 
iki  il  bundan  əvvəl  oxumuş  və  bu  gün  oxuyan  oxucu  zaman  oxunun 
gələcəyə  doğru  hərəkət  edən  tərəfini  fərqli  illərə  görə  sıxır.  Məsələn, 
2014-cü  ildən  və  ya  2016-cı  ildən.  Hekayə  on  il  bundan  sonra 
oxunacaqsa,  bədii  zamanı  konkret  zaman  istiqamətində  dəqiqləşdirmə 
fərqli səciyyə qazanacaqdır. 
Bədii  zaman  təsəvvür  olunan  zaman  və  ya  müəllif  tərəfindən 
yaradılan  zamandır.  Bir çox hallarda onun real zamanla  heç  bir əlaqəsi 
olmur. Lakin əsəri oxuyan oxucu mütləq ona müəyyən zaman hüdudunda 
baxır.  Oxucu  təsəvvüründə  zamanın  konturları  yaranır.  Lakin  bu 
konturlar  dəqiq  koordinatlara  malik  deyildir.  Əsər  oxucunun  yaşadığı 
dövrlə də səğyyələnə bilər, keçmişə, yaxud gələcəyə aidliyi ilə də diqqəti 
cəlb edə bilər. Y.Səmədoğlunun “Qətl günü” əsərində lap keçmişə, XX 
əsrin  30-cu  illərinə  aid  dövrlər  ayrılır.  Üçüncü  dövr  isə  müasirləşir  və 
oxucunun yaşadığı dövrə yaxınlaşır. Burada bədii zamanın oxucu zamanı 
ilə yaxınlaşması baş verir. Yenə də iki cəhətə diqqət yetirmək lazım gəlir. 
Müəllifin  nətqletməsi  elə  qurula  bilər  ki,  oxucu  özünü  müəllif 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
176 
 
mövqeyində  hiss  və  ya  təsəvvür  edə  bilər.  Bu  cəhət  müəllif  zamanının 
oxucu  zamanı  ilə  tam  üst-üstə  salınmasına  aparıb  çıxarır.  “Qətl  günü” 
əsəri Yusif Səmədoğlu tərəfindən qələmə alınmışdır. Oxucu nəqledənin 
hadisələrin  iştirakçısı  və  əsas  qəhrəmanı  olduğunu  qəbul  edirsə,  onda 
oxucu fon bilikləri ilə Yusif Səmədoğlunun yaşadığı dövrə qayıtmış olur. 
Bədii  əsərin  temporal  strukturunda  nəqletmənin  əsas  planı  çox 
zaman  mətnin  başlanğıcında  müəyyənləşir.  Lakin  müəllif  hadisələrin 
xronoloji inkişafında kəsilmə və sıçrayışlara yol verilir. Qeyd etdityimiz 
kimi, bədii zaman üçün zaman oxunda irəli və geri sıçraışlar səjiyyəvidir. 
Bu  sıçrayışları  əldə  etmək  üçün  müəllif  müxtəlif  vasitələrdən  istifadə 
edir.  Əsas  vasitələr  arsenalını  dilin  zamanlarının  ifadə  vasitələri  təşkil 
edir. Təbii ki, digər vasitələr az deyildir. Y.Səmədoğlunun “Qətl günü” 
əsəri epiqrafları nəzərə almasaq belə başlanır:   
“Hələ  ulduzlar  təkəmseyrəkdi  -  boz   səmada  boz umtul  işıq  vardı, 
gah  öləziyirdi,  elə  bil,  sönmək  istəyirdi,  gah  da  par-par  parıldamağa 
başlayırdı.  Külək  hələ  əsmirdi,  hərdən  qoşa  vələsin  kəlləsində 
ləpədöyənin  səsinə  bənzər  bir  səs  qopurdu,  deyirdin,  yaxınlıqda  dəniz 
var,  amma  bu  səsdən  adam  diksinirdi.  Burada  kim  vardısa,  bilirdi  ki, 
çox-çox uzaqlarda, hardasa dünyanın o başında bir külək yatağından baş 
qaldırır,  Baba  Kahanın  zülmətində  gərnəşir,  ordan  çıxıb,  ağır-ağır, 
sürünə-sürünə,  batman  ləngəri  ilə  torpaqda  dərin  şırımlar  açırdı,  daş-
qayanın  gövdəsində  uğultu  sala-sala  bu  başıbəlalı  dünyaya  meydan 
oxumağa  hazırlaşırdı.  Burada  kim  vardısa,  hələ  çox-çox  uzaqlarda 
həmləyə  hazırlaşan  küləyin  qarğışını  eşidirdi:  ay  ikiayaqlı  bəndələr, 
kökünüz kəsilsin sizin!” (Səmədoğlu). 
Əsərin  növbəti  abzası  “İnsanlar  küləkdən  bezmişdi,  külək  də 
insanlardan.  Qoşa  vələsdən  uzaqlarda,  dağ  döşündən  başlanan  meşənin 
seyrəkliyində,  ağacların  arasında  bir  qoca  canavar  qulaqlarını  şəkləyib 
şöngümüşdü” cümlələri ilə başlanır.    
Hər iki abzasda idi köməkçi feili ilə ifadə olunan mürəkkəb xəbər 
şəkli, mürəkkəb xəbərin hekayəsinin işlənməsini görürük. “İdi” köməkçi 
feili  keçmiş  zamandan  sonra  işləndikdə,  bir  tərəfdən  şahidlik,  digər 
tərəfdən işin keçmişdə icra olunub bitməsini və onun haqqında sonradan 
məlumat  verildiyini  bildirir.  Beləliklə  müəllifin  istifadə  etdiyi  vasitələr 
zaman reqressiyası yaradır. Müəllif zamanı ilə hadisələr zamanı arasında 
fərq əmələ gəlir.  Bəhs edilən əsərdə birinci ayırmadan sonrakı abzas isə 
belə başlanır:  
“Kimdirsə,  yaman  deyib,  atalar  sözünə  oxşayır:  azar  batmanla 
gələr, misqalla çıxar. Hə, düzdür, atalar sözüdür, Əbülqasımın topladığı 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə