Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə26/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   22   23   24   25   26   27   28   29   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
121 
işlənməsi isə bütün  koroğlusevərlərə  bəllidir. Burada bir 
bəndi təqdim etməklə kifayətlənmək olar: 
 
 Çünki oldun dəyirmançı, 
 Çağır gəlsin  dən, Koroğlu! 
 Verdin Qırı, aldın Dürü, 
 Döy başına yan, Koroğlu! 
 
Kitab”da belə bir parçaya rast gəlinir: “Dədəm 
Qorqud gəldi. Aydır: “Oğlanım, sən insansan. Heyvanla 
müsahib olmağıl! Gəl, yaxşı  at  bin.  Yaxşı yigitlər ilə  eş 
yort! – dedi...”. “Cəmiyyətə qovuşmaq üçün həm də at 
minməyi öyrənmək lazımdır” tezisini reallaşdıran bu 
parçanın son cümlələrindəki söz və birləşmələr “Kor-
oğlu”dakı şeirlərin dilində də müşahidə olunur: 
 
Yaxşı ər yaxşı at minər, 
Ortada göstərər hünər,  
Atılanda nizə, şeşpər 
Qaldırar qalxan başına. 
 
Göründüyü kimi, “Kitab”dan gətirdiyimiz parçanın 
son cümlələrindəki söz və birləşmələr “Yaxşı  ər yaxşı at 
minər” misrasında, əsasən, eynilə  təkrarlanıb: “Kitab”da – 
yaxşı at, yaxşı yigit, binmək (minmək); “Koroğlu”da – 
yaxşı at, yaxşı ər (igid), minmək. Ən maraqlısı isə budur ki, 
“Kitab”la səsləşən “Yaxşı ər yaxşı at minər” misrası deyim 
səciyyəlidir.  
Boz ayğırla bağlı olan parçanın (Beyrəyin dilində) 
“Koroğlu” eposunda yeni formada təzahürünü təsdiqləyən 
faktlara mətn kontekstində nəzər salaq:  
Язизхан Танрыверди 
 
 
122
 
Beyrəyin dilində: 
 
 “Açuq-açuq meydana bəηzər səniη alıncuğıη. 
Eki şəbçırağa bəηzər səniη gözcigəziη, 
Əbrişimə bəηzər səniη yəlicigiη. 
..................................................... 
 
Əri muradına yetürər səni arxacığıη. 
At diməzəm saηa, qartaş deyərəm, 
Qartaşımdan yeg! 
Başıma iş gəldi, yoldaş deyərəm, 
Yoldaşımdan yeg! – dedi”. 
 
Təhkiyəçinin dilində:  
 
“At başınmı yuqarı tutdu, bir qulağın qaldırdı 
“Beyrəgə qarşu gəldi. Beyrək at köksin qucaqladı.  İki 
gözün öpdi...” 
“Kitab”dan gətirdiyimiz bu parçaların “Koroğlu”-
dakı  təzahür formalarına qarşılaşdırmalar kontekstində 
diqqət yetirək: 
 
 
 
 
 
 
 
 
 
 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
123 
 
“Kitab”da “Koroğlu”dakı şeir 
parçalarında 
1. Eki şəbçırağa bəηzər 
səniη gözcigəziη. 
 
2.  Əbrişimə  bəηzər səniη 
yəliciyiη. 
 
3.  Əri muradına yetirən sə-
niη arxacığıη. 
 
4. At diməzəm saηa, qartaş, 
deyərəm “Qartaşımdan yeg! 
 
 
5. Beyrək at köksün qucaq-
ladı. 
 
 
6. İki gözin öpdi.  
 
 
1.  Alma gözlüm,  qız  bir-
çəklim Qırat, gəl!; Qaranlıq 
gecədə yol çaşırmayan. 
2.  Əbrişim ipəkdən yalı 
gərəkdi. 
 
3. Səni minən alar murad 
//Uzaq yollar ərzənindi. 
 
4. At igidin qardaşıdı; Bir 
at, bir qılıncım qardaşım, 
dağlar! 
 
5. Qoyun qucaqlayım Qır-
atın boynunu 
 
 
6. Qoyun öpüm mən Qıratın 
gözünü. 
 
Qarşılaşdırılan nümunələri belə  səciyyələndirmək 
olar: nümunələr eyni semantik şaxədə birləşir, daha 
doğrusu, ikincisi (Koroğlunun dilindən verilmiş nümu-
nələr) birincisinin (Beyrəyin dilindən verilmiş nümunələr) 
məntiqi davamı, yeni formada təzahürü kimi çıxış edir; 
nümunələrin hər biri ayrı-ayrılıqda qəhrəman və at obraz-
ları barədə dolğun təəssürat yaradır (Beyrək – Boz ayğır; 
Язизхан Танрыверди 
 
 
124
 
Koroğlu – Qırat) ; nümunələrdə at kultunun poetik ifadəsi 
açıq-aydın  şəkildə görünür; Beyrək III boyun qəhrə-
manıdırsa, Koroğlu epos  qəhrəmanıdır, daha dəqiqi, 
eposun baş  qəhrəmanıdır; hər iki cəngavər atı qardaşdan 
üstün bilir. 
“Kitab”da “qardaş”la bağlı bir sıra poetik siqlətli 
parçalara rast gəlinir: “Qara tağım yüksəgi qartaş degil! Nə 
turarsan, oğul, yortğıl! – dedi”;  “Ağzıη içün öləyim, 
qardaş // Dilüη içün öləyim, qardaş!”; “...Bəkil aru turdı, 
ağladı. Aydır: “Ulu oğlım, ulu qardaşım yoq...”; “Qardaşlu 
yigitlər qalqar-qopar olur // Qardaşsız miskin yigit 
əηsəsinə yumruq toqunsa..,”. Bu cümlələrin  poetik-
semantik yükü Ə.Qaracadağininn “Şeirlər məcmuəsi”nə 
daxil edilmiş nümunələrdə, daha dəqiqi, aşağıdakı bənddə, 
demək olar ki, eynilə mühafizə olunub: 
 
Do diləyib, düşmən üstə varanıη, 
Dalısında bərk yoldaşı gərəkdir. 
Hu-hu deyib qənim atdan salanın 
Ya qoç oğlu, qoç qardaşı gərəkdir. 
 
Bu parçalarda leksik mənanı reallaşdıran, məntiqi 
mərkəz funksiyasında çıxış edən ifadə və ya birləşmələrin 
eyni semantik şaxəyə daxil olması aydın şəkildə görünür: 
“Kitab”da – “ulu oğul“, ulu qardaş” = “Koroğlu”da – “qoç 
oğul”, “qoç qardaş”. Yaxud “Kitab”da  -  “Qardaşlu 
yigitlər qalqar-qopar olur” (qardaşlı igidlər inmala qalxıb 
vurur) = “Koroğlu”da – “... düşmən üstə varanın ... qoç 
qardaşı  gərəkdir”. Deməli, eyni sintaktik mühit, əsasən, 
eyni dil vahidləri ilə ifadə olunub. Burada bir məqam da 
yada düşür: yuxarıdakı bənddə “Kitab”la səsləşməyən söz 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
125 
və ya ifadə yox dərəcəsindədir. Amma, heç şübhəsiz ki, bu 
sistemdə birbaşa “Kitab”dan süzülüb gəlmiş “hu-hu 
demək”, “atdan salmaq” ifadələrini, eləcə  də ikiqat  
mənsubiyyətdə işlənmiş “dalısında” sözünü xüsusilə qeyd 
etmək lazımdır (“Kitab”da: “hu demək”. “Qanturalı Sarı 
tonlu qız eşqinə bir hu!” dedi; atdan salmaq. “...bögür-
dibəni atdan yerə saldı”; talusı “...oğlanı iki talusınıη 
arasında urub  çıqdı, yıqdı”). 
Dədə Qorqudun dilindən  verilmiş alqış 
dualarının bədii estetik məziyyətləri, demək olar ki, bütün 
müstəvilərdə öyrənilib. Amma, nədənsə, bu duaların 
Koroğlu ilə  bğlı olan şeir parçalarında yeni formada 
təzahüründən bəhs olunmayıb. Qarşılaşdırmalar göstərir ki, 
gürcü  əlifbası ilə yazılmış bir əlyazmasında (“Bağdatdan 
gələn  beş durna” misrası ilə başlanan şeir  nəzərdə tutulur) 
ardıcıl verilmiş üç misra bütün parametrlərinə görə  Dədə 
Qorqudun dilindən verilmiş aıqış duaları ilə səsləşir: 
 
“Kitab”da:  
 
“Qadir təηri səni namərdə möhtac etməsün! 
Çaparkən ağ-boz atıη büdrəməsün! 
Çalışanda qara polat uz qılıcıη gödəlıməsün! 
Dürtüşərkən ala köndəriη avanmasun!...” 
 
“Koroğlu”da: 
 
“Aradan rəqib ötməsin! 
Namərd mətləbə yetməsin! 
Altun kəmər incitməsin!...” 
Язизхан Танрыверди 
 
 
126
 
“Kitab”da toy və ya evlənmə ilə bağlı  verilmiş 
parçalara nəzər salaq: “...Otuz toquz yigit oxınıη ardınca 
getdi. Qırq gün-qırq gecə toy-dügün eylədilər. Beyrək 
yigitlərilə murad verdi, nurad aldı”. Bu tip təsvirlər 
assosiativ olaraq “Koroğlu”dakı şeirləri də yada salır: 
 
Koroğluyam, Çənlibeldə oturram, 
Harda gözəl görsəm, allam, gətirrəm, 
Dəliləri muradına yetirrəm, 
Gözəllərdə arzumanım qalmadı? 
 
“Kitab” və “Koroğlu”dan təqdim etdiyimiz yuxarı-
dakı parçaları birləşdirən cəhətlər,  əsasən, bunları  əhatə 
edir: hər iki parçada igidlərin (dəlilərin) incə belli qızlarla 
evlənməsi, ailə qurması obrazlı  şəkildə canlandırılıb; 
Beyrək də, Koroğlu da igidləri muradına yetirən qəhrəman 
statusunda çıxış edir; “Kitab”ın dilindəki “Beyrək yigit-
lərilə murad verdi, murad aldı” cümləsi ilə “Koroğlu”dakı 
“Dəliləri muradına yetirrəm” misrası eyni leksik-semantik 
şaxədə birləşir. 
Beyrək və Koroğlu. Yuxarıda  qeyd etdik ki, həm 
Beyrək, həm də Koroğlu igidləri muradına yetirən qəhrə-
man statusundadır. Bu obrazların digər oxşarlıqlarını, daha 
doğrusu, birincinin (Beyrək) ikinciyə (Koroğlu) təsirini 
belə ümumiləşdirmək olar: Beyrək III boyun qəhrəmanı-
dırsa,  ən güclü döyüşçülərdən biridirsə, Koroğlu da dasta-
nın baş qəhrəmanıdır, dəlilər dəlisidir (bu cəhətlər dastanın 
həm nəsr, həm də nəzm hissələrində müşahidə olunur); hər 
iki cəngavər həm də ozan-aşıq statusundadır; hər iki 
qəhrəman atını  tərifləyir: Beyrək “Boz ayğır”ına “At 
deməzəm saηa qardaş deyərəm, Qardaşımdan yeg!” – 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə