Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə27/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   23   24   25   26   27   28   29   30   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
127 
deyirsə, Koroğlu da “Qırat” barədə  “At igidin qardaşıdır” 
– deyir; hər ikisinin silahı sirli-sehirlidir: Beyrəyin yayı, 
Koroğlunun qılıncı... Bu cür oxşarlıqlardan geniş  şəkildə 
bəhs etmişik (bax: Əzizxan Tanrıverdi. “Dədə Qorqud 
kitabı”nın obrazlar aləmi. Bakı, 2013, səh.165-169). 
“Hey Dirsə xan! Oğlana bəglik verdil // Təxt vergil, 
- ərdəmlidir!...” Müdriklər müdriki Dədə Qorqudun dilin-
dən verilmiş bu misraların “Koroğlu”da yeni formada  
təzahürünü gördükdə türkün poetik təfəkkürünə, xüsusən 
də genetik yaddaşına heyran olmaya bilmirsən::”...Qoç 
igidə xanlıq, bəylik verilsin // Bu meydanda ağa nədir, 
paşa nə?!”  
“Kitab”da oxla bağlı işlədilmiş çoxsaylı ifadələrdən 
ikisinə diqqət yetirək: “Sadağında səksən oqın vergil 
maηa!”; “Məgər göyginin yüziginə nişan atarlardı. Beyrək 
oqla yüzügi urdı, paraladı..,” Müqayisə və qarşılaşdırmalar 
onu deməyə  əsas verir ki, “sadağında səksən oq” ifadəsi 
“Koroğlu”dakı  şeirlərdə,  əsasən, eynilə  təkrarlanıb:  
“...Siyirə qılıncı, çəkə qalxanı // Səksən oxu sadağından 
boşanı”. “Kitab”dan gətirdiyimiz ikinci nümunə isə 
“Koroğlu”da nisbətən dəyişikliyə  uğramış  vəziyyətdədir: 
“...Üzük halqasından qırx ox keçirtdim // Tərpənən 
görmədim bir yana səni”. 
“Kitab”dakı bir sıra müraciət formaları “Kor-
oğlu”nun  şeir dili üçün də xarakterikdir. “Kitab”da: ana. 
“Hey, ana! Ərəbi atlar olan yerdə // Bir qulunı olmazmı 
olur?”;  canım ana. “Ağ birçəklü, izzətlü, canım ana!;  
oğul. “Qara başım qurban olsun, oğul, saηa!” canım oğul
“Qalın Oğuz imrəncisi, canım oğul!”;  baba. “Baba, mən 
yerimdən turmadın ol turmış ola!”;  qardaş. “Ağzıη içün 
öləyim, qardaş!”... “Koroğlu”da:  ana. “Ana, südün halal 
Язизхан Танрыверди 
 
 
128
 
elə! Rüsxət ver, mən gedər oldum”;  canım ana. “Canım 
ana, gözüm ana // Rüsxət ver, mən gedər oldum..,”;  oğul. 
“Sənə qurban özüm, oğul // Allaha tapşırdım səni!”; 
canım oğul. “Canım oğul, gözüm oğul”; ata. “Ata, bunlar 
nə xan deyil, nə paşa // Bu qılıqda söydar olmaz, ay 
olmaz...”;  qardaş. “Çənlidən xəbər gətirdim // Qardaş, 
dur gedək, dur gedək!...” Hər iki abidənin dilində ana, 
canım ana, oğul, canım oğul, baba (ata), qardaş və s.  kimi 
söz və ifadələrdən bir müraciət forması kimi istifadənin 
intensivliyi müşahidə olunur ki, bu da, bir tərəfdən, “Dədə 
Qorqud” eposunun “Koroğlu”ya təsiri ilə, digər tərəfdən, 
genetik yaddaşla bağlıdır. 
Kitab”dakı “Çalub-kəsər qılıcı müxənnətlər 
çalınca, çalmasa yeg” deyimi ilə “Koroğlu”dakı “Müxən-
nətün ürəgində zat olmaz”; “Müxənnətlər bu dünyada 
qalmaya” misraları eyni semantik şaxədə birləşir. Yaxud 
“Koroğlu”dakı “Eyvaz sənə oğul olmaz, ay olmaz” misrası 
“Kitab”dakı “Yad oğlı saqlamaqla oğul olmaz” deyimi ilə 
səsləşir. Problemə atalar sözləri kontekstində yanaşdıqda 
bəlli olur ki, “Kitab”ın “müqəddimə” hissəsində  işlənmiş 
“Kül təpəcik olmaz”, “Ölən adam dirilməz, çıxan can gerü 
gəlməz” və s. kimi atalar sözlərinin forma və semanti-
kasına uyğun olan misralar “Koroğlu”nun  şeir dilində 
kifayət qədərdir. Bu cəhət aşağıdakı bənddə daha qabarıq 
görünür: 
 
Bənnasız hörgü olmaz, 
Təbibsiz xəstə dirilməz, 
Baxaram heç yan görünməz, 
Ərəb atı  mən istərəm. 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
129 
Göründüyü kimi, deyim səciyyəli “Bənnasız hörgü 
olmaz”, “Təbibsiz xəstə dirilməz” misraları birbaşa 
“Kitab”ın “müqəddimə” hissəsindəki deyimlərlə bağlanır. 
Qeyd etdiyimiz kimi  “Koroğlu”nun  şeir dilində bu tip 
misralar üstün mövqedə görünür. Burada deyim səciyyəli 
misralardan ibarət bir bəndi təqdim etməklə kifayətlənmək 
olar: 
 
Qəmli könül dəmə gəlməz, 
Dərdi olan ağlar, gülməz 
Qorxaqlar ər qədri bilməz, 
Ağlama, Nigar, ağlama. 
 
Bu misraların hər biri (sonuncu misra istisna 
olunmaqla) “Kitab”la səsləşən bitkin ifadələr, deyimlər 
kimi çıxış edir. 
“Kitab” və “Koroğlu”nun şeir dili üçün  xarakterik 
olan digər vahidləri isə iki istiqamətdə qruplaşdırmaq olar. 
“Kitab”dakı ifadələrin “Koroğlu”da nisbətən başqa 
formada işlənməsi və ya oxşar ifadələr; “Kitab”dakı 
ifadələrin “Koroğlu”da eynilə işlənməsi. Bu tip ifadələrin 
ümumi mənzərəsi daha aydın görünsün, - deyə onları 
cədvəllər daxilində qarşılaşdırmaqla təqdim edirik: 
 
          
 
 
 
 
 
 
Язизхан Танрыверди 
 
 
130
 
  
                I cədvəl (oxşar ifadələr) 
        “Kitab”da  
     “Koroğlu”da 
1. “aldayuban ər tutmaq” 
(igidi aldatmaq). “Aldayu-
ban ər tutmaq övrət işidir” 
 
2. “at ağızlu”. “At ağızlu 
Uruz qoca çapar yetdi” 
(“Kitab”da Qazan xanın 
dayısı “Aruz”un  adı  həm 
də “Uruz” şəklində yazı-
lıb). 
3. ad qazanmaq. “Baş  kə-
sübdir, qan dökipdir// 
Çöndi alubdır, ad qaza-
nubdır”. 
4. “bığın  əηsəsindən yedi 
yerdə dügmək” (bığını bo-
yunu dalında yeddi dəfə 
düyünləmək).“...bığın  əη-
səsindən yedi yerdə dü-
gən,ərənlər  əvrəni...Qara-
günə çapar yetdi”  
5.Çətirli otaq. “Çətirli 
otaqmı dilərsən?” 
6. Dəli Domrul, Dəli 
Qarçar 
7. Dəmür Tonlu Mamaq 
 
1. al dil ilə tutmaq. “Hansı 
düşmanları atdan atandı?-
//Koroğlunu al dil ilə tutan-
dı”. 
2. qurd ağızlı. “Qurd ağızlı 
qoçaq oğlan gərəkdi”. 
 
 
 
 
3. nam qazanmaq (ad qazan-
maq). “Baş  kəsilir, axtarma-
lar çəkilir//Qoç igid  qazanır 
namı meydanda”. 
4.“bığlarını dalından bur-
maq”. ”Koroğlu önündə mər-
dana duran//Bənövşə bığların 
dalından buran”. 
 
 
 
5. çadır otaq. “Ala sivan, 
çadır otaq quranlar”. 
6. Dəli Həsən 
 
7. dəmirdonlu. “Bəylərimizə 
dəmirdonlu deyərlər...” 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə