Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   20   21   22   23   24   25   26   27   ...   114

istehsalı üçün dövlət sifarişlərini formalaşdırır; 
-
  mülkiyyət ve təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və 
təşkilatlarda  təbii  ehtiyatlardan  istifadə  edilməsi,  təbii  mühitə  zərərli  maddələr, 
sənaye,  məişət  və  başqa  tullantılarm  atılması,  onların  anbara  vurulması  və 
basdı-rılması  həcmləri,  norma  və  limitləri,  onların  ilkin  uçotunun  aparılması 
qaydalarını hazırlayır və tətbiq edir və bunlara riayət olunmasma nəzarət edir; 
-
  təbiəti  mühafızə,  təbii  ehtiyatlardan  səmərəli  istifadə,  geologiya  və 
hidrometeorogiya sahəsində işçilərin ixtisasınm artırılmasını təşkil edir; 
-
  ətraf mühitin, təbii sərvətlərin, o cümlədən atmosfer havasının, yer təkinin, 
faydalı  qazıntıların,  yeraltı  və  yerüstü  suların  ckoloji  baxımdan  torpağın,  bitkilər 
aləminin  (o  cümlədən  meşələrin)  və  heyvanlar  aləminin  (o  cümlədən  bahqların) 
qorunmasına,  onlardan  səmərəli  istifadə  edilməsinə,  artırılmasına  və  mühafızəsinə, 
ə
traf  mühitin  əlverişli  sanitar  və  ekoloji  vəziyyətinin  təmin  edilməsinə,  ekoloji 
şə
raitin sağlamlaşdırılmasına nəzarət edir; 
-
  öz  səlahiyyətləri  daxilində  torpaqları  şoranlaşmadan,  bataqlıqlaşmadan, 
eroziyadan,  istehsalat  tullantıları,  zərərli  kimyəvi,  radioaktiv  və  digər  maddələr  ilə 
çirklənmədən  qorumaq,  habelə  tikinti  zamanı  və  ya  faydah  qazıntılar  çıxanlarkən 
onlan başqa növ korlanmadan qorumaq sahəsində kompleks tədbirlərin aparılmasına 
nəzarət edir; 
-
  Azərbaycan  Respublikasının  ekoloji  qanunvericiliyinə,  təbii  mühitin 
mühafızəsi və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində normativlərə, qaydalara 
və standartlara riayət edilməsinə nəzarət edir; 
-
  bitkiqoruyucu  vasitələr,  onların  böyüməsi  üçün  stimulyator,  mineral 
gübrələr,  istifadə  edilməsinə  icazə  verilən  digər  kimyəvi  maddələr  və  preparatlar 
istehsal edilərkən, daşınarkən, saxlanılarkən və tətbiq edilərkən ətraf mühiti mühafızə 
tələblərinə riayət edilməsinə nəzarət edir; 
-
  zooloji, mineraloji və bitki kolleksiyalarının yaradılması, zənginləşdirilməsi, 
kolleksiya obyektlərinin mübadiləsi və saxlanılması qaydalarına nəzarət edir; 
-
  faydah  qazıntılar  çıxarılarkən,  partlayış  işləri  aparılarkən,  terrikonal, 
tullantılar,  zibilxanalar  yerləşdirilərkən  və  istismar  edilərkən,  ətraf  mühiti 


çirklənmədən  və  zibillənmədən  mühafizə,  təbii  ehtiyatlardan  kompleks  istifadə 
tələblərinə nə-zarət edir; 
-
  faydalı  qazıntı  yataqlarının  işlənilməsi,  dağ-mədən  sənayesinin  istehsalat 
tullantılarından istifadə edilməsi sahəsində müəyyən edilmiş normalara və qaydalara, 
habelə faydah qazmtı karxanalarının rekultivisiyası müddətlərinə və keyfıyyətlərinə, 
istifadə edilmək üçün onların istifadəçilərə verilməsi müddətlərinə nəzarət edir; 
- partlayış, dərinləşdirmə işləri, faydah qazmtılar hasilatı, sugötürücü qurğuların 
inşası,  boru  kəmərlori,  kabellər  və  i.a.  çəkilməsi  nəticəsində  biofaunanın  məruz 
qaldığı mənfi təsirlərin aradan qaldırılması sahəsində tədbirlərin görülməsinə nəzarət 
edir; 
-
  nəqliyyat vasitələrinin və başqa səyyar vasitələrin və qurğulann ətraf mühitə 
atdığı  zəhərli  maddələrin  azaldılması  və  bunun  qarşısınm  almması  sahəsində 
tədbirlərin həyata keçi-rilməsinə öz səlahiyyətləri daxilində nəzarət edir; 
-
  ekoloji  sistemləri,  bioloji  tarazlığı,  habelə  atmosfer  havasım  və  su 
obyektlerini  çirkləndirən  mənbələrin,  yerüstü  və  yeraltı  suların,  torpağın,  bitkilər 
aləminin  (o  cümlədən  me-şələrin),  suyun  bioloji  obyektlərinin  və  vəhşi  heyvanların 
ya-şayış mühitinin ekoloji vəziyyətinə nəzarəti təmin edir; 
-
  yerüstü  təbii  sərvətlərin,  o  cümlədən  meşə  sərvətlərinin  səmərəli  istifadə 
edilməsinə,  dövlət  meşə  fondu  və  meşə  fonduna  daxil  olmayan  meşələrin,  digər 
ə
razilərdə yerləşən yaşılhqlarm və bütün yabanı bitki örtüyünün mühafızəsi, bərpası 
və istifadə edilməsinə, meşə təsərrüfatı fəaliyyətinə nəzarəti həyata keçirir; 
-
  ekoloji  baxımdan  su  obyektlərindən  səmərəli  və  məqsədyönlü  istifadə 
edilməsinə,  yerüstü  və  yeraltı  suların  çirklənməkdən,  zibillənməkdən  və 
tükənməkdən  qorunmasına,  habelə  yeraltı  suların  planlı  istifadə  edilməsinə  nəzarət 
edir; 
-
  ətraf  mühitə  atılan  çirkləndirici  maddələrin  tənzimlənməsi  üçün  müvafiq 
qurğularm  istismara  verilməsinə,  bu  qurğuların  vəziyyətinə,  habelə  çirkləndirmə 
mənbələrinin  nəzarət  və  təmizləyici  cihazlarla  təchiz  edilməsinə  dair  qayda  və 
normativlərə,  çirkab  sularm  atılması  qaydası  və  şərtlərinə  əməl  edilməsinə  nəzarət 
edir; 


-
  su  anbarlarından  kompleks  istifadə  edilməsi  qaydalarınm  hazırlanması 
zamanı  ekoloji  tələblərin  nəzərə  ahnmasma  dair  təkliflər  verir  və  icra  olunmasma 
nəzarət edir; 
-
  meliorasiya  tikintisi  apanlarkən,  faydah  qazıntılar  çıxarılarkən,  habelə  təbii 
obyektlərin  dəyişdirilməsi  və  landşaft-ların  formalaşdırılması  ilə  əlaqədar  olan 
təsərrüfat fəaliyyəti zamanı torpaq və meşə ehtiyatlanndan ekoloji baxımdan səmərəli 
istifadənin təmin edilməsinə nəzarət edir; 
-
  öz  səlahiyyəti  daxilində  torpaq  istifadəçiləri  tərəfındən  torpaqqoruma 
tədbirlərinin  həyata  keçirilməsinə  aqrotexniki,  aqrokimyəvi,  fıtosanitar,  eroziya  və 
ekzogen geoloji proseslərə qarşı tədbirlər görülməsinə nəzarət edir; 
-
  Azərbaycan  Respublikasının  ərazisində  yerləşən,  beynəlxalq  və  ölkə 
ə
həmiyyətli  təbii  obyektlərin  və  təbii  abidələrin  müəyyən  edilmiş  qaydalara  əsasən 
istifadəsinə nəzarət edir; 
-
  xüsusi  mühafızə olunan  təbiət  ərazilərində  və  obyekt-lərində nadir və  nəsli 
kəsilməkdə  olan  flora  və  fauna  növlərinin  artırılması  sahəsində  biotexniki  və  digər 
tədbirlər götürülməsinə və bu ərazilərin rejiminə əməl edilməsinə nəzarət edir; 
-
  mülkiyyət və təşkilati-hüquqi formasından asıh olmayaraq bütün müəssisə və 
təşkilatlar  tərəfmdən  Azərbaycan  Respublikasınm  ərazisində  meteoroloji  və  digər 
geofıziki proseslərə aktiv təsir işinin aparılmasma nəzarət edir; 
-
  müvafıq aidiyyəti icra hakimiyyəti orqanı ilə birlikdə səlahiyyətləri daxilində 
ekoloji standartlara cavab verməyən müxtəlif növ mal və məhsulların idxahna nəzarət 
edir; 
-
  Azərbaycan  Respublikasmm  qanunvericiliyi  ilə  nazirliyə  həvalə  edilmiş 
vəzifələrin həyata keçirilməsi üçün digər funksiyaları yerinə yetirir. 
 
Təbiətdən istifadə sahəsində idarəetmə 
Respublikamızda  təbiətdən  istifadə  sahəsində  idarəetmə  işini  artıq  qeyd 
etdiyimiz  kimi  əsasən  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi,  digər  səlahiyyətli 
orqanlar həyata keçirir. 
Xüsusi  səlahiyyətli  dövlət  orqam  kimi  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə