Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   16   17   18   19   20   21   22   23   ...   114

məsələlərin həlli ilə də həyata keçirilə bilər. 
darəetmə  metodları  daimi,  bilavasitə  və  operativ  olaraq  bütün  məsələləri  həll 
etməyə  və  idarəetmənin  məqsodlorinə  nail  olmağa  imkan  yaradır.  Təbiətdən 
istifadənin  idarə  edilmə-sində  aşağıdakı  metodlardan  istifadə  edilir:  qadağa, 
müvəqqəti  dayandırma,  məhrumetmə  (istifadə  hüququna  xitam  verilməsi), 
razılaşdırma və icazə (lisenziya verilməsi, təbiətdən kompleks istifadə müqaviləsi və 
s.). 
Təbiətdən istifadənin dövlət idarəetməsi qanunvericilikdə təsbit edilmiş ümumi 
prinsiplər  əsasında  həyata  keçirilir.  Bura:  qanunilik,  ərazi  və  sahə  idarəetməsinin 
birləşməsi  aiddir.  Qanunvericiliklə  təbiəti  mühafızənin  həmçinin  spesifık  prinsipləri 
müəyyən edilmişdir: komplekslik, ümumilik, planauyğunluq, elmi-texniki tərəqqinin 
imkanlarından istifadə və beynəlxalq əməkdaşlıq. 
Son  məqsədi  ətraf  mühitin  keyfıyyətinin  optimal  vəziyyətinə  nail  olmaqdan, 
təbii  ehtiyatların  səmərəli  istifadə  edil-məsindən  ibaret  olan  təbiətdən  istifadənin 
idarə  edilməsinə  birdən-birə  nail  olmaq  mümkün  deyildir.  Ona  görə  də  aralıq 
məqsədlər  müəyyən  edilir  və  hər  bir  mərhələdə  konkret  ətraf  mühiti  mühafizə 
tədbirləri göstərilir. Təbiətdən istifadənin idarə edilməsi - dövlət orqanları sisteminin 
qarşıhqlı  əlaqələri  şəraitində  hakimiyyət  -  tabeçilik  elementlərindən  ibarət  vahid  bir 
orqanizmdir.  Dövlət  idarəetmə  orqanlarının  ekoloji  sahədəki  vəzifələri  3  qrupda 
birləşmişdir: 
1.
  idarəetmə  -  təşkil  etmə,  ümumi  rəhbərlik,  operativ  sərəncamçıhq, 
normativ-hüquqi aktların nəşri və onların vaxta-şırı təkmilləşdirilməsi; 
2.
  planlaşdırma, proqnozlaşdırma və əlaqələndirmə; 
3.
  uçot, nəzarət və yoxlama. 
«Ətraf  mühitin  mühafizəsi  haqqmda»  Azərbaycan  Res-publikasmın  Qanununa 
görə  (08.06.1999)  ətraf  mühitin  mühafızəsi  və  təbiətdən  istifadə  sahəsində  dövlət 
idarəetmə orqanları müəyyən edilmişdir. Həmin dövlət orqanları öz səlahiyyətlərinə 
görə iki yerə ayrılır: 
3)
  ümumi səlahiyyətli dövlət orqanları; 
4)
  xüsusi səlahiyyətli dövlət orqanları; 


Ümumi səlahiyyətli dövlət orqanlanna Prezident və onun  cra Aparatı, Nazirlər 
Kabineti,  yerli  icra  hakimiyyəti  orqanları,  bələdiyyələr  daxildir.  Bu  dövlət  orqanlan 
ona  görə  ümumi  səlahiyyətli  sayılırlar  ki,  onların  səlahiyyətinə  digər  məsələlər  də 
(dövlətin  idarə  olunması  ilə  əlaqədar)  daxildir.  Həmin  qanuna  görə  Ekologiya  və 
Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinə tabedir (maddə 7). 
Xüsusi  səlahiyyətli  dövlət  orqanları  isə  qanunvericiliyə  uyğun  olaraq  təbiətin 
qorunması  funksiyalarını  yerinə  yetirən  dövlət  orqanlarıdır.  Təbiəti  qorumaq 
funksiyaları  isə  bu  sahəyə  aid  qəbul  olunmuş  qanunların  qüvvəyə  minməsi  barədə 
verilən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən olunur. Xüsusi 
səlahiyyətin həcminə və xarakterinə görə dövlət orqanlan 3 növə bölünür: kompleks, 
sahəvi və funksional. 
Kompleks  orqanlar  bütün  təbiətqoruyucu  tapşırıqları  ye-rinə  yetirirlər.  Sahəvi 
orqanlar  konkret  təbii  obyektlərin,  sahənin  mühafızəsini  və  onlardan  düzgün 
istifadəni  tənzimləyirlər.  Funksional  orqanlar  isə  bir  və  ya  bir  neçə  qohum  (yaxın) 
funksiyalan yerinə yetirirlər. 
Ümumilikdə,  Azərbaycan  Respublikasınm  ekologiya  ilə  məşğul  olan  dövlət 
orqanlan aşağıdakılardır: 
Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi,  Dövlət  Stan-dart-lardurna  və 
Metrologiya  Mərkəzi,  Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsi,  Kənd  Təsərrüfatı 
Nazirliyi,  Azərbaycan  Respublikasmm  Fövqəladə  Hallar  Nazirliyinin  Sənayedə 
ş
lərin  Təhlükəsiz  Görülməsi  və  Dağ-Mədən  Nəzarəti  Agentliyi,  Dövlət  Göm-rük 
Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Daxili  şlər Nazirliyi. 
Yuxarıda  sadalanan  dövlət  orqanlarının  səlahiyyətləri  (o  cümlədən  Naxçıvan 
Muxtar Respublikasının müvaiiq orqanları) təbiəti mühafizə haqqında Əsas Qanunun 
II fəslində (4-5-ci maddələr) öz əksini tapmışdır. 
Bu  maddələrdə  mərkəzi  dövlət  orqanları  və  onların  muxtar  respublikadakı 
qurumlan  arasında,  habelə  yerli  icra  hakimiyyəti  və  bələdiyyə  orqanlan 
(bələdiyyələrin  statusuna  aid  qəbul  olunmuş  qanunlar  əsasında)  arasındakı 
solahiyyətlərin sərhəddi müəyyənləşdirilmişdir. 
Bu  orqanlann  səlahiyyətlərinə  daxil  olan  təbiəti  mühafızə  və  təbii  sərvətlərdən 


səmərəli istifadə məsələlərini aşağıdakı şəkildə qruplaşdırmaq olar: 
7)
  ekoloji  siyasətin  əsas  istiqamətlərinin  müəyyənləşdirilməsi,  ekoloji 
proqramların təsdiqi, ekoloji təhlükəsizliyin təminatı və ətraf mühitin mühafizəsinin 
tənzimlənməsinin iqtisadi və hüquqi əsaslarının yaradılması; 
8)
  ekoloji  proqramların  planlaşdırılması,  maliyyələşdirilməsi  və  maddi-texniki 
təminatlann həyata keçirilməsi, təbiəti mühafızə fəaliyyətinin koordinasiyası; 
9)
  təbii  sərvətlərin  uçotu  və  qiymətləndirilməsi,  ətraf  mühitin  vəziyyətinin 
proqnozlaşdırılması,  təbii  ehtiyatların  kadastrının  və  ətraf  mühitin  monitorinqinin 
aparılması; 
10)zərərli təsirlərin normativlərinin  müəyyənləşdirilməsi,  vurulmuş  zərərə görə 
ödənişlərin alınması və təbii sərvətlərdən istifadə üçün razılığuı verilməsi; 
11)ekoloji nəzarət və ekoloji ekspertizanın həyata keçirilməsi, ekoloji cəhətdən 
zərərli  istehsal  və  xidmət  göstərənlərin  fəaliyyətlərinin  dayandırılması  və  ya 
məhdudlaşdırılması,  inzibati  cəzalaruı  verilməsi,  məhkəmələr  qarşısında  iddia 
qaldırılması; 
12)qoruq  və  yasaqlıqlann  təşkili,  təbiət  abidələrinin  qorunması,  «Qırmızı 
kitab»-ın aparılması, ekoloji təhsil və tərbiyənin həyata keçirilməsi; 
7)  beynəlxalq əməkdaşlığm aparılması. 
Sadalanan  səlahiyyətlər,  demək  olar  ki,  mövcud  bütün  dövlət  idarəetmə 
orqanlarına  şamil  olunur.  Məhdudiyyət  isə  əsasən  iki  əlamətə  görədir:  əraz  və 
sərvətlərə görə. 
Ə
raziyə  görə  məhdudiyyət  əsas  dövlət  icra  orqanlarının  fəaliyyət  sahəsi  bütün 
Azərbaycan ərazisindədir. Yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının fəaliyyət 
sahəsi isə ərazi-nin inzibati sərhədləri daxilindədir. 
Ə
gər  təbii  sərvətlərin  miqdarı  ölkə  miqyasında  iqtisadi  əhəmiyyətə  malikdirsə 
və onda yerli icra hakimiyyəti və bələdiyyə orqanlan tərəfındən idarə olunur. 
Azərbaycan  Respublikasının  Konstitusiyası  əsasında  aparılan  hakimiyyət 
bölgüsü prinsipi təbiəti mühafızə sahəsində də eyni cürdür. 
Təbiəti mühafızə və təbii ehtiyatlardan istifadə üzrə əsas dövlət idarəetmə orqanı 
Ekologiya və Təbii Sərvətlər Nazir-liyidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə