Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   15   16   17   18   19   20   21   22   ...   114

-
 təbii  ehtiyatlann  işlədilməsi,  qorunması,  bərpası  və  artınlması  məsələlərini 
kompleks həll etməsini; 
-
 ətraf mühitə mənfı təsirin qarşısını almaq üçün tədbirlər həyata keçirməsini; 
-
 təbii ehtiyatların istifadəçilərinin hüquqlarmı pozmamasını; 
-
 təbiətə,  adamların  həyatma  və  sağlamhğına,  fiziki  və  hüquqi  şəxslərin 
ə
mlakına və mənafelərinə vurduqları zərəri ödəməsini və s. 
 
Təbiətin  istifadə  və  ətraf  mühitin  mühafızəsinin  dövlət  tənzimlənməsinin 
formaları, ekoloji funksiyaları və metodları 
darəetmə  forması  hüquq  sahəsinə  tənzimləmə  fəaliyyətinin  hüquqi  və 
qeyri-hüquqi formaların tətbiq edilməsinin meydana çıxan xarici görünüşüdür. 
Tənzimləmənin qeyri-hüquqi formaları iki əsas növdə ifadə olunur: 
a)  ətraf  təbii  mühitin  mühafızəsi  və  təbiətdən  istifadə  məsələlərində  həyata 
keçirilən,  qəbul  edilməsi  hüquqi  xarakter  daşımayan,  deməli  hüquqi  tənzimləmə 
həddindən kənarda  qalan,  təsərrüfatın operativ idarə  edilməsi.  Məsələn,  torpağın bu 
və  ya  digər  kateqoriyaya  aid  edilməsi  iqtisadi  məsələdir,  əgər  belə  aidiyyat  ətraf 
mühitin  mühafızəsi  və  təbiətdən  istifadə  ilə  əlaqədar  qanunla  müəyyən  olunmuş 
qaydalara  zidd  deyilsə,  onda  bu  məsələ  ilə  bağlı  qəbul  edilmiş  qərar  hüquqi  əsasa 
malik  deyil.  Həmin  qərarla  razılaşmayanlar  prokurorluğa  müraciət  edərsə,  prokuror 
bu qərara protest verə bilməz, belə ki, bu qanundan kənardır; 
b) icraçılarm öz funksiyalarını yerinə yetirməsi üçün lazım olan vasitələrlə təmin 
edilməsi.  Bu  idarəetmə  fəaliyyəti  olmadan  qanun  həyata  keçirilməsə  də,  məsələn, 
torpağın  münbitliyi  haqqmda  qanun  mineral  gübrələrlə  təmin  olunması  səbəbindən 
reallaşmasa belə, həmçinin hüquqi təbiətə malik deyildir. 
Ə
ksər hallarda tənzimləmə formaları öz təbiətinə görə qeyri-hüquqi olur, belə ki, 
hüquqi  formalar  o  yerdə  tətbiq  olu-nur  ki,  orda  meydana  çıxan  ziddiyyətlər  yalnız 
hüquqi yolla aradan qaldırıla bilər. 
Hüquqi formalar 3 əsas növdə ifadə olunur: 
a) hüquq yaradıcıhğı; b) hüquq tətbiqetmə; c) hüquq mühafizə. 
Hüquqi tənzimləmə metodları aşağıdakılardır:   


1)  Məcburi  göstəriş  metodu,  başqa  sözlə  imperativ  metod.  Həmin  metodda 
idarəetmə üzrə qərarın doqiq və olduğu kimi yerinə yetirilməsi nəzərdə tutulur, ondan 
hər  hansı  bir  kənarlaşmaya  yol  verilmir.  Belə  metod,  qərarın  yerinə  yetirilməsi 
zamanı  yerli  şəraitin  uçotu  və  xüsusiyyəti  tələb  olunmadan  tətbiq  olunur.  Məsələn, 
yer  quruluşu  layihəsinin  reallaşmasma  görə  müəllif  nəzarətinin  həyata  keçirilməsi, 
yerli şəraitdən və xüsusiyyətdən asılı olmadan qanunun məcburi tələbidir. 
2)Tövsiyə  metodunun  reallaşması  yerli  şəraitin  uçotu  və  xüsusiyyətinin  nəzərə 
alınmasının yol verildiyi idarəetmə qərarlarının çıxanlmasında ifadə olunur. Belə ki, 
Azərbaycan Respublikasınm Torpaq Məcəlləsinə görə torpaq kateqoriyalarının rejimi 
azsayh  xalqların  və  etnik  qrupların  yaşadığı  ərazilərdə  dəyişə  bilər,  yəni  torpaq 
kateqoriyaları haqqmda ümumi qaydalar yerli şəraitdən və xüsusiyyətdən asılı olaraq 
dəyişdirilir, Torpaq Məcəlləsinin bu müddəası tövsiyəedici xarakter daşıyır. 
3)Sanksiyalaşdırma  metodu  və  ya  məhdud  özünüidarəetmə  metodu  zamanı 
idarəetmə  qərarını  idarə  olunan  təşkilat  qəbul  edir,  lakin  onlar  yalnız  səlahiyyətli 
qurum bu qərarı təsdiq etdikdən sonra hüquqi qüvvəyə malik olur. Məsələn, təsərrüfat 
daxilində  yerquruluşu  haqqında  qərarı  kollektiv  özü  qəbul  edir.  Lakin  bu  layihənin 
təsdiq  olunması  torpaq  ehtiyatIarı  və  yerquruluşu  üzrə  müvafıq  qurum  tərəfindən 
həyata keçirilir. 
4)  cazə metodu, orqanlarm tam özünü idarə etdiyini göstərir ki, bu zaman onlar 
özləri heç kəsdən asılı olmadan idarəetmə qərarı qəbul edirlər. 
Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin dövlət tənzimləməsinin metod 
və formaları, müvafiq səlahiyyətli dövlət idarəetmə funksiyaları vasitələri ilə həyata 
keçirilir.  darəetmə  qurumlannın  növündən  və  səlahiyyətindən  asıh  olmayaraq 
onlardan  hər  biri  birbaşa  və  ya  dolayısı  aşağıda  adları  sadalanan  yeddi  funksiyanı 
yerinə yetirir və ya yerinə yetirilməsində iştirak edir: 
1.
  Təbii  ehtiyatlann  və  digər  təbii  obyektlərin  uçotu  və  dövlət  kadastrının 
aparılması. 
2.
  Təbii obyektlərin istifadəsi və mühafizəsi üzrə tədbirlərin planlaşdırılması. 
3.
  Təbii obyektlərin bölüşdürülməsi və yenidən bölüşdürülməsi. 
4.
  Təbii obyetlərin artırılması. 


5.
  Təbii obyektlərin məkan-ərazi quruluşu. 
6.
  Təbii obyektlərin istifadəsi və mühafızəsinə nəzarət. 
7.
  Təbiətdən istifadə hüququ haqqmda mübahisələrin həlli. 
TƏƏTDƏN  ST FADƏN N  DARƏ ED LMƏS  
 
Təbiətdən istifadənin idarə edilməsinin dövlət orqanları sistemi 
Qarşıya  qoyulmuş  nəticələrə,  məqsədlərə  aparan  proses  kimi  idarəetmə, 
idarəçilik  sisteminin  strukturları  arasında  qarşılıqh  əlaqələrin  təşkili  üzrə 
məqsədyönlü bir fəaliyyətdir. Təbiətdən istifadənin idarə edilməsi ətraf mühitdə baş 
verən  proseslərin  axınını  dəyişməyə  məcbur  edən  və  cəmiyyətin  xeyrinə 
istiqamətləndirən  əməli  hərəkətlər  sistemi  kimi  qəbul  edilmişdir.  Müasir  dövrdə 
təbiətdən  istifadənin  idarə  edilməsi,  ilk  öncə,  təbiəti  bərpa  və  mühafizə  ilə  həyata 
keçirilməlidir. 
Təbiotdən  istifadənin  idarə  edilməsi  təbiət  istifadəçilərinin  fəaliyyəti  vasitəsilə 
və ətraf mühit obyektlərinin bilavasitə idarə edilməsi ilə həyata keçirilə bilər. Bu iş 
cəmiyyətin  təbii  ehtiyatlara  və  ətraf  mühitin  keyfiyyətinə  tələbatı  ödəmək  üçün 
həyata  kecirilir.  Eyni  zamanda,  bu  ekoloji-iqtisadi  qanunauyğunluqlanın,  gələcəkdə 
iqtisadiyyatın  sabit  inkişafinı  təmin  etməklə  dərk  edilməsi  və  istifadəsi  əsasmda 
həyata  keçirilməlidir.  Təbiətdən  istifadənin  dövlət  idarəetməsi  səlahiyyətli  dövlət 
orqanlannın  təbiətdən  səmərəli  istifadə  və  təbiəti  mühafizə  üzrə  təşkilati  əməli 
fəaliyyəti deməkdir. Bu idarəetmənin subyektləri dövlət orqanlarıdu. Onlar büdcədən 
maliyyələşir və zəruri dərəcədə hakimiyyət səlahiyyətlərinə mahkdirlər. Ob-yekti isə 
təbiətdən  istifadə  sahəsindəki  insanlarm  fəaliyyətidir.  Təbiətdən  istifadə  hüquqi 
tənzimləmə  əsasmda  idarə  edilir.  Dövlət  idarəetməsinin  formaları  idarəetmə 
aktlarından  (normativ-hüquqi,  direktiv,  fərdi),  inzibati  sazişlərdən  (razılaşmalardan) 
və maddi-texniki vasitələrdən ibarətdir. 
Dövlət  idarəetməsi  təbiətdən  istifadə  sahəsində  özündə  3  növ  fəaliyyəti 
birləşdirir:  sosial-iqtisadi,  inzibati-siyasi,  sosial-mədəni.  Lakin  bu  sahədə  təbiəti 
bərpa  işləri  çox  zəif  həyata  keçirilir.  Təbiətdən  istifadənin  idarə  edilməsi  əsasən 
inzibati  (məcburi),  iqtisadi,  ideoloji  və  tərbiyəvi  üsullarla  yanaşı  bu  və  ya  digər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə