Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   11   12   13   14   15   16   17   18   ...   114

-
  faydalı  qazıntı  yataqlarının  işlənilməsi,  dağ-mədən  s'ənayesinin  istehsalat 
tullantılarından istifadə edilməsi sahəsində müəyyən edilmiş normalara və qaydalara, 
habelə faydah qazmtı karxanalarının rekultivisiyası müddətlərinə və keyfıyyətlərinə, 
istifadə edilmək üçün onların istifadəçilərə verilməsi müddətlərinə nəzarət edir; 
- partlayış, dərinləşdirmə işləri, faydah qazmtılar hasilatı, sugötürücü qurğuların 
inşası,  boru  kəmərlori,  kabellər  və  i.a.  çəkilməsi  nəticəsində  biofaunanın  məruz 
qaldığı mənfi təsirlərin aradan qaldırılması sahəsində tədbirlərin görülməsinə nəzarət 
edir; 
-
  nəqliyyat vasitələrinin və başqa səyyar vasitələrin və qurğulann ətraf mühitə 
atdığı  zəhərli  maddələrin  azaldılması  və  bunun  qarşısınm  almması  sahəsində 
tədbirlərin həyata keçi-rilməsinə öz səlahiyyətləri daxilində nəzarət edir; 
-
  ekoloji  sistemləri,  bioloji  tarazlığı,  habelə  atmosfer  havasım  və  su 
obyektlerini  çirkləndirən  mənbələrin,  yerüstü  və  yeraltı  suların,  torpağın,  bitkilər 
aləminin  (o  cümlədən  me-şələrin),  suyun  bioloji  obyektlərinin  və  vəhşi  heyvanların 
yaşayış mühitinin ekoloji vəziyyətinə nəzarəti təmin edir; 
-
  yerüstü  təbii  sərvətlərin,  o  cümlədən  meşə  sərvətlərinin  səmərəli  istifadə 
edilməsinə,  dövlət  meşə  fondu  və  me-şə  fonduna  daxil  olmayan  meşələrin,  digər 
ə
razilərdə yerləşən yaşılhqlarm və bütün yabanı bitki örtüyünün mühafızəsi, bərpası 
və istifadə edilməsinə, meşə təsərrüfatı fəaliyyətinə nəza-rəti həyata keçirir; 
-
  ekoloji  baxımdan  su  obyektlərindən  səmərəli  və  məqsədyönlü  istifadə 
edilməsinə,  yerüstü  və  yeraltı  suların  çirklənməkdən,  zibillənməkdən  və 
tükənməkdən  qorunmasına,  habelə  yeraltı  suların  planlı  istifadə  edilməsinə  nəzarət 
edir; 
-
  ətraf  mühitə  atılan  çirkləndirici  maddələrin  tənzimlənməsi  üçün  müvafiq 
qurğularm  istismara  verilməsinə,  bu  qurğuların  vəziyyətinə,  habelə  çirkləndirmə 
mənbələrinin  nəzarət  və  təmizləyici  cihazlarla  təchiz  edilməsinə  dair  qayda  və 
normativlərə,  çirkab  sularm  atılması  qaydası  və  şərtlərinə  əməl  edilməsinə  nəzarət 
edir; 
-
  su  anbarlarından  kompleks  istifadə  edilməsi  qaydalarınm  hazırlanması 
zamanı  ekoloji  tələblərin  nəzərə  ahnmasma  dair  təkliflər  verir  və  icra  olunmasma 


nəzarət edir; 
-
  meliorasiya  tikintisi  apanlarkən,  faydah  qazıntılar  çıxarılarkən,  habelə  təbii 
obyektlərin  dəyişdirilməsi  və  landşaftların  formalaşdırılması  ilə  əlaqədar  olan 
təsərrüfat fəaliyyəti zamanı torpaq və meşə ehtiyatlanndan ekoloji baxımdan səmərəli 
istifadənin təmin edilməsinə nəzarət edir; 
-
  öz  səlahiyyəti  daxilində  torpaq  istifadəçiləri  tərəfındən  torpaqqoruma 
tədbirlərinin  həyata  keçirilməsinə  aqrotexniki,  aqrokimyəvi,  fıtosanitar,  eroziya  və 
ekzogen geoloji proseslərə qarşı tədbirlər görülməsinə nəzarət edir; 
-
  Azərbaycan  Respublikasının  ərazisində  yerləşən,  beynəlxalq  və  ölkə 
ə
həmiyyətli  təbii  obyektlərin  və  təbii  abidələrin  müəyyən  edilmiş  qaydalara  əsasən 
istifadəsinə nəzarət edir; 
-
  xüsusi  mühafızə  olunan  təbiət  ərazilərində  və  obyektlərində  nadir  və  nəsli 
kəsilməkdə  olan  flora  və  fauna  növlərinin  artırılması  sahəsində  biotexniki  və  digər 
tədbirlər götürülməsinə və bu ərazilərin rejiminə əməl edilməsinə nəzarət edir; 
-
  mülkiyyət və təşkilati-hüquqi formasından asıh olmayaraq bütün müəssisə və 
təşkilatlar  tərəfmdən  Azərbaycan  Respublikasınm  ərazisində  meteoroloji  və  digər 
geofıziki pro-seslərə aktiv təsir işinin aparılmasma nəzarət edir; 
-
  müvafıq aidiyyəti icra hakimiyyəti orqanı ilə birlikdə səlahiyyətləri daxilində 
ekoloji standartlara cavab verməyən müxtəlif növ mal və məhsulların idxahna nəzarət 
edir; 
-
  Azərbaycan  Respublikasmm  qanunvericiliyi  ilə  nazirliyə  həvalə  edilmiş 
vəzifələrin həyata keçirilməsi üçün digər funksiyaları yerinə yetirir. 
 
Təbiətdən istifadə sahəsində idarəetmə 
Respublikamızda  təbiətdən  istifadə  sahəsində  idarəetmə  işini  artıq  qeyd 
etdiyimiz  kimi  əsasən  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi,  digər  səlahiyyətli 
orqanlar həyata keçirir. 
Xüsusi  səlahiyyətli  dövlət  orqam  kimi  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi 
Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli, 485 saylı Fərmanı 
ilə yaradılmışdır. 


Nazirlik  Azərbaycan  Respublikası  ərazisində,  o  cümlədən  Xəzər  dənizinin 
(gölünün)  Azərbaycan  Respublikasma  mənsub  olan  bölməsində  ətraf  mühitin 
qorunması,  təbiətdən  istifadənin  təşkili,  yeraltı  sulardan,  mineral-xammal 
ehtiyatlanndan  və  yerüstü  təbii  sərvətlərdən  səmərəli  istifadə  edilməsi,  onların 
bərpası,  hidrometreoloji  proseslərin  müşahidəsi  və  proqnozlaşdırılması  sahəsində 
dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 
O  öz  fəaliyyətində  Azərbaycan  Respublikasınm  Konsti-tusiyasını,  qanunlarını 
və  onun  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələri,  Azərbaycan  Respublikası 
Prezidentinin  fərman  və  sərəncamlarını,  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin qərar və  sərəncamlarını və öz  Əsasnaməsini  rəhbər  tutaraq,  fəaliyyətini 
bilavasitə  və  özünün  yerli  orqanlan,  tabeliyində  olan  müəssisə,  təşkilat  və  digər 
qurumları vasitəsi ilə həyata keçirir. 
Nazirlik  öz  fəaliyyətini digər  mərkəzi  və yerli  icra hakimiyyəti  orqanları,  yerli 
özünüidarəetmə orqanlan, habelə ictimai təşkilatiarla əlaqəii şəkiidə qurur. 
Fəaliyyətinin  maliyyələşdirilməsi  dövlət  büdcəsi  və  qanunvericilikdə  nəzərdə 
tutulan  digər  mənbələr  hesabına  həyata  keçirən  Nazirlik  müstəqil  balansa,  operativ 
idarəçilik  hüququ  ilə  dövlət  mülkiyyətində  olan  əmlaka,  üzərində  dövlət  gerbinin 
təsviri  və  öz  adı  əks  oiunmuş  möhürə,  müvafiq  ştamplara  və  blanklara,  banklarda 
hesablara malik olub, əsas vəzifələri aşağıdakılardır: 
-
  təbii sərvətlərin öyrənilməsi, onlardan istifadə edilməsi, bərpası, mühafizəsi, 
bu  sahədə  ekoloji  təhlükəsizliyin  təmin  edilməsi  və  bioloji  müxtəlifliyin  qorunub 
saxla-nılması üzrə dövlət siyasətini həyata keçirmək; 
-
  daxili  sularm  və  Xəzər  dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına 
mənsub  olan  bölməsində  suların  bioloji  ehtiyatlarından  səmərəli  istifadə  edilməsi, 
onların qorunması və artırılması sahəsində dövlət siyasətini həyata keçirmək; 
-
  Azərbaycan Respublikasmda yerin təkinin geoloji öyrənilməsi, mühafızəsi və 
mineral-xammal ehtiyatlarmdan səmərəli istifadə edilməsi sahəsində dövlət siyasətini 
həyata keçirmək; 
-
  meşələrin  istifadəsi,  bərpası,  yaradılması,  mühafızəsi  və  meşə  təsərrüfatı 
fəaliyyətinin aparılması sahəsində dövlət proqramlannı müvafiq qaydada hazırlamaq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə