Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   14   15   16   17   18   19   20   21   ...   114

hüququ olan hər bir şəxs atmosfer hava-sından, sudan, müalicə-sağlamlıq və s. təbii 
toləbatlannı kimsədən icazə almadan həyata keçirir. Çünki bu onun təbii (hu-manitar) 
hüququdur. 
Xüsusi  istifadə  zamanı  təbii  sərvətlər  istehsalı  prosesinə  daxil  edilir  və  fiziki, 
hüquqi  şəxslərin  səlahiyyətli  dövlət  orqanlarından  icazə  alrnrr.  Bu  cür  istifadə 
məqsədli xarakter da-şıyıb torpaq, yeraltı sərvətlər, meşə, su, heyvanlar aləmi (vəhşi 
fauna) və atmosfer havasından istifadə deməkdir. 
Qanunvericiliyə  görə  təbii  ehtiyatların  (resurslann)  ümumi  və  fərqdi  istifadəsi 
ola bilər. 
Təbiətdən ümumi istifadə əhalinin həyatının zəruri tələbatının ödənilməsi üçün 
vətəndaşların  və  təşkilatların  təbii  resurslardan  ödənişsiz  istifadə  etməsi  şərti  ilə 
həyata  keçirilir.  Qanunvericilikdə  nəzərdə  tutulduğu  hallarda,  təbiətdən  istifadəyə 
məhdudiyyətlər qoyulmasına yol verilir. 
Təbiətdən  fərdi  istifadə  zamanı  təbii  resurslar  istifadəçilərə  qanunla  müəyyən 
olunmuş qaydada verilir. Təbiətdən fərdi istifadə daimi və ya müvəqqəti, ödənişli və 
ya əvəzsiz, ilkin və ya təkrar ola bilər. 
Təbiətdən  fərdi  istifadə  və  ya  təbiətdən  məhdud  istifadə  (servitutlar) 
hüquqlarmın yaranması qanunvericiliklə müəyyən edilir. 
Təbiətdən  istifadəçilər  hüquqi  və  fıziki  şəxslər  (xarici  istifadəçilər  də  daxil 
olmaqla),  dövlət,  qeyri-dövlət  təşkilatları,  daimi  və  müvəqqəti,  ilkin  və  təkrar 
istifadəçilər ola bilərlər: 
-  xarici  istifadəçilər  -  xarici  hüquqi  və  fıziki  şəxslər,  beynəlxalq  birliklər  və 
təşkilatlar; 
daimi istifadəçilər - təbiətdən istifado hüququ müddətsiz verilən istifadəçilər; 
-
  müvəqqəti istifadəçilər - təbiətdən istifadə hüququ müəyyən müddətə verilən 
istifadəçilər; 
-
  ilkin  istifadəçilər  -  təbiətdən  istifadə  hüququnu  dövlətdən  birbaşa  alan 
istifadəçilər; 
-
  təkrar  istifadəçilər  -  təbiətdən  ilkin  istifadəçidən  müqavilə  əsasında  hüquq 
alan istifadəçilər («Ətraf mühitin müha-fızəsi haqqında» Qanun, maddə 8). 


Azərbaycan  dövləti  təbii  ehtiyatların  istifadəsini,  bərpasını  və  mühafızəsini 
tənzimləyir.  Bu  işin  həyata  keçirilməsi  üçün  dövlət  proqramları  tərtib  edilir,  təbii 
resurslarm kadastrı, monitorinqi və uçotu aparılır. 
Təbiətdən istifadənin normalaşdırılmasına görə qanunvericilikdə nozərdə tutulan 
limitlər və kvotalar müəyyən müddət üçün təbii ehtiyatların istifadəsinin, ətraf mühitə 
atılan  zərərli  maddələrin,  məişət  və  istehsalat  tullantılarının  yerləşdirilməsinin  son 
hədlərini  müəyyən  edir.  Limitlər  və  kvotalar  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfindən müəyyən edilir. 
Təbiətdən  istifadəyə  xüsusi  icazə  təbiətdən  istifadə  sahəsində  sahibkarlıq 
fəaliyyəti  ilə  məşğul  olmaq  hüququnu  təsdiq  edir  və  müvafıq  icra  hakimiyyət 
orqanları tərəfindən verilir. 
Xüsusi razılıq hər bir fəaliyyət sahəsi üçün verilir. Hər bir lisenziyanın müddəti 
göstərilir  (adətən  icazə  1  ilə  verilir).  Eyni  təbii  ehtiyatdan  istifadəyə  icazə 
məhdudiyyəti qoyulur. 
cazə müraciət əsasmda verilir. Almmış lisenziyadan düzgün istifadə etmədikdə, 
onu başqasına verdikdə, sanitar və ekoloji normativləri pozduqda icazə verən dövlət 
təşkilatı  li-senziyanı  ləğv  edə  bilər.  Əgər  müraciət  edən  fıziki  və  hüquqi  şəxsə 
qanunsuz olaraq icazə verilməzsə, onlar məhkəməyə və iqtisad məhkəməsinə şikayət 
edə bilərlər. 
cazənin  verilməsi,  ekoloji  münasibətlərin  inzibati-hüquqi  metodlarla 
tənzimlənməsi  deməkdir.  Təbii  ehtiyatlardan  istifadə  olunması  üçün  alman  icazə 
mahiyyətcə üç əlaməti özündə birləşdirir: 
• icazə, həmin təbii ehtiyatm mülkiyyət və ya sahiblik aktıdır; 
• təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin dövlət nəzarəti formasıdır; 
• təbiətdən istifadənin səmərəli tənzimləmə vasitəsidir. 
cazənin  predmeti  istifadə  üçün  müəyyənləşdirilmiş  təbii  ehtiyatlardır. 
stifadəsindən  asıh  olaraq  iqtisadi  (oduncaq  hazırlanması,  faydalı  qazıntılarm 
çıxanlması  üçün  icazə),  ekoloji  (zərərli  maddələri  tullamaq,  atmaq,  basdırmaq  üçün 
icazə), sağlamlaşdırıcı (təbii ehtiyatlardan müalicə məqsədləri üçün istifadə), mədəni 
(arxeoloji qazıntıların aparılması) və s. lisenziya növləri vardır. 


«Ətraf  mühitin  mühafizəsi  haqqmda»  Qanunun  11-ci  maddəsində  deyilir: 
«Təbiətdən istifadəyə xüsusi icazə təbiətdən istifadə sahəsində sahibkarlıq fəaliyyəti 
ilə  məşğul  olmaq  hüqu-qunu  təsdiq  edir».  Qanunda  həmçinin  təbii  ehtiyatların 
ayrı-ayrı  növlərindən  istifadəyə,  habelə  aşağıdakı  fəaliyyət  növlərinin  həyata 
keçirilməsinə xüsusi icazə tələb olunduğu sadalanır: 
-
  ətraf mühiti çirkləndirən maddələrin toplanması; 
-
  xüsusi  təhlükəli  olan  istehsalat  və  məişət  tullantılarının  daşınması, 
basdırılması və saxlanılması; 
-
  ekoloji auditor fəaliyyəti; 
-
  ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyəti (maddə 14). 
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə 
təsdiq  edilmiş,  Azərbaycan  Respubli-kasında  bəzi  fəaliyyət  növlərinə  xüsusi  razılıq 
(lisenziya)  verilməsi  haqqında  Qaydalarda  36  adda  fəaliyyət  növünə  lisenziya 
verilməsi  nəzərdə  tutulmuşdur  ki,  onlardan  yalnız  üçü  ekologiya  və  təbiətdən 
istifadəyə aiddir: 
1.
  Radioaktiv və ionizə şüaları verən maddələrin tullantılarmın saxlanması və 
basdırılması; 
2.
  Toksiki istehsalat tullantılarınm utilizasiyası və zərərsizləşdirilməsi; 
3.
  Yabanı dərman bitkilərinin xammahnın yığılması. 
Qanunvericiliyə  görə  xüsusi  icazə  ilə  yanaşı  müqavilə  forması  da  nəzərdə 
tutulmuşdur.  Müqavilə  əsasən  təbii  obyektlərin  icazəyə  verilməsi  üçün  bağlanır. 
Müqavilə (kontrakt) təbiətdən istifadəçi ilə müvafiq icra hakimiyyəti orqanı arasında 
təbii  resurslardan  istifadəyə  görə  bağlanır.  Təbiətdən  istifadə-çinin  xüsusi  icazəsi 
olmadıqda təbii resurslardan istifadə müqaviləsi (kontraktı) etibarsızdır. Müqavilənin 
şə
rtləri  xüsusi  icazə  geri  ahndıqda  da  müqavilə  (kontrakt)  etibarsız  hesab  olunur. 
Ə
traf  mühitin  mühafızəsi  sahəsində  müvafiq  icra  hakimiyyəti  orqanı  ilə 
razılaşdırıldıqdan  sonra  təbii  ehtiyatlardan  isti-fadə  müqaviləsi  (kontraktı)  qüvvəyə 
minir  (maddə  15).  Bağ-lanmış  müqavilənin  sahibi  aşağıdakı  əsas  vəzifələri  yerinə 
yetirməlidir: 
-
 istifadəyə verilmiş təbii ehtiyatlardan səmərəli istifadə etməsini; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə