səbəb əsas ağac növlərindən ibarət meşələrin qırılması nəticəsində eroziya prosesinin
intensiv inkişafı, yamacların quraqlaşması və münbitliyinin azalmasıdır. Belə
sahələrdə ardıc daha yaxşı uyğunlaşa bilir. Vaxtilə ardıc kollan dağlarda dəniz
səthindən 2400-2500 metrdən yuxarıda təbii zolaq yaradaraq, ondan aşağıda yerləşən
meşə qurşaqlarını iqlimin mənfı təsirindən mü-hafizə edirdi. Lakin, sonralar otlaq
sahələrinin genişlondirilməsi məqsədilə bu zolaq qınlaraq və ya başdan-başa
yandınlaraq məhv edilmişdir.
Kontinental iqlimə malik olan Naxçıvan Muxtar Respublikasında dəniz
səthindən 3000 metr yüksəklikdə ardıc kollarına rast gəlinir.
Lənkəran-Astara zonasmda meşənin yuxarı sərhədi əsasən dəniz səthindən
1500-1800 m yüksəklikdən keçir. Bəzi yer-lərdə, Alar, Lerik və Soru yaşayış
məntəqolori ətrafında meşənin yuxarı sərhədi 1100-1300 m-ə enir. Yamacın şimal
cəhətlərində meşənin yuxan sərhədi şabalıd-yarpaq və fıstıqla qurtarır.
Araşdırmalar göstərir ki, Azərbaycanın müxtəlif regionlarında, harada mal-qara
otarılması davam etdırilirsə, orada meşənin müasir yuxan sərhədi geri çəkilmokdo
davam cdir. nsan fəaliyyəti dayandınlan sahələrdə isə meşə öz kcçmiş sər-hədini
tapmağa cəhd göstərsə də, bu proses çox yerdə olduqca ləng gedir. Meşənin çəmən
bitkisinə «qalib gəlməsi» üçün uzunmüddətli kəskin mübarizə tələb olunur. Bu
prosesi ancaq insan öz zəkası və əməyi ilə təbiətin həyatına fəal qarışmaqla
tezləşdirməyə qadirdir. Bu cəhətdən vacib məsələlərdən biri süni meşənin
sahnmasıdır.
Hazırda yüksək dağ meşələrinin vəziyyəti və meşənin yuxarı sərhədinin
get-gedə geri çəkilməsi böyük təşviş doğurur. Bu hal aşağıda yerləşən meşə və kond
təsərrüfatı sahələri-ni də təhlükə altına ahr. Belə ki, meşənin yuxan sərhədində əmələ
gələn səthi su axımları, uçurumlar ondan aşağıda yerləşən meşələri də bərbad hala
sahr, bununla da dağlarda su rejimi pozulur və dağıdıcı sellərin cövlanına şərait
yanranır. Odur ki, meşənin yuxan sərhədini bərpa etmək təbiəti mühafizə işində
mühüm tədbir kimi qarşıda durur.
Professor .S.Səfərovun məlumatına görə, respublikamızda sel qorxusu olan 34
çayın hövzəsinin yalnız 30%-ə qədəri meşə ilə örtülüdür. Meşəlik dərəcəsinin dağ
yamaclarında belə azlığı nəticəsində sel hadisələri respublikamızda geniş sahələri
ə
hatə edir. Akademik A.J.Voyeykov (1963) meşə bitkisinin dağ yamaclarının
bərkidici rolunu göstərərək qeyd edir ki, meşələr yerin relyefini yarandığı dövrdəki
kimi saxlaya bilər. O daha sonra yazır ki, meşə bitkisi elə dik yamaclarda kök sala
bilir ki, orada ot bitkisi başdan-başa örtük əmələ gətirə bilməz.
Dağ meşələri ilə yanaşı, respublikamızın ekologiyasında arid və düzən tipli
meşələrin də əhəmiyyəti olduqca böyükdür.
Arid tipli meşələr respublikamızın dağətəyi zonalarında vegetasiya dövrünün
çox hissəsi rütubəti çatışmayan quraq iqlim şəraitındə inkişaf etmişdir. Bu tip meşələr
böyük su tənzimləyici və torpaqqoruyucu əhəmiyyətə malikdirlər. Arid tipli
meşələrin yayıldığı ərazi vəhşi heyvan və quşlar üçün əlverişli sığınacaq mənbəyi və
yem bazası hesab olunur. Onlardan ən geniş yayılanı ardıc ağacları yüksək fıtosid
xassələrinə malik olduğu üçün havanı saflaşdıraraq ərazinin iqlimini sağlamlaşdırır.
Arid meşələri dağətəyi yamacların landşaftını estetik cəhətdən bəzəyir.
Azərbaycanda arid tipli meşələrin qalıqlarına Bozqır yaylada, Həkəri və Araz
çaylarının aşağı axını yamaclarında, Naxçıvan MR-da Evlər oyuğu dağında, qismən
Böyük Qafqazın şimal-şərq yamacında (Gilgilçay, Ataçay, Qaxçay hövzələrində) və
Qobustanda rast gəlinir.
Qeyd edilənlərə əsasən demək olar ki, arid tipli meşələr sahəcə az olsa da,
yayıldığı ərazi çox genişdir. Bu onu göstərir ki, belə meşələr vaxtilə olduqca böyük
massivlərdə yayıhbmış. Məlum olduğu kimi, respublikamızın arid meşələri yayılan
dağətəyi zonalarda qədim dövrlərdən bəri əhali əkinçilik və maldarlıqla intensiv
məşğul olmuşdur. Bununla əlaqədar ilkin arid tipli meşə örtüyü burada kökündən
antropogen dəyişikliyə uğramış, mövcud bitki formasiyalan əsasən törəmə,
bozqır-kserofil tiplidir. Müasir bitki tiplərinin hansı antropogen dəyişikliklərə
uğraması haqda fikirlər yürütmək üçün xüsusi tədqi-qatlann apanlması tələb olunur.
Arid tipli meşəliklər əsas etibarilə ardıc seyrəkliklərindən ibarətdir. Onların
digər komponentləri sayılan saqqızağac, gürcü ağcaqayını, badam, iydəyarpaq armud
və dağdağan çox nadir hallarda ağaclıqlar yaradır.
Ardıc meşələrinin antropogen deqradasiyası və ya dəyi-şilməsi yerin
relyefındən, torpaqəmələgətirən süxurlardan və insanın təsərrüfat fəaliyyətinin
intensivliyindən asılı olaraq müxtəlif istiqamətlərdə gedir. Ardıc meşələrinin
tərkibinə əksər hallarda saqqızağacı daxil olur. Tədqiqatlar göstərir ki, saq-qızağac ilə
ardıcın qanşıq bitdiyi meşəlikdə ağaclar kəsilərkən, sırf saqqızağac meşəliyi yaranır,
çünki ardıc ağacı kəsildikdə pöhrə vermir, saqqızağac isə kəsilən zaman kökündən
bol pöhrəvermə qabiliyyətinə malikdir. Eynilə ardıc meşələrinin kserofıl və
yanmsəhra bitkiliyi ilə əvəz olunması da antropogen səbəblərdən baş verir.
Arid meşələri ilə müqayisədə Azərbaycanın düzən meşələrinin taleyi daha
acınacaqlı olmuşdur. XIX-XX əsrlər ərzində bu meşələr intensiv şəkildə qırılmışdır.
Bu proses bu və ya digər səbəbdən hazırda da davam etməkdədir. Azərbaycanın
düzən meşələrinin aşağıdakı təsnifatı mövcuddur (Q.S.Məmmədov, M.Y.Xəlilov,
2002):
1. Rütubətli subtropik düzən meşələr (Lənkəran ovalığı);
2. Yanmrütubətli subtropik düzən meşələri (Qanıx-Həftəran vadisi);
3.
Dəniz iqlimi şəraitində düzən meşələr (Samur-Dəvəçi ovalığı);
4.
Quru isti iqlim şəraitində düzən meşələr (Kür-Araz düzənliyi);
5.
Tuqay meşələri (Kürqırağı zona).
Rütubətli subtropik meşələrdə relikt növlər üstünlük təşkil edir, burada meşə
Dostları ilə paylaş: |