məhsuldar (I-II bonitetli) meşələr hesab olunur. Dəniz səviyyəsindən 1700-2000
(2100) m-dən yuxanda fıstıq meşələri seyrək şərq pahdı ağacları ilə qarışır. Sırf Şərq
palıdı meşələri əsasən yamacların cənub baxarlığında yayılmışdır. Yuxarı dağ-meşə
qurşağında bir qədər az meyilli rütubətli yamaclarda park tipli seyrək trak-tvetteq
ağcaqayını, dağ yaqağacı meşələrinə təsadüf olunur.
Böyük Qafqazın qərb və mərkəz rayonlarında meşənin yuxarı sərhədi çox vaxt
ə
yri gövdəli, alçaqboylu tozağacı və quşarmudu ilə qurtarır.
Böyük Qafqazın şərq qurtaracağında ( smayıllı, Şamaxı, Dəvəçi, Xızı rayonları)
və Kiçik Qafqazda meşənin yuxarı sərhədi sürünon ardıc növlərindən təşkil
olunmuşdur.
Lənkəran regionunun orta və yuxarı dağ-meşə qurşağı meşələrinin yayılmasında
Böyük və Kiçik Qafqaz dağlan ilə ümumi oxşarlıq vardır. Lənkəran regionunda orta
dağ qurşağının şimal cohətlərini fıstıq, cənub cəhətlərini isə şabalıdyarpaq palıd və
azatağac tutur. Meşənin yuxarı sərhədində şərq pahdı qurşağı hər yerdə məhv edilmiş,
onun qahqlarına yalnız Viləş-çayın yuxarı axını yamaclarında (Yardımlı rayonu)
təsadüf edilir.
Kiçik Qafqazın cənub yamacında (Həkərəçay hövzəsi) dağətəyi zonada Araz
palıdı, ardıc və saqqız, arid tipli meşələr, aşağı dağ meşə qurşağında arid meşələr və
beriya palıdı meşələri yayılmışdır. Bu regionda fıstığa təsadüf olunmur.
Dağlarımızın dərə hissələrində qarışıq cökə, ipəkyarpaq qızılağac, Qafqaz
xurması, məxməri ağcaqayın, qoz meşələrinə də rast gəlinir. Yuxarıda göstərilən
meşə qurşaqlarının yayılması qanunauyğunluqlan, demək olar ki, respublikamızın
bütün dağlarında insan fəaliyyətinin mənfı təsiri nəticəsində pozulmağa məruz
qalmışdır.
Bitki qurşaqları qanunauyğunluğunun pozulması on çox yuxarı dağ qurşağında
müşahidə olunur. Burada çox ycrdə tozağacı, şərq palıdı və ardıc qurşaqları məhv
edilmiş, onların yerini törəmə subalp çəmənləri, qayalıqlar əvəz etmişdir. Aşağı və
orta dağ-meşə qurşaqlarında meşələr antropogen land-şaftlarla (kənd təsərrüfatı
bitkiləri sahələri, bağlar, yaşayış məntəqələri və s.) əvəz olunmuşdur. Tədqiqatlar
göstərir ki, respublikamızda meşənin iqlim sərhədində, demək olar ki, meşə bitkisinə
təsadüf edilmir. Meşənin müasir yuxarı sərhədi respublikamızın dağlıq rayonlarında
orta hesabla 1600-2000 m hündürlükdən keçir.
Böyük Qafqazın cənub yamacının (Şəki-Zaqatala zonası-nın) yuxarı dağ
qurşağında yamaclar çox dik və kəskin parçalandığından, burada yaşayış məntəqələri
ə
sasən aşağı, bəzən isə orta dağ-meşə qurşağında yerləşir. Meşonin yuxarı iqlim
sərhədinin aşağı düşməsinə əsas səbəb uzunmüddətli köçəri mal-qaranın yaylaq
zonasmda, yəni meşənin yuxarı sərhədində sistemsiz otarılması olmuşdur. Burada
iqlim sərhədi geri çəkilən ərazidə meşə əsasən çəmən və bozqır-çəmən bitkiləri ilə
ə
vəz olunmuşdur. Burada Muxaxçay hövzəsində meşənin yuxan sərhədi 1800-2000
m-ə, Qoşaçay hövzəsində 1550-1650 m-ə, Zəkitçay hövzəsində 2000-2100 m-ə
endirilmişdir.
Böyük Qafqazın cənub yamacının şərq hisəssində bürün dağ-meşə qurşaqlarında
meşə örtüyü daha intensiv antropogen dəyişikliyə məruz qalmışdır. Belə ki,
Pirsaatçay hövzəsində yuxarı dağ-meşə qurşağı tamamilə sıradan çıxarılmışdır, orta
dağ-meşə qurşağı isə yalnız sağ sahil yamacında qalmışdır. Qozluçay hövzəsində
meşə ilə örtülmə dərəcosi 5%-don aşa-ğıdır, burada dəniz səthindən 1400-1800 m
yüksoklikdo güclü pozulmuş kiçik meşə sahələrinə rast gəlinir. Qozluçaydan şərq
ə
razilərdə - Çilikçay və Çebotarçay hövzəsində meşə yalnız törəmə tipli koüuqlardan
ibarətdir.
Kiçik Qafqaz dağlarının (Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın) subalp
zonasında və orta dağ-meşə qurşağında ısə ərazinin relyefinin nisbətən sakit olması,
dağarası çökəkliklərin mövcudluğu qədim zamanlardan bəri insanları özünə cəlb
etmişdir. Buna görə də yaşayış məntəqələri əsasən məhz burada cəmlənmişdir.
Bununla əlaqədar Böyük Qafqazdan fərqli olaraq meşənin iqlim sərhədinin aşağı
enməsində maldarlıqla ya-naşı, həm də əkinçiliyin inkişafı böyük rol oynamışdır.
Məhz buna göıo də Kiçik Qafqaz dağlarında meşənin yuxarı sərhədi çox böyük
antropogen dəyişikliyə uğramışdır. Uzunmüddotli əkinçilik və maldarlığın birgə təsiri
nəticəsində meşə, demək olar ki, heç bir yerdə öz təbii sərhədində qalmamışdır. Bir
çox yerlərdə şubalp tipli meşələr tamamilə sıradan çıxmış, onu dağ çəmənləri,
kolluqlar və ya qayalıqlar, daşlıqlar əvəz etmişdir. Bununla olaqodar bu zonada
meşəlik faizi kəskin aşağı düşmüşdür.
Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonlarında yamacm şimal cəhətlərində
meşənin müasir sərhədi əsasən fıstıq və paIıdla, Laçın və Qubadlı rayonlarında isə
yalnız palıdla qurtarır.
Meşənin iqlim sərhədinə uyğun seyrək, alçaq boylu sub-alp meşələrinə olduqca
kiçik «ləkələr» şəklində rast gəlmək olar. Məsələn, Gəncə çayı və Tərtərçayın
hövzələrində dəniz səthindən 2200-2350 metr yüksəklikdə kiçik sahələrdə tozağac
meşəsi vardır, ona vələs, bəzən palıd da qarışır. Tozağac şaxtaya daha çox davamlı
olduğu üçün bu şəraitdə palıda və vələ-sə nisbətən daha yaxşı inkişaf edir. Burada
tozağac meşəliyinin yuxarı qurtaracağında eni cəmi 10-15 metr olan dar zolaqla
boyları 0,5-1,0 metr olan palıd və vələs ağacları müşahidə edilir. Lakin burada da
intensiv mal-qara otarılması nəticəsində bitki örtüyii pozulmuş və ilkin hahnı bir
qədər itirmişdir.
Gəncə çayının sol sahilində dəniz səthindən 2400-2500 metr yüksəklikdə sıx
ardıc kollarına da təsadüf olunur. Zəyəm çayının mənbəyində sürünən formalı ardıc
kolları qalıqları da-ğın lap zirvəsinə qədər, 2600-2700 metr yüksəkliyə qədər qal-xır.
Hazırda Kiçik Qafqazda dəniz səthindən 1900-2300 metr yüksəklikdə ardıc kolları
daha geniş yayılmışdır. Onlar fıstıq, pahd və tozağac meşələrinin yerində bitir. Buna
Dostları ilə paylaş: |