Microsoft Word Tebriz folkloru doc



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə19/98
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#54600
1   ...   15   16   17   18   19   20   21   22   ...   98

 

  

٨٠



Elin abad olsun. 

Ev üzünә hәsrәt qalmıyasan. 

Evin abad olsun. 

Evin abadan. 

Evin ağsәqqәlli olsun. 

Evin tikilsin. 

Evin yıxılmıya. 

Evindә gülә-gülә oturasan. 

Evindә toy olsun. 

Evindә yarıyasan. 

Evinnәn un-urvan әskik olmasın. 

Evinnәn әtir iyi kәsilmәsin. 

Evinnәn layla sәsi ucalsın. 

Evinә elçi gәlsin. 

Evlad möhtaci olmüyasan. 

Evlâdınla min bir yaşa. 

 

Ә 

Әlimizi boş çevirmә, Allahım. 

Әlin darda qalmasın. 

Әlini daşa atsan, qızıl olsun. 

Әlin daşa dәymәsin. 

Әlin hәnali olsun. 

Әlin xoş olsun. 

Әlin sayalı olsun. 

Әlin yağda-balda ola. 

Әlin-ovcun dâim dolu ola. 

Әlivә quvvәt. 

Әlivә sağlıx. 

Әlivin var-dorlәti başdan aşıb-daşsın. 




 

  

٨١



Әliizdәn aldi, gönlüüzdәn dә alsın. 

Әlin-qolun var olsun. 

Әllәrin dәrd görmәsin. 

Әllәrin dәrd, gözlәrin bәla görmәsin. 

Әllәrin peyğәmbәr qәbrinә çatsın. 

Әllәrin var olsun. 

Әmanda olasan. 

Әmәlin azmasın. 

Әmәlin özüvә gәlsin. 

Әmәlin sâlih ola. 

Әmin başi sağ olsun. 

Әmrin pozulmasın. 

Әrdәn yarıyasan. 

Әrxin qurumasın. 

Әrin sağ olsun. 

Әsәnlığız dâim ola. 

Әsgik günün qöy әsgiyı duyulsun. 

Әtin tökülmәsin. 

Әtlәs donlu olasan. 

Әvvәlin gәlincә, axirin gәlsin. 

Әyağın daşa dәymәsin. 

Әyağın düşәrli olsun. 

Әyağın yüngül olsun. 

Әyağıvı öpsünnәr. 

Әyri üzü görmüyәsәn. 

Әzilәn düşmanın olsun. 

Әziz olasan. 

 

Falın fal olsun. 

Fәhmin itmәsin. 




 

  

٨٢



Fәlәk amanınnan olasan. 

Fәlәkdәn kәlәk görmüyәsәn. 

Fәlәkdәn yamanlıx görmüyәsәn. 

Fәlәk sәni darda qoymasın. 

Fitnә-fisaddan uzaq olasan. 

Fürsәtin fota gәlmәsin. 

 

Qada-bala sәnnәn irax, uzağ olsun. 

Qadan-bәlan alım. 

Qadan alım. 

Qadir Tanri sәni namәrdә möhtac elәmәsin. 

Qalanın Allah yorsun. 

Qamәtin әyilmәsin. 

Qanın qaralmasın. 

Qapın qifil görmәsin. 

Qapın qonaq üzünә açılsın. 

Qapın kilid görmәsin. 

Qapınnan qada yel әsmәsin. 

Qapınnan qonaq әyaği kәsilmәsin. 

Qapıız şadlığa açılsın. 

Qapuvi xeyirә açasan. 

Qarğış sәndәn uzağ olsun. 

Qarlı dağların yıxılmasın. 

Qarnın var olsun. 

Qayğı bülmüyәsәn. 

Qazanca çatasan. 

Qazancın artix olsun. 

Qazancın birә-min olsun. 

Qәlbin nisgil görmәsin. 

Qәlbi sınıq olmüyasan. 




 

  

٨٣



Qәrә gün görmüyәsәn. 

Qәrannıx gün görmüyәsәn. 

Qәrdәşin ağrısı ürәyimә. 

Qәrdәşin qazanci qazan doldursun. 

Qәrdәşin toyunda oynuyasan. 

Qeyrәtli iyid olasan. 

Qәm-qüssә görmüyәsәn. 

Qәriblik çәkmiyәsin. 

Qız, bәxtivә gün doğsun. 

Qız-gәlin görәsәn. 

Qızım qonaq gәlini olsun inşallah. 

Qohum-qәrdәş arxalı olasan. 

Qollu-budaxli olasan. 

Qonça güllәr dәrәsәn. 

Qonça güllәr sәnin olsun. 

Qonum-qonşulu olasan. 

Qonum-qonşun dadıva çatsın. 

Qurda-quşa muhtaç olmuyasan. 

Qürbәt üzü görmüyәsәn. 

Qüvvәtdәn düşmüyәsәn. 

 

Gәlinin әyaği sayalı, qәdәmli olsun. 

Gәlinin gәrdәkdә qalmasın. 

Gәlinin toyu mübarәk. 

Gәlinivә güzgü tutum. 

Gәmin qәrq olmasın. 

Gecәniz xeyrә qalsın. 

Gönlüüz xoş ola. 

Göylәr sәni pәnahında saxlasın. 

Gözәl-göyçәk nәvәn olsun. 




 

  

٨٤



Gözlәrin yaşarmasın. 

Gözü götürmüyәnnәrin gözü çıxsın. 

Görüm körpәvin barın dәrәsәn. 

Gözün aydın. 

Gözün balaların üstündә olsun. 

Gözün әllәrә baxmasın. 

Gözün nurlansın. 

Gözün pis üzlәr görmәsin. 

Gözün yamanlıx görmәsin. 

Gözüvә döndüyüm. 

Gözüvә qara su gәlmәsin. 

Gözün işıq görsün. 

Gözüvün işığı çoxalsın. 

Gözüvün nûri qaralmasın. 

Gül suyuna batasın. 

Gülә-gülә. 

Gülә-gülә giy (yeni paltar geydikdә). 

Gülә-gülә köhnәlsin (yeni paltar geydikdә). 

Güllәn boşa çıxmasın. 

Güllük-gülüstanlıx içindә yaşıyasan. 

Gülün solmasın. 

Gün günündәn әlâ olsun. 

Günün güdәlmәsin. 

Günün günnәn ağ olsun. 

Günün günlәrә çalınsın (ömrün üzansın). 

Günün qәrә geçmәsin. 

 

Hacı çayın olsun. 

Hacı sofrası olsun. 

Hacılar sәvabında olasan (Qurban bayramında deyilir). 




 

  

٨٥



Heç әziyәt çәkmiyәsәn. 

Hәlal südün balalarıvın hәlali olsun. 

Heydәn düşmüyәsәn. 

Hәqqın hәlal olsun. 

Hәqqın üzü sәnnәn dönmәsin. 

Hәlal nemәtin bol olsun. 

Hәlâl olsun. 

Hәlal süd әmәnnәrin bәy olsun. 

Hәlal süd әmәnnәrin hәlala qismәt olsun. 

Hәlal süd әmmiş gәlinin olsun. 

Hәlalın hәram görmәsin. 

Hәr günüüz bayram ola. 

Hәyәtivә gәlin gәlsin. 

Hörmәtin artıq olsun. 

Hörmәtinnәn hörmәt görәsәn. 

Hünәrin bol ola. 

 

Xәlqdәn yamannıx görmüyәsәn. 

Xeyir-dua qapında dursun. 

Xeyir-duan qәbul olsun. 

Xeyir-ehsanın qәbul olsun. 

Xeyir qabağıva çıxsın. 

Xeyirdi. 

Xeyirli olsun. 

Xeyrinı görәsәn. 

Xәta canınnan irax. 

Xәta-bәladan uzaq olasan. 

Xәzinәn boş olmasın. 

Xәzinәn dolu olsun. 

Xurcunun boş qalmasın. 




Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə