١٩٢
Әlimdә әlәmim var,
Qızıldan qәlәmim var.
Yaxınnan görәnmirәm,
Uzaxdan sәlamım var.
Әlimdә fanar gәzәr,
Gәzdihcә yanar gәzәr.
Yoxsul olan kimsәdәn
Dost-aşna kәnar gәzәr.
Әlindә var şal bunun,
Üzündә var xal bunun.
Bir dәli şeytan deyir,
Dur qadasın al bunun.
Әlindә saz bәri gәl,
Yolunnan az, bәri gәl.
Könlümün istәhlisi,
Dilimin әzbәri gәl.
Әlindә saza yannam,
Ğәmzәyә, naza yannam.
Baş qoysam dizin üstә
Qış yatsam, yaz oyannam.
Әrkin dami ucadi,
Üstü baca-bacadi.
Kişi, sakqalın qıxdır,
Arvad deyәr qocadi.
Әziz gecәdәn gedәr,
Kәrvan gecәdәn gedәr.
Gecә uzun, hәmdәm yox,
Zәhlәm gecәdәn gedәr.
Әziz içә nә qurban,
Sözü seçәnә qurban.
Dünyada dost çox olar,
Cannan keçәnә qurban.
Әzizim dayanmaram,
Dönmәrәm, dayanmaram.
Deyillәr yarın gәlir,
Görsәm dә, inanmaram.
Әzizim necә yaram,
Sızıldar gecә yaram.
Sәn ilә Allah bilir
Mәn sәnә necә yaram.
Әzizim azmamışam,
Nahәx söz yazmamışam.
Quyuya qazan düşәr,
Mәn quyu qazmamışam.
Әzizim әsdi, neylim?
Sәbrimi kәsdi, neylim?
Hәr yanda çadır qurdum,
Tәnәfin kәsdi, neylim?
Әzizim quzu qurban,
Qoç qurban, quzu qurban.
Mәrdin bir (cә) tәk tükünә
Namәrdin yüzü qurban.
١٩٣
Әzizim sәrin elәr,
Meh gәlәr, sәrin elәr.
İki dostun arasın
Bir namәrd sәrin elәr.
Әzizim suda yandı,
Sel gәldi, su dayandı.
Eşq oduna su sәpdim,
Alışdı su da yandı.
Әzizim bağrı qara,
Bir quş var, bağrı qara.
Lalә kimi gül olmaz,
Onun da bağrı qara.
Әzizim gülәn olsa,
Göz yaşın silәn olsa.
Cәvannıx yaxcı şeydi,
Qәdrini bilәn olsa.
Әzizim görәm sәni,
İstәrәm görәm sәni.
Xәyalınlan yatıram
Yuxumda görәm sәni.
Әzizim bir dә mәn,
Doldur içim bir dә mәn.
Ömür keçdi, gün keçdi,
Cavan olmam bir dә mәn.
Әzizim daşa çalar
Su özün daşa çalar
Yemә namәrd çörәgin
Qayıdar başa çalar.
Әzizim vәtәn yaxşı
Geymәgә kәtan yaxşı
Gәzmәgә qürbәt ölkә
Ölmәgә vәtәn yaxşı.
Әzizim bu yara,
Gedәr, gәlmәz bu yara.
Yada dost demәh olmaz
Dost hara, düşmәn hara?
Әzizim daldasına,
Mәrd iyit daldasına.
Namәrd aslan olsa da,
Sığınma daldasına.
Әzizim qızıl qala,
Boşqaba qızıl qala.
Namәrd gәlib mәrd olmaz
Boyunca qızıl qala.
Әzizim od apara,
Ay doğdu od apara.
Yoxdu bir odu geçәn
Sinәmnәn od apara.
Әzizim adı qalar,
Mivәnin adı qalar.
İyit özü getsә dә,
Yurdunda adı qalar.
١٩٤
Әzizim nә bağışlar?
Dos dosta nә bağışlar?
Başım cәllad әlindә,
Nә kәsәr, nә bağışlar.
Әzizim dalda gәzәr,
Bülbüllәr dalda gәzәr.
Mәrdlәr qabaxda durar,
Namәrdlar dalda gәzәr.
Әzizim bir gün düşәr,
Atlanan bir gün düşәr.
Düşmәnә düşәn fursәt
Bizә dә bir gün düşәr.
Әzizim göz güldürәr,
Kәbabi köz öldürәr.
İnsanı qılınc kәsmәz,
Tәnәli söz öldürәr.
Әzizim gedәr, qalmaz,
Axar su gedәr, qalmaz.
Vәfalıya can qurban
Vәfasız gedәr, qalmaz.
Әzizim yada gәlmәz,
Yaxci söz yada gәlmәz.
Yalançını qurd yesә,
Bir nәfәr dada gәlmәz.
Әzizim quçax-quçax,
Odun ver qucax-qucax.
Yoxsulun dәxmәsindә
Nә od olar, nә ocax.
Әzizim bağa gedax,
Gülün dәrmağa gedax.
Sәn bulud ol, mәn yağış,
Gәl yağa-yağa gedәx.
Әzizinәm, ay ağa,
Salma mәni әyağa.
Dost baxsa, başa baxar,
Düşmәn baxar әyağa.
Әzizinәm mәrd ana,
Sözünü de mәrdana.
Qorxağa oğul demәz
Qoçax ata, mәrd ana.
Әzizinәm yaxcı at,
Nişan götür, yaxcı at.
İyidi yaxci saxlar
Yaxcı arvad, yaxcı at.
Әzizinәm yüz dә var,
Әlli dә var, yüz dә var.
Öpmәli әyax olsa,
Öpülmәli üz dә var.
Әzizinәm san verәr,
Açma, yaram qan verәr.
Çöllәri gәzәn Mәcnun
Leyli deyib can verәr.
١٩٥
Әzizinәm gül әllәr,
Ağ bilәhlәr, ağ әllәr.
Dәryaca әğlin olsa,
Yoxsul olsan gülәllәr.
Әzizinәm gülә naz,
Bülbül eylәr gülә naz.
Dünya bir ğәmxanәdi
Ağlıyan çox, gülәn az.
Әzizinәm belә yaz,
Qәlәm götür, belә yaz.
Nakam könlüm şad olmaz
Yüz il gәlsә belә yaz.
Әzizinәm dolan, gәz,
Bürün dәrdә, dolan, gәz.
Namәrdә boyun әymә,
Get qurbәtdә dolan, gәz.
Әzizinәm bir-bir çәh,
Sürmә götür bir-bir çәh.
Ölsәm üç zad qanlımdı,
Bir qaş, bir göz, bir birçәh.
Әzizinәm tәn gәrәk,
Pay bölünsә tәn gәrәk.
Sarvanla dost olanın
Dәrvazası gen gәrәk.
Әzizinәm qәmdә gül,
Qәmdә danış, qәmdә gül.
Ağ gündә gülәn könül,
Mәrd iyidsәn, qәmdә gül.
Әzizinәm yaxcı gül,
Yaxcı danış, yaxcı gül.
Bülbül ürәhdәn oxur,
Bağda görsә, yaxcı gül.
Әzizinәm qanlı gül,
Qanlı çiçәh, qanlı gül.
Yemiş bülbül bağrını,
Çıxmış ağzı qanlı gül.
Әzizinәm mәrd oğul,
Elә mәni mәrdә qul.
Fürsәti badә vermәz
Qoçax iyid, mәrd oğul.
Әzizinәm kimsәsizә,
Rәhm elәr kimsәsizә.
Nә göydә mәlәk bәnzәr,
Nә yerdә kimsә sizә.
Әzizinәm gün gәlә,
Ay çәkilә, gün gәlә.
Ömrümü bada verdim,
Gözlәdim xoş gün gәlә.
Әzizinәm bağ gülә,
Bağça gülә, bağ gülә.
Pәrvanә dә bәnd olmuş
Mәnim tәk bir ağ gülә.
Dostları ilə paylaş: |