92
səthinin quruluşundan və hava axınında necə yerləşməsindən
asılıdır. Toxumun aerodinamik göstəriciləri onun kritik sürət
göstəricisi ilə (uçmaq sürəti) xarakterizə olunur. Bu hava axını-
nın sürətidir ki, toxum belə hava axınında asılı vəziyyətdə olur.
Kritik sürət buğdada- 8,9–11,5 m/san, arpada- 8,4-10,8,
qarabaşaqda isə 2,5 – 9,5 m/san -yə bərabərdir. Onu təyin edən
cihaz porsion klasifikator adlanır.
Toxumun elastikliyi və möhkəmliyi. Fərqli elastikliyə malik
toxumlar fərqli düşmə sürətinə malik olurlar. Toxumların elas-
tikliyi nə qədər çox olarsa bir o qədər onlar şaquli düşmə za-
manı uzağa uçar. Bu xüsusiyyətdən istifadə edərək, qabıqlı
toxumları zədəlilərdən (düyü, yulaf), nəmliləri qurulardan
ayırmaq olar.
Toxumun mexaniki möhkəmliyindən istifadə edərək onları
torpaq qarışıqlarından təmizləmək olar. Belə ki, təmizlənməmiş
toxum rezin vallara tökülür, torpaq döyülərək xırdalanır və
kənarlaşdırılır, toxum isə zədələnmədən təmizlənir.
Toxumun elektriklik xüsusiyyəti. Toxumların sortlaşdı-
rılmasında istifadə olunan metodlardan biri də fasiləsiz elek-
trikin verilməsidir. Elektrodlardan biri – yumru deşikli ələk, o
biri isə onun üzərindədir. Bu üsul zamanı toxumlar enerjinin
təsirindən polyarizasiya olunur və töküldüyü ələkdə perpen-
dikulyar olaraq dik dururlar. Beləliklə, eninə görə sortlaş-
dırılırlar. Dənlərin orientasiya olunması elektrik ötürücüdən və
toxumların dielektrik keçiriciliyindən, formasından, ölçüsün-
dən, sıxlığından asılıdır. Əgər dielektrik keçiriciliyi müxtə-
lifdirsə o zaman toxumların bir qismi güclü qalanları isə az
orientasiya olunur. Güclü orientasiya olunmuş toxumlar ələk-
dən keçir, az orientasiya olunmuşlar isə keçə bilmir. Beləliklə
başqa üsullarla bir-birindən çox çətin ayrılan yulafın və
vələmirin toxumlarını bu üsulla bir-birindən ayırmaq asanlıqla
mümkün olur. Sahədə olan gərginliyin əhəmiyyəti toxumun
elektrostatik sahədə güc xətləri boyunca çevrilməsidir ki, bu da
onun orientasiya gərginliyi adlanır (E). Bu göstərici həm
93
keyfiyyət göstəricisi kimi, həm də toxumların möhkəmliyinə
görə fraksiyalara ayrılmasında istifadə oluna bilər. Təyin
olunub ki, toxumların sıxlığı nə qədər çox olarsa orientasiya
gərginliyi (E) çox, toxumun keyfiyyəti isə yüksək olar.
Toxumların möhkləmliyinə görə bu üsulla bölünməsi,
məhlulda bölünməsinə nisbətən daha sadədir.
Toxumun təmizlənməsi və sortlaşdırılmasında fiziki–me-
xaniki xüsusiyyətlərin istifadəsi - istehsalat şəraitində böyük
əmək tələb edir və bunu bilmək çox vacibdir. Hər şeydən əvvəl
nəzərə almaq lazımdır ki, toxum–canlı orqanizmdir, buna görə
də onun fiziki xüsusiyyətləri ekoloji və aqrotexniki becərmə
üsullarından, torpağın məhsuldarlığından, kənd təsərrüfatı
bitkilərinin və sortların bioloji xüsusiyyətlərindən və s.
amillərdən asılıdır.
Məlumdur ki, iri toxumlar xırda toxumlara nisbətən çox
məhsul verir. Bəs xırda və iri toxum dedikdə biz nə başa
düşürük? Əgər toxumun ölçüsünü əsas götürsək, onda o ilin
şəraitindən asılı olaraq dəyişə bilər.
Toxumlar fraksiyalardan keçirilir, orta fraksiyadan iri
olanlar iri, xırda olanlar isə xırda toxum hesab edilir. Lakin bu
əlamət dəyişkən xarakterlidir. Belə ki, ilin şəraitindən asılı
olaraq bu il iri olan toxum növbəti il orta, yaxud xırda ölçülü
toxumlar verə bilər.
Təcrübədə 1000 ədəd dənin kütləsi göstərici kimi daha
məqsədəuyğun sayılır. Bilirik ki, ağır, tam dolmuş toxumlar,
yüngül toxumlardan daha yaxşıdır. Buna görə də, sortlaşdırma
zamanı toxumun cücərmə və böyümə enerjisi ilə yanaşı, onun
bu əlaməti də nəzərə alınır. Bu əlamətə görə, müxtəlif kənd
təsərrüfatı bitkilərinin və sortlarının toxum partiyalarının qiy-
mətliliyi müəyyən olunur və optimal səpin norması hesablanır.
Toxumun iriliyi ilə onun çəkisi arasında asılılıq vardır.
Lakin bu asılılıq bəzən özünü doğrultmur. Belə ki, həddən artıq
böyük olan toxumun çəkisi bəzən yüngül olur.
Bir çox alimlərin tədqiqatları göstərir ki, toxumun iriliyi və
94
kütləsi - onun stabil göstəricilərindəndir və çox nadir hallarda
əlverişsiz şərait 1000 ədəd dənin kütləsinin sürətlə azalmasına
səbəb ola bilər. Aydındır ki, bitkilər təkamül prosesində
gələcək nəsillərin normal inkişafını zəmanətə almaq üçün, hər
şeydən əvvəl hər cür şəraitdə toxumun inkişaf etməsini təmin
etmək xüsusiyyəti qazanmışlar.
1000 ədəd dənin kütləsinə başqa amillər də təsir edir: bitki-
nin yatması, xəstəlik və zərərvericilərə tutulması. Belə ki, süd
yetişmə fazasında payızlıq buğdanın yatması zamanı 1000 ədəd
dənin kütləsi 3,5 q azalır. 1000 ədəd dənin kütləsi – məhsulun
quruluş elementi olaraq, sünbüldəki dənin sayı ilə birlikdə bit-
kinin məhsuldarlığını müəyyən edir və beləliklə məhsuldarlığa
təsir edir.
Toxumun sortlaşdırılmasını düzgün təşkil etmək və səpin
keyfiyyətini, məhsuldarlıq xüsusiyyətlərini daha geniş qiymət-
ləndirmək üçün onun sıxlığını bilmək lazımdır. Bu əlamət onun
kimyəvi tərkibindən və üzvi maddələrin nisbətindən asılıdır.
Toxumun tərkibində olan üzvi maddələrin əsas qrupları
onun sıxlığa görə kəskin fərqlənir. Belə ki, bu əlamət nişastada
- 1,5, zülalda - 1,34, sellülozada – 1,3, piylərdə isə - 0,92 -ə
bərabərdir.
Toxumun sıxlığına onun tərkibində olan hava da təsir edir.
Buğdada o toxumun kütləsinin–1,8-10,9%, arpada 7,5-14,5,
bərk qarğıdalıda 4,8-6,2, nişastalı qarğıdalıda isə 15,2-23,3% -
ni təşkil edir. Ən çox hava nisbəti isə (20-25%) - günəbaxan,
qarabaşaq, və s. kimi örtüklü bitkilərdə olur.
Toxumun toxumalarında kifayət qədər kapilyar və xırda mə-
samələr vardır ki, bu da toxumun sıxlığını əhəmiyyətli dərəcə-
də aşağı salır.
Toxumun ayrı–ayrı hissələrinin çəki nisbətləri sortdan və
becərildiyi ilin şəraitindən asılı olaraq dəyişir. Bu da toxumun
sıxlığına təsir edir. Buğda toxumunun ayrı-ayrı hissələrinin,
toxumun ümumi çəkisinə% -lə nisbəti aşağıdakı kimidir: dənin
qılafı – 5,5, toxumun qılafı – 2,5, aleyron qatı – 7, rüşeym – 2,5
Dostları ilə paylaş: |