Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   24   25   26   27   28   29   30   31   ...   89

92 
səthinin quruluşundan və hava axınında necə yerləşməsindən 
asılıdır. Toxumun aerodinamik göstəriciləri onun kritik sürət 
göstəricisi ilə (uçmaq sürəti) xarakterizə olunur. Bu hava axını-
nın sürətidir ki, toxum belə hava axınında asılı vəziyyətdə olur.   
Kritik sürət buğdada- 8,9–11,5 m/san, arpada- 8,4-10,8, 
qarabaşaqda isə 2,5 – 9,5 m/san -yə bərabərdir. Onu təyin edən 
cihaz porsion klasifikator adlanır. 
Toxumun elastikliyi və möhkəmliyi. Fərqli elastikliyə malik 
toxumlar fərqli düşmə sürətinə malik olurlar. Toxumların elas-
tikliyi nə  qədər çox olarsa bir o qədər onlar şaquli düşmə za-
manı uzağa uçar. Bu xüsusiyyətdən istifadə edərək, qabıqlı 
toxumları  zədəlilərdən (düyü, yulaf), nəmliləri qurulardan 
ayırmaq olar.  
Toxumun mexaniki möhkəmliyindən istifadə edərək onları 
torpaq qarışıqlarından təmizləmək olar. Belə ki, təmizlənməmiş 
toxum rezin vallara tökülür, torpaq döyülərək xırdalanır və 
kənarlaşdırılır, toxum isə zədələnmədən təmizlənir.  
Toxumun elektriklik xüsusiyyəti. Toxumların sortlaşdı-
rılmasında istifadə olunan metodlardan biri də fasiləsiz elek-
trikin verilməsidir. Elektrodlardan biri – yumru deşikli ələk, o 
biri isə onun üzərindədir. Bu üsul zamanı toxumlar enerjinin 
təsirindən polyarizasiya olunur və töküldüyü ələkdə perpen-
dikulyar olaraq dik dururlar. Beləliklə, eninə görə sortlaş-
dırılırlar. Dənlərin orientasiya olunması elektrik ötürücüdən və 
toxumların dielektrik keçiriciliyindən, formasından, ölçüsün-
dən, sıxlığından asılıdır.  Əgər dielektrik keçiriciliyi müxtə-
lifdirsə o zaman toxumların bir qismi güclü qalanları isə az 
orientasiya olunur. Güclü orientasiya olunmuş toxumlar ələk-
dən keçir, az orientasiya olunmuşlar isə keçə bilmir. Beləliklə 
başqa üsullarla bir-birindən çox çətin ayrılan yulafın və 
vələmirin toxumlarını bu üsulla bir-birindən ayırmaq asanlıqla 
mümkün olur. Sahədə olan gərginliyin  əhəmiyyəti toxumun 
elektrostatik sahədə güc xətləri boyunca çevrilməsidir ki, bu da 
onun orientasiya gərginliyi adlanır (E). Bu göstərici həm 


93 
keyfiyyət göstəricisi kimi, həm də toxumların möhkəmliyinə 
görə fraksiyalara ayrılmasında istifadə oluna bilər. Təyin 
olunub ki, toxumların sıxlığı  nə  qədər çox olarsa orientasiya 
gərginliyi (E) çox, toxumun keyfiyyəti isə yüksək olar. 
Toxumların möhkləmliyinə görə bu üsulla bölünməsi, 
məhlulda bölünməsinə nisbətən daha sadədir. 
Toxumun təmizlənməsi və sortlaşdırılmasında fiziki–me-
xaniki xüsusiyyətlərin istifadəsi - istehsalat şəraitində böyük 
əmək tələb edir və bunu bilmək çox vacibdir. Hər şeydən əvvəl 
nəzərə almaq lazımdır ki, toxum–canlı orqanizmdir, buna görə 
də onun fiziki xüsusiyyətləri ekoloji və aqrotexniki becərmə 
üsullarından, torpağın məhsuldarlığından, kənd təsərrüfatı 
bitkilərinin və sortların bioloji xüsusiyyətlərindən və s. 
amillərdən asılıdır.  
Məlumdur ki, iri toxumlar xırda toxumlara nisbətən çox 
məhsul verir. Bəs xırda və iri toxum dedikdə biz nə başa 
düşürük?  Əgər toxumun ölçüsünü əsas götürsək, onda o ilin 
şəraitindən asılı olaraq dəyişə bilər.  
Toxumlar fraksiyalardan keçirilir, orta fraksiyadan iri 
olanlar iri, xırda olanlar isə xırda toxum hesab edilir. Lakin bu 
əlamət dəyişkən xarakterlidir. Belə ki, ilin şəraitindən asılı 
olaraq bu il iri olan toxum növbəti il orta, yaxud xırda ölçülü 
toxumlar verə bilər.  
Təcrübədə 1000 ədəd dənin kütləsi göstərici kimi daha 
məqsədəuyğun sayılır. Bilirik ki, ağır, tam dolmuş toxumlar, 
yüngül toxumlardan daha yaxşıdır. Buna görə də, sortlaşdırma 
zamanı toxumun cücərmə və böyümə enerjisi ilə yanaşı, onun 
bu  əlaməti də  nəzərə alınır. Bu əlamətə görə, müxtəlif kənd 
təsərrüfatı bitkilərinin və sortlarının toxum partiyalarının qiy-
mətliliyi müəyyən olunur və optimal səpin norması hesablanır. 
Toxumun iriliyi ilə onun çəkisi arasında asılılıq vardır. 
Lakin bu asılılıq bəzən özünü doğrultmur. Belə ki, həddən artıq 
böyük olan toxumun çəkisi bəzən yüngül olur.  
Bir çox alimlərin tədqiqatları göstərir ki, toxumun iriliyi və 


94 
kütləsi - onun stabil göstəricilərindəndir və çox nadir hallarda 
əlverişsiz şərait 1000 ədəd dənin kütləsinin sürətlə azalmasına 
səbəb ola bilər. Aydındır ki, bitkilər təkamül prosesində 
gələcək nəsillərin normal inkişafını zəmanətə almaq üçün, hər 
şeydən  əvvəl hər cür şəraitdə toxumun inkişaf etməsini təmin 
etmək xüsusiyyəti qazanmışlar.  
1000 ədəd dənin kütləsinə başqa amillər də təsir edir: bitki-
nin yatması, xəstəlik və zərərvericilərə tutulması. Belə ki, süd 
yetişmə fazasında payızlıq buğdanın yatması zamanı 1000 ədəd 
dənin kütləsi 3,5 q azalır. 1000 ədəd dənin kütləsi – məhsulun 
quruluş elementi olaraq, sünbüldəki dənin sayı ilə birlikdə bit-
kinin məhsuldarlığını müəyyən edir və beləliklə  məhsuldarlığa 
təsir edir. 
Toxumun sortlaşdırılmasını düzgün təşkil etmək və  səpin 
keyfiyyətini, məhsuldarlıq xüsusiyyətlərini daha geniş qiymət-
ləndirmək üçün onun sıxlığını bilmək lazımdır. Bu əlamət onun 
kimyəvi tərkibindən və üzvi maddələrin nisbətindən asılıdır. 
Toxumun tərkibində olan üzvi maddələrin  əsas qrupları 
onun sıxlığa görə kəskin fərqlənir. Belə ki, bu əlamət nişastada 
- 1,5, zülalda - 1,34, sellülozada – 1,3, piylərdə isə - 0,92 -ə 
bərabərdir.  
Toxumun sıxlığına onun tərkibində olan hava da təsir edir. 
Buğdada o toxumun kütləsinin–1,8-10,9%, arpada 7,5-14,5, 
bərk qarğıdalıda 4,8-6,2, nişastalı qarğıdalıda isə 15,2-23,3% -
ni təşkil edir. Ən çox hava nisbəti isə (20-25%) - günəbaxan, 
qarabaşaq, və s. kimi örtüklü bitkilərdə olur.  
Toxumun toxumalarında kifayət qədər kapilyar və xırda mə-
samələr vardır ki, bu da toxumun sıxlığını əhəmiyyətli dərəcə-
də aşağı salır.  
Toxumun ayrı–ayrı hissələrinin çəki nisbətləri sortdan və 
becərildiyi ilin şəraitindən asılı olaraq dəyişir. Bu da toxumun 
sıxlığına təsir edir. Buğda toxumunun ayrı-ayrı hissələrinin, 
toxumun ümumi çəkisinə% -lə nisbəti aşağıdakı kimidir: dənin 
qılafı – 5,5, toxumun qılafı – 2,5, aleyron qatı – 7, rüşeym – 2,5 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə