163
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Son illərdə “əlverişsiz” ailə növlərinin sayı da artmaqdadır. Ailə rifahının əlverişsiz olmasının səbəbi isə
valideynlərdə alkoqolizm, uşaqların tərbiyəsindəki nəzarətsizlik, ailədənkənar sahələrdə valideynlərin
özünüinkişafa olan tələbatlarının olmaması və s. təşkil edir. Bu tip ailələrdəki valideynlər üçün bir qrupa aid
olmaq və orda hansısa bir yeri tutmaq tələbatı, ətrafdakı insanların diqqətindən istifadə etmək, onların sevgi və
hörmət obyekti olmaq kimi dəyərlər üstünlük təşkil edir. Onlar üçün ətrafdakı insanlarla qarşılıqlı münasibətlərə
girmək sadəcə öz şəxsi qiymətləndirməsini artırmaq üçün vacibdir. Başqaları ilə qarşılıqlı münasibətlərə
girmədikləri halda onlar özlərini alçaldılmış hiss edirlər. Bu səbəbdən də sıx münasibətlər onlara təhlükəsizlik
hissi bəxş edir. Bu cür insanlar valideyn olduqda isə, uşağın tərbiyəsi zamanı xaotik davranışlar nümayiş etdirir,
onların davranışlarının nəticələri haqqında düşünmürlər [3, səh. 26-27].
Bu cür ailələrin fərqləndirici xüsusiyyətlərindən biri də qeyri-sabit olmalarıdır. Bu ailədə böyüyən uşağa
bu və ya digər bir şeyi niyə etmələri barədə çox nadir hallarda izahat verirlər. Tərbiyə əsasən cəza və qadağalar
üzərində qurulur. Nəticədə isə yeniyetmədə onun davranışını tənzimləyəcək normalar formalaşmır. Onlar daima
xarici nəzarətə ehtiyac duyurlar və zamanla bu tələbat daha kəskin olmağa başlayır. Nəticədə isə yeniyetmələrdə
qismən və ya tamamilə ailəni tərk etmək istəyi yaranmağa başlayır. Belə ailələrdə böyüyən yeniyetmələri daha
çox onlara emosional təsir göstərən, dinamik məşğuliyyətlər cəlb edir və onlarda deviant davranışın səviyyəsi
digərlərinə nisbətdə daha yüksək olur. Bu cür yeniyetmələrin davranışında başqalarına qarşı zor tətbiq etmək
halları daha çox müşahidə olunur.
Əlverişsiz ailə mühitində böyüyən yeniyetmələrdə əməyə münasibətdə laqeydlik yönəlişliyi ilə rastlaşmaq
ehtimalı daha çox olur. Onlar zəhmətkeşlik, səbr, inadkarlıq kimi keyfiyyətlərə daha az əhəmiyyət verirlər. Əməyə
bu cür münasibətin olması fonunda isə onların fəaliyyəti hansısa məqsədə çatmaq məqsədi ilə deyil, öz
davranışlarında hansısa mənfi nəticələrdən qaçmaq cəhdləri ilə tənzimlənir. Daima ətrafdakı insanlarla və sosial
institutlarla qarşı-qarşıya gəlmək bu cür ailələrdə ətrafdakı insanlara (qonşulara, iş yoldaşlarına, hər hansı
müəssisənin əməkdaşlarına) qarşı inamsızlığın formalaşmasına gətirib çıxarır.
Müasir cəmiyyət və yeni dövrün tələbləri yeni bir ailə forması da meydana çıxarıb ki, biz bu tip ailələri
karyera tipli ailələr adlandırırıq. Bu cür ailələrdə valideynlər daima iş və karyera, maddiyyat, iqtisadi və sosial
prestij ardınca qaçır. Onlar yüksək sosial status əldə etmək üçün bir- birləri ilə mübarizədə olurlar. Karyera ilə
həddindən artıq məşğul olmaq, bütün diqqətini maddi təminatın yaxşılaşdırılmasına vermək, əyləncələrə
oriyentasiyanın yüksək olması bu cür ailələrdə yeniyetmənin şəxsiyyətinin formalaşmasına və tərbiyəsinə şüurlu
münasibətin olmamasına gətirib çıxaran amillər rolunda çıxış edir ki, bunun da nəticəsində yeniyetmədə deviant
davranış meydana çıxır. Bir qayda olaraq, bu cür ailədə böyüyən yeniyetmələrdə öz yaşadığı yerin hüdudları
çərçivəsində qapalı bir həyat və digər həmyaşıdlarından kənarlaşma halları müşahidə olunur.
Son illərdə mütəxəssislər diqqəti daha çox cəmiyyətdə natamam ailələrin sayının artmasına cəlb edirlər.
Bu cür ailələrin formalaşmasının bir neçə səbəbi olur. Birincisi, ər-arvadın boşanması nəticəsində yaranmış
ailədir. Statistika göstərir ki, son illərdə rəsmi qeydiyyata alınan göstəricilərə nəzər salsaq, on minə yaxın uşaq
və yeniyetmə boşanma səbəbindən bir valideynini itirmişdir. Natamam ailənin yaranmasının ikinci səbəbi isə
nikahdankənar doğumların olmasıdır ki, bu sahədə də göstəricilər günü-gündən artmaqdadır. Natamam ailələrin
yaranmasının başqa bir səbəbi isə ailə başçısının ölümü ilə bağlı olur [4, səh. 13].
Natamam ailələrin problemlərindən biri də bu ailədə böyüyən yeniyetmənin tərbiyəsi və
sosializasiyasıdır. Bu gün cəmiyyətimizdə hər 10 ailədən birində yeniyetmı valideynlərinin birindən məhrum olmuş
olur. Bu cür ailələr ciddi maddi problemlərlə qarşı-qarşıya qaldığı üçün bu ailədə böyüyən yeniyetmələr öz
həmyaşıdları ilə müqayisədə ciddi maddi çətinliklərlə üz-üzə qalırlar. Bundan əlavə, bu cür ailədə böyüyən
yeniyetmələrdə valideynlərinin birinin olmaması ondan natamam şəxsiyyətin formalaşmasına, aqressiyaya,
insanlara qarşı inamsızlığın olmasına, həmyaşıdları ilə münasibətlərdə çətinliklərin meydana çıxmasına gətirib
çıxarır.
Müxtəlif tipli ailələrdə böyüyən yeniyetmələrin şəxsiyyətinin formalaşmasını tədqiq edərkən biz daha
sonra iki istiqamətdə psixoloji diskomfort məsələsinə də nəzər salırıq: birincisi, natamam ailənin fəaliyyətində
obyektiv çətinliklərə reaksiya kimi meydana çıxan təşviş və ikincisi, ailə rifahının əlverişsiz olmasının nəticəsi kimi
yeniyetmələrdə formalaşan şəxsi problemlər. Birinci istiqamətdə apardığımız sorğu zamanı yeniyetmələrdə
ailədəki maddi çətinliklərlə bağlı təşviş ( natamam ailədə 39%, tam ailədə 22%), doğmalarının sağlamlığına görə
təşviş hissi (46% və 35%), ailədə konfliktlərlə (6% və 19%) bağlı yaranan təşviş halları aşkar edilmişdir. Aldığımız
faiz göstəriciləri natamam ailələrdə tam ailələr ilə müqayisədə maddi təminatın aşağı olmasını təsdiq edir. Bundan
əlavə, natamam ailələrdə valideynlərinin birinin olmaması səbəbindən digər valideyninin sağlamlığına görə
narahatlıq və onu itirmək qorxusu tam ailələrdəki yeniyetmələrə nisbətdə daha yüksək olur.
Təşviş formalaşdıran ikinci qrup səbəblər isə yeniyetmələrin şəxsi problemləri ilə əlaqədar olur. Onlarda
qorxu valideynləri ilə aralarında baş verən münaqişələrdən (29% natamam və 19% tam ailələrdə), həmçinin də
təlim proqramının mənimsənilməsindəki çətinliklərdən (24% və 15%) qaynaqlanır. Aşkar edilmişdir ki, boşanma
halları yeniyetmənin valideynləri ilə konfliktə girməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Onlarda hər bir
valideyni ilə ayrı-ayrılıqda münasibət qurmağın vacibliyindən irəli gələn yüksək həyəcanlılıq formalaşmağa
başlayır. Bəzən də valideynlərinin boşanması yeniyetmənin ürəyində ata və anasına qarşı düşmənçilik hissinin
yaranmasına da səbəb olur. Natamam ailədə kişi etalonunun olmaması səbəbindən yeniyetmədə identifikasiya zəif
Dostları ilə paylaş: |