Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə21/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   17   18   19   20   21   22   23   24   ...   42

 
 
82 
narkoz və ya keyitmə  üçün dərman vemək istəsə  də,  əsgərlər 
imkan verməmişdilər. Bunun əvəzində əllərini-ayaqlarını stola 
bağlamış, səs salmaması  üçün isə  ağzına taxta parçası 
qoymuşdular.  
Samirə ermənilərə qarğış  tökə-tökə  Qədim dayıdan 
soruşdu: 
– Qədim dayı, bu gərdəni sınmışlar nə yaxşı  səni  əməliyyat 
etdilər? 
– Bala yaxşılıq heç vaxt itmir. Nə olsun ki, ermənidir. Bu 
həkimi  Şamik göndərib. Bizim Şamiklə ailəvi yaxınlığımız 
olub.  
– Nə bildin, ay dayı, bu itlər adama yaxşılıq edər? Bəlkə, nə 
isə məqsədləri var? 
– Yox, ay qızım, bu Vladik idi – Şamikin oğlu.  Uşaqlıqda 
onu dizimin üstündə  çox oynatmışam. O da məni tanıdı, 
amma tanımazlığa vurdu. Atası yəqin ki, işini itirməmək üçün 
tanışlıq verməyib.  
Sonradan bu Vladik üç-dörd gündən sonra bir dəfə  də 
gəlmişdi. Yenə ciddi-ciddi gəldi,  özünü  Qədim dayını 
tanımayırmış kimi apardı. Qədim dayıya gizlin olaraq 
çantasında bir sok da gətirmişdi. Qədim dayı  öz xasiyyətinə 
uyğun olaraq o soku tək içmədi. Zorla da olsa, hamımıza bir 
qurtumluq içirdi.  Çünki bizə  üç  gündən bir yarım stəkan su 
verirdilər.  
Qədim dayını əməliyyat edən günü bizim illərlə görəcəyimiz 
işin bir növ təməli qoyuldu. Əslində  təməli bizim evimizdə 
anamı  öldürəndən sonra qoyulmuşdu. Həmin axşam içmiş, 
qarnıyoğun erməni dığaları bizim qaldığımız zirzəmiyə 
gəldilər. Hiss olunurdu ki, rütbəcə  yüksək zabitlər idi. 
Aralarında milis forması geyənlər də var idi. Onlar kişiləri 
döyür, bizim gözümüzün qarşısında onları mənən sındırırdılar. 
Yerə  tüpürüb yalamasını  tələb edən erməniyə yaxşı bir sillə 


 
 
83 
atan  Çingizi ağzından güllələmişdilər. Mən Samirəyə: “Niyə 
şillə vurdu, kaş ki, yumruqla vurardı, heç olmasa ağrısı  çox 
olardı”,- dedim. Samirə bir az gözüaçıq qız olduğundan bəzi 
şeyləri məndən yaxşı bilirdi.
 
Dedi ki, sən bilmirsən məgər, azərbaycanlı kişisi heç vaxt 
kişiyə  şillə atmaz. Yalnız qadına  şillə atarlar. Özü  də  özünü 
yaxşı kişi hesab edənlər bunu yalnız fahişəyə atar. Bunun üçün 
də alçaldıcı  zərbə idi bu şillə.  Çingiz yaxşı bilirdi ki, mənəvi 
zərbə cismani zərbədən daha ağırdı. Əgər bunu ermənilər başa 
düşərsə... 
Kişiləri döyüb incidəndən sonra qızları götürüb aparırdılar. 
Hər erməninin  öz “malı” vardı.  Əsgərlər isə onların razılığı 
olarsa, qızları aparırdılar. Həmin axşam məni də  döyə-döyə
zorla aparan Vaskanyan oldu. Bundan sonra mən yalnız 
Vaskanyana məxsus oldum. Onun fahişəsinə  çevrildim. 
Əslində fahişə  sözü bunu tam ifadə etmirdi. Dilimizdə bunu 
ifadə edəcək başqa söz olmadığı  üçün belə adlandırırdıq 
özümüzü. Fahişələr könüllü olaraq bədənlərini satanlardı. 
Onların da zorlanmaya qarşı etirazları olur və qəbul etmirlər. 
Hətta nə olsun ki, fahişəlik edirik, bu o demək deyil ki, bizi 
təhqir etməlidirlər, - deyirlər. Bizim isə  işimiz zorlanmaq idi. 
Həmin axşam zalımlığı ilə ad çıxaran Vaskanyanın payına 
düşmək mənim bəxtimə idi. Həmin Vaskanyan idi ki, bizi 
evimizdən  çıxaranda məni  əsgərə tapşırmışdı. Beləliklə
axşamların gəlməsini istəmədən gözləyirdik. Qızlar isə 
kişilərimizi utandırmamaq  üçün işlətməyə aparıldıqlarını 
deyirdi. Bəzən də  ümid edirdik, ola bilsin, girovluqdan 
qurtardıq. Yaşamağa üzümüz olsun. Amma hər şey aydın idi. 
Kişilər də bunu hiss edirdi. Amma Azərbaycanlı həyası bunu 
üzə vurmağa, xatırlamağa imkan vermirdi. Buna alışmağa 
borcluyduq...  
 
 


 
 
84 
 
 
 
 
 
 
 
 
 
11. Qaniçən düşmənin acizliyi 
 
Dostu İbadın qəhrəmanlığı ilə bağlı Ramilin həmin günkü xatirələrindən  
 
Əsl adı Monte Melkonyan olan “Avo” ABŞ-da dünyaya 
göz açıb. Peşəkar terrorçu kimi ad çıxarıb. Terror təşkilatı 
ASALA-ya daxil olub, sonradan onun hərbi qanadını 
yaradıb. Məhşur terrorçu Karlos Şakaldan dərs alıb. 
Dünyanın bir çox bölgəsində, o cümlədən Livanda, 
Yunanıstanda,  İtaliyada törədilən terror aktlarında yaxından 
iştirak edib. Terror hədəfinə  çevirdiyi  şəxslər sırasında türk 
mənşəlilər xüsusi yer alıb. 1985-ci ildə Parisdə qanunsuz silah 
və narkortik saxladığına görə 6 il müddətinə  həbs cəzasına 
məhkum olunub. Lakin erməni lobbisinin və digər 
himayədarlarının təsiri ilə vaxtından  əvvəl həbsdən azad 
olunaraq Cənubi Yəmənə göndərilib. 
   Daha sonra Qarabağ döyüşlərinə qatılan Melkonyanın əli 
yüzlərlə  günahsız azərbaycanlının qanına bulaşıb. Qaradağlı 
faciəsinin  əsas müəlliflərindən biri məhz Melkonyandır. Bu 
kəndin  ələ keçirilməsi zamanı girov götürülən xeyli sayda 
günahsız azərbaycanlının qətlə yetirilməsində, o cümlədən 
başlarının kəsilməsində, 
üzərlərinə benzin tökülərək 
yandırılmasında, müxtəlif bədən  əzalarının kəsilməsində 
bilavasitə  iştirak edib. Xocalı soyqırımında qadınları, 


 
 
85 
körpələri, qocaları, günahsız insanları ən ağlasığmaz vəhşiliklə 
qətlə yetirən ermənilər arasında yenə  də  xüsusilə  fərqlənən 
məhz Melkonyan idi. Əsas sevimli məşğuliyyətlərindən biri də 
girov götürülən azərbaycanlılara  ən amansız yollarla 
işgəncələr vermək, onları  xüsusi qəddarlıqla qətlə yetirmək 
olub. Ermənistanda mifikləşdirilən Melkonyanla düşmən 
dövlətin keçmiş prezidenti, o vaxtlar isə Qarabağda 
azərbaycanlılara qarşı  hərbi separatizmin başında dayanan 
Robert Köçəryanla Serj Sərkisyan da birmənalı hesablaşırdı. 
Erməni işğalı  və  vəhşiliyinin  əsas ideoloqlarından olan Zori 
Balayan isə bu beynəlxalq terrorçunun  şərəfinə  möhtəşəm 
təriflər yağdırır, ona həsr olunmuş  şeirlər və publisistik 
məqalələr yazırdı. Bu amansız qatili erməni mətbuatı  “ən 
böyük erməni” kimi fanatikcəsinə mədh edirdilər. 
Qarabağ  müharibəsində olmazın vəhşiliklər törədən, 
onlarla günahsız azərbaycanlını  qətlə yetirən Melkonyan 
rəhbərlik etdiyi hərbi hissənin daha çox Azərbaycan  ərazisi 
işğal etməsinə, mümkün qədər  çox günahsız azərbaycanlının 
qanının axıdılmasına xüsusi diqqət yetirirdi. Amma ona yad 
olan bu torpaqda başına nələr gələcəyindən də  hələ  xəbərsiz 
idi… 
 
*** *** *** 
…Yeni açılan gün gedişi və nəticəsi məlum olmayan savaş 
vəd edirdi. Başqa cür mümkün də ola bilməzdi. Çünki burada 
hər gün eyni keçirdi. Günün  əsas xüsusiyyəti isə  nə  qədər 
erməni məhv etməyin və  ən başlıcası  özünün sağ qalıb-
qalmamağın idi. Şəhidlərin xatirə  lövhəsinə vurduğu  şəklini 
diqqətlə gözdən keçirdikdən sonra İbad dəstəsi ilə birlikdə bu 
vaxta qədər qatıldığı  döyüşlərin, bəlkə  də,  ən mühümünə,  ən 
vacibinə yollanırdı.  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə