82
narkoz və ya keyitmə üçün dərman vemək istəsə də, əsgərlər
imkan verməmişdilər. Bunun əvəzində əllərini-ayaqlarını stola
bağlamış, səs salmaması üçün isə ağzına taxta parçası
qoymuşdular.
Samirə ermənilərə qarğış tökə-tökə Qədim dayıdan
soruşdu:
– Qədim dayı, bu gərdəni sınmışlar nə yaxşı səni əməliyyat
etdilər?
– Bala yaxşılıq heç vaxt itmir. Nə olsun ki, ermənidir. Bu
həkimi Şamik göndərib. Bizim Şamiklə ailəvi yaxınlığımız
olub.
– Nə bildin, ay dayı, bu itlər adama yaxşılıq edər? Bəlkə, nə
isə məqsədləri var?
– Yox, ay qızım, bu Vladik idi – Şamikin oğlu. Uşaqlıqda
onu dizimin üstündə çox oynatmışam. O da məni tanıdı,
amma tanımazlığa vurdu. Atası yəqin ki, işini itirməmək üçün
tanışlıq verməyib.
Sonradan bu Vladik üç-dörd gündən sonra bir dəfə də
gəlmişdi. Yenə ciddi-ciddi gəldi, özünü Qədim dayını
tanımayırmış kimi apardı. Qədim dayıya gizlin olaraq
çantasında bir sok da gətirmişdi. Qədim dayı öz xasiyyətinə
uyğun olaraq o soku tək içmədi. Zorla da olsa, hamımıza bir
qurtumluq içirdi. Çünki bizə üç gündən bir yarım stəkan su
verirdilər.
Qədim dayını əməliyyat edən günü bizim illərlə görəcəyimiz
işin bir növ təməli qoyuldu. Əslində təməli bizim evimizdə
anamı öldürəndən sonra qoyulmuşdu. Həmin axşam içmiş,
qarnıyoğun erməni dığaları bizim qaldığımız zirzəmiyə
gəldilər. Hiss olunurdu ki, rütbəcə yüksək zabitlər idi.
Aralarında milis forması geyənlər də var idi. Onlar kişiləri
döyür, bizim gözümüzün qarşısında onları mənən sındırırdılar.
Yerə tüpürüb yalamasını tələb edən erməniyə yaxşı bir sillə
83
atan Çingizi ağzından güllələmişdilər. Mən Samirəyə: “Niyə
şillə vurdu, kaş ki, yumruqla vurardı, heç olmasa ağrısı çox
olardı”,- dedim. Samirə bir az gözüaçıq qız olduğundan bəzi
şeyləri məndən yaxşı bilirdi.
Dedi ki, sən bilmirsən məgər, azərbaycanlı kişisi heç vaxt
kişiyə şillə atmaz. Yalnız qadına şillə atarlar. Özü də özünü
yaxşı kişi hesab edənlər bunu yalnız fahişəyə atar. Bunun üçün
də alçaldıcı zərbə idi bu şillə. Çingiz yaxşı bilirdi ki, mənəvi
zərbə cismani zərbədən daha ağırdı. Əgər bunu ermənilər başa
düşərsə...
Kişiləri döyüb incidəndən sonra qızları götürüb aparırdılar.
Hər erməninin öz “malı” vardı. Əsgərlər isə onların razılığı
olarsa, qızları aparırdılar. Həmin axşam məni də döyə-döyə,
zorla aparan Vaskanyan oldu. Bundan sonra mən yalnız
Vaskanyana məxsus oldum. Onun fahişəsinə çevrildim.
Əslində fahişə sözü bunu tam ifadə etmirdi. Dilimizdə bunu
ifadə edəcək başqa söz olmadığı üçün belə adlandırırdıq
özümüzü. Fahişələr könüllü olaraq bədənlərini satanlardı.
Onların da zorlanmaya qarşı etirazları olur və qəbul etmirlər.
Hətta nə olsun ki, fahişəlik edirik, bu o demək deyil ki, bizi
təhqir etməlidirlər, - deyirlər. Bizim isə işimiz zorlanmaq idi.
Həmin axşam zalımlığı ilə ad çıxaran Vaskanyanın payına
düşmək mənim bəxtimə idi. Həmin Vaskanyan idi ki, bizi
evimizdən çıxaranda məni əsgərə tapşırmışdı. Beləliklə,
axşamların gəlməsini istəmədən gözləyirdik. Qızlar isə
kişilərimizi utandırmamaq üçün işlətməyə aparıldıqlarını
deyirdi. Bəzən də ümid edirdik, ola bilsin, girovluqdan
qurtardıq. Yaşamağa üzümüz olsun. Amma hər şey aydın idi.
Kişilər də bunu hiss edirdi. Amma Azərbaycanlı həyası bunu
üzə vurmağa, xatırlamağa imkan vermirdi. Buna alışmağa
borcluyduq...
84
11. Qaniçən düşmənin acizliyi
Dostu İbadın qəhrəmanlığı ilə bağlı Ramilin həmin günkü xatirələrindən
Əsl adı Monte Melkonyan olan “Avo” ABŞ-da dünyaya
göz açıb. Peşəkar terrorçu kimi ad çıxarıb. Terror təşkilatı
ASALA-ya daxil olub, sonradan onun hərbi qanadını
yaradıb. Məhşur terrorçu Karlos Şakaldan dərs alıb.
Dünyanın bir çox bölgəsində, o cümlədən Livanda,
Yunanıstanda, İtaliyada törədilən terror aktlarında yaxından
iştirak edib. Terror hədəfinə çevirdiyi şəxslər sırasında türk
mənşəlilər xüsusi yer alıb. 1985-ci ildə Parisdə qanunsuz silah
və narkortik saxladığına görə 6 il müddətinə həbs cəzasına
məhkum olunub. Lakin erməni lobbisinin və digər
himayədarlarının təsiri ilə vaxtından əvvəl həbsdən azad
olunaraq Cənubi Yəmənə göndərilib.
Daha sonra Qarabağ döyüşlərinə qatılan Melkonyanın əli
yüzlərlə günahsız azərbaycanlının qanına bulaşıb. Qaradağlı
faciəsinin əsas müəlliflərindən biri məhz Melkonyandır. Bu
kəndin ələ keçirilməsi zamanı girov götürülən xeyli sayda
günahsız azərbaycanlının qətlə yetirilməsində, o cümlədən
başlarının kəsilməsində,
üzərlərinə benzin tökülərək
yandırılmasında, müxtəlif bədən əzalarının kəsilməsində
bilavasitə iştirak edib. Xocalı soyqırımında qadınları,
85
körpələri, qocaları, günahsız insanları ən ağlasığmaz vəhşiliklə
qətlə yetirən ermənilər arasında yenə də xüsusilə fərqlənən
məhz Melkonyan idi. Əsas sevimli məşğuliyyətlərindən biri də
girov götürülən azərbaycanlılara ən amansız yollarla
işgəncələr vermək, onları xüsusi qəddarlıqla qətlə yetirmək
olub. Ermənistanda mifikləşdirilən Melkonyanla düşmən
dövlətin keçmiş prezidenti, o vaxtlar isə Qarabağda
azərbaycanlılara qarşı hərbi separatizmin başında dayanan
Robert Köçəryanla Serj Sərkisyan da birmənalı hesablaşırdı.
Erməni işğalı və vəhşiliyinin əsas ideoloqlarından olan Zori
Balayan isə bu beynəlxalq terrorçunun şərəfinə möhtəşəm
təriflər yağdırır, ona həsr olunmuş şeirlər və publisistik
məqalələr yazırdı. Bu amansız qatili erməni mətbuatı “ən
böyük erməni” kimi fanatikcəsinə mədh edirdilər.
Qarabağ müharibəsində olmazın vəhşiliklər törədən,
onlarla günahsız azərbaycanlını qətlə yetirən Melkonyan
rəhbərlik etdiyi hərbi hissənin daha çox Azərbaycan ərazisi
işğal etməsinə, mümkün qədər çox günahsız azərbaycanlının
qanının axıdılmasına xüsusi diqqət yetirirdi. Amma ona yad
olan bu torpaqda başına nələr gələcəyindən də hələ xəbərsiz
idi…
*** *** ***
…Yeni açılan gün gedişi və nəticəsi məlum olmayan savaş
vəd edirdi. Başqa cür mümkün də ola bilməzdi. Çünki burada
hər gün eyni keçirdi. Günün əsas xüsusiyyəti isə nə qədər
erməni məhv etməyin və ən başlıcası özünün sağ qalıb-
qalmamağın idi. Şəhidlərin xatirə lövhəsinə vurduğu şəklini
diqqətlə gözdən keçirdikdən sonra İbad dəstəsi ilə birlikdə bu
vaxta qədər qatıldığı döyüşlərin, bəlkə də, ən mühümünə, ən
vacibinə yollanırdı.
Dostları ilə paylaş: |