144
Bu dəfə də yalvardı ki, o şeiri yadıva sal, bizə danış.
Dedim: Ay Samirə, bizə şeir yaraşır?
-Aytəkin, demirəm ki, məhəbbət şeiri danış.
Ermənilərin
Naxçıvandan qovulması haqqında şeirin nəyi pisdir?! De, heç
olmasa sözlə özümüzə təsəlli tapaq. Yadındadı, uşaqlar
oxuyurdular ha....
Hava yaman bürküdü,
Ermənilər tülküdü.
-Sən
de görək, nənəvin nehrəmliləri nə deyib?
Əslində şeiri tam bilmirdim, bir az da ona görə söhbətdən
yayınmaq istəyirdim. Samirə də zarafatından qalmırdı. Hə
Aytəkin, de görək,-deyə əl çəkmirdi. Həyatın hələ də dünənki
şərəfsizlikdən sonra heç heyi qalmamışdı. Ona baxdım.
Gözlərində heç bir məna yox idi. Şeiri deməyimi istəyib
istəməməyinə aid heç bir işarə də yox idi. Amma ona təsəllli
ola biləcəyini, fikrindən yayınacağını düşünüb şeiri dedim:
Baqratın paslı zəngi vuruldu.
Andranik qoşunu nizama durdu.
Hücuma keçdilər Nehrəm üstünə.
Cəmdək töküldü cəmdək üstünə.
Yeri ha, yeri ha, köpək Andri,
Nehrəmlilər quşu göydən endirir.
Andranik qoşunu gəldi Tahar düzünə,
Nehrəmlilər ölümü aldı gözünə,
Qırdılar, tökdülər, Tahar düzünə.
Yeri ha, yeri ha, köpək Andri,
Nehrəmlilər quşu göydən endirir.
Yavər də topunu durmadan atdı.
Andranik qoşunu yan-yana yatdı.
Hayına gəlmişdi, huyuna çatdı.
Yeri ha, yeri ha, köpək Andri,
Nehrəmlilər quşu göydən endirir.
145
Müslüm durub Hacəlinin bağında,
Müseyib sağında, Sadıq solunda,
Qırır, tökür imamzadə yolunda.
Yeri ha, yeri ha, köpək Andri,
Nehrəmlilər quşu göydən endirir.
Ərəzində Səməd, Nehrəmdə Müslüm,
Hücuma keçdilər hamıdan üstün,
Andranik qoşunun etdilər təslim.
Yeri ha, yeri ha, köpək Andri,
Nehrəmlilər quşu göydən endirir.
Sona xanım şeiri dedi özündən,
Güllə dəysin Andranikin gözündən,
Nehrəmlilər dönmədilər sözündən.
Yeri ha, yeri ha, köpək Andri,
Nehrəmlilər quşu göydən endirir.
-Nə yazıb,
allah köməyi olsun, qələminə güc versin o Sona
xanımın,- deyə Samirə dilləndi.
Şeiri deyə-deyə gözucu Həyata baxırdım ki, mimikasından
reaksiyasını anlayım. Amma heç nə görə bilmirdim, qız, elə
bil, daşa dönmüşdü. Samirənin bu sözünə qeyri-ixtiyari
gülümsündü. Niyə gülümsündüyünü mən də başa düşmüşdüm.
Axı Sona xanım rəhmətə getmişdi. Nənəmin nənəsi yaşda olan
qadın necə hələ də sağ qala bilərdi. Amma heç birimiz bunu
onun üzünə vurmadıq.
Mən məqsədimə çatdığım üçün bir anlıq sevindim də.
Amma nə biləydim ki, elə bu axşam onu da itirəcəyik. Həmin
axşam Həyat tualetə getmək üçün qapıçını çağırdı.
Bir neçə həftə ərzində yan otaqlarda da girovların azalması
hiss olunurdu. Çünki
axşamlar yumruq zərbələrindən,
inildəyən, qızıl dişləri mismarla çıxarıldığı üçün zarıyan yox
idi. Yəqin ki, orda da kişiləri qaytarmış, qadınlara isə əzabı
yataqlarında verirdilr. Bunun üçün də qapıçı oturduğu stolda
146
mürgüləmişdi. Onu qapının kiçik deşiyindən görmək olurdu.
Həyatın səsindən dik atılan qapıçı qapını açıb onu döyməyə
başladı, erməni dilində nəsə deyə-deyə onu söyürdü ağzı,
burnu qanamış Həyatdan rus dilində nə istədiyini, nəhayət ki,
soruşdu. Həyat da tualetə getmək istədiyini dedi. Söyə-söyə
qabağına salıb tualetə apardı. Tualet bizim otağa yaxın idi.
Otağımızla tualet arasında cəmi bir otaq var idi. Bir xeyli vaxt
keçdi, Həyat hələ də gəlməmişdi. Erməninin qışqırığı,
ratsiya
ilə kimisə çağırması diqqətimizi çəkdi. O, rəhbərliyə nə
barəsindəsə məlumat verirdi.
Çox keçmədən məlum oldu ki, Həyat tualetdə gördüyü şüşə
parçası ilə venalarını kəsib... Onu çıxaranda o, hələ də
çırpınırdı... Həmin gün Həyat da Andranikə qurban kəsilən
türklər kimi qurban getdi. Əslində,
o intihar etməklə yüksəldi,
göylərə qalxdı. Şərəfsizliklərə dözə bilmədi. Deyirlər,
şərəfsizlik ağır yükdür, o vaxta qədər ki, onun çiyinlərinə
götürməmisən. Onu çiyinlərinə götürdünsə, o, yüngülləşir.
Həyat
o yükü çiyinlərinə götürmədi, onu yüngülləşdirmədi. O,
hər gün ondan zövq alanlara məhrum etdi özünü. Özünü azad
etdi. Ondakı iradənin qarşısında baş əyirəm. Hər dəfə yadıma
düşəndə girovluqda olan anasının da öldürüləcəyini bilə-bilə
bu yolu seçdiyi üçün ona qibtə edirəm. Bunu hər insan
bacarmazdı, bu insanlardan biri də mən idim. İntihar etmək
üçün bir dəfə imkanım olsa da, bundan yararlanmamışdım.
Yəqin ki, qorxmuşdum. İnsanların itirəcəkləri şeylərin dəyəri
çox olduqca qorxusu da çoxalır, nəyisə itirmək qorxusu ilə
daima hər şeydən tərəddüd edir. Əgər itiriləsi şeyi
düşünmədən, qorxusuz yaşayan insan varsa, o,
qəhrəman
olur. Həyat da belə qəhrəmanlardan oldu. Heç nəyi
itirməkdən qorxmadı. Halbuki biz onun anasını nə qədər
sevdiyini yaxşı bilirdik. Onun üçün yaşamaq istədiyindən də
xəbərdar idik.
147
Biz artıq iki nəfər qaldıq, bu isə o demək idi ki, qarşıda bizi
böyük təhlükə gözləyir. Qədim dayının getməsindən 13 gün
keçsə də, bizim qaytarılmağımız haqqında heç bir söhbət
olmurdu... Amma buna baxmayaraq,
mən hələ də lənətə
gəlmiş ümidlə yaşayırdım... Ümidsiz ümidlə...