137
20. Tayqulaq Andranik
– Ay Aytəkin, sən bilərsən, bu Andranik kimdir ki? Tarix
oxumusan, məni başa sal görüm.
– Ermənilərin tarixi qəhrəmanıdır. XX əsrin əvvəlində
yaşayıb. Samirənin bu sualına məcburən belə qısaca cavab
verdim. Heç danışmaq istəmirdim. Bu gün Gülcahan yaman
yadıma düşmüşdü. Onun yaşadığını Vaskanyan desə də,
inanmırdım. Əslində, onun haqqında Vaskanyandan
soruşmurdum, amma o məni ram etmək üçün Gülcahanın
yaşadığını, dostlarından birinin yanında qaldığını deyirdi.
Hətta ona müqavimət göstərməyim üçün yatağına atdığı
zaman Gülcahanın daha qabiliyyətli olduğunu söyləyir və
iyrənccəsinə gülürdü. Mənim müqavimət göstərməyim onu
cuşa gətirirdi elə bil. Mən nifrətimdən onu cırmaqlayır, döyür,
üzünə tüpürür, cəhdlərinin qarşısını almağa çalışırdım. O da
qışqırır, bağırırdı. Amma o, bundan zövq alırdı, ehtirası
artırdı, getdikcə daha çox qışqırmağımı istəyirdi. Qarşılığında
döyür, əllərimi çarpayıya bağlayır, ölüm anının bir
addımlığında boğazımı buraxır, taqətdən düşdüyünü hiss
edirdim. O, işini bitirirdi...
138
Mən sonralar bildim ki, mənim çılğınlığım, mübarizə
aparmaq istəyim onu daha da ehtiraslandırır. Bunu bir dəfə
Samirəyə danışmışdım. O da məni öyrətmişdir ki, artıq
bizimki bizdən keçib. Sən heç bir müqavimət göstərmə, gör nə
günə düşəcək, o alçaq. Amma bunu bacarmırdım. İmkanım da
olmurdu ki, ondan qisas alım. Artıq Gülcahanı da yaddan
çıxara, unuda bilərdim, sadəcə ondan qisasımı alım, bu,
mənim üçün dünyaya bərabər idi. Dünən axşam da o yadıma
salmışdı. Demişdi ki, hə, nə deyirsən, Gülcahanın ermənilərə
necə kef verdiyini görmək istəyirsən? Əlbəttə, görmək
istəyirdim, kef verdiyini yox, Gülcahanı görmək istəyirdim.
Amma qürurum imkan vermirdi ki, bunu ona deyim. Özümü
yenilməz göstərməyə məcbur edirdim. Yazıq bacım, axı o uşaq
idi...
İndi də o yadıma düşmüşdü. Dünənki işgəncələrdən sonra
Gülcahan elə hey yadıma düşürdü.
139
Dünənki hər şey: Vaskanyanın məni üç erməni dostuna təklif
etdiyi də, gecənin yarısına qədər qollarımdan çarpayıya
bağlanmağım da, əyyaş dığaların yıxılıb yatana qədər məndən
istifadə etmələri də, gecənin bir yarısı Vaskanyanın məni
təpikləyə-təpikəyə binamıza gətirməsi də, Andranikin şərəfinə
məni alçaltmaları da yadımdan çıxmışdı. Sadəcə, “istəyirsən
Gülcahanın ermənilərə necə kef verdiyini göstərim sənə”
ifadəsi qulaqlarımdan getmirdi. Ən dəhşəti isə Həyatın başına
gətirilənlər idi. Onun başına gətirilən mənim və ya Samirənin
də başına gətirilə bilərdi. Amma bizi xilas edən Həyatın
bizdən qəşəng olması idi. Tiqranın avçarkası ilə cinsi əlaqədə
hansımızın olmasını müəyyənləşdirmək üçün əyyaşlar əvvəlcə
püşk atdılar, amma sonra o itə ən gözəl kimdir onu təqdim
etməliyik deyib Həyatı seçdilər. Buna ad verə bilmirəm...
Sadəcə dəhşət, vahimə, faciə, iyrənclik, üfunət, şərəfsizlik,
vicdansızlıq daha nə qədər bu tip söz var idisə, bu səhnəyə
vermək olardı... Həyat hər şeyi içində çəkirdi... gələndən heç
nə demirdi... deməyə bir şey də yox idi. Sadəcə bir-birimizə
baxır, ağlayırdıq.... Gözlərimizdən axan yaş damcılarını əkib
cücərtmə imkanı olsa idi, bitən bu ağacın bütün gördüklərimizi
və çəkdiklərimizi əks etdirəcəyinə heç şübhəm yoxdur.
Samirə isə, deyəsən, hər şeyi unutmuşdu. Amma o planlı
qız idi. Deyirdi sən bax, onların başına nə oyun açacağam. Nə
deyirlər, edəcəyəm. Onsuz da zorla elətdirirlər. Amma fürsət
tapan kimi qisasımı alacağam. Almadan ölə bilmərəm. İndi də
bu Andranikin kimliyi onu narahat edirdi. Çünki onun adı
tez-tez çəkilir, qisasını türklərdən alırıq deyirdilər. Təhsilli
olmadığından əlavə, məlumatı az olan bir qız idi bu Samirə.
140
-Aytəkin, bu Andranikə bizimkilər nə edib? Əslində nə
ediblərsə az ediblər, amma bunları belə dəli edən nədir?
Çiynimdən vuraraq xəyallardan zorla ayırdı məni.
-Nə dedin?
-Deyirəm bu Andranikə bizimkilər nə edib?
-Düzdür, nə universitetdə, nə də məktəbdə Andranik
haqqında heç nə keçmirdilər. Amma canlı tarix kitabı olan
nənəm “adıbatmış” haqqında çox danışırdı bizə. Rəhmətlik də
hər dəfə onun adının yerinə adıbatmış deyirdi. Samirənin
israrla soruşması məni o hadisələri danışmağa məcbur etdi.
1918-ci il erməni-müsəlman davası zamanı bu adıbatmış
ətrafına çoxlu erməni toplayıb Ağrıda, Naxçıvanda,
Zəngəzurda müsəlman qanı içirdi. Arvad, uşaq, qoca, cavan
bilmir, türk olan hər kəsi öldürürdü. O zaman da vəziyyət
qarışıq idi. Türkiyədə də kəndlərə qəfildən girir, kütləvi
şəkildə camaatı qırırdı. Nəinki türkləri, Türkiyədə yaşayan
kürdləri də kütləvi şəkildə qırmış, kanallara doldurtdurmuşdu.
O adıbatmış öz dəstəsi ilə Naxçıvanın kiçik kəndlərinə də
girir, həmin işgəncələri onlara da yaşadırdı. Erməni
birləşmələri gəlib Nehrəmə yaxınlaşır. Bu nehrəmlilər də
tamam başqa adamlardı elə bil. Elə qorxmaz, elə mərd
camaatdır ki, dediklərini edən, polad kimi əyilməz adamlardı.
Əslində bu nehrəmli adı gələndə nənəmin gözləri işıldayırdı.
Elə fəxrlə danışırdı ki, bu nehrəmlilərdən, adam bu kəndin
camaatı ilə fəxr edirdi. Nənəmin atası nehrəmli idi. Nənəm
Naxçıvan şəhərində böyüyüb boya-başa çatmışdı. Atası
öləndən sonra kənd ilə əlaqələri zəifləmişdi. Hər il
məhərrəmlikdə hökmən Seyid Əqil Ağanın qəbri yerləşdiyi
imamzadəyə Aşura mərasiminə gedərdi. Hətta onun fikrincə,
nehrəmlilər çox savadlı və ağıllı adamlar idi. Nənəmin özünə
görə dindar, bizə görə mövhümatçı olması da, elə nehrəmlilərə
bağlılığından idi.
Dostları ilə paylaş: |