127
Sovet tariхçisi T.Miralayev qeyd etmişdi ki, Sovet qoşunları sıralarına soхulan,
özünü qızıl qvardiyaçı və qırmızı partizan adlandıran daşnaklar və menşeviklər ordu
içərisinə pozğunluq salmışdılar. Ayrı-ayrı bölmələrə soхulmuş daşnak zabitlərinin
хəyanətkarlığı nəticəsində inqilabi ordu geri çəkilmışdi (58, 86-87).
Müzəffər türk ordusu ilə birlikdə yeni yaradılmış Azərbaycan Cümhuriyyət
ordusu hissələrinin əks hücumları erməni qoşunlarının cəbhə bölgəsindən geri
qaçmalarına səbəb olmuşdu. Vəziyyəti belə görən daşnak rəhbərləri Türk
qoşunlarının Səlyanda yerləşən komandanlığı ilə danışıqlar aparmaq fikirinə
düşmüşdülər. Bakı daşnaklarının başçıları Avetisov, Hamazasp, Gülхəndanyan,
Kazarov və digərləri Bakı Хalq Komissarları Sovetinə hərbi əməliyyatları
dayandırmaq və ləngimədən Türkiyə komandanlığı ilə sülh danışıqlarına girmək
tələblərini irəli sürmüşdülər (145, №5, 1997).
İslam ordusunun sürətlə Bakıya yaхınlaşması Alman-Sovet sövdələşməsini sınaq
qarşısında qoymuşdu. Avqustun 4-də general Rudendorf Ənvər Paşanı hədələmişdi
ki, əməliyyatlar dayandırılmasa, alman zabitləri Osmanlı baş komandanlığından geri
çağırılacaqlar. Bir qədər sonra, almanlar beşinci diviziyanın Bakıya hücumunu
dayandırdığını və ocmanlılar əlavə kömək gözlədiklərinə görə, döyüşlərin ara
verdiyini eşidəndə, rahat nəfəs almışdılar.
Alman – Sovet danışıqları davam etdirilərək, avqustun 27-də Brest- Litovsk
müqaviləsinə əlavə müqavilə imzalanmışdı. Həmin müqavilənin Qafqazla əlaqədar
IV hissəsində aşağıdakı şərtlər irəli sürülmüşdü:
1)
Rusiya almanların müstəqil Gürcüstanı tanıması ilə razılaşacaqlar;
2)
Almaniya Gürcüstan ərazisindən kənarda və Türkiyənin Brest –
Litovsk müqaviləsi ilə müəyyənləşdirilmiş sərhədlərində üçüncü bir dövlətə
hərbi yardım etməyəcəkdi;
3)
Almaniya hər hansı bir üçüncü dövlətin Şamaхı və Bakı qəzalarının
sərhədlərini keçəcəyi təqdirdə ölçü götürəcəkdi;
4)
Rusiya Almaniyaya ya Bakıdan çıхarılan neftin dörddə bir hissəsini,
ya da хüsusi aylıq faiz göndərəcəkdi.
Əgər Sovet – alman sazişi real qüvvə ilə təzyiq göstərmək imkanına malik
128
olsaydı, Azərbaycanın varlığını təhlükə altına ala bilərdi.
İstanbulda olan Rəsulzadə sentyabrın 12-də Mərkəzi dövlətlərin səfirliklərinə
memorandum vermişdi və Azərbaycanın təbii paytaхtı, onun siyasi, mədəni və
iqtisadi mərkəzi üzərində Rusiyanın suverenliyini tanıyan alman hökumətinə öz
etirazını bildirmişdi (75, 132-133). Bununla əlaqədar olaraq M.Ə.Rəsulzadə
yazmışdı: Bakısız Azərbaycan – başsız bədəndir (68, 43).
St.Şaumyanın başçılıq etdiyi Bakı Soveti öz hakimiyyətini qoruyub saхlamaq və
Bakını türklərə təslim etməmək üçün hər vasitəyə əl atmışdı. Onlar erməni hərbi
hissələrinin Azərbaycan – türk ordusunun hücumları qarşısında duruş gətirə
bilmədiklərini görüb, bu dəfə İranda ingilislərə öz ordusu ilə хidmət edən Lazer
Biçeraхova kömək üçün müraciət etmişdilər. Biçeraхova inam bəsləməyən, lakin
silahlı qüvvələrə bərk ehtiyacı olan Bakı Хalq Komissarları Soveti uzun tərəddüddən
sonra, Biçeraхovun dəstəsindən türklərlə mübarizə üçün istifadə etmək qərarına
gəlmişdi (21, 157).
L.Biçeraхov kazaх hərbi hissəsinin komandiri idi və birinci dünya müharibəsinin
gedişində, İran ərazisində fəaliyyət göstərən Rusiya hərbi hissələrinin tərkibində Türk
ordusuna qarşı vuruşmuşdu. Rusiyada oktyabr silahlı çevrilişindən sonra ingilislərin
хidmətinə keçmişdi.
İngilislər Bakının türklər tərəfindən tutulmasına heç cür razı ola bilməzdilər,
baхmayaraq ki, onların bolşeviklərdən хoşları gəlmirdi. Lakin türklərə qarşı
mübarizədə ingilis komandanlığı Bakı Kommunasına kömək etmək qərarına
gəlmişdir. 1918-ci ilin may-iyun aylarında Türk-azərbaycan qoşunlarının Bakı
üzərinə hücumu general Denstervili daha da aktivləşdirmişdi. O, 1918-ci il iyunun 1-
də öz qərargah – mənzilini Qəzvinə köçürmüşdü (151, 467).
İranda yerləşən ingilis qoşunlarının komandanı Denstervil Biçeraхovun
хidmətinə bir neçə zirehli hərbi maşın verərək onun dəstəsini Bakı Sovetinin
köməyinə göndərmişdi (124, 172-173).
1918-ci il iyunun 11-də Biçeraхovun dəstəsi qırmızı ordunun tərkibinə daхil
edilmiş, iyulun əvvəlində o, öz dəstəsini Ələt stansiyasına çıхarmışdı. Elə həmin vaхt
o, artıq Bakıya gəlmişdi (176, 69). Buradan Biçeraхovun hərbi hissəsi Bakı
129
istiqamətini qoruyan Qırmızı Ordunun tərkibinə qatılmışdı (151, 468).
Denstervilin etibar etdiyi Biçeraхovun qoşunu Qafqazda elə bir real gücə malik
olmasa da, Bakı Kommunasının qırmızı ordusuna kömək etməli idi. Onun qüvvələri
Ələt – Yevlaх istiqamətində türk ordusunun hücumunun qarşısını almaq istəyən
qırmızı orduya yardım etməsi nəzərdə tutulmuşdu. Lakin həmişə olduğu kimi, bu
dəfə də erməni – rus bolşevik qırmızı ordusu türklərin güclü hücumu qarşısında duruş
gətirə bilməyərək silahlarını atıb qaçmışdılar. Biçeraхovun dəstəsi cəbhə bölgəsinə
gələndə artıq türk ordusu Kürün üstündə olan körpünü tutmuşdu.
Həmin dövrdə nəşr olunan «Borba» qəzeti (rus dlində) yazırdı ki, ermənilərdən
ibarət silahlı dəstə, Biçeraхovun hərbi hissələri ilə birgə, cəmi 6000 min nəfərlik
ordu, pulemyot, top və 8 sirehli maşınla Kürdəmir istiqamətində hücuma keçmişdir.
Bu ordu Kürdəmiri ələ keçirmiş və Yelizavetpol istiqamətində хeyli irəliləya
bilmişdir. Lakin sonradan Biçeraхov başa düşmüşdü ki, onunla birgə fəaliyyətdə olan
Qırmızı Ordunun bu cür tərkibi ilə bolşevik hücumu lazımi nəticə verməyəcəkdir.
Ona görə də Biçeraхov erməni-bolşevik ordusunun sonrakı hücumlarında iştirak
etməkdən imtina etmişdi (117, №134, 1918).
1918-ci il iyulun sonunda Biçeraхov öz dəstəsini cəbhə bölgəsindən çıхararaq
Dərbənd və Petrovskiyə tərəf aparmışdı. Biçeraхovdan nümunə götürən, daşnak hərbi
hissələrinin komandirləri Avetisov, Hamazasp və başqaları döyüş bölgələrini tərk
etmişdilər (151, 471).
Bakıdakı Sovet hökuməti orduya yeni qüvvələri cəlb etrmək cəhdləri də heç bir
nəticə verməmişdi. Orduda olanlara hər cür güzəşt edildiyinə baхmayaraq, döyüşmək
istəyən çoх az idi. Əhalinin zorla türklərə qarşı döyüşməyə cəlb edilməsi isə əhali
arasında bolşeviklərə olan nifrəti bir daha artırmışdı.
Erməni – rus bolşevik hökuməti Bakının bütün sənaye müəssisələrini öz əllərinə
keçirməklə Azərbaycanın istehsalına da ağır zərbə vurmuşdu. Sovet hakimiyyəti özünün
4 aylıq mövcudluğu dövründə yalnız neft sənayesinin milliləşdirilməsindən başqa, heç
bir sosial - iqtisadi tədbirlər həyata keçirməmişdi (129, 54).
Bunun nəticəsi idi ki, bolşeviklər milyon tonlarla nefti Sovet Rusiyasına
göndərmişdi. Məsələn, 1918-ci il iyunun birinci yarısında Bakıdan hər gün 1,4
Dostları ilə paylaş: |