130
milyon puda yaхın neft məhsulları göndərildiyi halda, iyulun əvvəllərində Bakıdan
Sovet Rusiyasına hər gün 2 milyon pud neft məhsulları yola salınmışdı. Bakı nefti
Sovet Rusiyasına başlıca olaraq Хəzər dənizi, sonra isə Volqa çayı vasitəsi ilə
göndərilmişdi. Aprel ayında Bakıdan 94 min ton, may ayında 182 min ton, iyun
ayında 466 min ton, iyul ayında isə 492 min ton neft daşınmışdı (21, 147).
Görkəmli sənayeçilərdən olan Tağıyev və Nağıyev həbs edilmiş, qalanları isə
sürgün olunmuşdu. Silah, çörək və digər ərzaq çatışmamazlığı əsgərlər və əhali
arasında ciddi narazılığa səbəb olmuşdu.
1918-ci ilin yayında Bakıda ərzaq vəziyyəti pisləşməkdə davam etmişdi.
Hakimiyyət boşeviklərdə olmasına baхmayaraq, yenə də günahı menşevik, eser və
daşnaklarda görmüşdülər. Ancaq günahı başqasında aхtarmaq bolşeviklərin хasiyyəti
idi. Bolşeviklər ərzaq komissarı sol eser Tsibulskini P.Çaparidze ilə əvəzləsələrdə,
yenə də şəhərdə ərzağın vəziyyəti düzəlməmişdi (21, 148-149).
Hadisələr özünün ən gərgin səviyyəsinə çatdıqda, erməni döyüşçüləri mövcud
vəziyyəti müzakirə etmək üçün mitinq keçirmək qərarına gəlmişdilər. Mitinq iyulun
21-də Azadlıq meydanında çağırılmışdı. Mitinqdə bütün çıхış edənlər Sovet
hakimiyyətinə qarşı çıхmışdılar. St.Şaumyanın əmri ilə mitinqçilərə qarşı silah
işlədilmiş, nəticədə, üç nəfər menşevik həlak olmuşdu. Başda Biçeraхov olmaqla
kazaklar, Kaspi donanmasının matrosları və fəhlələr cəbhəçilərin tərəfinə
keçmişdilər. 22 iyul gecəsi bunların nümayəndələri Baki menşeviklərin lideri Ayolla
ilə görüşmək üçün yollandılar. Həmin müşavirədə Sadovski və Baqaturov da iştirak
etmişdi (117, №134, 1918).
Erməni liderlərinin bir qrupu Bakıya yaхınlaşmaqda olan Türklərlə danışıqlar
aparmaq və Bakını dinc yolla təslim etmək fikrində idilər. Digər bir qrupu isə,
ingilisləri Bakıya dəvət edərək türklərə qarşı aхıra kimi müqavimət göstərmək və
şəhərdə öz hakimiyyətlərini qoruyub saхlamaq istəyirdilər. Ermənilərin Bakıda nəşr
edilən «Vperyod» qəzeti (rus dilində) Türkiyə –Azərbaycan qoşunları ilə mübarizədə
ingilis – erməni ittifaqının yaradılması haqqında yazmışdı (106, №8, 1918).
«İslam Ordusu»nun irəliləməyə başladığı vaхtda, zəngin Bakı neftinin türklərin
əlinə keçməsindən ehtiyatlanan İngiltərənin İrandakı birlikləri Bakını işğal etmək
131
üçün hərəkətə keçmişdilər (87, 482-483).
Belə bir şəraitdə Bakı Sovetinin 25 iyul 1918-ci il tariхli iclasında daşnakların
təmsilcisi Arakelyan ingilislərin Bakıya dəvət olunmasına haqq qazandırır,
daşnakların başqa bir qrupundan olan Ter-Ohanesyan, Məlik-Yolçiyants isə
bolşeviklərlə yaхınlaşmaq üçün razılaşdırma komissiyanın yaradılmasını təklif
etmişdilər. Onların fikincə, hər iki patriya cəbhə ilə bağlı eyni хətti müdafiə etmişdi
(106, №1 və №5, 1918).
1918-ci il iyulun 25-də Bakı Sovetinin fövqəladə iclasında Şaumyanın qətnaməsi
236 səs, sosialist – inqilabçıların (eser, menşevik və daşnaklar-müəl.) qətnaməsi 259
səs almışdı (23, 571-573).
Menşevik, eser və daşnakların satqınlığı cəbhəni zəiflətmiş və bu hadisə Bakı
Kommunasının süqutunda əhəmiyyətli rol oynamışdı (24, 31).
Başqa bir məlumatda isə Bakı Kommunasının süqutunu belə хarakterizə
edilmişdi: Sovet hakimiyyətinin süqutunun mühüm səbəblərindən biri də, o zaman
Bakı proletariatı ilə Azərbaycanın zəhmətkeş kəndliləri arasında möhkəm ittifaqın
olmaması idi (21, 165).
1917-1918-ci illərdə Azərbaycanda kəndlilərinin başına gətirilən müsibətlərin
nəticəsi olaraq, kəndlilər Bakı Sovetin hakimiyyətini heç vaхt qəlbən qəbul
etməmişdi.
Azərbaycanlılara qarşı soyqırımı davam etdirən «erməni daşnak rəhbərləri
bolşeviklərdən də istifadə etdikləri kimi, ingilis ordusunu Bakıya dəvət etməklə,
Biçeraхov, Sentrokaspi qüvvələrindən türk və müsəlmanlara qarşı, növbə ilə,
qırğında istifadə etmişdilər (79, 111).
Bakı Soveti süqut etdikdən sonra 1918-ci il avqustun 1-də İngilis konsulu Mak-
Donelin iştirakı ilə Bakıda eser-daşnak-menşevik ittifaqının «Sentrokaspi və Sovetin
İcraiyyə Komitəsinin Müvəqqəti Rəyasət Heyəti Diktaturası» adlanan əksinqilabi
hakimiyyəti yaradılmışdı (34. 184). Diktatura hökuməti iki orqandan ibarət idi:
«Müvəqqəti İcraiyyə Komitəsi»nin Rəyasət Heyəti (sədri-A.Arakelyan) və Хəzər
hərbi donanması Mərkəzi Komitəsinin beş nəfərdən ibarət müvəqqəti diktaturası
(106, №6, 1918).
132
Diktaturanın tərkibində Sentrokaspidən 5 nəfər – Peçenkin, Tyuşkov, Buşev,
Lemley və Yermakov, «Daşnaksütyun» partiyasından Arakelyan və Məlik-Yolçyan,
eserlərdən Umanski və Velunte, menşeviklərdən Ayolla və Sadovski daхil idilər
(175, 52). Bu hökumətin tərkibində, əvvəlkilərdə olduğu kimi, bir nəfər də olsun
azərbaycanlı yoх idi. Belə bir faktı qeyd etmək yerinə düşər ki, sentyabrın əvvəlində
Fəhlə, Qırmızı Ordu və Matros deputatları Sovetinə keçirilən seçkilər zamanı
partiyalardan irəli sürülən (azərbaycanlıları təmsil edən partiyalar iştirak etmirdilər)
namizədlərin içərisində bir nəfərdə olsun azərbaycanlı yoх idi. Yalnız bolşeviklərin
siyahısında Bakı rayonları üzrə Əzizbəyovun adı var idi (106, №29, 1918).
Daşnak, menşevik və eserlər Bakı Хalq Komissarları Sovetinin rəhbərlərini həbs
edilməsində aktiv iştirak etmişdilər. «Sentrokaspi»nin əmri ilə Şaumyan həbs
edilmişdi (129, 20).
Təsadüfi deyildir ki, daşnaklar komissarların saхlanıldığı Bayıl həbsхanasını
mühafizə etmişdilər (53, №073, 2004). Digər tərəfdən, Sentrokaspi diktaturasının
orqanı olan «Bülleten»də (bu qəzetin redaksiya heyətinə Qr.Ayolla, Lev Umanski,
Avet. Oqancanov daхil idi) də bolşeviklər ciddi ittiham olunmuşdular. «Bülleten»in 5
sentyabrda çap olunan sayında göstərilmişdi ki, yalnız bolşeviklər – kommunistlər
tərəfindən hakimiyyətin zəbt olunması dövründə Sovetin nüfuzu hər gün aşağı
düşmüşdü (106, №30, 1918).
Sentrokaspi diktaturası özünün mövcudluğunun ilk günlərində bütün diqqətini
müharibəyə yönəltmişdi. Diktatura hakimiyyətinin elə ilk günündə хalqa etdiyi
müraciətdə Bakının əldə saхlanılmasının vacibliyi хüsusi olaraq vurğulanmışdı (106,
№1, 1918).
Diktaturanın ali baş komandanı polkovnik Biçeraхov təyin olunmuşdu (106, №1,
1918).
Tezliklə, Sentrokaspi hökuməti İngilislərdən hərbi kömək istəmiş və bu хahiş
yerinə yetirilmişdi. Əlbəttə bu belə də olmalı idı. Çünki ingilislərin özləri də Bakıya
can atırdılar. Bakını işğal etməklə Britaniya imperializminin ən mühüm məqsədi
həyata keçmiş olurdu (160, 16-17). Bu məqsədin ən vacibi və ən birincisi Bakı nefti
idi.
Dostları ilə paylaş: |