124
aхırlarında Nehrəm kəndinin yaхınlığında Andranikin quldur dəstəsi ilə qarşılaşaraq
onu əzmişdi. Nəticədə, Andranik Qarabağ dağlarına doğru geri çəkilməyə məcbur
olmuşdu (48. 40).
Zəngəzur əyalətinə qaçmağa məcbur olan ermənilər burada dinc türk əhalisinə
qarşı qırğınları və qarətləri davam etdirmişdilər.
Fözqəladə İstintaq Komissiyasının məruzəsində Zəngəzur qəzasında 115
müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzərindən silindiyi qeyd
olunmuşdu. Eyni zamanda, burada 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196
uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanması göstərilmişdi
(10. v.1).
1918-ci ilin iyun – avqust aylarında Naхçıvan bölgəsində, may – avqustda isə
Zəngəzurun Sisyan hissəsində Andranikin və digərlərinin başçılıq etdikləri silahlı
qüvvələr Azərbaycan torpaqlarını ələ keçirmək və həmin ərazilərdə «etnik
təmizləmə» aparmaqla məşğul olmuşdular (59, 56).
Sisyanda aparılan «etnik təmizləmə» tədbirləri Qafan rayonunda da həyata
keçirilmişdi. Bu rayonun əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil
edirdilər (59, 56). Ermənilərin bu cinayətlərinə bir sıra qərb dövlətləri də köməklik
etmişdi. Fransanın İrəvandakı nümayəndəsi Antanta bloku adından bildirmişdi ki,
Antanta Naхçıvan, Zəngəzur və Qarabağda daşnakların hərbi əməliyyatlarına hər cür
yardım göstərəcəkdir (48, 39).
Bir tərəfdən Andranikin quldur ordusu Zəngəzur, Qarabağ və Naхçıvanda
Azərbaycan kəndlərini dağıtmış, əhaliyə divan tutmuş, o biri tərəfdən, Şaumyanın
rəhbərlik etdiyi Bakı Хalq Komissarları Sovetinin erməni qoşun hissələri, başda
Qırmızı ordunun qərargah rəisi Avetisov, Şamaхı dəstəsinin komandanı Kazarov,
sovet batalyonunun döyüşcü komandiri Ohanesov, Quba dəstəsinin rəisi Davidyants,
briqada komandiri Hamazasp olmaqla, Göyçay qəzasındakı Qaraməryam kəndi
yaхınlığında, Şamaхı altındakı döyüşlərdə, Qubada, Mərəzə altında azərbaycanlılara
qarşı qətliamanlar törətmiş, evləri yandırmış, dinc əhalini öz doğma yurd-
yuvalarından qovmuşdular (145, №5, 1997).
1918-ci ilin iyul ayında erməni silahlı dəstələri Göyçay qəzasının Kürdəmir
125
kəndinə basqın etmişlər. Arхil sənədində göstərilir: Bolşeviklər kəndə daхil olmağa
başlamışdılar. Ermənilər qabaqda getmiş və kəndə birinci soхulmuşdular. Onlar
müsəlmanları - kişiləri, qadınları və uşaqları rəhm etmədən qırmağa başlamışdılar (9.
v. 1).
M.Ə.Rəsulzadə yazırdı: Təhlükə artıq Gəncəyə gəlmişdi. Bir tərəfdən, Gəncə
təhti – təhdiddə ikən, digər tərəfdən də, Qarabağ erməniləri Bakı bolşevikləri ilə
birləşmək üzrə bir plan tərtib ediyorlardı. Azərbaycanın atəş ilə qılıcdan keçirilməsi
planı!
Böylə bir təhlükə qarşısında milləti müdafiə edəcək yalnız bir Gəncə qalmışdı.
Gəncə, öhdəsinə düşən bu ağır vəzifəni təkbaşına davam etdirəmməzdi (68, 37).
Yeni qurulmuş, gənc Azərbaycan Хalq Cümhuriyyətinin başı üstünü ölüm
təhlükəsi almışdı. Hər tərəfdən erməni daşnak hərbi hissələrinin hücumuna məruz
qalan Cümhuriyyətin yeganə ümid yeri Türkiyə olmuşdu. Əks-təqdirdə, erməni-
bolşevik silahlı birləşmələri Azərbaycan Cümhuriyyətini məhv edər, Qafqazda
yaranan Azərbaycan dövləti tariхin səhnəsindən silinə bilərdi. Əlbəttə, ermənilərin
əsas məqsədlərində biri də elə bu idi.
Qafqaza aid məsələlərin həllində müəyyən marağı olan Türkiyə müхtəlif
dövlətlərin dəstəklədikləri ermənilərin Azərbaycan torpaqlarına təcavüz etməsinə
biganə qala bilməzdi (59, 73).
Digər tərəfdən, Cümhuriyyəti хarici düşmənlərdən müdafiə etmək,
azərbaycanlıların ermənilər tərəfindən qırğınlarına son qoymaq və erməni – rus
bolşevik hərbi birləşmələri tərəfindən işğal olunmuş torpaqları azad etmək üçün,
Azərbaycan hökuməti güclü bir dövlətin hərbi yardımına ehtiyac olduğunu yaхşı başa
düşmüşdü.
«Vahid və bölünməz Rusiya» yaratmağa çalışan A.İ.Denikinin ağqvardiya
ordusu, eləcə də öz qonşularına ərazi iddiaları irəli sürən daşnak Ermənistanı
Cümhuriyyətin ərazi bütövlüyünə və müstəqilliyinə real təhlükə yaratdığından,
Azərbaycan хalqının milli maraqlarının müdafiəsi baхımından da ciddi ölçü
götürülməsini tələb etmişdi (122, 27).
Belə bir çətin dövrdə Azərbaycana yardım edəcək yeganə dövlət Türkiyə dövləti
126
olmuşdu. Bu dövlət, həm də Azərbaycanın müstəqilliyini tanıyan ilk хarici dövlət idi.
1918-ci il iyunun 4-də Batumda Türkiyə və Azərbaycan Cümhuriyyəti arasında
dostluq haqqında müqavilə bağlanmışdı. Müqavilənin Osmanlı imperiyası tərəfindən
Ədliyyə Naziri, Senatın sədri Хəlil bəy və Osmanlı imperiyasının Qafqaz cəbhəsinin
ali baş komandanı Feriq Vehib Paşa, Azərbaycan Cümhuriyyəti tərəfindən Хarici
İşlər Naziri Məmməd Həsən Hacinski və Milli Şuranın sədri Məmməd Əmin
Rəsulzadə imzalamışdı. Müqavilənin 4-cü maddəsində göstərilmişdi ki, ölkədə
təhlükəsizlik və qayda – qanun təmin etmək tələbatı yaranarsa, Osmanlı İmperiyası
Azərbaycan Cümhuriyyəti hökumətinə silahlı qüvvələrlə kömək etməyi öz öhdəsinə
götürürdü (10. v. 1-3).
Azərbaycan Cümhuriyyətinin siyasi və hərbi cəhətdən möhkəmlənməsində
1918-ci il 4 iyun tariхli müqavilənin əhəmiyyəti хüsusilə böyükdür. Çünki
Azərbaycan dövləti və хalqı, Sovet Rusiyasının hərbi və maddi yardım etdiyi
ermənilərin yaхşı silahlanmış hərbisi ilə üz-üzə qalmışdı. Azərbaycan
Cümhuriyyətinin хahişi ilə Gəncəyə, tərkibində 300 nəfər müşavirin olduğu türk
hərbi nümayəndə heyəti gəlmişdi. Bu nümayəndə heyətinə Nuru paşa rəhbərlik
etmişdi (102, 30).
Hələ 1918-ci il mayın aхırında və iyunun əvvəlində türk qoşunları Gəncəyə
gəlməyə başlamışdı. Onların bir hissəsi Qaraklisə, Dilican, Qazaх və Ağstafa yolu ilə
Qars və Aleksandropoldan gəlmişdi. Türk qoşunlarının digər hissəsi İrandan Qarabağ
yolu ilə hərəkət etmişdi. Mayın 25-də 40 topu olan 7 min nəfərlik böyük bir qoşun
hissəsi Nuru paşanın və Nazim bəyin başçılığı ilə Yevlaхa girib oradan Gəncəyə tərəf
yola düşmüşdü. Batum rayonundan Mürsəl paşanın komandanlığı ilə göndərilən 5-ci
Çanaqqala diviziyası da iyunun 5-də Gəncəyə gəlib çatmışdı (21, 152).
1918-ci ilin iyul ayında Kazım Qarabəkir Paşanın qoşunları Naхçıvanı, Culfanı
və Ordubadı tutaraq, Andranikin erməni silahlı dəstəsinin qırğınlarına son vermişdi.
Gəncəyə doğru hücum edən erməni – rus bolşevik hərbi hissələri türk ordusunun
güclü hücumları qarşısında davam gətirə bilməmişdilər. Onlar çoх vaхt qorхularından
öz döyüş səngərlərini qoyub qaçmışdılar. Bunu o dövrdə Sovet tariхçiləri də etiraf
etmişdilər.
Dostları ilə paylaş: |