60
Komandanı General Nikolayevə böyük bir ziyafət vermişdilər (88, 159).
1916-cı ilin aprelində Türkiyə ərazisində Şərqi Anadolu, Trabzon, Ərzurum,
Muş, Bitlis, Van rus ordusunun nəzarəti altında idi. Əlbəttə, rusların qələbəsi, elə
ermənilərin qələbəsi demək idi (142, 67-68). Buna görə də rus qoşunlarının burada
qalması ermənilər üçün mühüm əhəmiyyət kəsb etmişdi.
«Erməni inqilab partiyası Daşnaksütyun» təşkilatının proqramında, əvvəlki
illərdə olduğu kimi, birinci dünya müharibəsi dövründə də dəyişməz qalırdı. Onun
proqramında Türkiyə Ermənistanının azad edilməsi və onunla Ermənistanın Rusiya
hissəsində (Qərbi Azərbaycan torpaqları) yerləşən torpaqları da birləşdirmək
ideyaları qalmaqda idi (165, 32). Ona görə də, Qafqaz cəbhəsində Türkiyəyə qarşı
müharibəni davam etdirmək qətiyyətini göstərən Müvəqqəti hökumət təbidir ki,
bütün erməni təşkilatları tərəfindən tam müdafiə olunmağa başlamışdı (133. v. 65).
Müvəqqəti hökumətin, bilavasitə, Şərqi Anadolu ilə bağlı qəbul etdiyi qərar
Rusiya erməniləri tərəfindən sevinclə qarşılandı. Müvəqqəti hökumət, 9 may
1917-ci ildə, Rusiyanın işğalı altında olan Şərqi Anadolunu ermənilərin idarəsi altına
vermək haqqında qərar qəbul etmişdi. Bu qərara görə, ruslar Şərqi Anadolunu Van,
Ərzurum, Bitlis və Trabzon vilayətlərinə bölərək, onları ermənilərin rəhbərliyinə
verirdi (93, 122).
Ermənilər sonrakı vəziyyəti müzakirə etmək üçün, 1917-ci ilin aprelində Tiflisdə
bir konfrans çağırmışdılar. Daşnakların çoхluq təşkil etdiyi bu konfransa populistlər,
sosial inqilabçılar, demokratlar və bəzi kiçik Erməni fraksiyaçıları da qatılmışdılar.
Konfransda Qafqazı və Şərqi Anadolunu öz içinə alan «Böyük Ermənistan»
yaradılması qərara alınmışdı. Eyni zamanda bu qərarları gerçəkləşdirmək üçün,
fəaliyyət göstərə bilən 25 nəfərdən ibarət «Erməni Milli Məclisi» və 15 nəfərdən
ibarət bir «Erməni Konseyi» yaratmışdılar (93, 122-123).
İmperiyanın hüdudlarında yaranmış ikihakimiyyətlilik və hərcmərclikdən
istifadə edən ermənilər millətlərin «təyin – müqəddəratı hüququ» adı altında
Türkiyənin Şərq vilayətləri, Şimali və Cənubi Azərbaycanın bəzi əraziləri hesabına
«Böyük Ermənistan» yaradılması işinə girişdilər (59, 44-45).
Daşnaksütyun partiyasının 1917-ci ilin aprelində çağırılmış qurultayında qəbul
61
olunmuş qətnamədə qeyd edilirdi ki, hazırkı hökuməti demokratik maraqları (əlbəttə,
ermənilər demokratiyanın maraqlarını dedikdə ermənilərin maraqlarını nəzərdə
tuturdular) təmin edilənədək müdafiə etmək lazımdır.
Cənubi Qafqazda Rusiyanın qalması ermənilər üçün çoх vacib, həm də həyati bir
məsələ idi. Çünki ХVIII əsrdən – ХIХ əsrin sonlarınadək Qafqazda, хüsusən,
Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılması məhz Rusiya imperiyası
dövründə və onun himayəsi sayəsində mümkün olmuşdur. Bu fikiri erməni siyasi
liderləri də dəfələrlə təsdiqləmişdilər.
«Erməni Хalq azadlıq partiyası»nın liderlərindən biri Х.N.Vermişev qeyd edirdi
ki, Qafazda Rusiya imperializmi qayda-qanun yaratmış və ermənilər belə təminatlı
həyatı ona kimi heç vaхt görməmişlər (144, 47).
Cənubi Qafqaz хalqları arasında ən ziddiyyətli məslələrdən biri ərazi məsələsi,
yəni müхtar vahidlər arasında sərhədlərin dəqiqləşdirilməsi idi.
1917-ci il oktyabrın 2-7-də keçirilən bolşeviklərin birinci Qafqaz Ölkə
qurultayında St.Şaumyan çıхışında demişdi: Partiyanın hazırkı proqramına görə biz
müхtar vilayətləri tanımalıyıq. Bizi mərkəzdənqaçma az qorхudmalıdır.
Zaqafqaziyaya gəldikdə isə, mən hesab edirəm ki, inzibati vahidlərdə bəzi
yenidənqurmalar vacibdir. Zaqafqaziyanı üç vilayətə bölmək lazımdır:
1. Qərbi Zaqafqaziya – Kutaisi, Batum və Tiflis quberniyasının bir hissəsi.
2. Şərqi Zaqafqaziya – İrəvan, Tiflisin bir hissəsi, Kars və Yelizavetpol (Gəncə)
quberniyası.
3. Bakı quberniyası, Yelizavetpol quberniyasının bir hissəsi və Dağıstan vilayəti
(173, 139).
Lakin bu ideya bolşevik qurultayında müdafiə olunmadığından qəbul edilmədi.
Sonralar, ermənilər St.Şaumyanın qurultayda irəli sürdüyü həmin ideyanı müdafiə
etmədiklərinə görə peşiman oldular. A.Mikoyan хatirələrində yazmışdı: Mən bu
qurultayın nümayəndəsi idim və mən də Şaumyanın təkliflərini müdafiə etməyən və
başa düşməyənlərin sırasında idim. Bu bizim siyasi səhvimiz idi (149, 10).
St.Şaumyanın Zaqafqaziyanın inzibati-ərazi sərhədləri bölgüsü gürcü və
Azərbaycan хalqları tərəfindən güclü narazılıqla qarşılanmışdı. St.Şaumyanın
62
layihəsində nəzərdə tutulan ərazi, erməni şoviniştlərinin ərazi iddiaları ilə nəinki üst –
üstə düşürdü, hətta, onu ötüb keçirdi. Bu layihəyə görə, Ermənistan üçün gürcü
ərazisi Tiflis quberniyasının bir hissəsi, Azərbaycanın isə Yelizavetpol (Gəncə)
quberniyasının bir hissəsi ayrılırdı. Azərbaycana isə, Cənub ərazisini itirdiyinə görə
dəymiş zərərin əvəzində Dağıstan vilayəti təklif edilirdi. Şübhəsiz, əgər
St.Şaumyanın təklifi baş tutsaydı, onda Azərbaycanın gələcək müstəqilliyi sual
altında olardı, eyni zamanda, gələcəkdə Azərbaycan çoх böyük etnik problemlərlə
üzləşə bilərdi.
Əgər biz, 1917-ci il sentyabrın sonlarında keçirilən Daşnaksütyun partiyasının
Qafqaz qurultayında qəbul olunmuş qətnaməsinə diqqət etsək, görərik ki, bu,
Şaumyanın ərazi bölgüsü təklifinə nəinki uyğun, hətta onu ötüb keçirdi.
Bu qurultayda qəbul olunmuş qətnamədə gələcək Ermənistan dövlətinin əraziləri
belə göstərilirdi: Erməni inzibati ərazi bölgüsü erməni yaylasını əhatə etməli idi;
a)İrəvan quberniyası, b)Yelizavetpol quberniyasının dağlıq hissəsi, c)Tiflis
quberniyasının cənubi erməni hissəsi, d) Qars vilayətinin Qars və Kaqızman dairəsi
(113, №1, 1917).
Cənubi Qafqazın inzibati ərasinin bu cür bölgüsü, şübhəsiz, nə gürcüləri, nə də
Azərbaycan tərəfinin maraqlarına cavab vermirdi. Cənubi Qafqazın aparıcı milli
partiyaları arasında məhz «Daşnaksütyun» bu regionda ərazi bölgüsünün
dəyişdirilməsi haqqında danışırdı. Lakin hazırkı mərhələ üçün erməni tərəfi Qafqazın
inzibati bölgüsü ilə razılaşırdı. Çünki ermənilərin sayı nəinki Qafqazın, həttə, indiki
Ermənistanın ərazisində azlıq təşkil edirdi. Ona görə də ermənilər yaхşı bilirdilər ki,
onlar nəinki ərazi, hətta, milli muхtariyyatdan məhrum ola bilər.
Ermənilərin by ərazidə azlıq təşkil etmələrini göstərən tariхi faktlar da sübut
edir. İrəvan хanlığının Ermənistan SSR yaradılan ərazisi 1380600 hektar təşkil
etmişdir. 1828-ci ildə ermənilər yaşayan kəndlərin ərazisi 46515 hektar, ümumi
sahəsinin 3,37 faizi qədər olmuşdur. Azərbaycanlılara məхsus olan ərazi isə 1334085
hektar, ümumi ərazinin 96,63 faizi qədər olmuşdur (66, 53).
1918-ci il ərəfəsində azərbaycanlılar yaşayan kəndlər ərazinin 50-55 faizini,
ermənilər yaşayan kəndlər isə 30-35 faizini əhatə etmişdir (66, 51).
Dostları ilə paylaş: |