Microsoft Word Vaqif Memmedov xatirelerde doc



Yüklə 21,11 Mb.
Pdf görüntüsü
səhifə24/86
tarix08.07.2018
ölçüsü21,11 Mb.
#54099
1   ...   20   21   22   23   24   25   26   27   ...   86

Vaqif Məmmədov xatirələrdə 
 
80
söz oyununa dəvət edir və asanlıq naminə hazır misraların 
təqdimini lazım bilir. Diqqət edilərsə, yuxarıdakı misraların 
yerini dəyişmklə bizim üçün daha asan qavranılan poetik bənd 
də yaratmaq da mümkündür: 
 
Nəsibim, pənahım-könül sirdaşım, 
Nazını-qəmzəni görəydim kaş ki... 
Ən boyük   günahım-könül sirdaşım... 
Əlimi əlinə verəydim kaş ki... 
 
Bəli, Vaqif Məmmədovun qoşayarpaq misraları göz önündə 
əsrarəngiz bir dünyanı canlandırmaqdadır. Sadəcə oxucunun 
poetik mənlə baş başa qalmasına, bütün gözəlliklərə sevgi ilə 
yanaşmasına ehtiyac vardır. Başqa sözlə, təqdim olunan qoşa-
yarpaq misralar hər bir insan üçün sanki bədii tərcumeyi-hal 
göstəricisidir. Və həmin tərcumeyi-halın bütün mətni sevgi 
nəğmələrindən ibarətdir. 
 
Noğulum, şərbətim, şəkərim, qəndim, 
Ən gizli bir sirrim, ən zərif bəndim... 
 
Nağılım, dastanım, qoşmam, bayatım, 
Əlim yetişməyən ömrüm, həyatım. 
 
Nəhayət, Vaqif Məmmədov qoşayarpaq misraları ilə bir 
daha təsdiqlədi ki, nəzmin istənilən formasında böyük sənət 
yaratmaq, ölməzliyə qovuşmaq, insanlara sevinc bəxş etmək 
mümkündür. 


Vaqif Məmmədov xatirələrdə 
 
81
Seyfəddin Eyvazov 
Filologiya üzrə fəlsəfə doktoru,dosent 
 
TELLİ TEJGARIN ŞAİR OĞLU
 
 
Vaqif Məmmədov haqqında xatirə  yazmağa gecikmişəm. 
Lap doğrusunu desəm, yazmaq çətindir. Dünənə qədər yoldaşlıq 
etdiyin, səmimi söhbətə ehtiyac duyduğun, dərdləşdiyin, elə 
sənətkar, şair, alim kimi qədrini bildiyin bir insan haqqında söz 
demək, yaranın qaysağını qopartmaq kimi çətindir.  
Onunla nə vaxt tanış olduğumu dəqiq deyə bilmərəm, ancaq 
onu bilirəm ki, 70-ci illərdə ikimiz də məktəb direktoru işləyirdik; 
Vaqif Sədərəkdə, mən Tənənəmdə. Yəqin ki, elə o zamanlar olub 
bu tanışlıq. Elə o zaman da “Şərur” Ədəbi Birliyinin sayılıb-seçi-
lən vaxtı idi. Altay Tağızadə Vaqifin yaradıcılığına böyük önəm 
verirdi. Sonra öyrəndim ki, Vaqif tarix müəllimidir. Amma daha 
çox şair kimi tanınırdı. Elə mövzularında da tarix görünürdü:  
 
Tarixdə ara qaldı 
Tarixdə yara qaldı 
41-45 arası. 
 
Bu deyim sadə bir söz deyilmiş, sən demə. Sonralar dünya 
ədiblərinin “itirilmiş nəsil”, yəni müharibəyə həsr edilmiş ömür 
sahibləri, daha doğrusu vuruşmuş əsgər ömrü ifadəsini eşidəndə, 
Vaqifin poetik sözünün dəyəri haqqında bir daha düşündüm. O 
zaman cavan idik, çox məsələlərin üstündən keçirdik. Amma 
sonra birdən-birə hiss etdik ki, yaşlanmışıq.  
Vaqiflə birlikdə yol yoldaşı da olmuşam. Qatarla Bakıya 
gedib-gələndə belə “təsadüflərə” təəccüblənməzdik. Amma bir 
yoldaşlıq heç unudulmaz. Naxçıvan Dövlət Universitetinin nü-
mayəndə heyəti ilə Maku Universitetinin dəvətinə görə daşların 
ətəyindəki Makuya, Şəhriyar konfransına getdik. Şəhriyarın 
oğlu Hadi və böyük şairin səmimi həmsüfrəsi, dostu, yaradıcılı-
ğını əzbər bilən Böyük (Böyükağa) Nikəndiş də konfransın işin-
də iştirak edirdilər. Mən də məruzəçilərdən idim. Gecə kiminlə 


Vaqif Məmmədov xatirələrdə 
 
82
bir otaqda qalacağımızı soruşanda tərəddüd etmədən Vaqif 
müəllimlə bir otağa düşməyimizi xahiş etdim. Yoldaşlar xahiş 
etdilər ki, Vaqif müəllim Şəhriyara bir şeir həsr etsin. O gecə o 
şeirin yaranması mənim gözlərim qarşısında baş verdi. Səhərisi 
şeir oxunanda alqış sədaları onun qiymətini müəyyən etdi. 
 Naxçıvan Dövlət Universitetində elmi-tədqiqat işi olaraq Nax-
çıvan ədiblərinin yaradıcılığı haqqında yazı yazmaq istəyimi 
Vaqifə bildirib öz yaradıcılığı haqqında mənə bilgi verməsini xahiş 
etdim. Bir az fikirləşib, “Sağ ol, vallah, indiyə qədər öz yaradıcılı-
ğımı sistemləşdirməmişəm, gedim, bir qaydaya qoyum” dedi. Və 
bu “arayış” əsasında yazdıqlarımı “Şərur Ədəbi Birliyi” kitabımda 
(2002) Vaqif Məmmədova həsr olunmuş bölmədə verdim. 
Daha sonra keçən il təsisçisi və redaktoru olduğum “İnam 
işığı” qəzetimdə “Vaqif Məmmədov haqqında söz” adlı vida 
yazısı yazdım. (05 may 2016) Orada da qeyd etdiyim kimi, 
universitetə daxil olanda ərklə onun otağına daxil olar, hal-əhval 
tutub kafedraya qalxardım. 
Vaqif Məmmədov erkən yaşlarından sayilıb-seçildi. Bunun 
iki səbəbi var idi: Birincisi, Vaqif sözünə düz, dilinə  yaraşma-
yan ifadələr alan adam deyildi, onun ağır təbiəti buna yol 
verməzdi. Əxlaq və mənəviyyatca yüksək adam idi. İkincisi, şair 
idi, yaradıcılığı onu tanıdırdı. “Sədərəkli şair” desəydin, hamı 
sözün leksik anlamına görə Vaqif müəllimi düşünərdi. 
Sədərəyin ağır günlərində evini qərargah etdi, Naxçıvan 
Muxtar Respublikası Ali Məclisinin deputatı oldu. Ona xalq 
inamı var idi. Sədərək şəhidlərinə kitab həsr etdi, bu vuruşun 
salnaməsinin əsasını qoydu. 
Naxçıvan Dövlət Universitetinin “Qeyrət” nəşriyyatının di-
rektoru kimi özünün “İkinci nəfəs”ini yaşadı, səmərəli fəaliyyət 
göstərdi. Tarix elmini də unutmadı, müdafiə edərək tarix üzrə 
fəlsəfə doktoru, dosent oldu. Bir fakültənin müəllimləri idik. 
Hər oxuyan Molla Pənah olmaz demişlər, amma sən oxu-
dun, Vaqif oldun! 
Bu yazının məşhur deyimlərdən  alt qatı da var: “Nəslimizin 
yarpaq tökümü”, “Bizim dost itirən vaxtımız deyil”  və s. amma 
heyhat! 


Vaqif Məmmədov xatirələrdə 
 
83
Ölümündən bir az qabaq qış tətilində Bilgəhdə dincəlirdi, 
müalicə olunurdu, bilmirəm, amma bir başqa dostumu orada 
görməyə gedəndə Vaqif müəllimlə də görüşdüm. Sonra qəfildən 
xəstəlik və inanmaq istəmədiyimiz xəbər.. 
Vaqif şair idi və yaddaşlarda da əsasən şair kimi qalacaq. 
Mən “Şərur Ədəbi Birliyi” kitabımda onun haqqındakı səhifəyə 
baxdım və oradakı, habelə, qəzetdəki yazdıqlarımı təkrar etmək 
istəmədim. Çünki, o kitabı həm də elmi məqsədlə yazmışam və 
Vaqif müəllimin əsərləri orada xatırlanır. Amma onun haqqında 
hazırlanacaq kitabda Vaqifin  yaradıcılığının əks olunması yaxşı 
olardı. Məsələn, onun məqalə və kitablarının siyahısı, məşhur 
şeirlərindən seçmələr və s. Onun publisistikası dəyərli fikirlərlə 
doludur. “Kərkük yadigarı Kərki” bu qəbildəndir. İndi işğal altın-
da olan Kərki kəndinin ən yaxşı anlamını Vaqif müəllim verib. 
Hər kəsə ölümsüzlük verən onun əsərləridir. Vaqif müəllimi 
də yaşadan SÖZü var. (Oğul-uşağı da Allah var eləsin) Amma 
sözün yaşarı gücü daha önəmlidir . 
İndi onun xatirəsini əziz tutan bir neçə mənbə var: Sədərək-
lilər, şagirdləri, Şərur Ədəbi Birliyinin üzvləri, Naxçıvan Dövlət 
Universitetinin kollektivi, tələbələri, Naxçıvan və Azərbaycan 
Yazıçılar Birliyində onu tanıyan sənət yoldaşları və.s bu siyahını 
daha da uzatmaq olar. Onu hətta yaradıcılığına görə Özbəkistan-
da da tanıyırdılar. Vaqif Məmmədov Azərbaycan ədəbiyyatında 
öz sözünü demiş şairdir. 
Bir dost və yaradıcılıq yoldaşı olaraq bildirirəm: Vaqif  
Məmmədov kimi insanlar ölmürlər, çünki onlar daim yaşayacaq 
ruh adamlarıdır. Ruhun şad olsun, Vaqif!  
P.S. Dunən (18.05.2017) Naxçıvan Dövlət Universitetinin 50 
illiyi ilə əlaqədar olaraq Sədərək kənd 1 nömrəli orta məktəbdə 
görüş keçirilirdi. O məktəb ki, Vaqif Məmmədov uzun müddət 
orada dərs hissə müdiri və məktəb direktoru işləmişdi. Vaqif 
müəllimin yaxın qohumu, NDU-nun “Qeyrət” nəşriyyatının 
mətbəə müdiri Vidadi Kazımov da iştirakçı idi. Mən çıxışıma 
belə başladım: Bu gün gərək bu tribunadan Vaqif Məmmədov 
danışaydı... Amma o gözəl insan indi Allahın rəhmətindədir. Yer-
dən hamı “Allah rəhmət eləsin” dedi. Məncə, haqq yerini tapdı. 


Yüklə 21,11 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə