45
hər varlığa nəsib deyil. O halları bilmək isə zehni yox, əqli yox,
zəkadadır, o da alındadır.
· Nəzakətli düşüncə və davranışın özüdür başlanğıc. Kainata
xitab və müraciət hökmdə yox, nəzakətin özündədir. Tələb etmək yox,
təşəkkürdür mütləq.
· İnsan ikili gördüyünə döndü ona “dual” – dualizm dedi.
Dualizm yox, duet var! Duet ikilik arasında – sən və məndir. O, və
səndir.
· Musiqi, rəngkarlıq, ilahiyyat elə bir varlıqdır ki, heç vaxt onun
“sonuna, mütləqinə çatdım” demək olmur. O, elə bir varidatdır ki,
həmişə özündən bəxş edir. Elmlər, elmi araşdırmalar, kəşflər də belədir.
Onlar tükənməyən bir varidatdır.
Bu dünya
Deyənlər dedilər ki, "bu dünya, ağrılıdır".
Gecəyə baxdım, gündüzə baxdım, daşa, torpağa, bitkilərə baxdımsa da,
onları ağrılardan, kənarda gördüm!
Bəlkə bizim, istəklərimiz, düşüncələrimiz "ağrılıdırlar?".
Kim bilir...
Bu Məkan
Bu yer planeti su ilə, bitki ilə örtülüdür.
Bulaqlar içərisində bitki! Çaylarda, göllərdə, dəniz - okeanlarda
bitki! Daş- qaya üstündə bitki (mamır) ilə örtülü - bitki! Torpaq üstündə
bitki, sularda bitki. İlki, daşda olan bu planetin, o daş aşılanmasından,
ovulmasından olan, torpaq (bu səbəbdən torpaq da, qum da tükənib
qurtarıb, bitmir), bu torpaq üstündə su ilə, bitki.
İlki daş - ovuntusu torpaq, ona Günəşin İşığı, su ilə, bitkilərlə
örtülü olan, torpaq (bitki daşda da, qayada da, suda da, torpaqda da bitir
46
amma tükənmir). Bu planetin ilki daş olanın, sonu torpaq olanın, nüvəsi
daş olanın 4,5 milyard olandır yaşı, (elm belə dedi, 13,7 milyard ildir
Kainatın Yaşı).
Su dərin qatlardan qalxıb, torpaqla birləşər, torpaq su ilə
birləşər, su ilə torpaq arası Hava (külək) Yer kürəsinin isə, örtüyü,
haləsi olar! Günəş İşıq saçar sevinər, bu planetin suyuna, torpağına,
bitkisinə işıq saçar sevinər.
Bu da bir xatirə...
Bakı, 1960-cı illərin sonları, 1970-ci ilin əvvəlləri. Yasamalda
indiki H.Zərdabi küçəsi.
Səhər-səhər səs düşür “qatıq-qatıq, dağlı çörəyi, dağlı çörəyi”
deyən arvadların səsi gəlir. Bir az keçir, yenə binalar arasına səs düşür.
Sarı termos maşında hökumət südü gəlir. Sürücü, “süd-süd“ deyir
əlindəki düdəklə, səs salır. Kimsə o, maşından süd alır, kimsə almır.
Maşın tənbəl-tənbəl binaların arasından uzaqlaşır.
Səhər düşür səs düşür. İşə tələsənlər işə, dərsə gedənlər dərsə.
Bu günki həyat səs küylə başlayır.
“Qara şəhərin” qara tüstüləri küləyin səmtinə görə şəhərin
üstünə tələsir. “Şin zavodun” (rezin təkər) tüstüsü qara şəhərin qara
tüstüsünə qarışır. İnsanlar deyir ki, “darıxmayın o tüstülər 16 km. sonra
yerə yenib, yerə qovuşur”.
2000-ci il gəlir, yeni dövr gəlir. Bakı həyətlərində “xlor-xlor,
mebel yağı” deyən kişilərin səsi gəlir...
Bütün bəşəriyyət ağrıya, əzaba düşəndə, öz dilində
öz anasını çağırar
Hər bir insan hansı qitədə yaşamış olsa da milliyətindən,
irqindən asılı olmayaraq əziyyətə düşəndə, əzablı, ağrılı olanda öz
dilində “ana” çağırar.
47
Çünki, o fərd öz yaddaşını (şüur altı) çağırar. O yaddaş ki, ana
varlığında olanda (müəyyən olunmuş müddət ərzində) “İsti yox, soyuq
yox, ağrı yox, acmışam yox, suzmuşam yox, təlatum yox, qorxu yox”–u
səsləyib çağırar.
Əzaba düşəndə öz dilində O anasını çağırmaqla, o “anı”
çağırar.
Dahi
də, Tiran da əziyyət, ağrı qarşısında acizanə “ana”
çağırar.
Yaddaşında – yaddaşını çağırar, o ana varlığını, o vücudu
çağırar baxmayaraq ki, o anda anası yaxınlığında, yanında olsa
da, yenə də ana çağırar.
Çox
körpə uşaq da, ağlayanda ailə üzvülərinin hamısı o körpəni
sakitləşdirmək üçün, qucaqlarına almış olsalar da belə, o körpə yenə də
ağlayar. O an Ana körpəsini qucağına alanda o, sakitləşər, susar (süd
verməsə də). Niyə ? O, körpə, ana vücudunun istisini, həlimliyini,
məhəbbətini tapar ki, susar, sakitləşər o vücudu səhv salmaz!
Amma böyük təəccüb, gözlənilməyən hal-hadisə ilə qarşılaşan
insan, əlini dizinə vurub “vay ata, vay-dədə ”-deyər!
1969-cu ilin yay ayında dramaturq C.Cabbarlının “Ana” şerini
ilk dəfə Naxçıvanda mədəniyyət işçisi Nizami Həmzəyev və elə oradaca
həmin şeri teatrşünas Cəlil Vəzirovdan diksiya ilə eşitdim. Sonrakı
mərhələlərdə televiziya kanalında Həsən Əblucun ifasında həmin şeri
dinlədim.
O
“Ana”
şeri yazılmış bütün ana şerləri arasında böyük bir
nümunədir.
Ana çağırar insan, Ana vücudunda olduğu o anı çağırar insan,
ana deyər insan.
O anı, təlatümsüzlüyü, ağrısızlığı çağırar insan!
Övlad
şirindir, şəkərdir, arzudur, inamdır .
Ailəyə bəxş olunmuş övladın da mənaları var,
onlar
dörd baxımdadır:
Dünya üçün bəxş olunan övlad (dahilər), Xalq üçün bəxş olunan
48
övlad (tarixi şəxsiyyətlər), Ərazi üçün bəxş olunan övlad (qəhrəmanlar),
Ailə üçün bəxş olunan övlad (ailə adını tanıdan, şöhrətləndirən).
Belə övladların bu dünyaya gəlməsi isə, ata-ana istəyi və
hökmündə deyil!
Hökümlü, güclü “Ata”, ümiddə, mehribançılıqda “Ana”,
sevdaya düşəndə “Yar”, haqsızlıq qarşısında isə üzünü Kainata tutub
“O, Bilər”-deyər insan!
Canımızda canımız
İşıqdan gəldi canımız,
İsığa necə qayıdar canımız?
Nə canda can olar, canımız?
Canımızın can olmağına gələn canımız.
Canımızdan can gedəndə,
Nəyə çatar canımız?
Bu nə can idi, bizə çatdı canımız?
Canı bəxş edənəmi qayıdar candan canımız?
Müddətə verilən canımıza canımız,
Ruh canda, candan ruhu ayrılan canımız.
Ruhuna, İşığına həsrət qalan canımız,
O İşığı bir də cağıran canımız.
Sonsuz İşıqdan paydır canımız,
Candan İşıq ayrıldısa, son olmaz canımız.
Nə “etdiləri” deməz canımız,
Nə “etdiklərimi” deyər canımız.
Dostları ilə paylaş: |