Microsoft Word vidadi butov dL



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə39/51
tarix01.11.2017
ölçüsü5,05 Kb.
#7732
1   ...   35   36   37   38   39   40   41   42   ...   51

 
www.achiq.info
  
 
84 
 
milləti münasibətlərini müəyyən etmək lazım idi. Qəzetin millət anlayışına münasibəti yuxarıda qeyd 
edilmişdi. Qəzet milliyyət anlayışını vətəndaşlıq, hər hansı ərazi birliyinə, siyasi quruma yaxud müasir 
terminlə desək vətəndaş cəmiyyətinə mənsubluq kimi başa düşürdü. Millət və milliyyət anlayışlarının İran 
və Azərbaycana nəzərən müəyyən edilməsinde əsas ünsür dil hesab edilirdi. Hakim ideoloqlar “İran milləti” 
və ”İran milliyyəti” anlayışlarının mütləq fars dilini də nəzərdə tutmasını iddia edirdilər. ”Azərbaycan 
cəmiyyəti” və onun orqanı ”Azərbaycan” qəzeti həmin terminlərin bu cür şərhi ilə razılaşmırdı. Qəzet belə 
hesab edirdi ki, Azərbaycan dili Azərbaycan millətinin ayrılmaz bir əlaməti olduğu halda ”İran milləti” və 
”İran milliyyəti” deyilən anlayışlar üçün belə bir dil ünsürü mövcud deyildi, çünki İran çoxmillətli bir 
cəmiyyətdir. Qəzet belə hesab edirdi ki, vətəndaş cəmiyyəti kimi başa düşülən “İran milliyyəti” anlayışı 
üçün əsas şərt ”məqsəd və ideal birliyidir”
63
 İran üçün vahid dil ünsürünün əhəmiyyətini (əslində 
assimilyasiya siyasətini) şişirdənlərə müraciətlə qəzet bildirirdi ki, vahid dil İranın müstəqilliyinin yeganə 
əlaməti ola bilməz.
64
 
”Azərbaycan cəmiyyəti”nin Azərbaycan dilinin hüquqlarını bərpa etmək sahəsindəki fəaliyyətinə 
düşmənçiliklə baxan panİranistlərlə hətta Azərbaycanın valisi X.Fəhimi belə razılaşmırdı. O özünün həmin 
münasibətilə “Şahin” qəzetinə yazdığı məktubda bildirirdi ki, azərbaycanlıların öz dillərində danışmalarına 
səy etmələri heç də onların mərkəzi hökümətə və ölkənin bütövlüyünə qarşı qalxdığını göstərmir.
65
 
Bununla belə, “Azərbaycan qəzeti doğru qeyd edirdi ki, Azərbaycan dilinin vəziyyəti Azərbaycan 
millətinin İran cəmiyyətində vəziyyətini, əzilən millət olduğunu dəqiq əks etdirir. Azərbaycan dilinə qarşı 
mübarizə Azərbaycan millətinə iqtisadi, sosial, siyasi təzyiqin gücləndirilməsinin bir formasıdır. Buna görə 
də Azərbaycan dilinin bərabərliyi uğrunda mübarizə aparmaq lazımdır. Azərbaycan demokratlarının 
fikrincə dillərin bərabərliyi azərbaycanlıları İranın əsil vətənpərvəri edib, onların milliyyətini (İran 
vətəndaşlığını) möhkəmlədər. “Dil-fars şovinistlərinin digər dillərin işlədilməsinə qarşı mübarizəsini 
nəzərdə tutan qəzet yazırdı:- azərbaycanlıların azadlıq ruhunun məhv edilməsi, onların əbədi əzilənlərə 
çevrilməsi uçün bir pərdədir”.
66
 Ana dili məsələsi Azərbaycanın mühüm problemlərindən biri olub fars-
Azərbaycan, mərkəz - Azərbaycan münasibətlərinə həmin şəraitdə güclü təsir göstərdiyinə görə dillərin 
bərabərliyi tələbi ön plana çıxmışdır. Demokratların əqidəsinə görə həmin məsələnin həlli nəinki milli 
məsələnin həllini, həm də İran dövlətinin bütövluyünü təmin edər. “Biz deyirik ki, əgər siz 
azərbaycanlıların əxlaqının, adət-ənənəsinin, dilinin, hisslərinin sizin əxlaq, adət-ənənə, dil və hisslərinizlə 
eyni olduğunu güman edirsinizsə, gərək biləsiniz ki, bu milli vəhdət o vaxt sabit olacaq ki, mütləq azadlığa 
yəni dil, adət, hiss azadlığına tamamilə riayət olunsun”.
67
 
”Cəmiyyət” azərbaycanlılarda öz dili haqqında obyektiv təsəvvür yaratmağa səy göstərirdi. 
”Azərbaycan” qəzeti azərbaycanlıların özünəməxsus qədim və zəngin dili olduğunu xüsusi qeyd edirdi. 
Qəzet Azərbaycanda fars dilinin yayılmadığını 
68
 Azərbaycan dilinin türk dilləri sistemində müstəqilliyini 
69
, Azərbaycan əhalisinin dili ilə İranın digər əyalətlərinin əhalisinin dili arasında hələ VII əsrdən heç bir 
oxşarlıq olmadığını,
70
 İranda monqolların hökmranlığı ilə Azərbaycanın türkləşməsi arasında heç bir əlaqə 
olmadığını 
71
 qeyd edir, Azərbaycanda indiki dilin işlənməsi dövrünü göstərirdi.
72
 
Azərbaycan xalqı təkcə bu dildə danışmamış, həm də həmin dildə zəngin mədəniyyət abidələri, 
ədəbiyyat yaratmış 
73
 və yaratmaqdadır. Bunu nümayiş etdirmək üçün qəzetdə Azərbaycan ədəbiyyatı 
haqqında yazılar,
74
 Azərbaycan nağıllarından,
75
 atalar sözlərindən 
76
 nümunələr, kiçik hekayələr 
77
 və 
nəhayət hər nömrədə bir və ya iki müasir şer parçası və s. dərc edilirdi. Azərbaycan tarixinin bəzi səhifələri 
haqqında verilən yazılar 
78
 da tarixi milli şüuru möhkəmləndirməyə xidmət edirdi. 


 
www.achiq.info
  
 
85 
 
”Cəmiyyət” özünün əsas vəzifəsini Azərbaycan dilinin həqiqi, faktiki bərabərliyinə nail olmaq, ana 
dilinin işlənmə sahəsinin bərpa edilməsi və genişləndirilməsində görürdü. “Biz əminik ki, - qəzet yazırdı - 
hər bir millət öz milli dilini, adət-ənənələrini qorumalı, öz işlərini və tərəqqisi ilə bağlı məsələləri özü idarə 
etməli və başqa millətlərin onun dilinə, digər işlərinə qarışması qeyri-qanunidir və azadlıq qanununa ziddir. 
Вə biz elan edirik: öz dili, milliyyəti və ənənələri olan Azərbaycanın öz ana dilini işlətməyə, bu dildə 
məktəbdə tədris etməyə, kitab çap etməyə haqqı vardır”.
79
 “Cəmiyyət” geniş demokratik dairələrin ana 
dilinin bərabərliyi uğrunda mübarizə əzmini əks etdirərək, intellektual qüvvələri bu mübarizəyə səfərbər 
etməyə çalışırdı. “Kim ki, bizim dilimizə, ənəpələrimizə, sərvətimizə qəsd etmək istəsə, biz onu öz 
düşmənimiz sanacaq və son nəfəsimizə qədər onları məhv etməyə çalışacağıq”.
80
 
Azərbaycanın və Azərbaycan xalqının iqtisadi, mədəni və sosial mənafeyini Təbrizdə demokratik 
hərəkatın tanınmış nümayəndəsi, azərbaycanlı H.Aqazadənin nəşr etdiyi “Şahin” qəzeti də müdafiə edirdi. 
Farsca nəşr olunan qəzetin səhifələrində azərbaycanca vətənpərvərlik mövzusunda şerlər çap olunurdu. 
Qəzet azərbaycanlıların ana dilinə hörmət etməyi tələb edir, Tehrana getməyə məcbur olub, paytaxtda ali 
məktəbə qəbul zamanı ayrı-seçkiliyə məruz qalan azərbaycanlıları bu qayğıdan xilas etmək üçün 
Azərbaycanda ali məktəb açılması uğrunda çıxış edirdi. Qəzet Rezaye (Urmiya), Şahpur (Salmas) 
şəhərlərinin əvvəlki adlarını bərpa etməyi tələb edir, Təbriz pedaqoji məktəbinin müəllim və tələbə 
heyətinin Tehranda komplektləşdirmə kimi fasid təcrübəyə qarşı çıxırdı. Azərbaycanın iki müstəqil əyalətə 
bölünməsini pisləyən qəzet bildirirdi ki, bu suni vəziyyət Qərbi və Şərqi Azərbaycanın birliyini məhv edə 
bilməz. Qəzet həmçinin Azərbaycanın böyuk oğullarının xatirəsini əziz tutmağa, onların adını Təbrizin kücə 
və meydanlarında əbədiləşdirməyə, onlara heykəl qoymağa çağırırdı.
81
 Bununla belə ”Şahin” qəzeti 
”Azərbaycan” qəzeti kimi milli maarifçiliklə məşğul olmurdu. 
“Azərbaycan” cəmiyyəti milli şüurun inkişaf edib formalaşması üçün mühüm mərhələ və şərt olan milli 
özünü- dərketmə ilə yaxından məşğul olmuşdur. 
”Azərbaycan” qəzeti milli özünüdərketmə prosesinin nəticələrini cəmiyyətdə gedən informasiya 
mübadiləsinə daxil etmək üçün çox mühüm vasitə idi. Ancaq bu yolla Azərbaycan millətini təşkil edən 
fərdlərin ictimai şüurunu milli tarix, mədəniyyət və s. haqqında məlumatla zənginləşdirmək olardı. Qəzetdə 
çap edilənlər milli dil, ədəbiyyat, tarix və s. sahəsindəki biliklərin cüzi bir hissəsini təşkil etsə də oxucularda 
Azərbaycan xalqının qədimliyi, özünəməxsusluğu və problemləri haqqında müəyyən təsəvvürlər yaratmağa 
kömək edir və eyni zamanda hakim millətçilik ideologiyasına qarşı yönəlmişdi. İranda fars və Azərbaycan 
dilində yeni olan bu məlumatlara xalqın böyük ehtiyacı vardı. 
”Cəmiyyət” tezliklə informasiya istehsal edib yayan mərkəz olmaqdan əlavə mədəni inkişafa təkan 
verən, azərbayanlıların milli konsolidasiyasını sürətləndirən mühüm mərkəz rolunu da oynamağa başladı. 
Qəzetin 10-cu nömrədən etibarən üç (2,3,4) səhifəsinin Azərbaycan dilində nəşr olunması Azərbaycan 
dilində oxuyub-yazmağa marağın artmasını göstərməklə, ədəbi yaradıcılıq üçün yeni imkanlar açmışdır. 
”Cəmiyyət” həmçinin bəzi milli-mədəni məsələlərin işdə həll olunmasına səy göstərirdi. “Cəmiyyət”in 
təşəbbüsü ilə İran inqilabının (1905-1911) fədakar qəhrəmanları Səttar xan və Bağır xanın xatirəsinə həsr 
olunmuş gecə keçirilmiş, həmin gecədə Təbrizdəki Pəhləvi Xiyabanına Səttar xanın adı verilməsi qərara 
alınmış 
82
 və az sonra bu qərar həyata keçirilmişdir.
83
 “Azərbaycan” cəmiyyətinin təşəbbüsü ilə teatr 
truppası təşkil olunmuşdur.
84
 “Cəmiyyət” meydana gəlmiş müxtəlif teatr və incəsənət dəstələrini bir 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə