Microsoft Word vidadi butov dL



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə36/51
tarix01.11.2017
ölçüsü5,05 Kb.
#7732
1   ...   32   33   34   35   36   37   38   39   ...   51

 
www.achiq.info
  
 
78 
 
30- cu illərin əvvəllərində Azərbaycan dilində kitab nəşri qadağan olunmuş və Azərbaycan dilində 
olan kitabları yığıb məhv etmək sahəsində geniş kampaniya başlanmış, Azərbaycan dilinin məktəblərdə, 
idarələrdə işlədilməsi qadağan edilmişdi.
28
 Fars məmurları assimilyasiya siyasətini azərbaycanlıların 
milli-mədəni, mənəvi həyatının bütün sahələrində həyata keçirməyə çalışırdılar. Şərqi Azərbaycanın 
keçmiş appelyasiya məhkəməsinin sədri, Qərbi və Şərqi Azərbaycanın valisi, millətçilik siyasətinin qəti 
icraçısı A.Mostofi sonralar yazırdı: “...Bəli, mən heç vaxt yas yerində türk dilinin işlənməsinə imkan 
vermirdim. Mən öz nitqlərimdə təkrar edirdim ki, siz, Daryuş və Kambizin əsil xələfləri, Əfrasiyab və 
Çingizin dilində danışırsınız.” 
29
 
Azərbaycan dili ilə mübarizə aparmaq üçün müxtəlif üsullardan istifadə edirdilər: Azərbaycan 
məktəblərinin çoxunun adını məşhur fars xadimlərinin adı ilə əvəz etmək, əyalətin Azərbaycan 
toponimlərini fars toponimləri ilə əvəz etmək, yeni doğulan uşaqlara Azərbaycan antroponimləri 
verilməsini qadağan etmək və s. 
Nəhayət, 1932-33-cü ildə əyalətin inzibati ərazi bütövlüyünü, 1937-ci ildə isə tarixi adını ləğv etməyi 
qərara aldılar. Azərbaycan bir başa Tehrana tabe olan müstəqil inzibati rayonlara Qərbi və Şərqi 
Azərbaycana bölündü, 1937- ci ildə isə Qərbi və Şərqi Azərbaycan 3-cü və 4-cü ostanlar adlanmağa başladı. 
Həmin tədbir azərbaycanlıların milli birliyinə, xalqın özü haqqında bütöv tarixi təsəvvürünün qorunub 
saxlanmasına qarşı yönəlmişdi. 
Beləliklə, dövlətin milli siyasəti Azərbaycanı geridə qalmış əyalətə çevirmək, azərbaycanlıları hər vasitə 
ilə assimilyasiya etmək məqsədini güdürdü. 
 
2- Mərkəzi hakimiyyətin şovinist assimilyasiya siyasətinə qarşı 
 mübarizə formaları. 
Azərbaycanın iqtisadi, sosial, mədəni ayrı-seçkiliyə, milli zülmə məruz qalmasına baxmayaraq 
Azərbaycanın hakim təbəqələri öz iqtisadi, sosial, siyasi mənafelərinin qorunub saxlanması baxımından 
çıxış edərək həmin siyasəti müdafiə edirdilər. Lakin həmin siyasət bir başa onların mənafeyinə toxunduqda 
müəyyən müqavimətə rast gəlirdi. 
Belə ki, M.Müctəhidi yazırdı ki, 1940-i ildə Urmiyanın qubernatoru Əlixan Bahadır Sətvət- os-Səltənə 
Azərbaycandan mərkəzə taxıl aparılmasına etiraz etmişdi. Lakin ostandar (vali) A.Mostofi öz qərarında 
təkid edərək taxıl aparılmasına nail oldu və bu da Təbrizdə çörək qıtlığına səbəb oldu. Вali Rza şaha yazdığı 
məktubunda çörək qıtlığını torpaq sahiblərinin müəyyən hissəsinin möhtəkirlik etməsi ilə izah edərək həmin 
məsələni həll etmək üçün şahdan səlahiyyət istəyirdi. Belə bir səlahiyyət alan vali Sətvət - os-Səltənəni və 
digər nüfuzlu şəxsləri həbs etdi, özü də bu zaman azərbaycanlıların ünvanına açıq təhqirdən özünü saxlaya 
bilməmişdi. Lakin A.Mostofi torpaq sahiblərnin iradəsini qıra bilməmiş və hətta dövlətin qanuni taxıl 
tədarükünü belə yerinə yetirə bilməmişdi, nəticədə isə öz vəzifəsindən istefa verməyə məcbur olmuşdu.
30
 
Bununla belə, bizə məlum olan mənbə və ədəbiyyatda Azərbaycanın hakim təbəqələrinin Azərbaycan 
millətinin spesifik milli mənafeyini müdafie etmələri barədə məlumat səbt edilməmişdir. Milli mənafenin 
prinsipial müdafiəsi uğrunda ancaq Azərbaycanın aşağı və orta təbəqələrinin nümayəndələri (digər xalqların 
nümayəndələri ilə birlikdə) çıxış edirdilər. 


 
www.achiq.info
  
 
79 
 
İran Kommunist partiyası özünün ikinci qurultayında (1927) ölkədə milli məsələni ayrıca nəzərdən 
keçirib bu barədə xüsusi qərar qəbul etdi. Qurultayın sənədlərində İranda müxtəlif millətlərin: ərəb, 
türkmən, kürd, türk millətlərinin yaşamasından, onların İran feodalları və ingilis imperializmi tərəfindən 
ikiqat zülmə məruz qalmalarından danışılır, İranda milli azlıqlar məsələsinə böyük əhəmiyyət verilirdi. 2 
nömrəli qətnamədə o cümlədən deyilirdi: ”İran kommunist partiyası öz proqramına bütün kommunist 
partiyalarının milli məsələ barəsində ümumi tələbi və şüarını, yəni hər bir millətin özünün tam müstəqilliyi, 
hətta mərkəzi hökümətdən ayrılmaq hüququ şüarını daxil etməli və həmin şüara uyğun hərəkət 
etməlidir”.
31
 
1929-cu ildə “Setareye sorx” jurnalında İKP II qurultayının yuxarıda qeyd olunan 2 nömrəli qərarı şərh 
edilirdi. ”Burada İranda təkcə milli zülmün mövcudluğu etiraf olunmur, hem də bu zülmün güclənməsindən 
danışılırdı. Jurnal... yazırdı ki, həmin xalqların (Azərbaycan, kürd, ərəb və b.-V.M.) dili fars dili deyildir”.. 
”Məqalədə xalqların öz müqəddəratını təyin etmə və ayrılma hüququ elan edilirdi”.
32
 
İKP-nin II qurultayının materialları fars dilində azərbaycanlıların öz milli hüquqları olan, türk milləti 
olduğu etiraf olunan ilk sənədlər idi. Həmin fakt azərbaycanlıların milli şüurunun formalaşması və inkişafı 
tarixi baxımdan olduqca mühüm idi. Bu fakt göstərdi ki, burjua ziyalılarından fərqli olaraq, geniş 
təbəqələrin nümayəndələri xalqın etnik şüuruna uyğun olaraq azərbaycanlıları türk hesab etməklə 
kifayətlənməmiş, onları millət kimi tanımışlar. Bu cəhətin əhəmiyyəti onda idi ki, öz mahiyyəti etibarilə 
millətçi olan Azərbaycan burjuaziyası nəinki milli ideya işleyib hazırlamadı, əksinə o, öz-özünü 
assimilyasiya uğrunda çıxış edərək milli (o cümlədən Azərbaycan) məsələnin həllindən uzaq olmasını, 
Azərbaycan millətinin spesifik milli mənafeinin ifadəçisi olmağa hazır olmadığını nümayiş 
etdirdi. 
İKP-nin millətlərin öz müqəddəratını təyin
 
etmə hüququ uğrunda və dövlətin assimilyasiya siyasətinə 
qarşı çıxmasına baxmayaraq, o özü yazılı sahədə ideoloji mübarizəni fars dilində apararaq dillərin 
bərabərlik prinsipini gözləmirdi, bu da bizim fikrimizcə İranda mütərəqqi, demokratik quruluşun bərqərar 
olması uğrunda mübarizə aparan İKP-nin sosial bazasını məhdudlaşdırırdı. Başqa sözlə İKP uğrunda 
mubarizə apardığı prinsipləri əməldə həyata keçirmirdi. Əgər azərbaycanlılar İKP-nin tərkibində millətlərin 
(o cümlədən Azərbaycan millətinin) öz müqəddəratını təyin etmək hüququ uğrunda prinsip etibarilə çıxış 
edirdilərsə, Azərbaycan ziyalılarının, orta təbəqələrin, xırda burjuaziyanın bir sıra nümayəndələri real milli 
zülm siyasətinə qarşı çıxaraq öz etirazlarını bu və ya digər şəkildə nümayiş etdirirdilər. Başqa sözlə həmin 
təbəqələrin nümayəndələri azərbaycanlıların milli hüquqlarını indi və burada həyata keçirməyə çalışırdılar. 
Buna görə də Azərbaycanda milli hərəkat xırda burjua xarakteri daşıyırdı. 
Həmin illərdə Tehranda Milli Məclisin nəşriyyatında azərbaycanlı M.Ə.Tərbiyətin ”Danişməndane 
Azərbaycan” (1935) kitabı çap olundu. Kitabın adı azərbaycanlıların bir hissəsinin Azərbaycanın iki yerə 
bölünməsi ilə razılaşmadığını bildirərək, Azərbaycanın tarixiliyi, vahidliyi və bütövlüyünü simvolizə edirdi. 
Bu həm də ondan görünür ki, müəllif öz kitabına Şimali Azərbaycanda, Cənubi Azərbaycanda və 
Azərbaycandan kənarda (istər İranda, istərsə ondan xaricdə) yaşamış tanınmış azərbaycanlıların 
bioqrafiyalarını daxil etmişdi. Başqa sözlə, müəllif üçün nəinki Azərbaycan bütöv bir ölkə, eləcə də 
azərbaycanlılar vahid bir xalq, millət idi. Azərbaycanın min illik tarixini əhatə edən əsərə Azərbaycan dilli 
poeziya nümunələri də daxil edilmiş, bununla da azərbaycanlıların türk dilində yazmadıqları haqqında 
iddialar ifşa edilmişdi. Buna görə də həmin əsər panİranistlər və fars şovinistləri arasında kəskin etiraza 
səbəb olmuşdur. “Rza şahın hakimiyyəti illərində bu kitab ifrat millətçilərin xoşuna gəlməzdi, müəllifi 
Azərbaycanın ayrılmasına tərəfdar olmaqda günahlandıraraq ondan Rza şaha çuğulluq edirdiler”.
33
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə