|
Microsoft Word Vuqar ders vesaiti 2017386 in.fealxh ders vesaiti17
§ 3.
İ
ctimai t
ə
hlük
ə
sizlik xidm
ə
tinin qüvv
ə
l
ə
ri
İctimai təhlükəsizlik xidmətinin qüvvələri bu xidmətin
his-
sə və aparatlarının, polis orqanlarının digər xidmət və hissələrinin
şəxsi heyəti, həmçinin ictimai qaydanın qorunması və cinayətkar-
lıqla mübarizə üzrə müəyyən olunmuş qaydada onlarla əməkdaş-
lıq edən şəxsləri əhatə edir.
Bu qüvvələrə aşağıda göstərilən bəzi özünəməxsus xüsusiyyət-
lər xasdır:
– öz funksiyalarını həyata keçirən zaman vətəndaşlarla bilava-
sitə müxtəlif münasibətlərdə olan polis orqanlarının ən böyük
qüvvəsidir;
– fəaliyyətlərini qüvvədə olan qanunvericiliyə, xüsusi nizam-
namələrə və əsasnamələrə müvafiq həyata keçirən silahlı dəstələri
özündə əks etdirir;
– ictimai qaydanın qorunması və cinayətkarlıqla mübarizə üzrə
məsələlərin həlli üçün müxtəlif taktiki imkanlara malikdirlər;
– hüquq qaydasının qorunmasında iştirak edən polisin ştatdan-
kənar əməkdaşları və digər ictimai qurumlarla sıx qarşılıqlı əlaqə-
də öz fəaliyyətlərini həyata keçirirlər.
İctimai qaydanın qorunmasında iştirak edən qüvvələr
əsas,
əlavə və əlavə təhkim
edilmiş qüvvələrə bölünürlər.
İctimai təhlükəsizlik xidmətinin əsas qüvvələrinə aiddir:
– DİN-in, BPİ, NBPİ, Pİ, şəhər-rayon polis orqanlarının ictima
təhlükəsizlik xidmətinin şəxsi heyəti;
– polisin post-patrul xidmətinin hissə və bölmələrinin sıravi və
rəis heyəti;
– müvəqqəti saxlama təcridxanasının sıravi və rəis heyəti;
– polis sahə inspektorları, yol-patrul xidmətinin və mühafizə
xidmətinin əməkdaşları və s.
Dostları ilə paylaş: |
|
|