36
nədək o, istintaq təcridxanasına keçirilməlidir (şəxsin
nəqliyyat
vasitələri ilə istintaq təcridxanasına aparılması müddəti göstərilən
müddətə daxil deyildir).
- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102, 114,
120.2.11, 169, 214, 214-1, 214-3, 215.3, 217, 218, 219, 219-1,
220, 274, 275, 276, 277, 279, 280, 282 və ya 283-1-ci maddələri
ilə istintaqı aparılan cinayət işləri üzrə şübhəli və ya təqsirləndiri-
lən şəxslərin sayının çoxluğu, işin xüsusi mürəkkəbliyi və ya top-
lanmış materialların həcminin böyüklüyü bu Məcəllənin 148.6-cı
maddəsində nəzərdə tutulan hərəkətlərin 48 saat müddətində hə-
yata
keçirilməsinə mane olduqda,
həmin müddət müstəntiqin
əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbər-
liyi həyata keçirən prokurorun təqdimatı əsasında
məhkəmənin
qərarı ilə 48 saatdan artıq olmayan müddətə uzadıla bilər.
- İstintaq təcridxanasının yerləşdiyi yaşayış
məntəqəsindən
uzaq yerdə istintaq hərəkətlərinin aparılması
və ya həbs edilmiş
şəxsin məhkəmə icraatında iştirakının təmin edilməsi zərurəti ol-
duqda və onun hər gün gətirilib aparılması mümkün olmadıqda,
həbs edilmiş şəxs məhkəməyədək icraat zamanı ibtidai araşdır-
maya prosessual rəhbərliyi həyata keçirən prokurorun, məhkəmə
icraatı zamanı məhkəmənin əsaslandırılmış qərarı ilə 1 ayda 10
gündən artıq olmayan müddətə istintaq təcridxanasından müvəq-
qəti saxlama yerinə keçirilə bilər.
Dostları ilə paylaş: