33
III Fəsil.
POLİS ORQANLARININ MÜVƏQQƏTİ SAXLAMA
YERLƏRİNİN İŞİNİN TƏŞKİLİ
§ 1. Tutulmu
ş
v
ə
h
ə
bs
ə
al
ı
nm
ı
ş
şə
xsl
ə
r üçün MSY-nin
t
ə
yinat
ı
v
ə
f
ə
liyy
ə
tinin hüquqi
ə
saslar
ı
İctimai qaydanın qorunması və ictimai
təhlükəsizliyin təmin
edilməsi, cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübari-
zədə tutulmuş və həbs edilmiş şəxslərin saxlanılması və mühafizə
olunması DİO-nun fəaliyyətində əsas yer tutur.
Tutulmuş və həbs edilmiş şəxslərin
mühafizəsinin mahiyyəti
onların təcrid edilməsinin təmin edilməsindən və qanunvericiliklə
müəyyən edilmiş recimdə saxlanılmalarından ibarətdir. DİO-nun
bu vəzifələri müvəqqəti saxlama yerlərinin xidməti tərəfindən hə-
yata keçirilir. Tutulmuş və həbs edilmiş şəxslərin mühafizəsi, onla-
rın etibarlı təcrid olunmasından, müşayiət edilməsindən,
saxlama
yerinin ərazisində hərəkəti zamanı və ya təyin olunmuş yerə çatdı-
rılarkən, mühafizənin təmin edilməsindən ibarətdir.Tutulmuş və
həbs edilmiş şəxslərin mühafizəsini və müşayiətini yerinə yetirmək
üçün polis orqanlarında mühafizə-müşayiət hissələri yaradılır.
Tutulmuş və həbs edilmiş şəxslərin saxlanılmaları qanunun
aliliyi, hər kəsin qanun qarşısında bərabər olması,
humanizm və
insan ləyaqətinə hörmət prinsipləri əsasında həyata keçirilməlidir.
MSY-də şəxslərin saxlanılmasında qanunçuluğa riayət olun-
masına nəzarət prokuror və məhkəmə orqanları, daxili nəzarət isə
DİN-in, onun tabeçiliyində olan müvafiq orqan və xidmətlər tərə-
findən həyata keçirilir.
Tutulmuş və ya həbs edilmiş şəxslər Azərbaycan Respublika-
sının Cinayət-Prosessual Məcəlləsi və «Həbs yerlərində saxlanı-
lan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında»
Qanunla müəyyən edilmiş hallarda
və müddətlərdə müvəqqəti
saxlama yerlərində saxlanılırlar.
Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada tu-
tulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində hüquq və
34
azadlıqlarının təmin edilməsi ilə bağlı münasibətlər «Həbs yerlə-
rində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi
haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Bu sahədə istifadə olunan əsas anlayışlar aşağıdakılardır:
tutulmuş şəxs
- cinayət törətməkdə şübhəli olduğu üçün tutul-
muş şəxs, ittiham elan etmək üçün tutulmuş şəxs, barəsində seçil-
miş qətimkan tədbirinin şərtlərini pozduğu üçün tutulmuş təqsir-
ləndirilən şəxs, hökmün və ya məhkəmənin digər yekun qərarının
icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın
digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin
və ya cəzadan şərti olaraq vaxtından
əvvəl azad etmənin ləğvi
məsələsinin həlli məqsədi ilə tutulmuş məhkum;
Dostları ilə paylaş: