Microsoft Word Xalq cebhesi. 010. 19fevral. S docx



Yüklə 108,99 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü108,99 Kb.
#54407

background image
"Azərbaycan parlamenti Xocalı soyqırımına tam hüquqi qiymət verib" 

 

Aydın Mirzəzadə: "Milli Məclis 1994-cü ildə Xocalı faciəsini soyqırım kimi tanıyıb" 

 

XİN nümayəndəsi Elxan Poluxovun "soyqırımın dünya miqyasında tanıdılması üçün 

Milli Məclisin ciddi addım atmalı olduğu" barədə açıqlaması YAP-da narazılıqla 

qarşılanıb 

 

"Prezident Heydər  Əliyevin 1998-ci ildə imzaladığı müvafiq sərəncamda Xocalı 

faciəsi soyqırım kimi adlanıb" 

 

"Milli Məclisdə 2002-ci ildə faciənin 10 illiyilə bağlı qəbul olunan qətnamədə 1992-ci 

ilin 26 fevralında baş verənlər soyqırım kimi tanınıb" 

 

Erməni vəhşiliyinin  ən dəhşətli nümunlərindən olan Xocalı soyqırımının 18-ci ildönümü 

ərəfəsində bu məsələ yenidən geniş ictimai müzakirələrin mövzusuna çevrilib. On səkkiz il öncə 

baş verən bu hadisələr bir daha xatırlanır, faciənin səbəbləri təhlil edilir və onun təkrarlanmaması 

üçün atılmalı olan addımlar diqqətə çatdırılır. Gedən müzakirələrdə  qırmızı  xətlə seçilən bir 

tendensiya özünü daha qabarıq göstərir. Xocalı soyqırımının hələ  də yetərli dərəcədə hüquqi 

qiymətini almadığını  və dünyada lazım olan səviyyədə tanıdılmadığını önə  çəkənlər bununla 

əlaqədar xüsusi qanunun qəbuluna çağırırlar. Xatırladaq ki, Xarici İşlər Nazirliyinin sözçüsü 

Elxan Poluxov da soyqırımın dünya miqyasında tanıdılması üçün Milli Məclisin ciddi addım 

atmalı olduğunu deyib. Amma mövzuya dair fikir bildirən bəzi  şəxslər Xocalı soyqırımına 

hüquqi qiymət verilməməsi haqda iddialarla qətiyyən razılaşmırlar. 

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Aydın Mirzəzadə Xocalı 

soyqırımıyla bağlı kifayət qədər sənəd qəbul olunduğunu əsas gətirərək, bu barədə xüsusi qanuna 

ehtiyac olmadığını deyir: "Nəzərə almaq lazımdır ki, qanun hansısa məsələnin, hansısa sahə üzrə 

fəaliyyətin tənzimlənməsi məqsədilə qəbul olunur. Hadisə üçün qanun qəbul edilmir. Mən başa 

düşürəm, Xocalı faciəsi hamımızın ağır dərdidir və o məsələnin öyrənilməsində, yadda 

qalmasında və dünyada tanıdılmasında maraqlıyıq. Amma yenə deyirəm, faciə haqqında qanun 

olmur. Çox istərdim ki, bu təklifi verənlər həmin məsələləri nəzərə alsınlar. Milli Məclisdə 1994-

cü ildə Xocalı faciəsinin soyqırım kimi tanınması haqqında qərar qəbul olunub. 1998-ci ildə 

prezident Heydər Əliyevin müvafiq sərəncamında Xocalı faciəsi soyqırım kimi adlanıb. 2002-ci 

ildə Milli Məclisdə soyqırımın 10 illiyi qətnaməsində 1992-ci ilin 26 fevralında baş verənlər 

soyqırım kimi tanınıb. Mən hesab edirəm ki, buna Azərbaycan parlamenti Xocalı soyqırımına 

tam hüquqi qiymət verib".  

 

 



Rahid Cəfərli 

 

Xalq Cəbhəsi.- 2010.- 19 fevral.- S.7. 

 

Yüklə 108,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə