Microsoft Word XI jurnal 10 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/46
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37324
1   ...   30   31   32   33   34   35   36   37   ...   46

 
103 
Müstəqillik  qazanaraq  hüquqi  demokratik  dövlət  quruculuğunu  həyata 
keçirdiyimiz müasir dövrdə respublika iqtisadçıları üçün yeni olan bazar 
təsərrüfatı  problemləri  ilə  qarşılaşmışlar.  Ona  görə  də  cəmiyyətdəki 
dəyişikliklərin  bu  mərhələsində  iqtisadi  fikirlər,  iqtisadi  publisistika 
üstünlük  təşkil  edir.  qtisadi  hadisə  və  proseslərin  həm  mütəxəssislər, 
həm də geniş kütlə üçün izahı ön plana keçir. Bununla əlaqədar olaraq 
kütləvi və iqtisadi mətbuat səhifələrində çoxlu yazılar dərc olunmuşdur.  
Hazırda  iqtisadi  fikrin,  həm  də  müəyyən  mənada  dövlətin  də 
başlıca  vəzifələri  iqtisadi  inkişaf  modelini  seçmək  və  bu  modelin 
reallığa  çevrilməsinə  xidmət  etməkdir.  Bu  istiqamətdə  ilkin  addımlar 
atılmış  və  Azərbaycan  tarixi  təcrübəsində  sınanmış  bazar  iqtisadiyyatı 
əsasında  inkişafa  üstünlük  verilmişdir.  Respublika  iqtisadçılarının  və 
digər  mütəxəssislərin  birgə  iştirakı  və  yaxından  köməkliyi  ilə  bazar 
iqtisadiyyatı  prinsipinə  cavab  verən  qanunvericilik  bazarı  yaradılır. 
1991-ci  ildən  sonrakı  dövrdə  iqtisadi  mövzuda  70-dən  çox  qanun 
hazırlanıb qəbul edilmişdir. Mülkiyyət, özəlləşdirmə, fermer təsərrüfatı, 
sahibkarlıq  fəaliyyəti,  haqsız  rəqabət,  torpaq  islahatı,  banklar  və  bank 
fəaliyyəti,  maliyyə  və  sənaye  qurumları,  dövlət  vergi  xidməti,  əmək 
birjası,  kooperasiya  və  s.  haqqında  qanunlarla  münasibətlərin  bazar 
iqtisadiyyatı  prinsipləri  əsasında  təşəkkül  tapmasının  hüquqi  təməli 
qoyulmuşdur. Bu qanunlar ilk növbədə mətbuat səhifələrində öz əksini 
tapmışdır.  qtisadiyyatın  biblioqrafik  təminatı  informasiya  təminatının 
əsas  istiqamətlərindən  biridir.  Azərbaycan  dövlətinin  informasiya 
təminatı həmişə böyük əhəmiyyət kəsb etmişdir.  
 Bu gün özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhə-
ləyə  qədəm  qoymuş  Azərbaycan  Respublikasında  həlli  vacib  məsələ-
lərdən biri regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə oradakı 
əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə et-
məklə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırıl-
masına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan 
ibarətdir.  
Müasir  dövrdə  iqtisad  elminə,  iqtisadçı  sözünə  ehtiyac  hər  hansı 
dövrdə  olduğundan  daha  çoxdur.  Bir  tərəfdən  dərin  iqtisadi  böhran, 
digər tərəfdən yeni iqtisadi inkişaf modelinə keçidin çətin yolları iqtisad 
elminin və onun nümayəndələrinin qarşısına mühüm vəzifələr qoyur. 
qtisadi biblioqrafiya sosial-siyasi elmlər kompleksinə daxildir. So-
sial-siyasi elmlər kompleksinin biblioqrafik informasiya sisteminə müx-
təlif  məzmunlu  biblioqrafik  materiallar  daxildir.  Sosial-siyasi  elmlər 


 
104 
kompleksinin  biblioqrafik  informasiya  sistemi  dinamikdir.  Bu  isə 
bilavasitə biblioqrafik nəşrlərin mövzu dairəsinin genişlənməsi, onların 
tiplərə,  növlərə,  oxucu  və  məqsəd  istiqamətinə  görə  biblioqrafiyanın 
daim təkmilləşdirilmiş metodikası əsasında formalaşmasıdır. Bu proses-
lərin inkişafına aşağıdakı əsas amillər təsir edir: 1. Elmi Texniki Tərəq-
qinin  təsiri  nəticəsində  insan  fəaliyyətinin  bütün  sahələrində  dərin  də-
yişikliklərin  baş  verməsi;  2.  Sosial-iqtisadi  elmlər  kompleksinin  sənəd 
axını;  3.  Sosial-iqtisadi  fəaliyyət  sahəsinin  daha  da  formalaşması;  4. 
qtisadiyyatın  informasiya  istifadəçiləri;  5.  qtisadi  biblioqrafiyanın 
nəzəri  və  metodiki  məsələləri  ümumilikdə;  6.  qtisadiyyat,  hüquq  və 
sosiologiya  üzrə  dövlət  siyasəti;  7.  Yeni  informasiya  texnologiyasının 
tətbiqi;  8.  qtisadiyyat  sahəsi  üzrə  ölkədə  fəaliyyət  göstərən  idarə  və 
müəssisələr. 
qtisadi  elmlər  ictimai-siyasi  xarakter  daşımaqla  öz  növbəsində 
təbii  və  texniki  elmlərlə  əlaqədardır.  qtisadi  elmlərin  bu  qayda  üzrə 
öyrənilməsi kitabxanaçı-biblioqrafların işini mürəkkəbləşdirir. Ona görə 
də  iqtisadi  ədəbiyyatın  kitabxana-biblioqrafiya  təsnifatına  əsasən 
təsnifləşdirilib  qruplaşdırılması  lazım  gəlir.  Beləliklə,  iqtisadi  ədəbiy-
yatın böyük əhəmiyyəti vardır. 
Müstəqillik  şəraitində  iqtisadi  ədəbiyyat  başqa  respublikalarda 
olduğu  kimi,  Azərbaycanda  da  iqtisadi  əlaqələrin  yaranmasına  və 
əlaqələrin öyrənilməsinə kömək edir. 
Məlumdur  ki,  1925-ci  ildə  respublikamızda  Dövlət  Kitab  Palatası 
təşkil  olunmuş  və  onun  biblioqrafik  nəşrləri  olan  «Salnamə»lər  nəşr 
olunmağa  başlamışdır.  «Azərbaycan  mətbuat  salnaməsi»ndə,  «Birillik 
Azərbaycan  kitabiyyatı»nda  başqa  elmlərlə  yanaşı,  iqtisadiyyat  üzrə 
ədəbiyyatın cari biblioqrafik mənbələri verilmişdir. 
Salnamələrin  « qtisadiyyat.  qtisadi  elmlər»  adlanan  bölməsi 
iqtisadiyyat  üzrə  ədəbiyyatın  öyrənilməsində  oxucular  üçün  istiqamət 
verir.  Daxildə  bu  əsas  bölmə  müxtəlif  yarımbölmələrə  ayrılmışdır. 
Məsələn,  «Siyasi  iqtisad»,  «Maliyyə»,  «Pul  dövriyyəsi»,  «Kredit», 
« ctimai sığorta» adlanan bölmələr verilmişdir. Bu dövrdə iqtisadiyyatın 
biblioqrafiyasının yaradılmasına təşəbbüs göstərilmişdir.  
qtisadiyyat  sahəsində  elmi  fikrin  yaranması  da  keçən  əsrin 
əvvəllərində  özünü  göstərmişdir.  Belə  ki,  kitabxana  işinə  dair  bir  neçə 
kitabın  müəllifi  kimi  tanınmış  Əli  Əjdər  Səidzadə  1922-ci  ildə  çap 
etdirdiyi  məqalələrinin  birində  yazmışdı:  «Azərbaycanda  çıxmış  bütün 
ədəbiyyatın bir ümumi biblioqrafiyasını düzəltmək işinin tam vaxtıdır» 


 
105 
(11,  S.76).  Ə.  Səidzadənin  ilk  dəfə  olaraq  bu  çağırışına  qoşulan  alim, 
biblioqraf A. Baqri olmuşdur. 
A.Baqri  «Azərbaycanı  Tədqiq  və  Tətəbbö  Cəmiyyəti»nin  kitab-
xanasında  biblioqrafiya  bürosuna  rəhbərlik  etmişdir  (9,  S.102).  Azər-
baycanın  xalq  təsərrüfatına,  etnoqrafiyasına,  tibb  elminə,  şifahi  xalq 
ədəbiyyatına,  tarixinə,  coğrafiyasına  və  eləcə  də  iqtisadiyyatına  aid 
ədəbiyyatın  ilk  dəfə  olaraq  toplanması  və  biblioqrafiyalaşdırılması  A. 
Baqrinin adı ilə bağlıdır. Professor A.Baqri Azərbaycan iqtisadiyyatına 
aid  ədəbiyyatın  biblioqrafiyasını  yaratmaq  üçün  keçən  əsrin  əvvəl-
lərində  çap  olunmuş  qəzet  və  jurnalları  araşdırmış,  Azərbaycan 
iqtisadiyyatına  dair  materialları  toplayıb,  həmin  materiallar  əsasında 
«Biblioqrafiya: Azərbaycan iqtisadiyyatı üçün materiallar» mövzusunda 
tərtib etdiyi elmi-köməkçi biblioqrafiyanı «Ali iqtisad şurasının əxbarı» 
jurnalında  1924-cü  il  8-9,  10-11  və  12-13-cü  nömrələrində  hissə-hissə 
çap  etdirmişdir.  Materialların  davamı  jurnalın  1925-ci  il  1-2-ci  nömrə-
lərində çap edilmişdir. 
Biblioqraf  alim  F.Bayramovun  qeyd  etdiyi  kimi,  biblioqrafik 
göstəricinin  əvvəlində  verilmiş  «Giriş»dən    məlum  olur  ki,  belə  bir 
biblioqrafiyanın  yaradılmasına  ehtiyac  duyulmuşdur  (8,  S.28-29).  Belə 
ki,  orada  qeyd  edilmişdir  ki,  Azərbaycana  dair  biblioqrafik  əsərlər 
olmadığından  onun  öyrənilməsi  də  çətinləşir.  Jurnalda  verilmiş  qısa 
izahatdan  məlum  olur  ki,  Azərbaycan  haqqında  olan  materialların 
toplanması  işinə  alimlər  və  ayrı-ayrı  müvafiq  təşkilatlar  da  cəlb 
edilmişdir.  Jurnalın  giriş  hissəsindən  sonra  Azərbaycan  iqtisadiyyatına 
dair 1134 ədəbiyyatın təsviri verilmişdir.     
Burada  birinci  olaraq  N.A.Belovun  1887-ci  ildə  Tiflis  şəhərində 
çap  olunmuş  « ssledovaniə  gkonomiçeskoqo  bıta  qosudarstvennıx 
krestğən  v  Qeoqçayskom  i  Şemaxinskom  uezdax  Bakinskoy  qubernii» 
adlı kitabın təsviri verilmişdir. Bu onu göstərir ki, hələ XIX əsrdə qeyri 
millətdən olan mütəxəssislər, elm adamları Azərbaycan iqtisadiyyatı ilə 
maraqlanmış və bu sahədə kitablar, məqalələr yazıb çap etdirmişlər. 
A.Baqri  materialların  sistemləşdirilməsində  əlifba  qaydasına  tam 
əməl  etsə  də,  mənbələrin  təsvirində  təsvir  ünsürlərinin  indiki  qaydada 
verilmədiyi müşahidə olunmuşdur (9, S.103.). Lakin bunu o dövr üçün 
müqayisədə müəllifə əsas nöqsan kimi irad tutmaq düzgün olmaz. Ona 
görə  ki,  kitabxana-biblioqrafiya  təsnifatına  aid  vəsaitlər  o  zaman  yox 
dərəcəsində  idi.  Buna  baxmayaraq,  A.Baqrinin  bu  sahədə  müəyyən 
təcrübəyə malik olduğu, tərtib etdiyi «Biblioqrafiya»dan hiss olunur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə