Microsoft Word XI jurnal 10 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/46
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37324
1   ...   38   39   40   41   42   43   44   45   46

 
127 
radə BAYRAMOVA           
Biblioqrafiyaşünaslıq kafedrasının müəllimi 
 
AZƏRBAYCAN RESPUBLIKASININ REG ONLARININ 
K TABXANA- NFORMAS YA RESURSLARININ  NK ŞAFININ 
BƏZ  MƏSƏLƏLƏR  
 
(Quba-Xaçmaz iqtisadi rayonunun nümunəsində
                                                                                                           
Azərbaycan  Respublikası  Prezidentinin  imzaladığı  «Regionların 
sosial-  iqtisadi    inkişafı    üzrə  Dövlət    Proqramı  (2004-2008-ci    illər)» 
nın 2008-ci ildə birinci mərhələsi başa çatsa  da, regionların   inkişafının 
daha  da  sürətləndirilməsi  üçün dövlət  qayğısı, hər bir sahədə  olduğu  
kimi  kitabxana-informasiya fəaliyyəti  sahəsində də öz əksini  tapmışdı 
(10).  
Son  illər  Azərbaycanda  informasiya  cəmiyyətinin  qurulması  isti-
qamətində görülən işlər sırasında kitabxana işinin təşkili, idarə edilməsi, 
oxuculara  informasiya xidmətində  ənənəvi iş üsulları ilə yanaşı  müasir  
texnologiyaların tətbiqinə başlanılması dövlətimizin kitabxana işi sahə-
sindəki siyasətinin  prioritet istiqamətinə  çevrilmişdir (9.s.318).           
Kitabxanaların  cəmiyyətin  həyatındakı  mühüm  rolunu  qiymətlən-
dirərkən  «Azərbaycanda  kitabxanaların  fəaliyyətinin  yaxşılaşdırılması 
haqqında»  Azərbaycan  Respublikası  Prezidentinin  20  aprel  2007-ci  il 
sərəncamında  da  qeyd  edildiyi  kimi,  «Bəşər  mədəniyyətinin  qazandığı 
nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellek-
tual-mənəvi  potensialının  artırılmasında  kitabxanalarımız  əvəzsiz  rol  
oynayır» (5). 
Sovet    hakimiyyəti    dönəmində,  1974-cü  ildə  qəbul  edilən  «Zəh-
mətkeşlərin kommunist  tərbiyəsində və elmi-texniki  tərəqqidə  kitab-
xanaların  rolunu  artırmaq  haqqında»  verilmiş  qərarın  əsas  müd-
dəalarından  biri,  kitabxanaların  mərkəzləşdirilməsi  kimi  bir  vəzifəni 
qarşıya qoymuşdu. Kitabxanaların mərkəzləşdirilməsi  keyfiyyətcə  yeni  
mərhələnin  başlanması   demək  idi.               
1976-cı  ildən  rayon  kitabxanalarının  mərkəzləşdirilməsi  onların 
biblioqrafik  fəaliyyəti  üçün  yaxşı    şərait  yaratmışdı.  Cəmiyyətin  bütün 
sahələrində  kitabxanalar,  bir  informasiya  məkanı  kimi  mühüm  rol 
oynayırdı (7.s.92). 


 
128 
Ölkədə tarixi-mədəni, ədəbi-bədii, elmi-fəlsəfi sərvətlərin toplanıl-
masını, mühafizəsini, onlardan istifadə imkanlarının artırılmasını təmin  
etmək, kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi və 
istifadəsi  nəticəsində,  müasir  kitabxana-informasiya  infrastrukturunun 
yaradılması  və  onun  dünya  standartları  səviyyəsinə  çatdırılması  üçün, 
dövlətimiz  geniş-miqyaslı  işlərin  görülməsi  məqsədi  ilə,  yeni  bir  fəa-
liyyət strategiyasıişləyib hazırladı.                                                                                                                                           
Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli 
sərəncamı  ilə  «Azərbaycan  Respublikasında  kitabxana-informasiya  sa-
həsinin  2008-2013-cü  illərdə  inkişafı  üzrə  Dövlət  Proqramı»  təsdiq  
olundu (4.s.6-29). 
Bu proqramın tələblərinə uyğun olaraq, Azərbaycan Dövlət  Statis-
tika  Komitəsi  tərəfindən  2009-cu    il  sentyabr  ayının  1-dən  10-dək  sta-
tistik müayinə keçirilmişdir. Belə ki, bu müayinənin keçirilməsində əsas 
məqsəd,  əhaliyə  göstərilən  kitabxana-informasiya  xidmətinin  səviyyə-
sinin  yüksəldilməsi,  kitabxanaların  kadr  təminatının  yaxşılaşdırılması, 
fasiləsiz  təhsilin  təmin  edilməsi,  virtual  kitabxanaların  yaradılması 
istiqamətində aparılan işlərin vəziyyətini öyrənməkdən  ibarət olmuşdu. 
2009-cu ildə Azərbaycan Respublikasının Dövlət Statistika Komi-
təsinin  nəşr  etdirdiyi  «Kitabxanaların  fəaliyyəti  haqqında»  statistik  
müayinənin  nəticələri  barədə  statistik  bülletenindən  məlum  olur  ki, 
Azərbaycan Respublikasında 110994331 nüsxə kitabxana fondu var. Bu 
fondun 89399527 nüsxəsi kitablardır ki, bu da 80,5% deməkdir. Fonda 
76114 nüsxə elektron informasiya daşıyıcıları, 3912645 nüsxə  jurnallar, 
2082879  nüsxə  qəzetlər,  15523166  nüsxə  digər  materiallar  daxildir 
(bax:cədvəl.3). 
Kitabxana  fondunun  34,6%-i  ümumtəhsil  məktəblərində,  32%-i 
Mədəniyyət  və  Turizm  Nazirliyinin  nəzdində  olan  kitabxanalarda, 
21,4%-i elmi və elmi-texniki kitabxanalarda, 12%-i isə digər təşkilatla-
rın kitabxanalarında yerləşir. Kitabxanalarda olan fondun 65,5%-i  azər-
baycan, 31,1%-i rus, 2%-i ingilis, 1,4%-i digər dillərdədir. Azərbaycan 
dilində olan ümumi fondun 71,9%-i latın, 28,1%-i isə kiril əlifbasında-
dır.  Azərbaycan  dilinin  latın  qrafikasında  olan  fondunun  xüsusi  çəkisi 
şəhər yerlərində 81,6%, kənd yerlərində 56,8%-dir. Kitabxana fondunun 
cəmi 0,1%-ni  elektron informasiya daşıyıcıları təşkil edir ki, onların  da  
əksəriyyəti  şəhər yerlərindədir.                                                                                                              
Respublikamızdakı kitabxanaların 23,4% -i  Aran, 14,9%-i Gəncə-
Qazax,  11,2%-i  Lənkəran,  9%-i  Şəki-Zaqatala,  8,4%-i  Bakı  şəhəri, 


 
129 
8,2%-i Quba-Xaçmaz 7,1%-i Yuxarı Qarabağ, 5,8%-i Naxçıvan, 4,9%-i  
Dağlıq  Şirvan, 4,5%-i  Kəlbəcər-Laçın   və  2,1%-i  Abşeron  iqtisadi   
rayonunun  payına  düşür.                                                                                                                                               
2009-cu  ilin  1-ci   yarısında  kitabxanalara   4,8  milyon  müraciət  
qeydə  alınmış,  53,4  milyon  kitab  və  ya  digər  informasiya    mənbə-
lərindən istifadə edilmişdir. Müraciətlərin  39,6%-i  18  yaşınadək   uşaq  
və  gənclər  tərəfindən  olmuşdur.  nternet  vasitəsi  ilə  elektron    kitab-
xanalara edilən  müraciətlər kitabxanalara olunan ümumi  müraciətlərin  
cəmi  2%-ni  təşkil  etmişdir.                                     
Kitabxanalardakı  1695    kompüterdən    94,2%-i    şəhər,5,8%-i    isə  
kənd  yerlərinin  payına  düşür. Müayinənin  nəticələrinə  görə  mövcud  
kompüterlərdən 56,5%-i istifadəçilər üçün,43,5%-i isə kitabxana  əmək-
daşları  üçündür. Eyni  zamanda  bu  kompüterlərin  705  ədədi  və  ya 
41,6%-i  internetə  qoşulmuş,  86  itabxanada  elektron  poçt,  30  kitab-
xanada  elektron  kataloq  mövcuddur.  Bu    kitabxanalar  isə  şəhər    yerlə-
rində  yerləşir.   
Respublikamızda yerləşən  bütün  kitabxanalarda   işləyən  işçilərin  
cəmi 3346  nəfəri   və  ya 38,3%-i  kitabxana  üzrə  ali  və orta  ixtisas   
təhsili, 2579 nəfəri yaxud 29,6%-i  digər sahələr  üzrə ali  və orta  ixtisas  
təhsili, 2802 nəfəri ə ya  32,1%-i  isə ümumi orta təhsili olan  şəxslərdir.                                         
Azərbaycan  Respublikasının  Dövlət  Statistika  Komitəsinin     
2009-cu  ilə  olan  statistik  məlumatına  görə,  respublikamızda  8507  
kitabxana var. Bu kitabxanaların 2322-si, yəni 27,3%-i şəhər yerlərində, 
6185,  başqa  sözlə,  72,7%-i  kənd  yerlərində  yerləşir.  Mədəniyyət  və 
Turizm Nazirliyinin tabeliyində 3812, yəni 44,8% kitabxana  yerləşir. 
Azərbaycan  Respublikasında 10  iqtisadi rayon var. Onlardan   biri  
də  Quba- Xaçmaz  iqtisadi  rayonudur. 
Respublikanın  şimal-şərq  hissəsində  yerləşən  Quba-Xaçmaz      iq-
tisadi    rayonunun    əlverişli    təbii    şəraiti,    bu    bölgənin    bütün    tarixi  
dövrlərdə, iqtisadi  inkişafına  müsbət  təsir  göstərmişdir. Ərazisi  7 min  
kv.km   olan  iqtisadi  rayon, respublika  ərazisinin  8%-ni  əhatə  edir.  
Bölgənin   dəniz  sahillərindən  yüksək  dağlıq  sahələrə  qədər  uzanan  
ərazisi,   iqtisadi  rayonun  çoxsahəli   təsərrüfatının   inkişafına  zəmin  
yaratmışdır.  qtisadi  rayonun  ümumi  ərazisinin  37%-i Quba, 22,1 %-i 
Qusar,15,6% -i  Xaçmaz, 11,3%-i Siyəzən,14%-i  isə Şabran   inzibati  
rayonlarının   payına  düşür (13). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə