Microsoft Word XI jurnal 10 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/46
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37324
1   ...   35   36   37   38   39   40   41   42   ...   46

 
118 
10.
  Fantastika 
    “Fantastika”  bölməsinə  nəşr  ilindən  asılı  olmayaraq  maraqlı 
kitablar  daxil edilmişdir. Göstərici hərtərəfli biliyə malik olmaq istəyən 
məktəbli oxucular üçün əlverişli biblioqrafik informasiya mənbəyidir (9). 
1991-ci  ildə  dahi  şairimiz    N.Gəncəvinin    anadan  olmasının  850 
illik yubileyi respublikamızın bütün mədəniyyət ocaqlarında, o cümlədən 
kitabxanalarda  da  təntənəli  şəkildə  qeyd  olunmuşdur.  Bu  mənada 
F.Köçərli  adına  Respublika  Dövlət  Uşaq  Kitabxanası  1991-ci  ildə  
N.Gəncəvinin  850  illik  yubileyi  münasibətilə  “Hikmət  xəzinəsi”  adlı 
tövsiyə  biblioqrafik  göstəricisi  tərtib  etmişdir.  Göstəricidə  materiallar 
Azərbaycan və rus dilində qruplaşdırılmışdır (tərtibçi: S.Əhmədova, red: 
F.Qasımova). Biblioqrafik göstərici  4 hissədən ibarətdir: 
1.
  Həyat və yaradıcılığının əsas tarixləri 
2.
  Əsərləri 
3.
  Özü və yaradıcılığı haqqında 
3-cü hissə iki yarımbölməyə ayrılır: 
a)   Kitablar 
b)   Dövri mətbuat 
4.   Köməkçi  aparat 
Biblioqrafik  göstəricinin  sonunda  axtarışı  asanlaşdırmaq  məqsədilə 
N.Gəncəvi haqqında yazan müəlliflərin əlifba göstəricisi tərtib edilmişdir 
(6). 
F.Köçərli  adına  Respublika  Dövlət  Uşaq  Kitabxanasının  məlumat-
biblioqrafiya şöbəsinin əməkdaşları tərəfindən tərtib edilən tövsiyə  gös-
təricilərindən biri də “Bizə kitab gəlib” adlanır (5). Müəllifləri S.Əhmə-
dova və F.Qasımovadır. Göstəricidə kitabxanaya 1991-ci ildə daxil olan 
kitabların annotasiyalı  təsviri verilmişdir. Vəsaitdə  materiallar Azərbay-
can  dilində  sistemləşdirilmiş,  aşağıdakı  bölmələr  daxilində  qruplaşdırıl-
mışdır:  
1.
  Azərbaycan ədəbiyyatı 
2.
  Türk və slavyan xalqları ədəbiyyatı 
3.
  Dünya ədəbiyyatı 
4.
  Vətənimizin tarixindən 
5.
  Xalq maarifi 
6.
  Ədəbiyyatşünaslıq və tənqid 
7.
  Dilimiz, varlığımız 
8.
  Gözəllik aləminə səyahət 
9.
  Sizi paklığa çağırırıq 


 
119 
10.
  Sağlam olmaq istəyirsinizmi? 
11.
  Bunları bilmək maraqlıdır. 
Hər bir bölmə daxilində materiallar  yarımbölmələrə ayrılır. “Azər-
baycan ədəbiyyatı” bölməsinə daxil olan bölmələr aşağıdakılardır: 
1.
  Folklor 
2.
  Poeziya 
3.
  Nəsr 
4.
  Publisistika 
Bu biblioqrafik göstərici  xüsusilə məktəbli oxucular üçün ayrı-ayrı 
xalqların ədəbiyyatını, ədəbi-bədii əsərlərin, təbiət sirlərinin öyrənilməsi 
baxımından çox əhəmiyyətli mənbə olmuşdur. 
Respublikamız  yenidən  müstəqillik  qazandıqdan  sonra  hər  sahədə 
olduğu  kimi  uşaq  ədəbiyyatının  biblioqrafik  nəşrlərinin  yaranıb  inkişaf 
etməsində  yeni  bir  dövr  başlanmışdır.  Bu  hər  şeydən  əvvəl  Res-
publikamızın  baş  uşaq  kitabxanası,  uşaq  ədəbiyyatının  dövlət  kitab-
saxlayıcısı  və  uşaq  kitabxanalarının  elmi-metodik  mərkəzi  olan  Firudin 
Bəy  Köçərli  adına  Respublika  Dövlət  Uşaq  Kitabxanasının  biblioqrafik 
fəaliyyəti ilə bağlı olmuşdur. 
   F.B.Köçərli adına Respublika Dövlət Uşaq Kitabxanasının  1990-
cı  illərdən  sonrakı  biblioqrafik  fəaliyyəti    və  uşaq  ədəbiyyatını  özündə 
əks etdirən biblioqrafik vəsaitlərin geniş təhlili barədə növbəti məqalədə 
bəhs ediləcəkdir. 
 
Ə
DƏB YYAT 
 
1.
  Abdulla Şaiq /Biblioqrafiya.-B.,1956.-9s. 
2.
  Abbasov  A.  Uşaqların  hərbi  vətənpərvərlik  ruhunda  tərbiyə 
edilməsi.-B.,1972.-34s. 
3.
  Azərbaycan  kitabı:  (Biblioqrafiya)  üç  cilddə.C.2,  I  kitab.-
B.:Yazıçı,1982.-745s. 
4.
  Azərbaycan 
SSR 
Elmlə
Akademiyası 
nəşrlərinin 
biblioqrafiyası. III c./1960-1965/ VII kitab.-B.,1984.-134s. 
5.
  Əhmədova  S.  Bizə  kitab  gəlib  (tövsiyə  göstəricisi).-B.,1992.-
42s. 
6.
  Əhmədova S. Hikmət xəzinəsi.- B.,1991.-30s. 
7.
  Əsədullayev  A.  Azərbaycan  uşaq  ədəbiyyatı:  Annotasiyalı 
tövsiyə ədəbiyyat göstəricisi.-B.,1970.-76s. 


 
120 
8.
  Rzayev S. Uşaqları beynəlxalq müdafiə günü. (metodik-
biblioqrafik vəsait).B.,1962.-22s. 
9.
  Hacıyeva R. Möcüzələr aləmində (tövsiyə ədəbiyyat 
göstəricisi) .-B.,1990.-44s. 
10.
  Süleyman Sani Axundov: Biblioqrafik göstərici.-B.,1975.-19s. 
 
С
ИСМАИЛОВА 
ВОЗНИКНОВЕНИЕ
 И РАЗВИТИЕ 
БИБЛИОГРАФИЧЕСКОЙ
 ПЕЧАТИ ДЕТСКОЙ И 
ЮНОШЕСКОЙ
 ЛИТЕРАТУРЫ В АЗЕРБАЙДЖАНЕ 
 
РЕЗЮМЕ
 
      
 В  статье  рассматриваются  вопросы  становления  и  развития   
библиографии детской литературы в Азербайджане. Перечисляются 
и  анализируются  существующие  библиографические  указатели.  В 
том числе, говорится о значении тех библиографических пособий в 
библиографической информационной обеспечении детей и юношей.    
 
S.  SMA LOVA 
RISE AND DEVELOPMENT OF BIBLIOGRAPHIC PRINT 
CHILDREN AND YOUTH LITERATURE IN AZERBAIJAN 
SUMMARY 
                                                    
SUMMARY 
        
There  was  analyzed  the  establishment  and  development  of  a 
bibliography of children's and  youths literature in Azerbaijan. Identifies 
and analyzes existing bibliographies. Also, according to the meaning of 
the  bibliographical  aids  in  bibliographic  information  providing  of  the 
children and youths.   
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə