Microsoft Word XI jurnal 10 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/46
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37324
1   ...   36   37   38   39   40   41   42   43   ...   46

 
121 
Ə
liyusif MƏMMƏDOV  
Biblioqrafiyaşünaslıq kafedrasının baş müəllimi 
 
AZƏRBAYCANDA YER HAQQINDA ELMLƏ
KOMPLEKS N N B BL OQRAF K TƏM NATININ BƏZ  
MƏSƏLƏLƏR  
   
Azərbaycanda  son  yüz  il  ərzində  toplanmış  elmi  biliklər,  tex-
nologiyalar,  insan  kapitalı  ölkəmizin  Üçüncü  minillikdəki  inkişafı  üçün 
mühüm  hərəkətverici  amil  ola  bilər.  Lakin  bildiyimiz  kimi,  istənilən 
ciddi  elmi  nəticələr  o  zaman  əldə  edilə,  səmərəli  elmi  tədqiqatlar  o  za-
man yerinə yetirilə bilər ki, bu sahələrin ilkin sənəd informasiya və bib-
lioqrafik informasiya tələbatı lazımi səviyyədə öyrənilsin və bu tələbat-
ların təmin edilməsi planauyğun şəkildə həyata keçirilsin. Təbiət elmlə-
rinin  mühüm  sahəsi  olan  Yer  haqqında  elmlər  də  bu  baxımdan  istisna 
təşkil etmir.  
Yer  haqqında  elmlər  kompleksi  müasir  elmlər  sisteminin  elə  bir 
qisminə aiddir ki, burada tam, dolğun və dəqiq ilkin sənədli informasiya 
təminatı  xüsusi  əhəmiyyətə  malikdir  və  həmin  təminatdakı  istənilən 
çatışmazlıq  tədqiqatlara  çox  güclü  mənfi  təsir  göstərə  bilər.  Buna  görə 
də,  bu  elmlərin  ilkin  sənəd  və  biblioqrafik  təminat  məsələsi  həmişə 
diqqət mərkəzində olmalı, onun təkmilləşdirilməsi heç vaxt elmi-tədqiqat 
fəaliyyətini  idarə  edən  qurumların  gündəliyindən    çıxarılmamalıdır.  Bu 
problemi araşdırmazdan əvvəl ölkəmizdə bu elmlər kompleksinin inkişaf 
və formalaşmasına qısaca nəzər salmaq zəruridir. 
Azərbaycanda  müasir  mənada  elmi-tədqiqat  fəaliyyətinin  meydana 
gəlməsi  XIX əsrin sonunda başlamış və bu proses XX əsrin əvvəllərində 
davam etmişdir.  Bu dövr ərzində Azərbaycanda yaradılmış elmi tədqiqat 
müəssisələrinin, elmi cəmiyyətlərin  fəaliyyəti az bir zamanda ölkəmizin 
elmi  potensialının  formalaşmasına  səbəb  oldu.  Azərbaycan  dünya 
elminin  ən  son  nailiyyətlərini  öyrənərək  gənc  nəslə  çatdıran  ali  təhsil 
müəssisələri  də  ölkəmizin  elmi  potensialının  sürətlə  artmasına  rəvac 
verdi.  Başda  Bakı  Dövlət  Universiteti  olmaqla  ali  məktəblərimiz  çox 
sayda  elmi  kadrlar,  müxtəlif  sahələr  üçün  mütəxəssislər  hazırlamaqla 
ölkəmizdə elmin inkişafına güclü təkan verdi. 
Azərbaycan elminin dünya orbitinə çıxmasında təbiətşünaslıq elm-
ləri  kompleksinin  (fizika,  astronomiya,  kimya,  biologiya,  geologiya  və 
coğrafiya) böyük rolu olmuşdur. Həmin elmlərdən Yer haqqında elmlər 


 
122 
kompleksi xüsusi mövqeyə malikdir. Təbiət elmləri içərisində ən qədim 
tarixə malik olan bu kompleks Yer qabığını və onun daha dərin qatlarını, 
Yer  qabığının  tərkibini,  quruluşunu,  hərəkətini,  onun  inkişaf  tarixini, 
faydalı  qazıntıların  yerləşməsi  qanunauyğunluqlarını 
öyrənir.
Yer 
haqqında elmlər kompleksinin iki əsas istiqaməti  coğrafiya və geologiya 
elmləridir.  
Yer haqqında elmlər kompleksinə aid edilə bilən tədqiqatlar Azər-
baycanda  da  çox  erkən  zamandan-orta  əsrlərdən  inkişaf  etməyə  baş-
lamışdır. Həmin dövrdə elmlərin diferensasiyası indiki qədər dərin olma-
dığından  bu  elmlər  sahəsindəki  tədqiqatlar  ümumən  təbiyyətşünaslığın 
tərkibində inkişaf edirdi və bilavasitə o zamankı cəmiyyətin praktiki tələ-
batları  ilə  bağlı  idi.  Məsələn,  Yerin  təki,  onun  dərinliyində  olan  faydalı 
qazıntıların  öyrənilməsi(indiki  mənada  geologiya)  insanlara  metalların 
istehsalı,  yüngül  sənaye  üçün  xammal  əldə  edilməsinə  imkan  yaradan 
məlumatlar  verirdi.Yerin  səthi,  onun  relyefinin  xüsusiyyətləri,  çayları, 
gölləri,  dənizləri,  torpaq  örtüyü  insanlara  ilk  növbədə  kənd  təsərrüfatı 
istehsalını təşkil etmək, iqlimlər haqqında bilikləri ümumiləşdirmək, ya-
xın və uzaq ölkələr haqqında məlumat əldə etmək (indiki mənada coğra-
fiya)  imkanı  yaradırdı.    Azərbaycanda  Yer  haqqında  elmlərə  dair  mə-
lumatların xüsusilə intensiv toplanıb təhlil edilməsininm  səbəbi ölkəmi-
zin ərazisinin mürəkkəb geoloji relyefi, zəngin faydalı qazıntıları və sə-
nayenin, sənətkarlığın inkişafı nəticəsində yeraltı sərvətləri öyrənmək zə-
rurəti olmuşdur. Orta əsr Azərbaycan alimləri Ömər Aləmin, Həmdullah 
Qəzvinin  tədqiqatları  öz  dövrlərinə  görə  çox  qabaqcıl  elmi  səviyyəyə 
malik idilər. 
Azərbaycanda müasir elmi mənada Yer haqqında elmlər kompleksi 
üzrə    tədqiqatların  başlanması  XIX  əsrin  sonuna  təsadüf  edir.  O  zaman 
Rusiya  mperiyasında  sənaye  inqilabı,  kapitalizmin  inkişafı,  neftə  və 
digər  yeraltı  sərvətlərə  kəskin  ehtiyac  yaratdı.  Nəticədə  Azərbaycanın 
iqliminin, relyefinin və ən başlıcası yeraltı sərvətlərinin, ilk növbədə neft 
yataqlarının intensiv öyrənilməsinə başlandı. Lakin ölkəmizdə Yer  haq-
qında  elmlər  sahəsində  tədqiqatların  prinsipcə  yeni  mərhələsi  XX  əsrin 
20-30-cu illərinə təsadüf edir. Bu ən əvvəl, Azərbaycanın qisa müddətdə 
olsa  da,  tam  dövlət  müstəqilliyi  qazanması  və  20-ci  ildən  etibarən  isə 
yarımmüstəqil  olsa  da,  Sovet  respublikası  şəraitində  mövcud  olaraq 
ictimai həyatın müxtəlif istiqamətlərində intensiv inkişafı ilə əlaqədar idi.  
XX  əsrin  20-30-cu  illərindən  başlayaraq  sənayenin,  elmin,  təhsilin 
ümumi  inkişafı  fonunda  Yer  haqqında  elmlər  də  çox  sürətlə  inkişaf 


 
123 
edirdi. Bu dövrün Azərbaycanda Yer haqqında elmlər kompleksinin inki-
şafı sahəsində ən əhəmiyyətli hadisəsi 1923-cü ildə Azərbaycanda müasir 
anlamda ilk elmi-tədqiqat müssisəsi-Azərbaycanı Tədqiq və Tətəbbö Cə-
miyyətinin  yaradılması  oldu.Görkəmli  yazıçı  və  maarifçi  Ə.Ə.  Haq-
verdiyevin sədrlik etdiyi bu cəmiyyətdə üç bölmə var idi ki, onlardan biri 
Təbiyyat  bölməsi  idi.  Yer  haqqında  elmlər  üzrə  tədqiqatlar  Cəmiyyətin 
məhz  bu  bölməsi  tərəfindən  həyata  keçirilirdi.  !929-cu  ildə  həmin 
cəmiyyətin bazasında  Azərbaycan  Dövlət Elmi-tədqiqat  nstitutu (Azər-
baycan  DET )
 
yaradıldı.
 
1932-ci  ildə  Azərbaycan  DET -nin  əsasında 
SSR  Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təş-
kil  edildi.  Şöbəyə  R.Axundov  rəhbərlik  edirdi.  Şöbədə  11  bölmə  və  bir 
neçə  komissiya  fəaliyyət  göstərirdi.  Bu  bölmələrdən  biri  geologiya 
bölməsi  idi.
 
Lakin  Azərbaycanda  Yer  haqqında  elmlər  üzrə  ilk  elmi-
tədqiqat  institutunun-Azərbaycan  MEA  Geologiya  nstitutunun  yaradıl-
ması  tarixindən  bəhs  edərkən  1930-cu  il  əsas  götürülür.  Azərbaycanda 
SSR  EA Azərbaycan Filialının Geologiya  nstitutunun təsis edilməsi ilə 
Azərbaycanda  geologiya  sahəsində  elmi  tədqiqatlarla  məşqul  olan  ilk 
ayrıca müəssisə işə başladı. Az bir müddət ərzində respublikamızda Yer 
haqqında  elmlər  sahəsində  planauyğun  şəkildə  geniş  istiqamətdə  tədqi-
qatlar aparılmağa başladı.  
Ötən illər ərzində Azərbaycan MEA
  
Geologiya  nstitutunda neft və 
qaz  geologiyası,  filizlərin  geologiyası,  Yer  qabığı  və  üst  mantiyanın 
quruluşunun modelləşdirilməsi, faydalı qazıntıların yeni proqnoz metod-
larının işlənməsi, fanerzoy dövrünün stratiqrafiyası və faunası, çökmə və 
vulkanikçökmə  formasiyaları  və  onların  formalaşması  qanunauyğunluq-
ları kimi istiqamətlərdə nailiyyətlər qazanılmışdır. Hal-hazırda  nstitutda 
petrologiya və metallogeniya, filiz yataqlarının geokimyası və mineralo-
giyası, regional geologiya və tektonika, neft və qaz geologiyası şöbələri, 
palçıq  vulkanizmi,  paleontologiya  və  stratiqrafiya,  elmi  nailiyyətlərin 
təsərrüfata  tətbiqi  bölmələri  var.  nstitutun  nəzdində  həm  də  H.Zərdabi 
adına Təbiyyat Tarixi muzeyi və Geoloji muzey də fəaliyyət göstərir. 
Biz  bilirik  ki,  Azərbaycanda  geologiya  sahəsində  elmi  potensial 
təkcə  Milli  Elmlər  Akademiyasının  Geologiya  nstitutu  ilə  məh-
dudlaşmır.  Bu  institutdan  başqa  Akademiya  sistemində  uzun  zaman 
Dərin  Neft  və  Qaz  Yataqlarının  Nəzəri  Problemləri  nstitutu  fəaliyyət 
göstərmişdir ki, 2002-ci ildə həmin institut ləğv edilmiş və onun şöbələri 
MEA  Geologiya  nstitutunun  tərkibinə  qatılmışıdır.  Akademiyadan 
kənardakı  elmi  müəssisə  və  kollektivlərə  gəldikdə  isə  Respublika 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə