Microsoft Word XI jurnal 10 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/46
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37324
1   ...   38   39   40   41   42   43   44   45   46

 
130 
Quba-Xaçmaz  iqtisadi  rayonunun  relyef  müxtəlifliyi  ərazidə  
məhsuldar  qüvvələrin  inkişafına  və  əhalinin  qeyri-bərabər  məskun-
laşmasına səbəb olmuşdur.  
Rayonun  istehsal  sahələrinin  inkişafında  təbii  resursların    zən-
ginliyi  xüsusi  əhəmiyyət  kəsb edir (13.s.191-192). 
Quba-Xaçmaz    iqtisadi    rayonunda,  2009-cu    il  əhalinin  siyahıya  
alınmasına  görə  487000 nəfərin məskunlaşdığı qeydə alınmışdır. 
Ayrı-ayrı inzibati  rayonların  əhalisinin  sayı və  milli  tərkibi  də  
müxtəlifdir.Quba rayonunda  151900, Qusar  rayonunda 87500, Xaçmaz  
rayonunda 158800, Şabran rayonunda 51200,Siyəzən rayonunda  37600 
nəfər  əhali  yaşayır ( bax: cədvəl.4). 
qtisadi rayonda  yaşayan ümumi  əhalinin 72%-i  azərbaycanlılar, 
22,7 %-i ləzgilər, 2,1%-i tatlar, 1,6 %-i türklər və s. təşkil edir. Əhalinin 
siyahıya alınma  məlumatlarına  görə, burada yaşayan əhalinin 29,8 %-i  
Xaçmaz,  28,6  %-i  Quba,  17,9  %-i  Şabran,  16,6  %-i  Qusar,  6,9  %-i 
Siyəzən inzibati rayonunun payına  düşür (13). 
Quba-Xaçmaz    iqtisadi    rayonu  üzrə  cəmi    təhsil    alanların  sayı 
388672  əfərdir.  Onların  yalnız  4,1%-i  ali  təhsillilər,  0,2%-i  isə    nata-
mam ali təhsillilərdir.                                                                                                                                           
qtisadi  rayonun  əsas  bölgələrindən  biri  olan  Quba  rayonunun  
ərazisi  2,58 min kv.m-dir.  
Rayonda Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1932-ci ildə   yara-
dılmış  kitabxana əsasında formalaşdırılmışdır. Kitabxananın 107 filialı 
var  ki,  bunlar  Mədəniyyət  və  Turizm  Nazirliyinin  tabeliyində  yerləşir 
(bax: cədvəl.4; cədvəl.1). 
Bundan    başqa,  rayonda  1  elmi,  1    ali  təhsil    müəssisəsi  ,  1  orta 
ixtisas  təhsili  müəssisəsi, 2 ilk  peşə-ixtisas təhsil müəssisəsi, 106 ümu-
mtəhsil  müəssisəsi,  2  musiqi  məktəbi,  1  səhiyyə  müəssisəsi  kitab-
xanaları  fəaliyyət  göstərir.  Rayon  ərazisində  yerləşən  kütləvi    kitab-
xanalar 48,3 %  təşkil edir.      
Quba  rayonunda təhsil alan 1197724 nəfər, iqtisadi   rayon   üzrə 
cəmi  təhsil  alanların  30,8%-ni təşkil  edir  ki, bunlardan  4,32%-i və  
ya  5172  nəfəri ali təhsilli kadrlardır. Rayonda 416  nəfər natamam  ali  
təhsili,7754  nəfər  orta  ixtisas  təhsilli,  46554  nəfər  və  ya  38,88%   
ümumi  orta  təhsilli,21447  nəfər  və  ya  17,91%  natamam  orta  təhsilli, 
3298 nəfər  peşə  təhsilli  şəxs var.  
Ümumiyyətlə, rayonda  cəmi  221 kitabxana  var  ki,  onlardan  34-
ü və  ya 15,4%-i şəhərdə, 187-si və  ya 84,6%-i kəndlərdə    yerləşir. Bu   


 
131 
kitabxanalarda  14  ədəd  kompüter  var.  Onlardan  12  ədədi  şəhər    kitab-
xanalarında, 2 ədədi isə kənd kitabxanalarında yerləşir. Kompüterlərin 8 
ədədindən  informasiya  tələbatçıları,  6  ədədindən  isə    kitabxana  işçiləri 
istifadə  edir. 
Kitabxana-biblioqrafiya   ehtiyatının   əsas   komponenti   fond   və 
informasiyan tələbatçıları, oxuculardır (11). 
Quba  rayonunda  kitabxana  fondu  1498735  nüsxə  təşkil  edir. 
Fondun  1456171  nüsxəsi  kitablar,  43  nüsxəsi  elektron  informasiya 
daşıyıcıları, 28129 nüsxəsi  jurnallar,7538 nüsxəsi qəzetlər,6854 nüsxəsi  
isə  digər  materiallardan  ibarətdir. 
Azərbaycan  Respublikası    Mədəniyyət  və    Turizm    Nazirliyinin  
2007-ci    ildə    nəşr    etdirdiyi    «Azərbaycan    kitabxanaları    21-ci    əsrin  
informasiya  məkanında»  adlı  2 cildlik  kitabda, 2004-2005-ci  illərdə  
Quba    rayonunda    kütləvi    kitabxanalarda    işləyən    mütəxəssislərin  
ümumi  sayının  144 nəfər olduğu   göstərilir (1).    
Azərbaycan  Respublikası Dövlət  Statistika  Komitəsinin  2009-cu  
ildə apardığı statistik müayinə zamanı, ümumiyyətlə, Quba  rayonunda  
kitabxanalarda işləyən mütəxəssislərin 169 nəfər olduğu hesablanmışdır. 
Bu işçilərin 6 nəfərinin yəni 3,6 %-nin ali ixtisas  təhsilli  mütəxəssis,5 
nəfərinin yəni 3% -nin  ali  qeyri - ixtisas təhsilli, 29 nəfərinin, yəni 17,2 
%-nin  orta  ixtisas  təhsilli,  36  nəfərinin  orta  qeyri-ixtisas  təhsilli,  93 
nəfərinin,  yəni  54,9%-nin  ümumi  orta  təhsilli  olduğu  bildirilir 
(bax:cədvəl.2).  
Quba-Xaçmaz  iqtisadi  zonasında  yerləşən  Qusar  rayonu  da   
mühüm  bölgələrdən biridir. Rayonun ərazisi 1,54 min kv.m-dir. 
Qusar  rayon  Mərkəzləşdirilmiş  Kitabxana  Sistemi, 1930-cu  ildə  
yaradılmış  kitabxananın  bazası  əsasında  qurulmuşdur. Kitabxananın  
75  filialı  var .  Bu  filialların  512400 nüsxə  kitab  fondu, 16200  nəfər 
oxucusu  var (bax: cədvəl.1). 
Qusar  rayonunda  ümumilikdə 146 kitabxana var. Onlardan 68-i,  
yəni  46,5%-i  ümumtəhsil  məktəblərində,1-i  musiqi  məktəbində,  1-i  
səhiyyə müəssisəsində yerləşir (bax: cədvəl.4). 
Rayonda yerləşən bütün kitabxanaların cəmi 1008583 nüsxə  kitab 
fondu  var.  Bu  fondun  1002611  nüsxəsi  kitablar,  10  nüsxəsi  elektron 
informasiya  daşıyıcıları,  194  nüsxəsi  jurnallar,  394  nüsxəsi  qəzetlər, 
5374  nüsxəsi  isə  başqa  nəşrlərdir.    
Qusar rayonundakı kitabxanalarda statistik məlumatlara  görə,  107 
nəfər    mütəxəssis  çalışır.  Onlardan  7  nəfəri,  yəni  6,5%-i    ali  ixtisas  


 
132 
təhsilli, 8 nəfəri, yəni 7,5%-i  ali  qeyri- ixtisas  təhsilli, 32 nəfəri,  yəni  
29,9%-i  orta  ixtisas təhsilli, 22 nəfəri, yəni 20,6%-i orta  qeyri-ixtisas  
təhsilli,  38  nəfəri,  yəni  35,5%-i  isə  ümumi  orta  təhsilli  işçilərdir 
(bax:cədvəl.2). 
Qusar rayonunda cəmi təhsil  alanlar 70884  nəfərdir ki, onların  da  
3407  nəfəri,  yəni  4,81%-i    ali,  139  nəfəri  natamam  ali,  5851  nəfəri  və  
ya 8,25%-i orta  ixtisas, 26573 nəfəri və ya 37,49%-i ümumi orta, 11742 
nəfəri və ya 16,57%-i  natamam orta, 1803 nəfəri və  ya 2,54%-i  peşə  
təhsillidir.  
Ümumiyyətlə,  əhalinin  təhsil  səviyyəsi  ilə, peşə, ixtisas  seçimi  
ilə bağlı kitabxanalara müraciət edənlərin  bilavasitə  əlaqədar  olmasını, 
informasiya tələbatçılarının sırf bu baxımdan kəmiyyət və  keyfiyyətinin   
yaxşılaşmasını   nəzərə  almaq  lazımdır.                                                               
Qusar  rayonunda  14  və  ya  9,6%  kitabxana  şəhərdə, 132  və  ya  
90,4% kitabxana  kəndlərdə  yerləşir.Kitabxanalarda  4  ədəd  kompüter  
var.  Onlardan  2  dədi  kitabxana  işçiləri  üçün,  2  ədədi  informasiya  
tələbatçıları  üçün  nəzərdə tutulmuşdur. 
Qeyd  etmək  lazımdır  ki,  Quba-Xaçmaz  iqtisadi  rayonunda 
kitabxana  informasiya  xidmətindən,  kitabxanaların  fondunun  zəngin-
ləşməsindən bəhs edərkən  burada  yaşayan  əhalinin  çoxmillətli  olma-
sını  nəzərdən  qaçırmaq  olmaz. Elə   ona  görə də  müxtəlif  millətlərin  
nümayəndələri  olan    informasiya  tələbatçılarının  dünyagörüşü,  təhsil  
səviyyələri və  təbii ki,informasiya  maraqları  da müxtəlif  olacaq.  
Quba-Xaçmaz  iqtisadi  rayonuna  daxil olan  Xaçmaz  rayonunun 
ərazisi  1,05 min  kv.m-dir. 
Xaçmaz  rayon  Mərkəzləşdirilmiş  Kitabxana Sistemi 1976-cı  ildə 
yaradılmışdır.  Mədəniyyət  və  Turizm  Nazirliyinin    tabeliyində    101  
kitabxana filialı var ki, bu da 51,5% edir.  lk peşə-ixtisas təhsil  müəs-
sisəsində  2,  ümumtəhsil  məktəblərində  88,  yəni  45%,  musiqi  məktəb-
lərində  3,  səhiyyə  müəssisələrində  2  kitabxana  fəaliyyət    göstərir 
(bax:cədvəl.4). 
Xaçmaz  rayonunda  cəmi 196  kitabxana  var ki, onların  da  29-u,  
yəni  14,8%-i  şəhər  yerlərində,167-si,  yəni  85,2%-i  kənd  yerlərində  
yerləşir.  Bu  kitabxanalarda  1331227  nüsxə  kitab  fondu  var.  Fondun  
1331089  nüsxəsi  kitablar,  32  nüsxəsi  jurnallar,  31  nüsxəsi  qəzetlər,  75  
nüsxəsi digər  materiallardır (bax:cədvəl.3). 
Xaçmaz rayonunda yerləşən kitabxanalarda, Azərbaycan  Respub-
likası  Dövlət  Statistika  Komitəsinin  məlumatlarına  görə  160  nəfər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə