Microsoft Word XI jurnal 10 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/46
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37324
1   ...   38   39   40   41   42   43   44   45   46

 
136 
Təhlil  etdiyimiz bu regionda oxucuların  sayına  görə, adambaşına  
neçə nüsxə kitab düşdüyünü  hesablasaq, belə bir nəticə ilə  qarşılaşarıq: 
Təkcə  Mədəniyyət  və  Turizm  Nazirliyi  tabeliyində  olan    kitab-
xanalarda  olan  kitab    fondu    2273009  nüsxə,  oxucuların    sayı  115795  
nəfər,  filialların    sayı  356    olduğunu    nəzərə  alsaq,  ali  və  orta    ixtisas  
təhsilli  işçilərin sayı 137 nəfər, qeyri - ali  və  qeyri-orta  ixtisas  təhsilli  
işçilərin    sayının    isə    50  nəfər    olduğunu  görə  bilərik    ki,    burada   
oxucuların    hər    birinə  düşən    kitabların    sayının  təqribən  19    nüsxə  
olduğunu    hesablamış    oluruq.  Bu  da  təqribən    5,9%    edir.    Eyni  
zamanda   hər  845  nəfər  oxucuya  1 nəfər ixtisaslı   kitabxanaçı- bib-
lioqraf  xidmət  edir. 
Kitabxanaların  ixtisaslı    kitabxanaçı-biblioqraf    kadrlarla    yaxşı  
təmin    edilməsi,  kitabxana-informasiya      tələbatçılarının      sorğularının 
da daha  yaxşı ödənilməsinə, keyfiyyətinin  yaxşılaşdırılmasına  müsbət  
təsir  edir. 
Quba-Xaçmaz  iqtisadi  rayonunda  əhalinin  milli  tərkibinin  
müxtəlifliyi kitabxanalarda olan fondun  da  müxtəlif  dillərdə  olmasına  
yəni azərbaycan, ləzgi, rus  və s.  dillərdə  olmasına  şərait  yaradır. 
Görkəmli   kitabxanaşünas  alim, professor   A.A.Xələfov  yazır:” 
Müasir  informasiyalaşdırılmış   cəmiyyətin  ən  mühüm  atributlarından  
biri    olan    kitabxanalar    informasiya    ehtiyatlarını    qoruyub    saxlayan, 
onu  cəmiyyətin  istifadəsisinə  verən, cəmiyyət  üzvlərinin  hər  birinin  
sorğu  və  tələbatını  ödəyən, internet  vasitəsi  ilə  bəşəriyyətin  yarat-
mış  olduğu  mənəvi  sərvəti   oxuculara  yaxınlaşdıran  bir  müəssisədir. 
Dünyanın    qabaqcıl    ölkələrinin    təcrübəsinə    əsasən    demək    olar    ki, 
kitabxanalar  dünyada  iqtisadi  tərəqqinin, elm, təhsil   və  mədəniyyə-
tin  inkişaf  bazasıdır. Məhz  buna  görədir  ki, müasir  informasiyalaşdı-
rılmış   cəmiyyətdə  onların  qarşısında  daha  böyük, qlobal  vəzifələr  
durur” (8.s.285).         
Müasir  cəmiyyətin  tələbləri  səviyyəsində  hərtərəfli  inkişaf  etmiş  
insanların gündən-günə artan, genişlənən elmi maraqlarını təmin etmək 
və  bu  maraqlara  cavab  verən  kitabxana  şəbəkələrinin  yaradılması  və 
inkişaf etdirilməsi üçün, «Azərbaycan Respublikasında kitabxana-infor-
masiya  sahəsinin  2008-2013-cü  illərdə  inkişafı  üzrə  Dövlət  Proqra-
mı»nda  da  göstərildiyi  kimi,  qarşıda  duran    mövcud    problemləri    həll 
etməklə,  sistemli  şəkildə  fasiləsiz  təhsilin  təmin  edilməsi,  kitabxana-
informasiya  resurslarının  dünya  məkanına  inteqrasiyasının  təmin    edil-
məsi   və s.  nəzərə  alınmalıdır. 


 
137 
Proqramda    əhalinin    bütün      təbəqələrinə    kitabxana-informasiya  
xidməti səviyyəsinin   yüksəldilməsi, müasir  idarəetmənin  tətbiqi, kadr  
islahatının  həyata  keçirilməsi,  kitabxana  işi  sahəsində  elmi - tədqiqat  
işlərinin    aparılması,  kitabların    nəşri,  kitabxanaların    beynəlxalq  
əlaqələrinin      genişlənməsi,    beynəlxalq    informasiya      mübadiləsinin   
həyata  keçirilməsi    və. s  kimi  vəzifələrin   də  həyata    keçirilməsi   
qarşıya  qoyulmuşdur.(4.)      
 Dövlət  proqramının  həyata  keçirilməsi  üçün  hazırlanmış  
Tədbirlər  Planında,  sırf  regionlarla  bağlı  bir  sıra  məsələlər  də   
göstərilmişdir.  Onlardan  2010  -2011-ci  illərdə  «Kitabxana  fondları- 
regionun  inkişafının   əsas  informasiya  resursu  kimi»   mövzusunda  
dəyirmi masaların keçirilməsi,  regionlardakı kitabxanalar arasında  «Ən 
yaxşı  ictimai  internet  mərkəzi»,  «Ən  maraqlı  veb-sayt»    mövzusunda  
respublika müsabiqəsinin keçirilməsi, regionlarda MKS-lərin bazasında  
kitabxanaların mövcud  ştat  vahidləri  çərçivəsində  və  ictimai əsaslarla 
informasiya  mərkəzlərinin  yaranması,    regionlarda    nəşr    edilən  yerli 
qəzetlərdə  diyarşünaslığa  dair    materialların  toplanması,    qorunması  
məqsədi ilə onların  biblioqrafik  uçotunun  aparılması, əlifbanın   kiril  
qrafikasından  latın  qrafikasına  çevrilməsi,  informasiya  daşıyıcılarına 
köçürülməsi,  «2007-2015-ci  illərdə  Azərbaycan  gənclərinin  xarici 
ölkələrdə    təhsili    üzrə  Dövlət  Proqramı»  çərçivəsində  xarici  ölkələrin 
ali məktəblərinin magistratura  şöbələrində  milli  kitabxanaçı kadrların 
hazırlığının təşkili  məqsədi ilə  müvafiq  tədbirlərin  keçirilməsi   və s.  
göstərmək  olar (4). 
Ümumilikdə,  Azərbaycan  Respublikasında  informasiya  tələbat-
çıları    tərəfindən  kitabxanalara  olunan  müraciətlərə  nəzər  saldıqda,  bu  
müraciətlərin kitabxanaların  növlərinə görə  dəyişməsi, şəhər və  kənd  
yerlərində  müxtəlif  olması  diqqəti  cəlb  edir.  Belə  ki,  şəhər  və  kənd  
yerləri  də  daxil  olmaqla,  cəmi  müraciətlərin  sayı  4774977  dəfə 
olmuşdur. Mədəniyyət  və Turizm Nazirliyinin tabeliyində  olan kütləvi   
kitabxanalara  olunan  müraciətlərin  sayı    2543312    dəfə    olmuşdur  ki, 
onların  493014-ü,  yəni  19,4%-i  18  yaşınadək  istifadəçilər  tərəfindən 
edilmişdir.  Bunların  arasında  virtual  istifadəçilər  tərəfindən  olunan  
müraciətlərin sayı 26490 dəfədir. Onda belə bir nəticə əldə etmiş oluruq 
ki,  cəmi  kütləvi  kitabxanalara  edilən  müraciətlərin  sayı  53,3%  
olmuşdur. 
Elmi  kitabxanalara,  ali  və  orta  ixtisas    təhsil    müəssisələrində, 
ümumtəhsil məktəblərində, digər idarə, müəssisələrdə yerləşən  kitabxa-


 
138 
nalara  olunan  müraciətlərə  diqqət  yetirdikdə, bu  müraciətlər  arasın-
da  gənclərin  də  önəmli  yer  tutduğunu  görə  bilərik.   
Bu  müraciətlərin  şəhər   yerlərində  yerləşən  kitabxanalara  görə  
bölgüsü  zamanı, cəmi  2864282  dəfə  qeydə  alınmasını  görürük.Bu  
müraciətlər 1295300 dəfə  kütləvi,  333167  dəfə  elmi, 441707 dəfə  ali  
təhsil müəssisələrinin kitabxanalarına edilmişdir. Eyni zamanda onların  
içərisində    virtual    istifadəçilər    tərəfindən    edilən  müraciətlərin  sayını  
da    nəzərə    alsaq,  ümumilikdə  bu  müraciətlərin    sayının  33,8%-nin  18  
yaşınadək  uşaq  və  gənclər  tərəfindən  edildiyi görünür. 
Təbii ki, müraciətlərdən  bəhs  edərkən,   kənd  yerlərində  yerləşən 
kitabxanalara  edilən  müraciətləri  də  nəzərdən  qaçırmaq  olmaz. Belə  
ki, bu müraciətlərin  sayı ümumilikdə 1910695 dəfə olmuşdur. Onlardan 
922970 dəfə və ya 48,3%-i 18 yaşınadək gənclər  tərəfindən edilmişdir. 
Bu  informasiya  tələbatçıları  arasında  virtual  istifadəçilər  yoxdur. 
Bununla    belə,    bu    istifadəçilər    tərəfindən  Mədəniyyət  və  Turizm  
Nazirliyi tabeliyində olan kütləvi kitabxanalara 1248012 dəfə  müraciət  
olunmuşdur.  Bu  müraciətlərin  275358  dəfəsi  və  ya  22,1%-i  18 
yaşınadək  uşaq və gənclər tərəfindən olunmuşdur. Ümumilikdə isə  bu 
müraciətlər 65,2%-dir, onların da, 29,8%-i 18 yaşınadək uşaq və gənclər 
tərəfindən  edilmişdir.  Kənd  yerlərində  yerləşən    kitabxanalara  olunan 
müraciətlərə  diqqət  yetirdikdə,  ümumtəhsil  məktəblərində  yerləşən  
kitabxanalara  olunan  müraciətlərin  də  önəmli  yerlərdən  birini   
tutduğunu  görürük. Belə  ki, bu  müraciətlərin  sayı  cəmi  639264  dəfə  
olmuşdur.                                                                                                      
nformasiya  tələbatçılarına  verilmiş  kitab  və  digər  informasiya  
mənbələrinin  sayı  cəmi  53377  min  nüsxə  olmuşdur  ki,  onların  11926 
min nüsxəsi 18 yaşınadək istifadəçilərə verilmişdir. Kütləvi kitabxanalar 
tərəfindən oxuculara 42624900  nüsxə kitab verilmişdir.  nternet vasitəsi 
ilə  elektron  kitabxanalardan  istifadə  edənlərin  informasiya  təlabatları  
41,8%  ödənilmişdir.  
Şəhər yerlərində  tələbatçılara  verilmiş  kitab və digər mənbələrin  
cəminin 272223 min nüsxə  olduğunu, onlardan 206136 min  nüsxənin  
kütləvi,19872  min  nüsxənin  elmi,10846  min  nüsxənin  ali  təhsil 
müəssisələrində  yerləşən  kitabxanalar   tərəfindən  verildiyini  görürük.       
Kənd yerlərində istifadəçilərə verilmiş  kitab  və digər  informasiya 
mənbələrinin  sayı  cəmi  261547  min  nüsxə    olmuşdur.Onların    67688 
min  nüsxəsi  18  yaşınadək  uşaq  və  gənclər  tərəfindən  istifadə  
olunmuşdur. Mədəniyyət  və Turizm Nazirliyinin   tabeliyində  yerləşən  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə