Microsoft Word XI jurnal 10 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/46
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37324
1   ...   38   39   40   41   42   43   44   45   46

 
124 
Ekoloğiya və Təbii Ehtiyatlar Nazirliyini, Azərbaycan Respublikası Döv-
lət Neft Şirkətinin geoloji bölmələrini və həmin şirkətin tabeliyində olan 
Azərbaycan  Elmi-Tədqiqat  və  Layihə  Neft  nstitutunu,  Azərbaycan  El-
mi-Tədqiqat  Geofizika  nstitutunu,  eləcə  də  BDU-nun  geologiya  fa-
kültəsinin  və  Azərbaycan  Neft  Akademiyasının  geologiya  üzrə  kafed-
ralarını göstərmək lazımdır. 
Yer haqqında elmlər kompleksinin ikinci tərkib hissəsi isə coğrafiya 
elmidir. Onun geologiyadan əsas fərqi ondan ibarətdir ki, əgər geologiya 
əsasən Yerin təkini, orada baş verən prosesləri öyrənirsə, cografiya yerin 
səthində baş verən təbii prosesləri tədqiq edir. Bu sahədə isə aparıcı elmi-
tədqiqat  müəssisəsi  Milli  Elmlər  Akademiyasının  Həsən  Əliyev  adına 
Coğrafiya  nstitutudur. 1937-ci ildə  yaradılmış bu institut  elm aləmində  
həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda  yaxşı tanınır. Bun-
dan  başqa,  ölkəmizdə  coğrafiya  sahəsində  tədqiqatlar  BDU-nun  və  res-
publikanın bir sıra universitetlərinin coğrafiya fakültələrində də aparılır. 
Azərbaycanda  geoloji  tədqiqat  müəssisələrinin  flaqmanı  olan 
Elmlər  Akademiyasının  Geologiya  nstitutunda  və  digər  elmi-tədqiqat 
müəssisə  və  bölmələrində,  elmi-pedaqoji  kollektivlərdə  çoxsaylı  mütə-
xəssislər  ordusu  çalışır.  Təbiidir  ki,  həmin  kollektivlər  və  ayrı-ayrı 
mütəxəssislər  öz  peşə  vəzifələrini  yerinə  yetirərkən  ən  müxtəlif  infor-
masiyaya tələbat meydana gəlir. Əgər həmin informasiya tələbatını sənəd 
vasitəsi ilə ödəmək olarsa və tələbatçı belə bir imkandan xəbərdardırsa, 
bu  zaman  həmin  tələbat  sənəd-informasiya  tələbatı  müstəvisindən 
biblioqrafik  informasiya  tələbatı  müstəvisinə  keçir.  Beləliklə,  biblioq-
rafik informasiya (biblioqrafik tələbatlar) sənəd tələbatlarından meydana 
çıxır,  məzmun  baxımından  onunla  eyniyyət  təşkil  edir,  onun  ödənil-
məsinə  xidmət  edir  və  sənəd  tələbatının  sadəcə  xüsusi,  biblioqrafik 
formada təzahüründən ibarətdir. 
nformasiya  tələbatı,  eləcə  də  biblioqrafik  informasiya  tələbatı  öz 
təbiətinə  görə  obyektiv  bir  hadisədir  və  ayrı-ayrı  fərdlərin  arzularından 
az asılıdır. Bu tələbatın təzahürü yeni biliklər əldə edilməsi zərurətindən 
doğur ki, bunsuz da  müasir elmin, o cümlədən, geologiyanın qarşısında 
duran vəzifələrin həll edilməsi qeyri-mümkündür. 
Mütəxəssis geoloqlar sənəd vasitəsi ilə əks olunan informasiyanı, o 
cümlədən  biblioqrafik  informasiyanı  həm  formal,  həm  də  qeyri-formal 
(şəxsi ünsiyyət) kanalları vasitəsi əldə edirlər. 
Müşahidələr  göstərir  ki,  tələbatçı  öz  informasiya  ehtiyacını  ilk 
növbədə qeyri-formal kanallarla ödəməyə çalışır. Bunun üçün o, iş yol-


 
125 
daşlarına müraciət edir. Əgər həmin yolla informasiya əldə etmək müm-
kün olmazsa, mütəxəssis formal kanallara-bilavasitə informasiya xidməti 
ilə  məşğul  olan  struktur  bölməsinə  (müəssisənin  elmi  kitabxanasına, 
elmi-texniki informasiya şöbəsinə, patent şöbəsinə) müraciət edir. Qeyd 
etmək lazımdır ki, Milli Elmlər Akademiyasının Geologiya  nstitutunda 
həmin  bölmələrin  hamısı  mövcuddur.  Mütəxəssisin  sorğusu  o  zaman 
meydana çıxır ki, mütəxəssis bu və  ya digər məsələnin həlli üçün əlavə 
biliklərə  ehtiyacı  olduğunu  dərk  etsin.  Lakin  nəzərə  almaq  lazımdır  ki, 
bir çox hallarda sorğu mütəxəssisin informasiya tələbatını tam əks etdir-
mir.  Bu  vəziyyət  biblioqraf  tərəfindən  nəzərə  alınmalı  və  real  tələbatın 
üzə  çıxarılması  üçün  mütəxəssislə  söhbət  vasitəsilə  sorğu  dəqiqləşdiril-
məlidir.  
Məlumdur ki, biblioqrafik fəaliyyətin optimal təşkili üçün onun hər 
iki  əsas  elementi-həm  sənədlər,  həm  də  informasiya  tələbatçıları 
dərindən təhlil edilməlidir. 
Söhbət  Yer  haqqında  elmlərin,  o  cümlədən  geologiya  və  coğra-
fiyanın   ilkin sənədlərlə təminatından gedərkən  müasir kitabxana işində 
və  biblioqrafik  fəaliyyətdə  məlum  olan  sənədlər  və  onun  konkret  tipi 
olan nəşrlərin (çap əsərlərinin) bir çox növləri çox geniş təmsil olunmuş-
dur.  Məlum  standartda  öz  əksini  tapmış  elmi  nəşrlər,  monoqrafiyalar, 
dissertasiyaların  avtoreferatları,  elmi  konfranslarda  edilmiş  məruzələrin 
tezisləri,  elmi  əsərlər  məcmuələri,  elmi  kütləvi  nəşrlər,  tədris  nəşrləri, 
dərsliklər, sıra nəşrləri, lüğətlər geologiya üzrə də mövcuddur və geolo-
giyanın biblioqrafiyasının obyektini təşkil edir. Azərbaycanda Geologiya 
nstitutunun  və  digər  elmi  kollektivlərin  elmi  yaradıcılığının  məhsulu 
olan kitablar, monoqrafiyalar,  məqalələr  məcmuələri, Azərbaycan  MEA 
Xəbərlərinin  Yer  haqqında  elmlər  seriyası,  eləcə  də  tədris  ədəbiyyatı 
həmin  obyektə  daxildir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  Yer  haqqında 
elmlər  digər  təbiət  elmlərindən  onunla  fərqlənirlər  ki,  burada  sənəd 
kütləsinin  və  axının  nəzərəçarpacaq  hissəsini  spesifik  sənəd  növləri-ən 
müxtəlif  xəritələr,  atlaslar,  kadastrlar,  sxem  və  diaqram  şəklində  olan 
sənədlər təşkil edirlər. Belə sənəd növləri kitabxananın, elmi informasiya 
şöbəsini  katalaq-kartoteka  sistemində,  soraq-axtarış  aparatında  xüsusi 
olaraq əks etdirilir və bununla da həmin sənədlərin istifadəsi üçün daha 
rahat geniş imkanlar yaranır. 
 
 
 


 
126 
Ə
DƏB YYAT 
 
1.  Əliyev.Z.H.  Azərbaycan  biblioqrafiyasının  tarixi:  Dərslik.-
Bakı:BDU, 2007.-185 s 
2.  Большой  А.А.,  Захаров  А.Г.,  Каленов  Н.Е.  Информационно-
библиотечные
  потребности  ученых  Академии  наук  СССР.-Науч.и 
техн
Б-ки СССР, 1982,  4, с. 9-15. 
3.  Закутина  Г.П.,  Пряникова  В.К.  Характеристика  и  анализ 
потока
 первичных документовМетодПособиеМ., 1979.88 с 
                                                                                          
A.M.MAMEДOВ 
НЕКОТОРЫЕ
 ВОПРОСЫ БИБЛИОГРАФИЧЕСКОГО  
ОБЕСПЕЧЕНИЯ
 КОМПЛЕКСА 
НАУК
 О ЗЕМЛЕ В АЗЕРБАЙДЖАНЕ                                                          
 
РЕЗЮМЕ
 
 
В статье вкратце рассмотрены предпосылки развития комплек-
са наук о Земле в Азербайджане, вследствие чего возникла необхо-
димость в первично–документального и библиографического  обес-
печения.  Особенное  внимание  уделено  некоторым  аспектам  этого 
развития в примере академической науки.  
 
A.M.MAMMADOV 
THE  SOME   SSUES OF B BL OGRAPH C PROV S ON OF 
THE COMPLEX OF EARTH SC ENCES  N AZERBA JAN  
 
SUMMARY 
 
Given  article  describes  basic  conditions  of  development  of  the 
complex  of  Earth  sciences  in  Azerbaijan  as  a  result  of  was  raised 
necessity  of  the  documental  and  bibliographic  provision  of  these 
sconces.  The  special    attention  was  paid  to  some  aspects  of  this 
development on the simple of  institutions of Academy of Sconces

 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə