Microsoft Word XI jurnal 10 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/46
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37324
1   ...   34   35   36   37   38   39   40   41   ...   46

 
115 
Müxtəlif  yaş  dərəcəsinə  malik  olan  şagirdlərin  sinifdənxaric 
mütaliəsinə  rəhbərlikdə  tövsiyə  biblioqrafik  vəsaitlərin  əhəmiyyəti 
olduqca böyük olmuşdur. 
Kitabxana  tərəfindən  1967-ci  ildə  çap  olunmuş  “Çto  çitat  letom” 
adlı  tövsiyə  biblioqrafik  göstərici    II-III    sinif  şagirdləri  üçün  nəzərdə 
tutulmuşdur.  Göstəricidə  tövsiyə  olunan  ədəbiyyat  şagirdlərin  yaş 
dərəcələrinə  görə  qruplaşdırılmışdır.  Biblioqrafik  göstəriciyə  1960-cı 
ildən  sonra  müxtəlif  nəşriyyatlar  tərəfindən  uşaqlar  qçün  çap  olunmuş  
450-yə qədər ən mühüm kitablar daxil edilmişdir.  
Respublika Uşaq Kitabxanası tərəfindən oxucular üçün yaddaşlar da 
çap olunmuşdur ki, şagirdlər yaddaş vasitəsilə şair və yazıçıların həyat və 
yaradıcılıqlarına  dair  müxtəlif    məlumatları  öyrənməklə  yanaşı,  onların 
əsərlərinin  son  nəşrləri  ilə  də  tanış  olurlar.  Kitabxana  tərəfindən  çap 
olunmuş  yaddaşlardan  biri    Azərbaycan  uşaq    ədəbiyyatının  görkəmli 
nümayəndələrindən biri olan Süleyman Sani Axundova həsr olunmuşdur. 
Yaddaşın giriş hissəsində  yazıçının ilk əsərləri haqqında oxuculara  
məlumat  verilmişdir.  Yaddaşda  S.S.Axundovun    uşaqlar  üçün  yazdığı 
“Qaraca qız” (1966), “Mister Qreyin köpəyi” (1959), “Nurəddin” (1963) 
kimi əsərlərini  təsviri verilməklə, həmin əsərlərin məzmunu ilə uşaqları 
tanış  etmək    üçün  hər  bir  əsərə  qısa  annotasiya  verilmişdir.  Sonra 
yaddaşda  yazıçının  əsərlərinin  son  nəşrlərindən    nümunələr 
göstərilmişdir (10). 
Respublika Uşaq Kitabxanası tərəfindən  Akif Əsədullayevin tərtib 
etdiyi  “Azərbaycan  uşaq  ədəbiyyatı”    adlı  annotasiyalı  tövsiyə 
biblioqrafik  göstərici  uşaq  ədəbiyyatına  həsr  edilmiş    mükəmməl    bir 
vəsaitdir (7). 
Uşaq ədəbiyyatı gənc nəslin  tərbiyəsi məsələsi ilə ayrılmaz surətdə 
bağlıdır.  Bu  ədəbiyyat    uşaqlarda  gözəl  hisslər  tərbiyə  edir.  Kiçik 
yaşlarından  vətənə,  xalqa  məhəbbət,  əməyə,  biliyə  həvəs  oyadır,  həyatı 
sevdirir,    uşaqları  fəallaşdırır,    mübariz,  xeyirxah,  cəsarətli  və  dözümlü 
olmağa  çağırır.  Uşaqlar  bədii  ədəbiyyat  vasitəsilə    keçmişi,  bugünkü 
həyatımızı və inkişafımızı bədii  şəkildə öyrənirlər.  
Biblioqrafik  göstəricidə  1950-1968-ci  illərdə  uşaq  ədəbiyyatı  üzrə 
kitab  şəklində  çap  olunmuş  419  bədii  əsər  əhatə  edilmişdir.  Bu 
biblioqrafik göstərici uşaqların mütaliəsinə rəhbərlik işini düzgün həyata 
keçirmək  məqsədilə  çap  olunmuşdur.  Göstəriciyə  eyni  adlı  əsərlərin 
bütün  nəşrləri  deyil,  yalnız  sonuncu  nəşr  və  yaxud  uşaqlar  üçün    daha 
sadə şəkildə işlənmiş nəşrlər daxil edilmişdir. 


 
116 
Göstərici şagirdlərin yaş xüsusiyyətlərindən asılı olaraq üç əsas böl-
məyə ayrılmışdır. Birinci bölmədə məktəbəqədər yaşlı uşaqlar və I-II  si-
nif şagirdləri üçün olan ədəbiyyat, ikinci bölmədə III-IV sinif şagirdləri 
üçün,  üçüncü  bölmədə  isə  V-VIII  sinif  şagirdlərinə  aid  ədəbiyyat 
verilmişdir. 
Biblioqrafik göstəricidə ədəbiyyat uşaqların yaş dərəcələrindən asılı 
olaraq  ədəbiyyatın janrı üzrə qruplaşdırılmışdır. Janra görə - şifahi xalq 
ədəbiyyatı,  poeziya və nəsr əsərləri  kimi bölmələr əsas götürülmüşdür. 
Hər  bölmə  daxilində  uşaqlar  üçün  tövsiyə  olunan  əsərlər  əlifba 
qaydasında təsvir edilmişdir.  
Biblioqrafik göstəricinin əhəmiyyətli cəhətlərindən biri odur ki, hər 
bir əsərə annotasiya verilmişdir. Bu annotasiya vasitəsilə uşaqlar tövsiyə 
olunmuş bədii əsərlərin məzmunu ilə tanış ola bilirlər. 
Bu  tövsiyə  vəsaiti  oxucu  istiqamətinə  görə  uşaq  kitabxanalarının 
işçiləri,  aşağı  sinif  müəllimləri,  tərbiyəçilər  üçün  nəzərdə  tutulmuşdur. 
Biblioqrafik göstərici  1970-ci ildə çap edilmişdir. Vəsaitə müxtəlif yaşlı 
uşaqlar  üçün  cəmi    419  mənbə  daxil  edilmişdir.Vəsaitdən  istifadəni 
asanlaşdırmaq üçün sonda köməkçi aparat verilmişdir. Köməkçi aparata  
“Müəlliflərin əlifba göstəricisi” və “Əsərlərin adlar göstəricisi” daxildir. 
Köməkçi  aparat  vasitəsilə  müəllifləri  və  istənilən  əsərləri  adlarına  görə 
axtarıb tapmaq olur. 
“Azərbaycan uşaq ədəbiyyatı”  adlı biblioqrafik göstərici F.Köçərli 
adına Respublika Uşaq Kitabxanası tərəfindən tərtib olunmuş vəsaitlərin 
ən maraqlısı hesab olunur. 
Azərbaycanda  uşaq  ədəbiyyatı  biblioqrafiyasının  intensiv  inkişafı  
1970-ci  ildən  sonrakı    illərə    təsadüf  edir.  Bu  sahədə  fəaliyyət  göstərən 
Respublika  Dövlət  Uşaq  Kitabxanasının  biblioqrafik  nəşrlərinin  sayı  və 
keyfiyyəti    xeyli  artmışdır.  Kitabxana  tərəfindən  1970-ci  il  və  sonrakı 
illərdə  yubileylər,  əlamətdar  və  tarixi  günlər    münasibətilə  bir  sıra 
vəsaitlər tərtib edilib çap olunmuşdur. 
F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası    yetişməkdə  olan 
gənc  nəslin  hərbi  vətənpərvərlik  ruhunda  tərbiyə    edilməsinə  kömək 
etmək  üçün  müxtəlif  xarakterli  kütləvi  tədbirlər  həyata  keçirməklə 
bərabər,  biblioqrafik vəsaitlər də hazırlayıb çap etdirmişdir. 
Hərbi  vətənpərvərlik  üzrə  mövcud  ədəbiyyatın  gənclər  arasında 
təbliğ  edilməsində  tövsiyə  xarakterli  biblioqrafik  vəsaitlərin  əhəmiyyəti 
olduqca böyükdür. Aydın Abbasov tərəfindən tərtib olunmuş  “Uşaqların 


 
117 
hərbi  vətənpərvərlik  ruhunda  tərbiyə  edilməsi”  metodik-biblioqrafik 
vəsaiti 1972-ci ildə nəşr edilmişdir (2). 
Biblioqrafik  göstərici  iki  hissədən  ibarətdir.  Birinci  hissədə  uşaq-
ların  hərbi  vətənpərvərlik  ruhunda  tərbiyə  olunmasında  kitabxanaçıya 
kömək  məqsədilə    kitab  təbliğinin  müxtəlif  üsullarından,  məktəblilərdə 
vətənpərvərlik  hissinin  aşılanmasında  daha  əhəmiyyətli  kütləvi  təd-
birlərin    maraqlı  şəkildə  təşkili  və  keçirilməsindən  bəhs  olunur.  kinci 
hissədə  isə  “Uşaqların  hərbi  vətənpərvərlik  ruhunda    tərbiyə  edilməsi” 
mövzusu ilə əlaqədar olan mövcud ədəbiyyatın annotasiyalı biblioqrafik 
siyahısı da verilmişdir. 
Metodik–biblioqrafik vəsaitə 1970-ci  ilədək 5-8-ci sinif  şagirdləri 
üçün  çap  edilmiş  ən  mühüm    kitablar  seçilib  daxil  edilmişdir.  Vəsaitin 
biblioqrafiya hissəsində mövzu ilə əlaqədar 78  adda ədəbiyyatın təsviri 
verilmişdir. Biblioqrafik təsvir müəllifin familiyasına, müəllifsiz kitablar 
isə sərlövhələrinə görə verilmişdir. Burada hər kitaba yığcam annotasiya 
da verilmişdir. 
F.Köçərli adına Respublika  Dövlət Uşaq  Kitabxanası, əsasən, uşaq 
və yeniyetmə oxuculara xidmət etdiyi üçün öz profilinə uyğun olaraq son 
illərdə də tövsiyə göstəriciləri tərtib edir. Belə ki, kitabxananın məlumat-
biblioqrafiya  şöbəsinin  əməkdaşları  oxucuların  biblioqrafik  informasi-
yaya olan tələbatını müntəzəm şəkildə ödəmək üçün tövsiyə biblioqrafik 
göstəriciləri tərtib edib çap etdirmişdir. 
Belə  biblioqrafik  vəsaitlərdən  biri  də  “Möcüzələr  aləmində”  adlı  
tövsiyə biblioqrafik göstərici  1990-cı ildə  R.Hacıyeva tərəfindən tərtib 
olunmuşdur.  Tövsiyə  biblioqrafik  göstərici    1965-1987-ci    illərdə  nəşr 
edilmiş  uşaq  ədəbiyyatını  əhatə  edir.  Biblioqrafik  vəsaitdə  materiallar 
məzmun  əlamətinə  görə  qruplaşdırılmışdır.  Göstəricidə  bir  çox  elm 
sahələrinə  dair  ədəbiyyat  haqqında  biblioqrafik  məlumat  verilmişdir.  
Biblioqrafik göstərici  10 bölmədən ibarətdir: 
1.
  Fizika nəyi öyrənir? 
2.
  Kibernetika və həyat 
3.
  Fəzanın sabahı 
4.
  Kimya bu gün və sabah 
5.
  Maraqlı aləmə səyahət  
6.
  Yerin sirləri açılır 
7.
   Bizi əhatə edən mühit 
8.
   Ədədlər aləmi 
9.
  Düşünən maşınlar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə