Microsoft Word XI jurnal 10 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/46
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37324
1   ...   38   39   40   41   42   43   44   45   46

 
133 
mütəxəssis  işləyir.  Mədəniyyət  və  Turizm  Nazirliyinin  “Azərbaycan 
kitabxanaları  21-ci  əsrin  informasiya  məkanında”  adlı  itabında 
göstərildiyi kimi, aparılan  hesablamalar zamanı, bu mütəxəssislərin 149 
nəfərinin kütləvi kitabxanalarda  işlədiyi  məlum olur (1. bax:cədvəl.1). 
Kitabxanalarda  işləyənlərin təhsil  səviyyələrinə görə  bölgüsündə,  
kitabxana    üzrə    ali  ixtisas  təhsilli  kadrların  7  nəfər,  yəni  4,4%,  ali  
qeyri- ixtisas   təhsilli  3 nəfər, yəni 1,9%, orta  ixtisas  təhsilli  27 nəfər, 
yəni 16,9%, qeyri- orta ixtisas təhsilli 11 nəfər, yəni 6,9%, ümumi  orta 
təhsillilərin  112  nəfər,  yəni  69,9%  olması  diqqəti  cəlb  edir  (bax: 
cədvəl.2). 
Xaçmaz  rayonunda  cəmi  təhsil  alanların  sayı 128171  nəfərdir. 
Bunların da  4553  nəfəri ali  təhsillilərdir ki, bu  isə  əhalinin  3,55%-ni 
təşkil edir. Natamam ali  təhsilli 358  nəfər, orta  ixtisas təhsilli  7395  
nəfər, ümumi  orta  təhsilli  50858  nəfər və ya 39,68%, natamam  orta  
təhsilli  24513  nəfər və ya 19,13%, peşə  təhsillilər  3900  nəfərdir.    
Xaçmaz  rayonunda  yerləşən  kitabxanalarda  cəmi  11  ədəd  
kompüter  var ki, onlardan  9 ədədi şəhər  kitabxanalarında, 2 ədədi isə  
kənd  kitabxanalarında  yerləşir.  Kompüterlərdən  5  ədədi  kitabxana-
informasiya  tələbatçıları  üçün,  6  ədədi  isə  kitabxana  işçilərinin  
istifadəsi  üçün  nəzərdə  tutulmuşdur (6.s.57-65).  
Mədəniyyət və Turizm Nazirliyinin 2004-2005-ci illər üzrə verdiyi  
məlumata  görə, internetdən  istifadə  edənlərin  sayı 808 nəfər olmuşdur 
(bax:cədvəl.1). 
Quba- Xaçmaz   inzibati  rayonunda  turizmin də inkişafını   nəzərə  
alsaq, onu deməliyik ki, bu  regionun iqtisadiyyatının inkişafı, əhalinin  
təhsil  və  mədəni    səviyyəsinin      yüksəlməsinə  müsbət    təsir  etməklə, 
kitabxanaların da üzərinə böyük vəzifələr qoyur. Sosial-iqtisadi  poten-
sialın inkişafı və yüksək  olması, kitabxana-informasiya  sahəsində  yeni  
texnologiyaların  tətbiqi  və  istifadəsi  nəticəsində  kitabxanaların  da   
inkişafı, fondun  zənginləşməsinə, bir sözlə, dünya standartlarına  cavab  
verə biləcək kitabxanaların  yaranmasına  zəmin hazırlayır. 
Quba-Xaçmaz  iqtisadi  rayonunda  yerləşən  Şabran  rayonunun   
ərazisi  1,09  min  kv.m-dir. 
Quba-Xaçmaz  iqtisadi  rayonuna  daxil  olan  Şabran  rayon  
Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1979-cu ildə  yaradılmışdır. MKS-
in Mədəniyyət və Turizm  Nazirliyinin  tabeliyində  54  kitabxana  filialı 
var  ki,  bu    da  58,7%    edir.  Ümumiyyətlə,    rayonda  cəmi  92  kitabxana 
var.  Kitabxanaların  idarə  mənsubiyyətinə  görə  bölgüsü  zamanı,  ilk  


 
134 
peşə-ixtisas  təhsil  müəssisəsində  1, ümumtəhsil  məktəblərində  35  və  
ya  38%,  musiqi  məktəbində  1,  səhiyyə  müəssisəsində  1  kitabxana  
olması nəzəri  cəlb  edir (bax: cədvəl.1; 4). 
Azərbaycan Respublikası  Dövlət  Statistika  Komitəsinin  2009-cu  
il  statistik  hesablamalarına  görə,  Şabran  rayonunda    654275    nüsxə  
kitabxana  fondu  var. Bu fondun 640886  nüsxəsi  kitablar, 138  nüsxəsi 
jurnallar,  13249  nüsxəsi  qəzetlər,  2  nüsxəsi  digər  materiallardır. 
Kitabxanada elektron informasiya daşıyıcıları  yoxdur (bax:cədvəl.3).  
Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitəsinin  statistik  
müayinəsinin nəticələrinə görə, kitabxanalarda 79 nəfər mütəxəssis çalı-
şır. Məlum olur ki, kitabxanalarda işləyənlərin 4 nəfəri və ya 5,1%-i  ali 
təhsilli,  4  nəfəri  və  ya  5,1%-i  ali  qeyri-ixtisas  təhsili,  14  nəfəri  və    ya  
17,7%-i orta ixtisas təhsili, 7 nəfəri və ya 8,9%-i qeyri-orta ixtisas təh-
silli, 50 nəfəri və ya 63,2%-i isə ümumi orta təhsillilərdir (bax:cədvəl.2). 
Ümumiyyətlə,  Şabran  rayonunda  cəmi  təhsil  alanlar  40471  
nəfərdir.  Onlardan  1650    nəfəri    və  ya  4,18%-i  ali    təhsilli,  66  nəfəri  
natamam ali təhsilli, 3170  nəfəri  orta ixtisas təhsilli, 13878  nəfər,  və 
ya  34,29%-i ümumi orta  təhsilli, 7983 nəfər, və ya 19,73%-i   natamam  
orta  təhsilli, 1967 nəfəri isə peşə  təhsillilərdir.                                                                                                                    
Oxucuların  sayı 25615 nəfər  olan  kitabxanalarda, cəmi  6 ədəd  
kompüter var  ki, onlardan  5-i  şəhər  kitabxanalarında, 1-i  isə  kənd  
kitabxanalarında yerləşir (6.57-65). 
Quba-Xaçmaz  iqtisadi  regionuna  daxil  olan   daha   bir  rayon  
isə Siyəzən  rayonudur. Rayonun  ümumi  sahəsi  0,70 min kv.metrdir.            
Siyəzən rayonunda Azərbaycan Dövlət Statistika Komitəsinin  sta-
tistik  müayinəsinin  nəticələrinə  görə,  cəmi  43  kitabxana  var.  Onlardan 
19-u  Mədəniyyət  və  Turizm  Nazirliyinin  tabeliyində    yerləşir.  Bu  da 
44,2% edir.    
Qeyd etmək lazımdır ki, Siyəzən rayon Mərkəzləşdirilmiş  Kitab-
xana Sistemi 1992-ci ildə yaradılmışdır. Ümumiyyətlə, rayon ərazisində 
yerləşən  kitabxanaların  fondu  289783  nüsxədir.  Fondun  informasiya 
mənbələrinə  görə  bölgüsündən  də  göründüyü  kimi,  kitablar  285922 
nüsxə, elektron  informasiya daşıyıcıları 115 nüsxə, jurnallar 246 nüsxə, 
qəzetlər  609  nüsxə,  digər  materiallar  2891  nüsxə  təşkil  edir 
(bax:cədvəl.3). 
Siyəzən rayonunda yerləşən  kitabxanaların  idarə  mənsubiyyətinə  
görəbölgüsündə  ilk  peşə-ixtisas  təhsil  müəssisəsində   1,  ümumtəhsil   
məktəblərində  21,  və  ya  48,9%,  musiqi  məktəbində  1,  digər    müəs-


 
135 
sisələrdə  1  kitabxana    olduğu  görünür.Kitabxanalarda  cəmi  9    ədəd  
kompüter  var. Onlardan  8 ədədi şəhər  kitabxanalarında, 1 ədədi  kənd  
kitabxanalarındadır. Kompüterlərin 5 ədədi kitabxana-informasiya tələ-
batçıları üçün, 4 ədədi kitabxana işçiləri üçün nəzərdə  tutulmuşdur. 
Statistik  hesablamalara  görə,  kitabxanada  54  nəfər  mütəxəssis   
çalışır. Kitabxana kadrlarının təhsil səviyyəsinə görə bölgüsünə  əsasən, 
məlum  olur  ki,  ali  ixtisas  təhsilli    kadrlar  2  nəfər  və  ya  3,7%-dir.  Ali  
qeyri-ixtisas təhsilli 3 nəfər və ya 5,6%, orta  ixtisas təhsilli 4 nəfər və 
ya 7,4 %, orta qeyri- ixtisas təhsilli 2 nəfər, ümumi orta təhsilli 43 nəfər, 
yəni 79,6%-dir (bax:cədvəl.2). 
Siyəzən  rayonunda  cəmi  təhsil  alanlar  29422  nəfərdir.  Onların 
1195 nəfəri, və ya 4,06%-i  ali  təhsilli, 64  nəfəri  natamam  ali  təhsilli, 
1966  nəfəri orta ixtisas təhsilli, 11700  nəfəri, və ya  39,77%-i  ümumi  
orta  təhsilli,  5389  nəfəri  və  ya  18,32%-i  natamam  orta  təhsilli,  721  
nəfəri  peşə təhsillilərdir.                                                                                                          
Quba-Xaçmaz regionunda ümumilikdə 698 kitabxana var. Onların  
356-sı  və  ya  51%-i  Mədəniyyət  və  Turizm  Nazirliyinin  tabeliyində  
yerləşir. Bu  kitabxanalarda  569  nəfər  ştatda  olan  kadr  var. Onlardan  
cəmi  26  nəfərinin  və ya  4,6%-nin ali  ixtisas  təhsili, 23 nəfərinin yəni  
4%-nin  ali    qeyri-ixtisas    təhsili,  106  nəfərinin  və  ya  18,6%-nin    orta  
ixtisas    təhsili,  78  nəfərinin  və  ya  13,7%-nin  orta  qeyri-  ixtisas  
təhsili,336  nəfərinin  və  ya  59,1%-nin  ümumi  orta  təhsili var. 
Qloballaşma    nəticəsində    dünyada    baş      verən      sosial-iqtisadi,  
demoqrafik  və ekoloji  dəyişikliklər   nəzərə  alınmaqla,  Azərbaycanın   
milli   iqtisadiyyatının   formalaşması,  intellektual   insan   əmək   və  
kadr      potensialının    qiymətləndirilməsi,    inkişafa      nail    olmaq      ən   
mühüm   vəzifələrdən   biridir (14.s508-512). 
Quba-Xaçmaz  iqtisadi  rayonunda  kitabxana-informasiya      resurs-
larından  bəhs    edərkən,    şəhərlərdə  yaşayan      əhalinin      həm    təhsil   
səviyyəsinin, həm də mədəni-intellektual potensialının zəngin  olmasını 
nəzərə  almaq  lazımdır.  nformasiya  tələbatçılarının  sorğularının  daha  
dolğun    ödənilməsi,    həm    də  regionlarda      yaşayan      əhalinin  milli 
tərkibinin  müxtəlifliyi,  müxtəlif  dillərdə  olan    informasiyanın  fondda 
toplanılmasını tələb etdiyindən ixtisaslı  kitabxanaçı, biblioqrafların  da  
üzərinə çətin  və  məsuliyyətli  vəzifə  düşür.  
Şəhərlərin  mühüm  sənaye  və  mədəniyyət  mərkəzləri  kimi   
formalaşması  kitabxana-biblioqrafiya  ehtiyatlarının ən iri  informasiya   
mərkəzlərinin  bu məntəqələrdə yerləşməsinə   gətirib  çıxarmışdır (12). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə