— 147 —
minlərlə insanlar təsdiq edər ki, 4-5 yüz nəfər əyləşən böyük bir
toy mağarında Aşıq Mirzə Bilal «Bayatı», «Qobustanı», «Ərəb
Osmanlısı»nı ifa edəndə öz başını qoyardı sazın çanağının üs-
tünə, zəngulə vura-vura dövrə vurub, başladığı yerə çatanda zən-
guləni kəsərdi. Zəngulə çoxlarından eşitmişik: bəzən - şit, bəzən
- yersiz, bəzən də - xaric. Amma Mirzə Bilal zənguləsi həm ta-
var, həm şirin, həm məlahətli... Həm də hansı melodiyanı hansı
pərdədə, hansı sözü hansı melodiyada işlətməyi gözəl bacarırdı.
Onun ən gözəl xüsusiyyətlərindən biri də bu idi ki,onda kök,
taxt, ritm bütövlüyü vardı. Bilal həm bəstəkar idi, həm molla idi.
Həm şair idi, həm nasir idi, həm natiq idi, həm xanəndə idi, həm
aşıq idi, həm rəqqas idi, həm də gözəl tarzən idi. O, «Koroğlu»
dastanından Nigarın sözünü oxuyanda adama elə gəlirdi ki, Ni-
gar elə bu ifaçı özüdür, kişi libası geyinibdir. Koroğlunun sözünü
ifa edəndə deyərdin, «Çənlibel elə buradı, Koroğlu da meydanda
misri qılınc çalan adamdır. Söhbəti çox uzandırmayaq, keçək
mətləb üstünə» (27).
Aşıq Əhməd dastanda Bilalın həyatını ustalıqla məhəbbət
dastanları qəhrəmanlarının həyatına bənzətmişdir. Məhəbbət
dastanlarının əsas mahiyyəti sevginin üzərində qurulur. Aşıq
Əhməd də bunu dastanda sənətkarcasına təcəssüm etdirmişdir.
Məsələn, Bilalın öz sevgilisini görüb ona aşiq olması səhnəsi
detalları ilə yox, məna və mahiyyəti etibarilə məhəbbət das-
tanlarındakı ilahi eşqə bərabərdir:
«Bir səhər tezdən Bilal dərsə gedərkən gördü, Nanəli bula-
ğının başında bir qız qab yuyur. Söz yox ki, bütün örpək sahib-
lərinə qız deyirlər, amma elə bir qızı Yusif görsəydi - Züley-
xanı, Abbas görsəydi - Gülgəzi, Məcnun görsəydi - Leylanı,
Kərəm görsəydi- Əslini o qədər oğrayıb oxşamazdı. Qızın çi-
yinləri ilə sağrıları arasındakı görkəm elə bil rəssam əli ilə yazı-
lıb üz-üzə qoyulmuş iki ədəd 3 rəqəmini xatırladırdı. 14 gecəlik
ay kimi parlaq üzün alın hissəsindəki çatma qaşlar Bəhram ka-
— 148 —
manına, gözlərin dövrəsindəki kirpiklər Oğuz oxuna oxşayırdı.
Qaşların altında şölə çəkən gözlər avqust ayının günorta yerin-
dəki günəş kimi parıldayırdı» (27).
Qeyd edək ki, Bilalın sevgilisinin bu təsvirində Aşıq
Əhmədin poetik istedadının səciyyəvi cəhətləri öz əksini tap-
mışdır. Bunlara diqqət edək:
Birincisi, Aşıq Əhməd Şirvan aşıq mühitinin real tarixi sə-
nətkarına həsr edilmiş dastanda dastançılıq ənənəsinin klassik
kanonlarına sadiq qalmağa çalışmışdır. Bu, nəzərdən keçirdiyi-
miz parçanın yüksək metaforizmində ifadə olunur. Əhmədin
təsvirləri bir tərəfdən klassik metaforik sistemin ən yaxşı obraz-
ları əsasında qurulursa, o biri tərəfdən bunlarda dastançı aşığın
fərdi poetik zövqünün ifadəsini görməmək olmur. Məsələn, o,
gözəlin mütənasib qamətini iki ədəd 3 rəqəminin qarşı-qarşıya
qoyulması ilə müqayisə edir. Burada diqqəti çəkən odur ki, aşıq
XX əsr sənətkarı kimi, müasiri olduğu yazı sisteminin rəqəmlə-
rindən bədii təsvir vasitəsi kimi istifadə edə bilmişdir. Ancaq
burada da o, ənənədən qırağa çıxmamışdır. Ənənədə ərəb hüru-
fatı təsvir vasitəsi kimi çox fəal olmuşdur. Qamətin «əlif» hər-
finə bənzədilməsi, yaxud ağızın incəliyinin «mim» hərfinə bən-
zədilməsi klassik şeir üçün səciyyəvidir.
İkincisi, Aşıq Əhmədin təsvirlərində Azərbaycan dastançı-
lığının təkcə islam epoxası yox, eləcə də islamaqədərki epoxası
da işarələnmişdir. Məsələn, qızın üzünün tərənnümünə diqqət
edək:
Üz - parlaq aya bənzədilir;
Qaşlar - Bəhramın kamanına bənzədilir;
Kirpiklər - Oğuzun oxuna bənzədilir.
Gözlər - günəşə bənzədilir.
Bəllidir ki, gözəlin kirpikləri Azərbaycan el-aşıq poeziya-
sında çox fəal şəkildə bədii təsvir obyektidir. Ancaq gözəlin
qaşlarının Oğuzun, başqa sözlə, azərbaycanlıların ulu babaları
— 149 —
Oğuz xanın (kağanın) oxuna bənzədilməsi Azərbaycan aşıq sə-
nətinin Göyçə, Borçalı və s. kimi aşıq mühitləri üçün səciyyəvi
deyildir. Bunu heç də Aşıq Əhmədin dastana gətirdiyi ənənədən
qıraq element hesab etmək olmaz.
Unutmaq olmaz ki, qədim azərbaycanlıların təsəvvürlərin-
də ox-yay müqəddəsdir. Oğuz xanla bağlı bütün oğuznamələrdə
ox-yayın xüsusi yeri vardır. Ox-yay hakimiyyət simvollarıdır.
Oğuz xan üç böyük oğluna (Gün xan, Ay xan, Ulduz xan) -
yayı, üç kiçik oğluna (Göy xan, Dağ xan, Dəniz xan) - üç oxu
verərək fəth etdiyi dünyanı onların arasında bölür (121, 136-
137; 122, 31-34; 123, 37-38; 63, 51-52). Yəni yay Oğuz xanın
bozoqlar adlanan böyük oğlanlarının, ox isə ucoqlar adlanan ki-
çik oğlanlarının simvolu olur. Bundan başqa, ox-yay türk
hökmdarlarının hakimiyyət simvolları sırasında olmuşdur.
Göründüyü kimi, Aşıq Əhmədin gözəlin kirpiklərini Oğuz
xanın oxuna bənzətməsi çox qədim dastançılıq ənənəsindən gə-
lir. Bu, aşağıdakı qənaətlərə gəlməyə şərait yaradır:
Birincisi, «Aşıq Mirzə Bilal» dastanında «Oğuz oxu» bən-
zətməsinin işlənməsi Şirvan aşıq mühitində oğuz dastançılıq
ənənəsinin xüsusi obrazlarda (işarələrdə) yaşadığını göstərir.
İkincisi, Aşıq Əhmədin «Oğuz oxu» obrazından istifadə et-
məsi onun şəxsi epik yaddaşının zənginliyindən, qan yaddaşına
söykənməsindən soraq verir.
Aşıq Əhməd Bilalla onun sevgilisi arasında olan bu ilk gö-
rüşü klassik məhəbbət dastanlarından gəlmə ənənə olaraq
«sual-cavab» - deyişmə üzərində qurmuşdur:
«Aşıq Mirzə Bilal belə bir nuri-təcəllaya xeyli həsrətlə ba-
xıb, aldı görək nə dedi:
Qaş-gözündə Şəmsi-Qəmər oynayır,
Sanki yanaqların güldür, a ceyran.
Səyyad olub sorağınla gəzərəm,
— 150 —
Oylağını mənə bildir, a ceyran.
Aşıq Mirzə Bilal sözün birinci xanəsini tamamlayandan
sonra qız aşığın məlahətli səsinə,
uca boyuna, nəcib xislətinə
bir könüldən min könülə vurulub, aldı görək nə dedi:
QIZ
De, kimsən, nəçisən, nəçikarəsən?
İncidib qəlbimi qırma, ay oğlan.
Yüz il desən, məni sənə verməzlər,
Aldanıb özünü yorma, ay oğlan.
BİLAL
Sən öz aşiqinə inayət eylə,
Eşqinə sadiq ol, dəyanət eylə.
Zavallı qulunam, mərhəmət eylə,
Qəlbini aç mənə, bildir, a ceyran.
QIZ
İndi bizi belə burda görsələr,
Atama, anama xəbər versələr,
Səni də, məni də gəlib öldürər,
Heyifsən, get, burda durma, ay oğlan.
BİLAL
Səhər-səhər doğan dan ulduzusan,
Uçan durnaların xoş avazısan.
Adın nədir? Söylə, kimin qızısan?
Bilalın qəlbini güldür, a ceyran.