40
tanınmış postmodern yazıçısı
Viktor Pelevinin “Omon Ra”
əsərini tərcümə edib. Bundan başqa yola saldığımız
ötən ildə
“Qanun” nəşriyyatında
Qabil Əhmədovun tərcüməsində
Stefan Sveyqin ” Jozef Fuşe-siyasi xadimin portreti”, Minə
Raufqızının fransızcadan tərcüməsində
Oliver Rolinin “
Bakıda son günlər”,
Samir Bulutun tərcüməsində
Den Brau-
nun “Da Vinçi şifrəsi” kitabı, habelə
Viktor Suvorovun “
Sonuncu Respublika”, Haruki Murakaminin “
Zəlzələdən
beş gün sonra” hekayələr kitabı,
Ceyms Coysun “Dub-
linlilər”, Qabriel Qarsia Markesin “Patriarxın payızı”,
Milan Kunderanın “ Astagəllik” romanı,
Castin Qarderin
fəlsəfə tarixindən bəhs edən “
Sofinin dünyası” romanı və bir
çox başqa tərcümə əsərləri çap olunub.
Ötən ən ilin tərcümə təsərrüfatını təşkil edən əsərlər daha
çox
mətbuat səhifələrində,
“Azərbaycan” və
“Ulduz” jurnal-
larında, bir çox internet saytlarında, xüsusilə də Azərbaycanın
Mədəniyyət portalı olan
Kultaz.com saytında səliqəli şəkildə
yerləşdirilib. Elə son bir ildə bu saytda dünya ədəbiyyatının bir
sıra dəyərli nümunələrinin, eləcə də Nobel mükafatı qaliblərini
oxucuya tanıtmaq məqsədi ilə onların bir neçə hekayələrinin
dilimizə çevrilərək təqdim edilməsi ədəbiyyatımıza pozitiv
qida verir.
Qabriel Qarsia Markesin” Məhəbbət əvəzinə
ölüm labüdlüyü”, “Üç Somnambul üçün kədər”, Andrey
Platonovun “Həyat işığı”, Oskar Yellinekin “Aktyor”, Ha-
ruki Murakaminin “Sükut”, Karel Çapekin “Şair”, Mario
Varqas Lyosanın “Baba”, “Katoblepas” («Gənc yazıçıya
məktublar»dan), Anton Pavloviç Çexovun “Sevinc”, Mark
Tvenin “İblislə sövdələşmə”, İ.A.Buninin “Fedosevna”,
Umberto Ekonun “Naməlum O” kimi hekayələri bu
qəbil-
dəndir. Eyni zamanda
çağdaş rus şeirindən
və çağdaş Ukrayna
şairlərindən seçmələri şair-mütərcim
S.Babullaoğlu yüksək
poetik zövqlə çevirib bizə təqdim etmişdir.
Ümumiyyətlə, rus şairlərinin şeirlərinin tərcüməsi ötən il
üstünlük təşkil edib. Xətib Təbrizinin məşhur fikrini bir balaca
dəyişib desək, şeiri tərcümə etmək onu yazmaq yazmaq qədər
41
çətindir. Nədən ki, şeir insanın ruhi-psixoloji vəziyyətini, duy-
ğusal aləmini sərgiləyən poetik yaşam hadisəsidir və bu hadisə
birbaşa onu içindən keçirən müəllifin lirik “mən”i ilə bağlı
olduğundan onun tərcümə olunması mütərcimdən
xüsusi iste-
dad tələb edir. Poeziya tərcüməçisi şeirin vəzn-qafiyə siste-
minin ahəngdarlığını qorumaqla bərabər onun müəllifinin duy-
ğularını, hisslərini də mənən yaşamalı, şeirin estetik təsir gücü-
nü saxlamağı, onu orijinaldakı kimi oxucuya aşılamağı bacar-
malıdır. Bu baxımdan,
Anar və Səlim Babullaoğlunun tərcü-
məsində Nobel mükafatı laureatı olmuş
Boris Pasternakın
şeirlərinin
“ Misranın sahibi hislər olanda“ kitabında təqdimi
son dövrün uğurlu tərcümə işi sırasında qeyd olunmalıdır. İlk
növbədə, yuxarıdakı tələblərə cavab vermək,
sadalanan məziy-
yətləri ehtiva etmək baxımından...
Poeziya əsərlərinin tərcüməsi ilə bağlı ötən il “Ulduz” jur-
nalında çap olunan
Qoca Xalidin tərcüməsində
Yuri Kuz-
netsovun, Firuz Mustafanın tərcüməsində
Aleksanr Blokun,
Həmzəli İlyasın tərcüməsində
çağdaş serb-xorvat şairi
Tomis-
lav Rakovçeviçin, İbrahim İlyaslının tərcüməsində
Uvarova-
nın şeirləri həmin şeirlərin vasitəçiliyi, “dili” ilə müəllifin
mənsub olduğu dövlət, onun xalqı, milli kimliyi, keçmişi barə-
də lazımi təsəvvür yaradır.
Bu xüsusda, “Ulduz” jurnalının 5-ci
sayında Firuz Mustafanın çevirməsində Aleksanr Blokun
“Skiflər“ şeiri uğurlu alınıb. Uğurlu ona görə ki, A.Blokun bu
şeiri mübarizə ovqatına, yuksək coşğuya malikdir və
tərcümə-
çinin çevirməsində nəinki bu inqilabi ovqatı görmək, duymaq
olur, həmçinin şeirdəki dil rəvanlığı, müəllif üslubu məharətlə
qorunub saxlanılır.
Belə bir uğurlu çevirmə “Azərbaycan” jurnalının 3-cü sayın-
da,
Tatarıstanın xalq şairi Robert Minnullinin şeirlərinin
Əsəd Cahangirin təqdimində sərgilənir. Şeirlərin tərcümə-
sində nağıl dili, şirinliyi öz bakirəliyini qoruyub saxlayır.
Xüsusilə,
“Toz ağacının göz yaşı”, “Duman”, “Yuvacıq”,
“Payız sevgisi”, “Yağışdan sonra”, “Uşaqlıq alması” , “Vik-
tor Xaranın Monoloqu” şeirlərinin tərcüməsi daha uğurlu
42
alınıb.Zənnimcə, burada başlıca amillərdən biri tərcüməçi ilə
şeir müəllifinin mənəvi yaxınlığı, onlar arasında ruhsal təmasın
mövcudluğudur. Nədən ki, müvəfəqiyyətli “iş birliyinin” alın-
ması üçün mütərcim tərcümə etdiyi şəxsin daxili aləminə bələd
olmalı, onun yaradıcı dünyasına qaynayıb-qarışmalıdır. Əlbət-
tə, bu qənaəti bizdə yaradan mütərcimin tərcümədən əvvəl
oxucuya ünvanladığı, şeir müəllifi ilə olan məhrəm münasibə-
tindən bəhs edən qeydləri deyil. Tərcümə ona görə alınıb ki,
burada həm müəllif və tərcüməçi yaxınlığı, həm də orijinaldakı
və tərcümə olunan şeirdəki poetik yaşamın varlığı bir-birinə
qaynayıb-qovuşmuş haldadır.
Şekspirin alman
dilinə məşhur tərcüməçisi Avqust Şleqel
XVIII əsrin axırlarında tərcüməylə bağlı yazırdı: «Tərcümə —
ölüm-dirim savaşıdır. Və bu savaşın sonunda ya tərcümə edən,
ya da tərcümə olunan uduzur». Yaxud tərcüməni şüşə altında
saxlanan qızılgülə də bənzədənlər var. Yəni, gözəlliyini görsən
də ətrini duymaq mümkün olmur. Məncə, yaxşı, peşəkarcasına
tərcümə olunmuş əsər oxucuya onun ətrini, rayihəsini də
qoxlamağa imkan verir. Bu xüsusda, 2010-cu ilin tərcümələri
sırasında dəyərləndirmək gərəkən daha bir imza sahibi
İlqar
Fəhmidir. Ilqar Fəhmi yazıçıdır,
son dövrlərin ən məhsuldar,
istedadlı yazarlarından biridir. Belə bir məhsuldarlıq və peşə-
karlıq göstəricisi onun bədii tərcümələrinə də şamil oluna bilər.
Ötən il “Ulduz” jurnalında İlqar Fəhminin çevirməsində
Albert
Lixanovun “İşıldaquş” hekayəsi, Andre Moruanın “Ya-
şamaq elmi haqqında gənc dostuma məktub” (kitabdan
fraqment) yazısı, Yapon yazarları - Akutaqavanın hekayə-
ləri, Kindzoburo Oenin “Səmimi və müxtəlif... Yaponiya”
məqaləsi” və s. yazılar təqdim olunub. Bu tərcümələrin hər
birinə səlis, milli normalara uyğunlaşdırılmış dil hakimdir.
Təbii ki, müəyyən istisna halları da nəzərimizdən qaçmır. Tər-
cümə mətnlərinin bəzi yerlərində mütərcim mənə elə gəlir ki,
bilərəkdən, o mənada ki, orijinalın obrazlar sisteminin təsir gü-
cünü qorumaq məqsədilə sözləri
orijinalda olduğu kimi saxla-
yır, onları çevirməyə ehtiyac görmür. Məsələn, Albert Lixano-