Microsoft Word Yeni kitab A5-son docx


  tanınmış postmodern yazıçısı Viktor Pelevinin “Omon Ra”



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   9   10   11   12   13   14   15   16   ...   78

 
40 
tanınmış postmodern yazıçısı Viktor Pelevinin “Omon Ra” 
əsərini tərcümə edib. Bundan başqa yola saldığımız ötən ildə 
“Qanun” nəşriyyatında  Qabil  Əhmədovun  tərcüməsində 
Stefan Sveyqin ” Jozef Fuşe-siyasi xadimin portreti”, Minə 
Raufqızının  fransızcadan tərcüməsində  Oliver Rolinin “ 
Bakıda son günlər”Samir Bulutun tərcüməsində Den Brau-
nun “Da Vinçi şifrəsi” kitabı, habelə  Viktor Suvorovun “ 
Sonuncu Respublika”, Haruki Murakaminin Zəlzələdən 
beş gün sonra” hekayələr kitabı, Ceyms Coysun “Dub-
linlilər”, Qabriel Qarsia Markesin “Patriarxın payızı”, 
Milan Kunderanın “ Astagəllik” romanı,  Castin Qarderin 
fəlsəfə tarixindən bəhs edən “ Sofinin dünyası” romanı və bir 
çox başqa tərcümə əsərləri çap olunub.  
Ötən  ən ilin tərcümə  təsərrüfatını  təşkil edən  əsərlər daha 
çox mətbuat səhifələrində, “Azərbaycan” və “Ulduz” jurnal-
larında, bir çox internet saytlarında, xüsusilə də Azərbaycanın 
Mədəniyyət portalı olan Kultaz.com saytında səliqəli  şəkildə 
yerləşdirilib. Elə son bir ildə bu saytda dünya ədəbiyyatının bir 
sıra dəyərli nümunələrinin, eləcə də Nobel mükafatı qaliblərini 
oxucuya tanıtmaq məqsədi ilə onların bir neçə hekayələrinin 
dilimizə çevrilərək təqdim edilməsi  ədəbiyyatımıza pozitiv 
qida verir. Qabriel Qarsia Markesin” Məhəbbət  əvəzinə 
ölüm labüdlüyü”, “Üç Somnambul üçün kədər”, Andrey 
Platonovun “Həyat işığı”, Oskar Yellinekin “Aktyor”, Ha-
ruki Murakaminin “Sükut”, Karel Çapekin “Şair”, Mario 
Varqas Lyosanın “Baba”, “Katoblepas” («Gənc yazıçıya 
məktublar»dan), Anton Pavloviç Çexovun “Sevinc”, Mark 
Tvenin “İblislə sövdələşmə”,  İ.A.Buninin  “Fedosevna”,   
Umberto Ekonun “Naməlum O” kimi hekayələri bu  qəbil-
dəndir. Eyni zamanda çağdaş rus şeirindən və çağdaş Ukrayna 
şairlərindən seçmələri  şair-mütərcim  S.Babullaoğlu yüksək 
poetik zövqlə çevirib bizə təqdim etmişdir.   
Ümumiyyətlə, rus şairlərinin  şeirlərinin tərcüməsi ötən il 
üstünlük təşkil edib. Xətib Təbrizinin məşhur fikrini bir balaca 
dəyişib desək, şeiri tərcümə etmək onu yazmaq yazmaq qədər 


41 
çətindir. Nədən ki, şeir insanın ruhi-psixoloji vəziyyətini, duy-
ğusal aləmini sərgiləyən poetik yaşam hadisəsidir və bu hadisə 
birbaşa onu içindən keçirən müəllifin lirik “mən”i ilə bağlı 
olduğundan onun tərcümə olunması mütərcimdən xüsusi iste-
dad tələb edir. Poeziya tərcüməçisi  şeirin vəzn-qafiyə siste-
minin ahəngdarlığını qorumaqla bərabər onun müəllifinin duy-
ğularını, hisslərini də mənən yaşamalı, şeirin estetik təsir gücü-
nü saxlamağı, onu orijinaldakı kimi oxucuya aşılamağı bacar-
malıdır. Bu baxımdan, Anar və Səlim Babullaoğlunun tərcü-
məsində Nobel mükafatı laureatı olmuş  Boris Pasternakın 
şeirlərinin “ Misranın sahibi hislər olanda“ kitabında təqdimi 
son dövrün uğurlu tərcümə  işi sırasında qeyd olunmalıdır.  İlk 
növbədə, yuxarıdakı tələblərə cavab vermək, sadalanan məziy-
yətləri ehtiva etmək baxımından... 
Poeziya  əsərlərinin tərcüməsi ilə bağlı ötən il “Ulduz” jur-
nalında çap olunan Qoca Xalidin  tərcüməsində Yuri Kuz-
netsovun, Firuz Mustafanın tərcüməsində Aleksanr Blokun, 
Həmzəli İlyasın tərcüməsində çağdaş serb-xorvat şairi Tomis-
lav Rakovçeviçin, İbrahim İlyaslının tərcüməsində Uvarova-
nın  şeirləri həmin  şeirlərin vasitəçiliyi, “dili” ilə müəllifin 
mənsub olduğu dövlət, onun xalqı, milli kimliyi, keçmişi barə-
də lazımi təsəvvür yaradır. Bu xüsusda, “Ulduz” jurnalının 5-ci 
sayında Firuz Mustafanın çevirməsində Aleksanr Blokun 
“Skiflər“ şeiri uğurlu alınıb. Uğurlu ona görə ki, A.Blokun bu 
şeiri mübarizə ovqatına, yuksək coşğuya malikdir və tərcümə-
çinin çevirməsində  nəinki bu inqilabi ovqatı görmək, duymaq 
olur, həmçinin şeirdəki dil rəvanlığı, müəllif üslubu məharətlə 
qorunub saxlanılır.  
Belə bir uğurlu çevirmə “Azərbaycan” jurnalının 3-cü sayın-
da,  Tatarıstanın xalq şairi Robert Minnullinin şeirlərinin 
Əsəd Cahangirin  təqdimində  sərgilənir.  Şeirlərin tərcümə-
sində nağıl dili, şirinliyi öz bakirəliyini qoruyub saxlayır. 
Xüsusilə,  “Toz ağacının göz yaşı”, “Duman”, “Yuvacıq”, 
“Payız sevgisi”, “Yağışdan sonra”, “Uşaqlıq alması” , “Vik-
tor Xaranın Monoloqu”  şeirlərinin tərcüməsi daha uğurlu 


 
42 
alınıb.Zənnimcə, burada başlıca amillərdən biri tərcüməçi ilə 
şeir müəllifinin mənəvi yaxınlığı, onlar arasında ruhsal təmasın 
mövcudluğudur. Nədən ki, müvəfəqiyyətli “iş birliyinin” alın-
ması üçün mütərcim tərcümə etdiyi şəxsin daxili aləminə bələd 
olmalı, onun yaradıcı dünyasına qaynayıb-qarışmalıdır. Əlbət-
tə, bu qənaəti bizdə yaradan mütərcimin tərcümədən  əvvəl 
oxucuya ünvanladığı, şeir müəllifi ilə olan məhrəm münasibə-
tindən bəhs edən qeydləri deyil. Tərcümə ona görə alınıb ki, 
burada həm müəllif və tərcüməçi yaxınlığı, həm də orijinaldakı 
və  tərcümə olunan şeirdəki poetik yaşamın varlığı bir-birinə 
qaynayıb-qovuşmuş haldadır.  
Şekspirin alman dilinə  məşhur tərcüməçisi  Avqust  Şleqel 
XVIII əsrin axırlarında tərcüməylə bağlı yazırdı: «Tərcümə — 
ölüm-dirim savaşıdır. Və bu savaşın sonunda ya tərcümə edən, 
ya da tərcümə olunan uduzur». Yaxud tərcüməni  şüşə altında 
saxlanan qızılgülə də bənzədənlər var. Yəni, gözəlliyini görsən 
də ətrini duymaq mümkün olmur. Məncə, yaxşı, peşəkarcasına 
tərcümə olunmuş  əsər oxucuya onun ətrini, rayihəsini də 
qoxlamağa imkan verir. Bu xüsusda, 2010-cu ilin tərcümələri 
sırasında dəyərləndirmək gərəkən daha bir imza sahibi İlqar 
Fəhmidir. Ilqar Fəhmi yazıçıdır, son dövrlərin  ən məhsuldar
istedadlı yazarlarından biridir. Belə bir məhsuldarlıq və peşə-
karlıq göstəricisi onun bədii tərcümələrinə də şamil oluna bilər. 
Ötən il “Ulduz” jurnalında İlqar Fəhminin çevirməsində Albert 
Lixanovun “İşıldaquş” hekayəsi, Andre Moruanın “Ya-
şamaq elmi haqqında gənc dostuma məktub” (kitabdan 
fraqment) yazısı, Yapon yazarları - Akutaqavanın hekayə-
ləri, Kindzoburo Oenin “Səmimi və müxtəlif... Yaponiya” 
məqaləsi” və s. yazılar təqdim olunub. Bu tərcümələrin hər 
birinə  səlis, milli normalara uyğunlaşdırılmış dil hakimdir. 
Təbii ki, müəyyən istisna halları da nəzərimizdən qaçmır. Tər-
cümə  mətnlərinin bəzi yerlərində mütərcim mənə elə  gəlir ki, 
bilərəkdən, o mənada ki, orijinalın obrazlar sisteminin təsir gü-
cünü qorumaq məqsədilə sözləri orijinalda olduğu kimi saxla-
yır, onları çevirməyə ehtiyac görmür. Məsələn, Albert Lixano-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə